Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Cədvəl 1. İnnovasiya menecmentində rasional təşkiletmə prinsiplərinə uyğunluğun



Yüklə 476,68 Kb.
səhifə81/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   77   78   79   80   81   82   83   84   ...   93
Cədvəl 1.
İnnovasiya menecmentində rasional təşkiletmə prinsiplərinə uyğunluğun

kəmiyyət parametrləri


Prinsiplər


İlkin göstəricilər


Prinsipə uyğunluq göstəricisi




Mütənasiblik

(M)


İş yerinin minimal çıхış

gücü (MNÇ)




İş yerinin maksimal

çıхış gücü (MXÇ)



M=MNÇ / MXÇ

Kəsilməzlik

(K)


İş müddəti (İM)

.


Proseslərin müddəti (PM)

K=İM /PM

Paralellik

(P)



Paralel proseslər (PP)

Ardıcıl proseslər (AP)

P=PP / AP

Dəqiqlik

(D)


Əmək predmetinin keçid yolunun optimal uzunluğu

(KOU)


Əmək predmetinin keçid yolunun faktiki uzunluğu

(KOF)


D=KOU/ KOF

Ahəngdarlıq

(A)


Təhlil dövründə

yerinə yetirilən

işin faktiki həcmi (İFH)


İşin planlaşmış həcmi (İPH)

A=İFH/ İPH










- innovasiya menecmentində rasional təşkiletmənin kəsilməzlik və paralellik prinsiplərinə uyğunluq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi vəziyyəti haqqında da anoloji fikirləri söyləmək olar;

- innovasiya menecmentində rasional təşkiletmənin dəqiqlik və ahəngdarlıq prinsiplərinə uyğunluq dərəcəsi araşdırılarkən, müvafiq kəmiyyətlərin (D və A) aşağıdakı intervalda tərəddüd etdiyi aşkar olunmuşdur:

0, 1 < D < 0,5

0,1 < A < 0,4

Başqa sözlə, resurs-texnologiya- məhsul ardıcıllığında əmək predmetinin keçdiyi yolun faktiki uzunluğu optimal uzunluqdan ən yaxşı halda 2 dəfə çoxdur. Təhlil dövründə (2009-2011-ci illər) işin faktiki həcmi nəzərdə tutulan həcmdən ən yaxşı halda 2,5 dəfə azdır. Onu da qeyd edək ki, innovasiya menecmentində rasional təşkiletmə prinsiplərinə uyğunluq dərəcəsini əks etdirən informasiya bazasının natamamlığı daha dəqiq nəticələr əldə etməyə imkan vermir.

Sənaye sahələrinin əksəriyyətində innovasiya fəallığının aşağı səviyyəsi, innovasiya menecmentinin qeyd edilən prinsiplərinə uyğunluq dərəcəsini əks etdirən informasiya bazasının natamamlığı ilə müşayiət olunur. Ölkənin rəsmi statistikası sorğu apararkən, əksər postsovet məkanı dövlətlərində olduğu kimi, innovasiya fəallığına təsir edən amillər sırasına innovasiya menecmentinin səmərəliliyini daxil etmir. Doğrudur, Azərbaycanın sənaye müəssisələrində innovasiyalara mane olan amillərə dair sorğu aparılarkən yeni texnologiyalar haqqında məlumatsızlıq barədə sual qoyulur. İnformasiyanın, o cümlədən məlumatlanmanın idarəetmədəki həlledici rolunu nəzərə alaraq, təqdim olunan işin ikinci fəslinin birinci paraqrafındakı rəqəmlərə (cədvəl 2.2) əsaslanaraq bəzi məqamlara aydınlıq gətirməyə çalışaq. Belə ki, 2009-2011-ci illər ərzində rəyi soruşulanlar arasında yeni texnologiyalar haqqında məlumatsızlığı əsas (həlledici) hesab edənlərin sayı azalmış, həmin amili az əhəmiyyətli sayanlar isə artmışdır. Aşkar edilmiş bu meyilin, bir qədər gözlənilməz olması qismən respondentlərin təhsilçiliyinin (reprezentativliyinin) aşağı olması ilə izah oluna bilər.

Müəssisə (təşkilat, şirkət) səviyyəsində kənar təsirlərin, o cümlədən innovasiyalı inkişaf çağırışlarının təsirlərinin, əksər hallarda idarə edilən olmaması, həmin səviyyə rəhbərlərinin innovasiya fəallığını və nəticə etibarı ilə innovasiya menecmentinə marağını azaldır. Onları rəhbərlik etdiyi qurumun fəaliyyət mühitinin gözlənilməz dəyişikliklərinə uyğunlaşması, istehsalın ahəngdarlığının təmin edilməsi, işçilərin işlə və məvacivlə təminatı, texnoloji və kadr potensialının qorunub saxlanması daha çox narahat edir.

Sumqayıtda “aşağı güclə və fasilələrlə işləyən kimya müəssisələrində yüksək ixtisaslı kadrları qoruyub saxlamaq üçün stimullaşdırıcı vasitələrində istifadə edilir. Elə bu səbəbdən də artıq uzun illərdir ki, kimya sənayesi müəssisələrində məhsul istehsalına xərcləri strukturunda əmək haqqı və sosial ehtiyatlara ayrılanların xüsusi çəkisi 9,8%-lə 17,5% arasında dəyişmişdir” (2, s.18).

İnnovasiya menecmenti innovasiyalı fəaliyyət prosesinin bütün əsas mərhələlərini - məlum ideyaların sistemləşdirilməsi, ideyaların seçilməsi və yeni məhsul ideyasının işlənib hazırlanması, yeni məhsulun iqtisadi səmərəliliyinin təhlili, marketinq proqramının işlənib hazırlanması, yeni məhsul yaradılması, bazarın müvafiq seqmentində testləşdirmə, yeni məmulatın kütləvi, seriyalı istehsalı haqqında qərar qəbulu mərhələlərini əhatə edir. Belə ki, məlum ideyaların sistemləşdirilməsi ilkin və törəmə informasiya axınlarının idarə edilməsini, ideyaların seçilməsi və yeni məhsul ideyasının işlənib hazırlanması potensial və real imkanların müəyyənləşdirilməsini, ənənəvi və yeni məhsulun teхnoloji ümumiliyi dərəcəsinin aydınlaşdırılmasını, yeni məhsulun firmanın imici və strateji inkişaf prioritetlərinə adevatlığının qiymətləndirilməsini tələb edir və s.

Görmək çətin deyildir ki, innovasiyalı fəaliyyət prosesinin bütün əsas mərhələlərinin idarə edilməsində kreativ düşüncə tərzinə malik menecerlər iştirak etməlidir. Bu baxımdan ölkənin kadr potensialının, hələ ki, zəruri tələblərə cavab verməməsi qeyd olunmalıdır. Adekvat kadr potensialının formalaşması isə təhsil prosesinin innovativliyi ilə bilavasitə əlaqədardır. Son on il ərzində respublikanın ali məktəblərində təhsil innovasiyalarının tətbiqi üçün sistemli tədbirlər görülmüş, informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi, onun təhsil sistemində tətbiqi, təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması, texniki ali təhsil müəssisələrində mütəxəssis hazırlığının səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Biliyin mənimsəmə dərəcəsinə təsir edən amillərin hərtərəfli təhlili əsasında təlim prosesinin təşkili alqoritmləri işlənmiş və yeni texnologiyalar formalaşdırılmışdır. Təlim prosesinin həm məzmun, həm də təşkilati baxımdan fəallaşdırılmasının əsas istiqamətləri müəyyənləşdirilmiş, mənimsəməyə və bütövlükdə təlim prosesinə təsir edən amillər səciyyələndirilmiş, yeni biliklərin mənimsənilməsi modelləri sınaqdan çıxarılmışdır.

Təhsilin keyfiyyətinin menecementi sisteminin yaradılması, bu baxımdan xüsusilə qeyd olunmalıdır. Araşdırmalar göstərir ki, milli təhsil sistemində vəziyyət, bu baxımdan hələ ki, arzu olunan səviyyədə deyildir. Ali təhsildə keyfiyyətin menecmenti sisteminin (KMS) yaradılması mühüm və mürəkkəb məsələdir. “Təəssüf ki, milli universitetlərimizin əksəriyyətində KMS haqqında təsəvvür yoxdur. Bu işin reallaşması üçün universitetlərimizdə hələlik zəruri maliyyə resursları da yoxdur, hər halda bu günə qədər həmin məsələnin həllinə yönələn maliyyə resursu ayrılmayıb” (3,s. 21).

Yuxarıda qeyd olunanları ümumiləşdirərək, sənayedə innovasiya menecmentinin mövcud sisteminin səmərəliliyi barədə aşağıdakıları söyləmək olar:

- sənayenin bir sıra sahələrində (əsasən qeyri-neft bölməsində) innovasiyalı fəaliyyətin əsas xarakteristikaları, o cümlədən onun arealı və intensivliyi, ölkənin inkişaf dinamikasına adekvat deyildir. Belə vəziyyət idarəetmə sahəsində də innovasiyaların yayılmasını, qismən ləngidir;

- sənayedə innovasiya menecmentinin mövcud sistemi təşəkkül mərhələsində olub, artan maliyyələşmə tələb edir. Dövlət və özəl bölmədə innovasiya menecmentinin mütərəqqi üsullarının fəal tətbiqi baxımından, birgə maliyyələşdirmə texnologiyalarının mənimsənilməsi istiqamətində ilkin tədbirlər görülməyə başlamışdır;

- sənayedə innovasiya menecmentinin mövcud sisteminin səmərəliliyinin qiymətləndirilməsi zamanı, xarici təcrübədə daha çox tətbiq olunan yanaşma, başqa sözlə haqqında danışılan səmərəliliyin birbaşa və dolayı tərkib hissələrinin ayrı-ayrılıqda müəyyənləşdirilməsi, heç də həmişə tələb olunan dəqiqlik meyarlarına cavab vermir.




Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin