XÜLASƏ Aqrar iqtisadiyyat cəmiyyətin həyatında çox mühüm rol oynayır. Lakin hazırda bu sahə üzrə makroiqtisadi göstəricilər ümumi inkişaf meyarları baxımından qənaətləndirici deyildir və ölkəmizin malik olduğu təbii-iqtisadi potensiala uyğun gəlmir. Odur ki, dövlət iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də struktur siyasəti yeridir. Aqrar sahədə həyata keçirilən struktur siyasəti öz ifadəsini bir sıra problemlərin həllində tapır, bu məqsədlə müxtəlif tədbirlər görülür və müsbət nəticələr əldə edilir. Lakin bunlarla yanaşı, kənddə hələ də öz həllini gözləyən çoxsaylı sosial-iqtisadi problemlər də mövcuddur. Bütün bunlar məqalədə ətraflı nəzərdən keçirilir, mövcud problemlərin həlli üçün konkret təkliflər verilir.