Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 3,3 Mb.
səhifə12/22
tarix05.03.2017
ölçüsü3,3 Mb.
#10310
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Cədvəl 2.
Əsas heyvandarlıq məhsullarının istehsalı




Məhsullar



1995



2000



2005



2008



2009



2010



2011

1995-ci illə müqayisədə 2011-ci ildə %-lə

2010-cı illə müqayisədə 2011-ci ildə %-lə

Ət (kəsilmiş çəkidə, min ton)

109,4

153,6

205,0

232,2

237,1

253,8

263,7

2,4 dəfə

3,9

Süd, min ton

826,5

1031,1

1252

1382

1433,1

1535

1622

96,3

5,6

Yumurta, mln.ədəd

455,8

542,6

874,6

1102

1209,4

1179

1011

2,2 dəfə

-4,2

Yun (fiziki çəkidə), min ton

9,0

10,9

13,1

14,8

15,3

15,6

16,2

80

3,8

Məhsuldarlıq, kq

İlin əvvəlinə olan hər baş inək və camışdan süd sağımı

1073

1099

1098

1113

1132

1189

1227

14,3

3,1

Hər qoyundan orta illik yun qırxımı

2,2

2,1

1,87

1,9

2,0

2,0

2,0

-9,1




Orta illik yumurta verimi, ədəd

74

169

203

174

187

173

172

2,3 dəfə

-0,5

*Cədvəl Azərbaycan kənd təsərrüfatı 2012-ci məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. s.105.113.
Cədvəlin təhlili belə qənaətə gəlməyə əsas verir ki, mal-qaranın baş sayının artımı heyvandarlıq məhsulları istehsalının artımını şərtləndirmişdir. Belə ki, 2011-ci ildə 263,7 min ton ət, 1622,3 min ton süd, 1011,0 mln. ədəd yumurta 16,2 min ton yun istehsal olunmuşdur. 1995-ci illə müqayisədə ət istehsalı 2,4 dəfə, süd 96,3%, yumurta 2,2 dəfə, yun 80% artmışdır.

Ötən illə müqayisədə ət istehsalının artımı 3,9%, süd -5,6%, yumurta -14,2%, yun 3,8% təşkil etmişdir. Bütün təsərrüfat kateqoriyaları üzrə heyvandarlıqda məhsuldarlıq səviyyəsinin təhlili göstərir ki, istehsal artımı əsas etibarı ilə mal-qara və quşların baş sayının artması hesabına əldə edilmişdir. Belə ki, 2011-ci ildə hər baş inək və camışdan 1227,0 kq süd, hər qoyundan 2 kq yun, kənd təsərrüfatı müəssisələrində toyuqların orta illik yumurta verimi 172 ədəd əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 3,1%; 0%; -0,5% olmuşdur. Lakin bütün bunlara baxmayaraq qeyd etmək lazımdır ki, heyvandarlıqda məhsul istehsalı intensiv texnologiyaların tətbiqi, daha doğrusu məhsuldarlığın sürətli artımı hesabına əldə edilməmişdir.

Sahibkarlıq təsərrüfatlarının səmərəli fəaliyyətinə nail olmasında başlıca məsələlərdən biri yaradılan təsərrüfatların optimal ölçülərinin formalaşdırılması və bitkiçiliklə heyvandarlıq sahələrinin düzgün olaraq əlaqələndirilməsidir.

Statistik məlumatların təhlili göstərir ki, istər respublikada və istərsə də respublikanın ayrı-ayrı təbii-iqtisadi bölgələrində təsərrüfat növləri üzrə hər bir təsərrüfata düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi və əkin sahəsi olduqca az olmaqla elm və texnikanın son nailiyyətlərinin istehsala tətbiq edilməsinə heç də imkan yaratmır. Digər tərəfdən təsərrüfatların optimal səviyyələrinin yaradılması bitkiçiliklə heyvandarlıq sahələri arasında hormoniyalı əlaqələrin yaradılaraq inkişaf etdirilməsinə, işçi qüvvəsindən səmərəli istifadə olunmasına heç də tam imkan yaratmır.

Kənd təsərrüfatı istehsalı kooperativlərində həmin göstəricilər müvafiq olaraq respublika üzrə 34,9 hektar, bölgələr üzrə isə 0,2, (Lənkəran-Astara zonası) 3 hektar, (Abşeron zonası) 14 hektar, (Şirvan bölgəsi) və 56,8 hektar (Şəki-Zaqatala bölgəsi) arasında tərəddüd edir.

Kiçik müəssisələr üzrə həmin göstəricilər respublika üzrə 22,5 və 16,6 hektar təşkil etdiyi halda zonalar üzrə 1,8 və 1,5 hektardan (Lənkəran-Astara bölgəsi) 87,1 və 71,1 hektar (Şəki-Zaqatala zonası) arasında tərəddüd edir.



Dövlət kənd təsərrüfatı müəssisələrində kənd təsərrüfatına yararlı torpaq sahəsi və əkin sahələrilə təmin olunması optimal səviyyədə olub, kənd təsərrüfatı sahələrinin proporsional olaraq səmərəli inkişaf etdirilməsinə hərtərəfli şərait yaradır. Belə ki, respublika üzrə dövlət kənd təsərrüfatı müəssisələri üzrə hər bir təsərrüfata 1665 hektar yararlı torpaq sahəsi və 547 hektar əkin sahəsi düşür. Zonalar üzrə hər bir təsərrüfata düşən torpaq sahəsi bir-birindən fərqləndiyinə baxmayaraq respublika üzrə 152 hektar və 66,7 hektardan (Lənkəran-Astara zonası) 2272 və 1415 hektar (Muğan-Salyan zonası) arasında tərəddüd edir. Elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqinə sahələrin elmi qaydada düzgün yerləşdirilməsinə və əlaqələndirilməsinə, işçi qüvvəsindən, texniki vasitələrdən səmərəli istifadə olunmasına hərtərəfli potensial imkanlar yaradır.
ƏDƏBİYYAT
1. Инвестиции в России и зарубежных странах. Ред. И.К.Комаров. М.:РАУ,2001.440 с 2. Смит А. Исследование о природе и причины богатства народов. Пер. с. англ. М.: Соцекгиз, 1993 3. Фридман М. Деньги и финансы. М.: Эльфпресс, 1993. 4. Azərbaycanın kənd təsərrüfatı. Statistik məcmuə 2012.618s.

Факторы, влияющие на финансово-кредитный механизм предпринимательской деятельности в сельском хозяйстве
РЕЗЮМЕ
В статье, раскрывается финансовая сущность предпринимательства, анализируется современное состояние развития предпринимательства в сельском хозяйстве. Также исследуется источники их финансирования и итоги полученные в результате оказываемой государственной помощи предпринимательской деятельности.

Ключевые слова: предпринимательство, финансы, кредит, продукция, производство, конкуренция, развитие, сельское хозяйство
Factors affecting the financial and credit mechanism of entrepreneurial

activity in agriculture
SUMMARY
In this article reveals the essence of the financial business, examines the current state of entrepreneurship in agriculture. Also investigated the sources of their funding and the results obtained from the state aid provided to business.

Key words: business, finance, credit, production, manufacturing, competition, development, agriculture
Rəyçi:

Əhmədov F.T.

Az.ETKTİ və Tİ – nin

aparıcı elmi işçi, i.ü.f.d.
Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.94-99
UOT 331.1 (479.24)
Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsində sahibkarlıq fəaliyyətinin rolu
Bayramov Vəzir Vəli oğlu

Az.ETKTİ və Tİ-nun dissertantı
XÜLASƏ
Məqalə regionlarda kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsində sahibkarlıq qurumlarının roluna həsr edilmişdir. Burada sahibkarlıq fəaliyyətinin əhalinin gəlirlərinin artırılmasında rolu araşdırılmış, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlər və qarşıya çıxan problemlərin həlli yolları işıqlandırılmışdır.

Açar sözlər: əhalinin həyat səviyyəsi, sahibkarlıq fəaliyyəti, aqrar sahə, kənd əhalisi, əhali gəlirləri, dövlət tənzimlənməsi.
Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.

Hazırda dövlətin ən mühüm qayğılarından biri də əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Sosial müdafiə sahəsində dövlətin əsas məqsədi əhalinin əmək və təsərrüfatçılıq fəaliyyətini stimullaşdıraraq ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltməkdir.

Kənd təsərrüfatında bazar münasibətlərinin inkişaf etdirilməsinin mühüm tərkib hissəsi kimi, aqrar sahədə sahibkarlığın formalaşdırılması və sahibkarlığın inkişafına əlverişli zəmin yaradılması, məhz dövlətin həmin dövrdə aqrar siyasətin qarşısında duran başlıca vəzifələrdən biri hesab edilir. Milli iqtisadiyyatın formalaşdırılması sağlam sahibkarlıq mühitinin yaradılmasından bilavasitə asılıdır ki, bu da dövlət idarəetmə sisteminin üzərinə mühüm vəzifələr qoyur.

Qeyd etmək lazımdır ki, son illər bu istiqamətdə respublikada zəruri tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. Belə ki, respublikamızda “Sahibkarlığın inkişafına dövlət siyasətinin əsas prioritetləri və Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi (1997-2000-ci illər) Proqramı” qəbul edilmişdir. Bu proqram, son nəticədə milli iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynamaqla, milli iqtisadiyyatın sahə və ərazi strukturunda özəl bölmənin xüsusi çəkisinin yüksəldilməsində mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, artıq respublikamızda istehsal edilən məhsulun demək olar ki, əhəmiyyətli hissəsi özəl bölmə tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı”na dair I və II Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə yol açmış, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında və əhalinin həyat səviyyəsinin artırılmasında mühüm rol oynamışdır.

İnfrastrukturun müasirləşdirilməsi və investisiya mühitinin sağlamlaşdırılması tədbirləri özəl sektorun ümumi daxili məhsuldakı payının artımını təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində böyük rol oynayır, yeni iş yerlərinin açılmasını stimullaşdırır. 2011-ci ilə nisbətən 2012-ci ildə qeydiyyata alınmış obyektlərin sayının 2,7 dəfə, sahibkarlıq subyektlərinin sayının 30,6%, xarici investisiyalı sahibkarlıq subyektlərinin sayının 4,8% artması iş yerlərinin də sayına təsirini göstərmişdir. Bunlarla yanaşı, hər bir bölgənin tarixi məşğulluq ənənələrinin bərpası istiqamətindəki tədbirlər regionlarda yaşayan əhalinin iqtisadi fəallığının yüksəlməsini təmin edir. Əmək bazarında da əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunmuşdur. Belə ki, 2000-ci ildə dövlət sektorunda çalışanların xüsusi çəkisi iqtisadiyyatda məşğul olanların ümumi sayının 33,2%-ni təşkil edirdisə, 2011-ci ildə bu göstərici 26,1%-ə enmiş, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə bu dövrdə 1,2 dəfə artmışdır.

Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri aşılmış, yoxsulluğun səviyyəsi 13,2%- dək azalmışdır. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmış, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilmiş, o cümlədən sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2%, əhalinin gəlirləri 4 dəfə artmışdır. (1, s 17)

Məlumdur ki, respublika əhalisinin yüklü bir hissəsi regionlarda - kənd yerlərində yaşayır. Məhz bu səbəbdən də kənd yerlərində əhalinin həyat səviyyəsinin yüksəldilməsi daima diqqət mərkəzindədir və dövlətin aqrar siyasətinin prioritetləri, ilk növbədə kənd təsərrüfatında sahibkarlığın inkişaf etdirilməsinə əlverişli mühit yaradılmasını təmin etməkdən ibarət olub, aşağıdakıları özündə birləşdirir:



  • aqrar sahənin inkişafı ilə bağlı elmi cəhətdən əsaslandırılmış konsepsiyaların işlənib hazırlanması;

  • aqrar-sənaye istehsalının ayrı-ayrı sahələrinin inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

  • kəndin sosial və iqtisadi problemlərinin maliyyə təminatı ilə bağlı tədbirlərin işlənib hazırlanması.

Kənd əhalisinin həyat səviyyəsinin artırılması, ilk növbədə gəlirlər əldə edilməsi ilə bağlıdır. Gəlirlərin əldə edilməsi ilə bağlı başlıca vasitə, cəmiyyətin sosial-iqtisadi həyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Əhalinin təbii tələbatının təmin edilməsi, ilk növbədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalçılarının, daha doğrusu sahibkarlıq subyektlərinin dəstəklənməsinə istiqamətlənmiş aqrar siyasətin reallaşdırılmasına xüsusilə ehtiyac vardır. (2, s. 45)

Bu da bir faktdır ki, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin inkişafı nəticəsində, son illərdə ölkədə istehsal edilən məhsulun əhəmiyyətli hissəsi sahibkarlıq qurumları tərəfindən həyata keçirilir. Belə ki, məhsulların 95%-i fərdi sahibkarlar, ailə, kəndli və ev təsərrüfatları tərəfindən istehsal edilmişdir. Təbii ki, bu meyillər həm bitkiçilikdə, həm də heyvandarlıqda da özünü büruzə verir.

Kənd təsərrüfatında sahibkarlığın inkişafına istiqamətlənmiş aqrar siyasətin məqsədlərinə nail olunması üçün ən vacib şərtlərdən biri kooperativ əsaslarla bazar infrastrukturu sisteminin formalaşdırılmasıdır. Bu ilk növbədə özündə aşağıdakıları birləşdirir:


  • müxtəlif bazar formalarının mövcud vəziyyəti ilə bağlı informasiyaların əldə edilməsi;

  • pərakəndə ticarət sistemi ilə bağlı fəaliyyətin genişləndirilməsi;

  • kənd təsərrüfatı məhsullarının reallaşdırılması ilə bağlı topdansatış bazarlarının formalaşdırılması;

  • kənd təsərrüfatı xammalı ilə bağlı əmtəə birjalarının formalaşdırılması.

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında fəaliyyət göstərən fərdi sahibkarlıq qurumları, o cümlədən fiziki şəxs statuslu ailə təsərrüfatları bir sıra hallarda xarici mühitin dəyişən təsirlərinə effektiv reaksiya göstərə bilmirlər. Belə ki, onların sərəncamındakı torpaq sahələrinin həcminin az olması, onların növbəli əkin sistemini tətbiq etməyə imkan vermir, eləcə də aqrotexniki tədbirlərin yerinə yetirilməsi imkanları məhdudlaşır. Məhz bu baxımdan dövlətin aqrar siyasətinin prioritet istiqamətini ailə təsərrüfatlarının həcminin iriləşdirilməsi təşkil edir. Ümumiyyətlə, ailə təsərrüfatlarının həcminin iriləşdirilməsi prinsipcə dövlət kooperativ siyasətinin başlıca məqsədini təşkil edir. Odur ki, aqrar siyasətin və istərsə də kooperativ siyasətin prioritetləri çərçivəsində iri təsərrüfatların yaradılmasına daha çox üstünlük verilir ki, bu da ilk növbədə həmin təsərrüfatlardan mənfəətin həcminin artırılmasına xidmət edir.

Qeyd etdiyimiz kimi, aqrar islahatlar nəticəsində kənddə çoxukladlı iqtisadiyyat formalaşdırılmış, kənd təsərrüfatında sahibkarlığın inkişafına istiqamətlənmiş bir sıra zəruri tədbirlər keçirilmişdir. Lakin bununla belə kənd təsərrüfatında sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həllini gözləyən çoxsaylı problemlər də mövcuddur. Buna, ilk növbədə bazar infrastrukturlarının inkişaf etdirilməsini qeyd etmək olar. Bazar infrastrukturu sisteminin formalaşdırılması, ilk növbədə topdansatış ərzaq bazarlarının yaradılması ilə bağlıdır. Belə ki, kənd təsərrüfatı əmtəə istehsalçıları hal-hazırda məhsul satışının həyata keçirilməsi ilə bağlı müəyyən problemlərlə üzləşirlər. Bu problemlər isə, son nəticədə kənd təsərrüfatında istehsal edilən məhsulların reallaşdırılmasından əldə edilən gəlirlərin aşağı olmasına gətirib çıxarır. Onlar istehsal etdikləri məhsulların satılmasında müxtəlif çətinliklərlə üzləşir, eləcə də regionlarda emal müəssisələrinin sayının məhdudluğu kənd təsərrüfatında səmərəli geniş təkrar istehsal rejiminin həyata keçirilməsini ləngidir. Məhz, belə bir şəraitdə xüsusilə meyvə-tərəvəz məhsullarının tez xarab olması, kənd təsərrüfatı əmtəə istehsalçılarının satış problemlərini artırır. Bu istiqamətdə dövlət tərəfindən son illər zəruri tədbirlər həyata keçirilməyə başlamışdır. Regionlarda kənd təsərrüfatı məhsullarının saxlanması ilə bağlı anbarların və saxlanma kameralarının yaradılmasına diqqət yetirilsə də, lakin regionlarda onların sayı hələ də məhdud olaraq qalır. Bu problemin həlli, son nəticədə kənd təsərrüfatı əmtəə istehsalçılarının satış problemlərindən azad olunmasına gətirib çıxara bilər.

Məlumdur ki, əhalinin məşğulluğunun təmin edilməsində, kənd yerlərində kənd təsərrüfatı yeganə məşğulluq sahəsi olaraq qalmaqdadır. Belə ki, əksər emal sənayesi müəssisələri əksəriyyəti öz fəaliyyətini dayandırmış, kənd təsərrüfatı yeganə məşğulluq və gəlir əldə etmək imkanları olan bir sahəyə çevrilmişdir. Odur ki, əhalinin gəlirlərinin artırılmasında alternativ məşğulluq imkanlarının təmin edilməsi mühüm əhəmiyyətə malikdir. Bu baxımdan xırda sənətkarlığın inkişaf etdirilməsi, eləcə də bu və ya digər şəkildə kiçik emal sexlərinin yaradılması, yüngül sənaye müəssisələrinin regionların ixtisaslaşma səviyyəsinə və əhalinin vərdişlərinə uyğun olaraq həyata keçirilməsi və onların reallaşdırılma imkanlarının təmin edilməsi əhalinin gəlirlərinin artırılmasında başlıca xüsusiyyətlərdən biridir ki, bu da son nəticədə əhalinin aztəminatlı kateqoriyalarının sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər.

Kənd təsərrüfatında sahibkarlığın inkişaf etdirilməsinə əlverişli şərait yaradan amillərdən biri də maliyyə bazarlarının formalaşdırılmasıdır. Belə ki, bu sahənin özünəməxsus spesifik xüsusiyyətləri, o cümlədən azgəlirliliyi və təbii-iqlim şəraitindən asılılığı, nəticə etibarilə kommersiya qurumlarının bu sahəyə kredit ayrılması imkanlarını məhdudlaşdırır. Daha doğrusu, kənd təsərrüfatında risklərin effektiv şəkildə sığortalanmaması, bütövlükdə kommersiya qurumlarının kənd təsərrüfatına istiqamətlənmiş kredit ayırma fəaliyyətinə mənfi təsir göstərir. (3, s. 55)

Dünya praktikası göstərir ki, bir sıra ölkələr, o cümlədən Avropa Birliyinə daxil olan ölkələr kənd təsərrüfatına faizsiz kreditlər verməklə, bütövlükdə sahənin kapital resurslarına olan ehtiyaclarını ödəyirlər. Bundan əlavə kənd təsərrüfatında kapital resurslarına olan ehtiyaclarını ödənilməsi istiqamətində dövlətin məqsədli investisiya proqramları da əhəmiyyətli rola malikdir.

Sahibkarlığın inkişaf etdirilməsinə istiqamətlənmiş aqrar siyasət, eyni zamanda marketinq xidmətinin formalaşdırılmasını da özündə əks etdirir. Sahibkarlıq fəaliyyətində marketinq xidmətinin rolu və yeri, ilk növbədə kənd təsərrüfatı məhsullarının satış bazarlarının axtarılması və yeni satış bazarlarının meydana çıxarılması ilə sıx əlaqədardır. Qeyd etmək lazımdır ki, hal-hazırda respublikamızda fəaliyyət göstərən kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə imkanlarının məhdud olması nəticəsində onların marketinq xidməti ilə bağlı strukturlar yaratması kifayət qədər çətinləşmişdir. Məhz belə bir şəraitdə dövlətin səyləri ilə regionlarda marketinq xidmətinin formalaşdırılmasına xüsusilə mühüm ehtiyac vardır. Marketinq xidməti, ilk növbədə daxili bazarın öyrənilməsi və xarici bazara çıxış imkanlarının təmin edilməsinə istiqamətlənməlidir.

Araşdırmalar göstərir ki, sahibkarlığın inkişafı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə kəndli təsərrüfatlarının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malikdir. Kənd təsərrüfatı innovasiyalı məhsul istehsalının həyata keçirilməsi, məhsulların rəqabətədavamlılığının yüksəldilməsi, eləcə də məhsulun keyfiyyətinin yüksəldilməsi və qiymətlərin səviyyəsinin sabitləşdirilməsi istiqamətində sahibkarların daxili potensiallarından kifayət qədər səmərəli istifadə edilməsini tələb edir ki, bu sahədə də inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmaq məqsədəuyğundur.

Kənd yerlərində yaşayan əhalinin aztəminatlı əhali kateqoriyalarına daxildir. Dünya praktikası göstərir ki, aztəminatlı əhali kateqoriyalarının sosial müdafiəsinin yaxşılaşdırılması bir sıra hallarda onlara verilən birdəfəlik müavinətlərlə və eləcə də sosial müdafiə tədbirləri ilə bitmiş hesab edilir.

Araşdırmalardan məlum olur ki, inkişaf etmiş ölkələrdə aztəminatlı əhali kateqoriyalarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məqsədli proqramlar həyata keçirilir. Həmin məqsədli proqramların həyata keçirilməsində ilkin şərt əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, onların işləyərək yaşamasını təmin etməyə yönəldilir. Bu baxımdan xüsusilə kənd yerlərində kiçik və orta biznesin inkişaf etdirilməsinə istiqamətlənmiş tədbirlər həyata keçirilir.

Bu ölkələrdə əhaliyə verilən sosial müavinətlər və ərzaq məhsulları dəyər ifadəsində vəsaitlərlə yanaşı, eyni zamanda texniki və təşkilati yardımlar da göstərilir. Bu yolla onlar öz regionlarında müvafiq biznes strukturları qura bilir ki, bütün bunların həyata keçirilməsi, son nəticədə kənd yerlərində kiçik sahibkarlığın inkişaf etdirilməsinə əlverişli şərait yaradır və eləcə də kənddə alternativ məşğulluğun təmin edilməsi həyata keçirilir. Bu da kənd əhalisinin gəlirlərinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Respublikamızda fundamental elmi-tədqiqatların həyata keçirilməsi, innovasiyalı istehsal proseslərinin genişləndirilməsi hesabına, istər daxili, istərsə də xarici bazara fərqli məhsulların çıxarılması və onların rəqabətədavamlılığının yüksəldilməsinə nail olmaq mümkündür. Yaxın perspektivdə sahibkarlığın inkişaf etdirilməsinə əlverişli şərait yaradılması, eləcə də daxili və xarici bazarda rəqabətədavamlı məhsul istehsalının həyata keçirilməsi və xidmətlərin göstərilməsinin təmin edilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında da bu məsələlərin həlli istiqamətləri geniş şərh edilmişdir Belə ki, burada kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədi ilə təşviqedici tədbirlər həyata keçirilməsi, sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldilməsi, daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq təcrübədə qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

Bu tədbirlər sırasına vergi dərəcələrinin və məcburi dövlət sosial sığorta haqlarının strukturunun, həmçinin gömrük rüsumlarının optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər, ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlər davam etdirilməsi, özəl bankları və kredit təşkilatlarını bu sektora vəsait ayırmağa daha da təşviq edən bir mühit yaratmaq üçün əlavə tədbirlər görülməsə, kənd təsərrüfatının sığortalanması mexanizmi təkmilləşdirilməsi, meliorasiya və irriqasiya tədbirləri gücləndirilməsi, torpaqların eroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədbirlər gücləndirilməsi və s. həyata keçirilməsi daxildir.

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetiriləcək, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və yeni belə müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər, ölkədə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı stimullaşdırılacaq, genetik ehtiyatların və bioloji müxtəlifliyin qorunması, tingçilik, toxumçuluq və damazlıq işlərinin, mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının müasir texnika, texnoloji avadanlıq, gübrə, toxum və ting ilə təminatı daha da yaxşılaşdırılması, aqrar sahədə elmi təminat və kadr hazırlığının daha da yaxşılaşdırılması da nəzərdə tutulur. (4, s.16)

Kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması baxımından bölgələrdə ən müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Bütün bunlar da öz növbəsində sahibkarlığın inkişafına təkan verəcək, son nəticədə kənd əhalisinin gəlirlərinin artırılmasına, həyat səviyyəsinin artırılmasına gətirib çıxaracaqdır.


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin