Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 3,3 Mb.
səhifə11/22
tarix05.03.2017
ölçüsü3,3 Mb.
#10310
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

ЛИТЕРАТУРА
1. Бернстайн Л.А. Анализ финансовой отчетности: теория практика и интерпретация. Пер. с англ.М.: финансы и статистика, 1996 2. Соколов Я.В. Основы теории бухгалтерского учета. М.: Финансы и статистика, 2000. 3. Прангишвили И.В. Системный подход и повышение эффективности управления. М.: наука, 2005. 4. Барнгольц С.Б., Мельник М.В. методология экономического анализа деятельности хозяйствующего субъекта: учебное пособие. М.:Финансы и статистика, 2003.
Sahibkarlıq fəaliyyətində tikinti istehsalatının intensivləşdirilməsi
Cəfərova R.T.
XÜLASƏ
Ehtiyat potensialının hər vahidindən tam istifadə etmək yolu ilə istehsalatın intensivliyinin yüksəldilməsi üçün səmərəlilik göstəricisindən istifadə edilir ki, buna da əmək məhsuldarlığının artırılması,materiallardan düzgün istifadə və əsas fondların faydalı iş əmsalının yüksəldilməsi hesabına nail olmaq mümkündür. Məqalədə sahibkarlıq fəaliyyətində tikinti istehsalatının səmərəliləşdirilməsi göstəriciləri və amilləri nəzərdən keçirilmişdir.

Açar sözlər: səmərəlilik, ekstensiv və intensiv inkişaf yolları, tikinti istehsalatının səmərəliliyi.
Intensification of construction in entrepreneurial activity
Jafarova R.T
SUMMARY
To increase the intensity of production it is better use of each unit of resource potential indicator of the intensification which is achieves due to the growth of labor productivity, better use of materials, increase the delivery of main assets. Factors and indicators of intensification of production in the construction business described in this article.

Key words: intensification, extensive and intensive way of development, efficiency of construction production.

Рецензент:

Агаева А.М.

Зав.кафедры «Экономическая теория»

к.э.н.
Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.87-93
UOT 332.21 (479.24)

Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin mahiyyəti və maliyyə-kredit mexanizminə təsir edən amillər

Qasımzadə Nofəl Şahin oğlu

Az.ETKTİ və Tİ – nun dissertantı
XÜLASƏ
Məqalədə sahibkarlıq fəaliyyətinin mahiyyəti, Azərbaycanda aqrar sahədə, o cümlədən kənd təsərrüfatında sahibkarlığın inkişafının mövcud vəziyyəti təhlil olunur, onların maliyyələşmə mənbələri və onlara göstərilən dövlət dəstəyi və sahibkarlıq fəaliyyətinin dövlət dəstəyi nəticəsində nail olduqları nəticələr araşdırılır.

Açar sözlər: sahibkarlıq, maliyyə, kredit, məhsul, istehsal, rəqabət, inkişaf, kənd təsərrüfatı
İqtisadiyyatda sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı bazar münasibətlərinin ən mühüm təzahürlərindən biri hesab olunur. Yeni iqtisadi sistemə, bazar münasibətlərinə keçidlə əlaqədar olaraq Azərbaycanda həyata keçirilən köklü islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlı olmuşdur. Son illər Azərbaycan Respublikasında əldə edilmiş iqtisadi-siyasi sabitlik ölkə iqtisadiyyatının inkişafı üçün əlverişli şərait yaratmışdır. Azərbaycan Respublikasının Konstitutsiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafı, azad sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı fundamental müddəalar öz əksini tapmışdır. Sahibkarlıq fəaliyyəti sahibkarlıq prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə üsullarını, sahibkarın dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.

Həyati təcrübələr göstərir ki, öz iqtisadiyyatını bazar münasibətləri şəraitində inkişaf etdirən bir ölkədə iqtisadi azadlıq xüsusi sahibkarlığın mühüm atributu, güclü stimullaşdırıcı amilidir. Məhz elə bu baxımdan A.Smit bu stimulu cəmiyyətin başlıca məhsuldar qüvvəsi adlandırmışdır. Bu baxımdan bazar iqtisadiyyatının normal fəaliyyətinin ən zəruri və vacib şərti cəmiyyətin hər bir üzvünün, hər bir təsərrüfat vahidinin, hər bir özəl qurumun iqtisadi azadlığının təmin olunmasıdır. Azadlığın, demokratiyanın bərqərar olması nəticəsində insanın özünün tarix boyu inkişafı ictimai tərəqqinin aparıcı meyarlarındandır. Bu fikirə xüsusi qiymət verən A.Smit yazırdı: “Əgər millət tam azadlıqdan istifadə edərək inkişaf edə bilməsəydi, bu halda yer üzündə ümumiyyətlə haçansa tərəqqi edə bilən millət tapmaq mümkün olmazdı’’. (2. s.42)

İctimai tərəqqinin aparıcı meyarı olan insanın özünün inkişafı amili bəşər cəmiyyətinin inkişaf boyu tarixi proses olsa da o ancaq bazarın tələbləri ilə geniş və rəsmi təşəkkül tapmağa başlamışdır.

Amerikalı iqtisadçı M.Fridmen «Pul və maliyyə» əsərində qeyd edir ki, iqtisadiyyatın bazar əsasında təşkilinin xüsusiyyəti ondan ibarətdir ki, heç bir kəsin digərinin işinə qarışmasına imkan vermir. (3)

Amerikalı iqtisadçılar K.Makkonel və S.Bryunin “Ekonomiks’’ adlı dərsliklərində qeyd edirlər ki, bazar iqtisadiyyatının ən mühüm cəhətləri xüsusi mülkiyyətdən, sahibkarlıqdan və qərar qəbul etmə azadlığından, şəxsi maraqdan, rəqabətdən, bazar sistemlərindən (qiymətlərdən), iqtisadiyyatda dövlətin məhdud (tənzimləyici) rolundan ibarətdir. (1). Nəzərdən qaçırmaq olmaz ki, cəmiyyət inkişaf etdikcə bazar iqtisadiyyatının qeyd olunan cəhətlərinin bəziləri öz funksiyalarını zəiflətmiş, digərləri isə daha da möhkəmləndirilərək qeyd olunan ardıcıllıqda 1-2 pillə irəli keçmişdir. Xüsusi mülkiyyət və azad sahibkarlıq kimi cəhətlər daha da geniş formalarda fəaliyyət göstərməyə başlamışdır. Onların hər ikisi bir-birinə sıx bağlı olan biri digərini tamamlayan proseslərdir. Ümumi şəkildə götürdükdə, xüsusi mülkiyyət lazımi şəkildə inkişaf etdirilmədiyi şəraitdə azad sahibkarlıq bazar münasibətlərinin tələblərinə uyğun vüsət ala bilməz. İnkişaf etmiş dünya ölkələrinin təcrübələri göstərir ki, istehsal vasitələri üzərində sahibkarlıq xüsusi mülkiyyətin hökmran olduğu bir şəraitdə azad sahibkarlığın səmərəsi də yüksək olur.

Bazar münasibətləri şəraitində istər mikro və istərsə də makroiqtisadi fəaliyyətin həyata keçirilməsi təsərrüfatçılığın iqtisadi mexanizminin səmərəli və çevik şəkildə formalaşdırılmasından əhəmiyyətli dərəcədə asılıdır. Təsərrüfatçılığın iqtisadi mexanizmi-geniş təkrar istehsal prosesini həyata keçirmək üçün maliyyə-kredit, qiymət və digər stimullaşdırıcı vasitələrdən istifadə edilməsini nəzərdə tutur. Hər bir faktorun təsərrüfatçılığın iqtisadi mexanizmində kifayət qədər önəmli yeri və rolu vardır.

Araşdırmalar göstərir ki, maliyyənin məzmunu və prinsipləri ictimai istehsal üsulu və cəmiyyətin inkişafının iqtisadi qanunları ilə müəyyən olunur. Borcların dövlətin daxili xərcləri hesabına silinməsi, müxtəlif dotasiyalar və subsidiyalar vermək yolu ilə müəssisələrin maliyyə vəziyyətinin süni sağlamlaşdırılmasını təmin edən sosialist istehsal üsulundan fərqli olaraq, bazar iqtisadiyyatı şəraitində mülkiyyət mənsubiyyətindən asılı olmayaraq bütün istehsal subyektləri özünümaliyyələşdirmə və öz xərcini ödəmə şəraitində iqtisadi siyasətin həyata keçirilməsinin mühüm aləti olmaqla cəmiyyətdə əmtəə-pul münasibətlərinin reallaşdırılması ilə bağlı olan ən mühüm iqtisadi kateqoriyalardan biridir, əmtəəlik məhsul istehsalı, bölgüsü, mübadiləsi və istehlakı onun dəyərinin durmadan hərəkəti ilə müşayiət olunur. Bu isə müəssisədə ümumi maliyyə zərurətini şərtləndirir.

Maliyyə münasibətlərinin əhatə dairəsindən formalaşan maliyyə sistemi bir qrup maliyyə halqalarından ibarətdir ki, həmin sırada müxtəlif dairələrin büdcələri, şəxsi, sosial, əmlak sığorta fondları, dövlətin valyuta ehtiyatları, idarə, müəssisə və təşkilatların, eləcə də digər kommersiya və qeyri-kommersiya qurumlarının pul fondları və s. gedir. Ona görə də maliyyə sisteminə tərif verərkən qeyd edirlər ki, bu sistem dövlətin və təsərrüfatçılıq edənlərin pul fondlarının yaranması, bölgüsü və istifadəsi ilə əlaqədar tətbiq olunan forma və metodlar sistemidir.

Maliyyə sistemi halqaları sırasına iqtisadiyyatın tənzimlənmə vasitəsi aləti kimi dövlət maliyyəsi çərçivəsində mərkəzi və əsas yer tutan dövlət büdcəsi xüsusi rol oynayır. Təsərrüfatların maliyyə mənbələrindən biri də onların banlardan əldə etdikləri müxtəlif kreditlərdir.

Kreditin inkişafının ilkin şərtləri təkrar istehsal prosesində kapitalın dövranının qanunauyğunluqlarından irəli gəlir; təsərrüfatın bəzi sahələrində kreditin mənbəyi kimi çıxış edən müvəqqəti sərbəst pul kapitalları yaranır, digər sahələrdə isə həmin kapitala tələbat, yəni kredit üçün zərurət əmələ gəlir. Kreditin əsas mənbələri aşağıdakılardır:



  1. Əsas kapitalın fəaliyyəti prosesində onun istehsal olunan əmtəələrin üzərinə keçirilən dəyərinin amortizasiyası formalarında tədricən (yəni avadanlıqlar alınana qədər) yığılan hissəsi;

  2. İstehsal olunmuş əmtəələrin satış vaxtı ilə istehsal prosesinin davamı üçün zəruri olan yeni xammalın, materialların, yanacağın alınması vaxtının üst-üstə düşməsi ilə əlaqədar dövriyyə kapitalının bir hissəsi;

  3. Əmtəələrin reallaşdırılmasından daxil olan pul vəsaitlərinin daxil olması ilə əmək haqqının ödənilməsi müddəti arasında dəyişən kapitalın sərbəst pul kapitalı formasında çıxış edən hissəsi;

  4. Geniş təkrar istehsal prosesini təmin etmək üçün əlavə istehsal amillərinin əldə edilməsi məqsədilə izafi dəyərin kapitallaşan hissəsi;

  5. Büdcə sistemi vasitələrinin müxtəlif məqsədli fondların və ehtiyatların hərəkəti;

  6. Əhalinin gəlirləri və yığımları.

Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit hesablaşma münasibətləri borc kapitallarının hərəkəti ilə əlaqədar olub, kreditin müxtəlif formalarını özünə daxil edir. Kredit sistemi kredit-maliyyə institularının məcmusu kimi sərbəst pul kapitallarını, əhalinin müxtəlif təbəqələrinin gəlirlərini və əmanətlərini (yığımlarını) cəmləşdirir və onları hökümətə, firmalara və xüsusi şəxslərə borc kimi verir. Tarixən kredit sisteminin əsası kimi banklar çıxış edir. Kredit sistemi o zaman bütöv və obyektiv olur ki, o üç elementi; kredit münasibətləri sistemini, kredit idarələri sistemini və kreditləşmə sistemini özündə əks etdirsin. Kredit, bazis istehsal münasibətləri kimi əsas ünsür olub sistemdə birinci halqadır. Onun əsasında kredit idarələri yaradılır (ikinci halqa) və bunlar kreditin obyektiv keyfiyyətləri və hərəkət qanunları əsasında kredit münasibətlərini idarə edirlər. Belə idarəetməni kredit idarələri kreditləşmə sistemi (üçüncü halqa) vasitəsilə həyata keçirirlər.

Azərbaycanda son illər dövlət tərəfindən kənd təsərrüfatında sahibkarlığın inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)», Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)», Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilmişdir. Bundan əlavə «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» ölkə prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına əsasən artıq respublikamızda da aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq qurumlarına subsidiyaların verilməsinə başlanmışdır. Azərbaycanda Heyvandarlığın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə 10 milyon manat ayrılması ilə bağlı 11 fevral 2013-cü il tarixli fərman imzalanmışdır.

Araşdırmalar göstərir ki, kənd təsərrüfatında sahibkarlıq formalarının inkişafı üçün dövlət tərəfindən görülmüş işlər mövcud problemlərin həlli baxımından yetərli deyildir. Belə ki, özəl bölmənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən, bütövlükdə istehsal potensialından səmərəli istifadə edilməsi, sahibkarlıq qurumlarının kapital resurslarına olan ehtiyaclarının ödənilməsi, kənd təsərrüfatında səmərəli geniş təkrar istehsalın qurulması, kənd əhalisinin istehlak tələbatının maksimum ödənilməsi kimi vacib məsələlərin uğurlu həlli tam təmin edilməmişdir. Əvvəllər olduğu kimi, hal-hazırda da kənd təsərrüfatı istehsalı səmərəlilik baxımından digər istehsal sahələrindən xeyli geri qalır. Kənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların böyük əksəriyyəti təsərrüfat fəaliyyətini gəlirlə başa vursalar da, əldə olunmuş maliyyə nəticələri kəndli ailələrinin tələbatının ödənilməsini təmin etmir. Aqrar islahatlarla əlaqədar kəndli ailələri iqtisadi resurslara, müstəsna səlahiyyətlərə, ictimai məhsulun hərəkətinin bütün mərhələlərində tam müstəqilliyə malik olsalar da, sözün tam mənasında, iqtisadi müstəqilliyi reallaşdıra bilməmişlər. İqtisadi müstəqillik isə yalnız sahibkarlıq fəaliyyəti yüksək iqtisadi səmərə verdikdə, yəni fəaliyyətindən əldə etdiyi gəlir həm fəaliyyətlə əlaqədar xərcləri, həm ailənin istehlak tələbatı və həm də istehsal fəaliyyəti dairəsini genişləndirmək üçün kifayət etdikdə təmin olunur.

Apardığımız araşdırmalar göstərir ki, 1995-ci illə müqayisədə 2010-cu ildə bütün təsərrüfat kateqoriyaları üzrə dəyər ifadəsində kənd təsərrüfatında ümumi məhsul 5 dəfə, o cümlədən bitkiçilikdə 5 dəfə, heyvandarlıqda 4,9 dəfə artmışdır. 2010-cu ildə bütün təsərrüfat kateqoriyaları üzrə istehsal edilən kənd təsərrüfatı məhsulunun 93,5%, bitkiçilikdə 96,7%, heyvandarlıqda 89,0%-i fərdi sahibkarların, ailə, kəndli və ev təsərrüfatlarının payına düşmüşdür. Fərdi sahibkarlıq təsərrüfatlarında müqayisə olunan dövrdə kənd təsərrüfatının ümumi məhsulu 6,9 dəfə, o cümlədən bitkiçilikdə 9,1 dəfə, heyvandarlıqda 5,1 dəfə artmışdır. Analoji olaraq kənd təsərrüfatı müəssisələri və sair təşkilatlarda məhsul istehsalının kəskin azalması müşahidə olunmuşdur ki, bu da keçmiş kolxoz və sovxozlara məxsus torpaq və əmlakın özəlləşdirilməsi, yeni sahibkarlıq qurumlarının yaradılması ilə bilavasitə bağlı olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalı və məhsuldarlığı cədvəl 1-də göstərilmişdir.

Statistik məlumatların təhlili göstərir ki, 2011-cu ildə bir sıra çətinliklərə baxmayaraq əksər əsas növ kənd təsərrüfatı bitkiləri məhsullarının istehsalı və məhsuldarlığı üzrə yüksək nəticələr əldə edilmişdir.

Lakin bütün bunlara baxmayaraq, ölkə üzrə dənlik qarğıdalı da daxil olmaqla 961,3 min hektar sahədən 2458,4 min ton taxıl məhsulu toplanmışdır. Hesabat ilində hər hektardan orta hesabla 25,4 sentner məhsul götürülmüşdür. 2011-ci ildə 66,4 min ton pambıq 3,6 min ton tütün, 938,5 min ton kartof, 1214,8 min ton tərəvəz, 478,0 min ton bostan məhsulları, 137 min ton üzüm, 765,8 min ton meyvə və giləmeyvə, 0,53 min ton çay yarpağı istehsal olunmuşdur. 2010-cu illə müqayisədə 2011-ci ildə taxıl istehsalı 22,9%, bostan məhsulları istehsalı 10,2%, üzüm istehsalı 5,8%, meyvə-giləmeyvə istehsalı 5,0% açalmışdır, müqayisə olunan dövrdə tərəvəz istehsalı 4%, pambıq istehsalı 73,8%, kartof istehsalı 1,6%, çay yarpağı istehsalı 1,8% azalmışdır.



Cədvəl 1.
Kənd təsərrüfatı bitkilərinin ümumi yığımı və məhsuldarlığı



Məhsullar

İllər

1995-ci illə qayisədə 2011-cu ildə %-

2010- illə qayisədə 2011-cu ildə %-

1995

2000

2007

2008

2009

2010

2011

Ümumi yığım (min ton)

Taxıl

921,4

1540,

2004,

2498

2988

2001

2458

2,7 dəfə

22,9

Pambıq

274,1

91,5

100,1

55,4

31,9

38,2

66,4

-41dəfə

73,8

Tütün

11,7

17,3

2,9

2,5

2,6

3,2

3,6

-3,2 dəfə

12,5

Kartof

155,5

469

1037

1077

983,0

953,7

938,5

6 dəfə

-1,6

Tərəvəz

424,1

780,8

1227

1228

1179

1190

1215

2,9 dəfə

-1,6-

Bostan məhsulları

41,9

261

417,6

407,7

410,8

433,6

478,0


11,4 dəfə

10,2

Üzüm

308,7

76,9

103,4

115,8

129,2

129,5

137,0

4,4 dəfə

5,8

Meyvə və giləmeyvə

324,4

477

677,8

712,8

718,2

729,5

765,8


2,4 dəfə

5,0

Çay yarpağı

9,4

1,1

0,48

0,32

0,45

0,54

0,53

-17,7 dəfə

-1,8

Məhsul

Dənli bitkilər

15,1

23,8

27,1

27,9

26,6

20,7

25,4

68,2

22,7

Pambıq

13,0

9,1

13,4

11,5

15,5

12,7

15,5

19,2

22,0

Tütün

14,6

22,2

22,5

23,3

21,7

24,0

24,9

70,5

3,7

Kartof

97

84

150

153

149

145

144

48,4

-0,6

Tərəvəz

157

133

139

142

140

142

146

-7.0

2,8

Bostan məhsulları

73

98

129

129

132

137

144


97,2

5,1

Üzüm

32,6

35,8

70,1

74,0

74,7

74,7

81,5

2,5 dəfə

9,1

Meyvə və giləmeyvə

31,2

61,9

71,9

73,4

71,9

70,6

71,7

2,3 dəfə

1,5

Çay yarpağı

10,3

2,0

2,8

3,2

5,7

9,4

9,8

-4,8

4.2

*Cədvəl Azərbaycan kənd təsərrüfatı 2012-in məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. 618 s.
1995-ci illə müqayisədə 2011-cu ildə taxıl istehsalı 2,7 dəfə, kartof 6,0 dəfə, tərəvəz 2,9 dəfə, bostan məhsulları 11,4 dəfə, meyvə və giləmeyvə 2,4 dəfə artmışdır. Müqayisə olunan dövrdə pambıq istehsalı 4,1 dəfə, tütün 3,2 dəfə, üzüm 4,4 dəfə çay istehsalı 17,7 dəfə azalmışdır.

Müqayisə olunan dövrdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında da nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmuşdur. Belə ki, 2010-cu illə müqayisədə 2011-ci ildə pambığın məhsuldarlığı 22,0%, bostan məhsulları 5,1%, üzüm 9,1%, çay yarpağının məhsuldarlığı 4,2%, tütünün məhsuldarlığı 3,7%, tərəvəzin məhsuldarlığı 2,8%, meyvə-giləmeyvənin məhsuldarlığı 15% artmışdır. Dənli bitkilərin məhsuldarlığı 22,7%, kartof 0,6% azalmışdır.

1995-ci illə müqayisədə 2011-ci ildə dənli bitkilərin məhsuldarlığı 68,2%, pambığın məhsuldarlığı 19,2%, kartofun məhsuldarlığı 70,5%, bostan bitkilərinin məhsuldarlığı 97,2%, üzüm 2,5 dəfə, meyvə 2,3 dəfə artmış, tütünün məhsuldarlığı 70,5%, tərəvəzin məhsuldarlığı 7%, çay yarpağının məhsuldarlığı isə 4,8% azalmışdır.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 01 yanvar 2012-ci ilə olan məlumatına görə ölkədə 2681,9 min baş iri buynuzlu mal-qara, 8559,3 min baş qoyun və keçi, 6,1 min baş donuz, 23,1 mln. baş quş mövcuddur. 1995-ci illə müqayisədə 2019-cu ildə iri buynuzlu mal-qaranın sayı 55,2%, qoyun və keçilərin sayı 81%, quşların sayı 82,5% artmış, donuzların sayı isə 83% azalmışdır. Ötən illə müqayisədə isə mal-qaranın baş sayı 13%, qoyun və keçilərin sayı 0,8% artmış, quşların sayı 3,2% artmış, donuzların sayı isə 3,2% azalmışdır. Ölkədə heyvandarlıq məhsullarının istehsalı və məhsuldarlığın səviyyəsi cədvəl 2-də göstərilmişdir.



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin