NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, geofitlər təbii şəraitə
uyğunlaşmalarının eko-fitosenotik qanunauyğunluqları, növlərin müxtəlif hündürlüklərdə
paylanmasına səbəb olmuşdur. Ərazidə əsasən Zambaqkimilər - Liliaceae Juss. fəsiləsinin nümayəndələri hökmranlıq edir. Liliaceae fəsiləsinin qaz soğanı (Gagea) və Tülpan (Tulipa) cinsi növlərinin yayılma diapozonu
müxtəlifdir: G.dubia- şübhəli q.s. və G.germainae- jermen q.s., T. juliа –yuliya tülpanı KQ
şimalında orta dağ qurşağına kimi, kolluqlar arasında, meşə kənarlarında, otlu yamaclarda və nadir
hallarda isə əkinlərdə yayılmışdır. G.glacialis– buzlaq q.s. və Gageae caroli-kochii - koxa - kox
yayıldığı ərazi erməni işğalına məruz qaldığı üçün son məlumatlar qeyri müəyyəndir. G.alexeenkoana Tovuz, Şəmkir, Gəncə, Goranboy, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarında ovalıqdan aşağı dağ
qurşağına kimi, quru gilli və daşlı yamaclarında rast gəlinmişdir. Tulipa cоnfusа və Fritillaria caucаsica Göygöl, Gədəbəy və Daşkəsən rayonlarında orta və yüksək dağlıqda az-az yayılmışdır.
Ərazidə növün bir variasiyayına da rast gəlinmişdir - F.caucаsica var. armеnа (Bоiss.) Grossh.