Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə250/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   246   247   248   249   250   251   252   253   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
141 
keyfiyyətli silaha həmişə ehtiyac duyulmuşdur. Belə ki, iynəyarpaqlı ağacların budaqları ox və yay və digər 
silahların hazırlanması üçün çox münasibdir. Yerli ağac növlərdən fərqli olaraq iynəyapaqlılar quruduqda 
daha  az  çəkiyə  malik  olması  ilə  yanaşı  həm  də  tərkibindəki  qətran  onların  uzun  müddət  keyfiyyətili 
qalmağına səbəb olur. Bu meşələr şübhəsiz silah-sursat hazırlanması məqsədi ilə becərilmişdir. 
 
1900-cü ildən başlayaraq Lənkəranda  indiki Subtropik Bitkilər İnstitutunun çay
 
filialı yaxınlığında 
«Hirkan sahəsi» adlanan əraziyə dünyanın müxtəlif ölkələrindən 150-dən çox ağac və kol növlərini tədqiq 
etmək  məqsədi  ilə  introduksiya  olunmuş  müxtəlif  bitkilərdən  ibarət  dendrari  yaradılmışdır.  Burada  1926-
1936-cı  illər  ərzində,  Azərbaycan  və  keçmiş  Sovet  İttifaqının  botanika  elminin  görkəmli  alimləri  elmi-
tədqiqat  işləri  aparmış və  elmə  çoxlu  sayda  yeni tövhələr vermişlər.  Buraya  gətirilmiş  bütün bitki növləri 
demək olar ki, çox uğurla inkişaf  etmiş və  mütəxəsislərin  rəyinə  görə,  gətirildiyi  arealların  müxtəlifliyinə 
baxmayaraq,  hirkan  ərazisinin  iqlim  şəraiti  bütün  növdə  bitkilərin  normal  inkişaf  etməsinə  imkan  verir. 
Sonrakı  illərdə  bu  bitki  növlərinin  əksəriyyəti  rayonlaşdırılmış,  dekorativ  növlər  kimi  şəhərlərin  və  digər 
yaşayış  məntəqələrinin  bəzədilməsində  istifadə  olunmuşdur.  Bəzi  növlər  kənd  təsərrüfatının  inkişafında 
mühüm  yer  tutmuşdur.  Həmin  bitki  növlərinin  bəziləri  indi  də  yerli  əhali  tərəfindən  becərilir  və  satış 
məqsədi  ilə  inkişaf  etdirilir.  Onlardan;  Citrus  limon  Burm.  fil.,  Citrus  unschiu  (Swingle)  Marc.,  Citrus 
paradisi Marc., Citrus sinensis Osbeck, və s Feijoa sellowiana Berg., bölgə rayonlarının kənd təsarrüfatında 
strateji  məhsullar  kimi  xüsusi  yer  tutmağa  başlamış,  tədqiq  olunan  ərazinin  yaşayış  massivlərndə,  şəxsi 
təsərrüfatlarda indi də geniş tətbiq olunur.  
 
Carya pecan Nutt. – pekan, ötən əsrin əvvəllərində bölgəyə gətirilmiş və 40-cı illərin sonunda yalnız 
bir neçə yaşayış məntəqəsində parkların salınmasında istifadə olunsa da, sonradan məlum oldu ki, heç bir 
aqrotexniki  qulluq  göstərilmədən  də  çox  gözəl  təbii  formada  artım  verir,  inkişaf  edir.  Əsasən  düzən  və 
dağətəyi  ərazilərdə,  tarla  və  əkin  yerlərində  quşlar  vasitəsi  ilə  yayılır,  hətta  bir  sıra  növdaxili  məhsuldar 
formalar əmələ gətirir.  
Dəfnə  –  Laurus  nobilis  L.,  Keçən  əsrin  30-50-cı 
illərində,  yaşıllaşdırmada  canlı  çəpər  kimi  və  kənd 
təsərrüfatında  qiymətli  ədviyyə 
növü  kimi  xüsusi 
plantasiyalarda  becərilməsinə  baxmayaraq,  90-cı  illərdən 
sonra  geniş  becərilməsi  dayandırıldı.  Indi  yalnız  bəzi  fərdi 
təsərrüfatlarda  və  təsadüfi  hallarda  istifadəsiz  torpaqlarda 
rast gəlinir. 
 
Sənayinin  inkişafı  məqsədi  ilə  gətirilmiş  tunq  bitki 
növləri-  Aleurites  fordii  Hemsley  və  Aleurites  cordata
 
(Thunb.)  R.Br.,  o  zaman  yüksək  keyfiyyətli  texniki  yağ 
məhsulunun  istehsalı  məqsədi  ilə  introduksiya  edilmiş  bu 
növ  geniş  plantasiyalarda  əkilməsinə  baxmayaraq  hazırda 
onlara tək-tək hallarda rast gəlmək olur.  
 
Maclura  pomifera  (Rafin.)  Schneid.  –  meymunalması,  isə  ipəkçiliyin  inkişafı  üçün  tut  bitkisinə 
alternativ  növ  kimi  becərilmişdir.  Bu  ərazilərdə  əsasən,  yol  qıraqlarında  qoruyucu  və  müəyyən  yerlərin 
mühafizəsi məqsədi ilə yaşıl çəpər kimi istifadə olunur. Bəzi hallarda meyvələrindən müalicə məqsədi ilə 
istifadəsinə  cəhd  göstərilir.    Özünü  müasir  dövrdə  tam  doğrultmadığından  bu  bitki  növlərinə  yalnız 
yabanılaşmış formada rast gəlinir. 
İntroduksiya olunmuş bitkilərin arasında bir növ Azərbaycan endemi Pinus eldarica Medw. və bir 
növ Qafqaz endemi Populus gracialis Grossh. mövcuddur. Bu bitki növləri yaşayış məntəqələrində, məktəb, 
xəstəxana  və  dövlət  idarələrinin  ətrafında  dekorativ  məqsədlə  və  külək  eroziyasına  qarşı  parklarda  və  yol 
kənarlarında  əkilmişir.  Pinus  eldarica  Medw.  –  Eldar  şamı.  Lənkəran  rayonun  Hirkan  qəsəbəsindəki  orta 
məktəbinin həyətində yaşıllaşdırma məqsədi ilə keçən əsrin 50-ci illərində əkilmişdir. Hazırda bu ağacların 
əksəriyyəti  müxtəlif  səbəblərdən  kəsilmişdir.    Lənkəran  çay  filialı  ərazisində  inzibati  binanın  qarşısında 
yaşıllaşdırma  məqsədi  ilə  əkilmiş  bir  neçə  nümunə  hələ  də  mövcuddur.  Toxum  əmələ  gətirməsinə 
baxmayaraq təbii bərpası çox zəifdir.  
Platanus  orientalis
 
L.,  -  şərq  çinarı  respublikamızın  digər  bölgələrində  geniş  yayılsa  da,  cənub 
bögəsinə yalnız keçən əsrin 70-80 ci illərində Lənkəran Meşə Bərpası Idarəsinin mütəxəsisləri tərəfindən, 
 
ġək. 1. Aleurites cordata
 
(Thunb.) R.Br.
 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin