Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə249/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   245   246   247   248   249   250   251   252   ...   339
MATERĠAL VƏ METODLAR 
Tədqiqat  işinin  aparılması  və  introduksiya  olunmuş  bitki  növlərinin  tədqiq  olunması  məqsədi  ilə 
regionun müxtəlif rayon və kəndlərinə səyahət edilmiş, qeydlər aparılmış, herbari nümunələri toplanmışdır. 
Toplanmış  herbari  materialları  «Azərbaycan  florası»na  görə  təyin  edilmiş  [1],  və  S.K.Çerepanova  görə 
dəqiqləşdirilmişdir [2].  
 
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ 
Azərbaycan Respublikasının cənub bölgəsində bitki örtüyünün zəngin olmasına baxmayaraq hələ orta 
əsrlərdə  bu  ərazilərdə  təbii  şəraitdə  bitməyən,  amma,  müxtəlif  məqsədlərlə  istifadə  olunan  və  ehtiyac 
duyulan bəzi bitkilər yerli insanlar tərəfindən məqsədyönlü halda introduksiya olunmuşdur [3,4]. Məsələn, 
Castanea  sativa  Mill.  -
 
adi  şabalıd  növü  cənub  bölgəsində  mövcud  hirkan  tipli  meşələr  üçün  xarakterik 
olmayan  bitkidir.  Amma,  Astara  rayonunun  Şuvi  meşəbəyliyində  yaşı  400  ildən  çox  olan  yalnız  bir  adi 
şabalıd  ağacı  var.  Bu  ağac  sağlam  olsa  da  məhsul  vermir.  Böyük  və  Kiçik  Qafqaz,  Kolxida  və  İran 
florasında adi şabalıdın yayılması, heç də buralarda da nə vaxtsa, oxşar şabalıd meşələrinin olmasını iddia 
etmək, məntiqə  uyğun ola bilməz.  Belə  ki,  adi  şabalıd adətən,  nisbətən  soyuğadavamlı bitki  olduğu üçün 
onun mövcud şəraitdə daha çox orta və yuxarı dağ qurşağında yayılmaq ehtimalı daha yüksəkdir, amma bu 
qurşaqlarda deyil, dağətəyi qurşaqda, dəniz səviyyəsindən təqribən 200 –metr yüksəkdə olması, həmçinin 
yaxınlıqda  orta  əsrlərə  məxsus məzarlıqların, şümşadlıqların  mövcudluğu təbii  ki,  o vaxtlarda  bu  ərazidə 
kiminsə  təsərrüfatının  olması  ehtimalını  daha  da  real  edir  və  bu  növün  nə  vaxtsa  təsərrüfat  məqsədi  ilə 
əkilməsi şübhə doğurmur.  
Taxus  baccata  L.  –  Giləli  qaraçöhrə.  Hazırda  ən  böyük  qaraçöhrə  meşəliyi  Lerik  rayonunun  Siov 
kəndindən təqribən 10-12 km qərb Hamarat kəndi istiqamətdə yerləşən Ləkərçayın Bəskeş adlanan ərazidə 
yerləşir.  Ümumi ərazisi təqribən 2 hektardır. Ağacların hündürlüyü 7-8 metr, diametri 55-70 sm-dir. Təbii 
bərpa  yoxdur.  Həmçinin,  Bobo  Gil  ziyarətgahının  qəbirstanlığında,  Vazarü  çayının  sahilinə  tərəf,  şümşad 
ağaclarının arasında qrup halında bitmişdir. Ən azı 500 il yaşı olan bu ziyaratgahda çoxlu süfi qəbirləri var. 
Burada qaraçöhrə meşəsinin olması heç bu ərazilərdə oxşar tipdə meşələrin yayılmasına dəlalət etmir. Tarixə 
nəzər  salsaq  bu  ərazilərdə  müxtəlif  tarixi  olayların  içində  yer  tutmasının  şahidi  olarıq.  Təbii  ki,  daha 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin