AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
142
əsasən meşə massivlərində yol kənarlarında əkilmişdir və ərazidə uğurla inkişaf edir.
Eriobotrya japonica (Thunb.) Lindl., - yapon eriobotriyasının meyvələrinin erkən yetişməsi, bol
məhsuldarlığı, tez bir zamanda boy atıb artım verməsi və xüsusiyyətləri bu növün cənub bölgəsinin fərdi
təsərrüfatlarında çox sürətlə yayılmasına səbəb olmuşdur.
Acacia dealbata Link., - gümüşü akasiya və yaxud xalq arasında mimosa kimi tanınır. Adətən, idarə
və müəssələrin həyətlərində becərilir. Ötən əsrin 70-80 -ci illlərində Rusiya şəhərlərində çiçəklərnin 8 mart
ərəfəsində hədiyyə qismində satılması şəxsi təsərrüfatlarda qısa müddətdə geniş surətdə əkilməsinə səbəb
olmuşdur. Ancaq 90-cı illərdən bu bitkiyə maraq getdikcə azalmağa başlamış, hazırda yaşıllıqlarda az-az rast
gəlinir. Amorpha ftruticosa L. – kolşəkilli amorfa, ötən əsrin əvvəllərindən bölgəyə gətirilməsinə
baxmayaraq, demək olarki, suvarma məqsədilə yaradılmış iri kanal və süni göllərin ətrafında yabanılaşmış
formada ərazini zəpt etmişdir.
Robina pseudoacacia L., - ağ akasiya, əsasən qələvi xassəli torpaqlarda yaxşı bitir. Yüksək dekorativ
xüsusiyyətlərinə görə kəndlərdə, şəxsi təsərrüfatlarda yaşıl çəpər kimi və balverən bitki olduğundan əsasən
arıxanaların ətrafında becərilmişdir. Təəssüf ki, son zamanlar tədricən digər növlərlə əvəzlənir.
Ligustrum japonicum Thunb.- yapon birgözü, əsasən dekorativ bitki kimi, çay plantasiyalarının
ərtafında külək erroziyasına qarşı və yaşayış məntəqələrində yaşıllaşdırma məqsədi ilə əkilmişdir. Meyvələri
qış aylarında, xüsusən qarlı günlərdə, quşların qida ehtiyaclarını təmin edir və bu da münbit torpaqlı çay
plantasiyalarında bu bitki növünün təbii səkildə sürətlə yayılmasına səbəb olur. İstifadəsiz qalmış
torpaqlarda, böyürtikan kolluqlarında, meşə ətrafı kolluqların tərkibində təbii şəraitdə bitir.
Catalpa bignonioides Walf. – katalpa, dekorativ bitkilər kimi parklarda və şəhər küçələrində
əkilmişdir, çox gözəl çiçəklərə malikdir. Tədricən digər növlərlə əvəzlənir.
Lənkəran ərazisinə gətirilmiş evkalipt - Eucalyptus cinerea F. Muell ex Benth. növü bir neçə yerdə
əkilmişdir. Müşahidə üçün onlar indiki Xanbulan
kəndində Hirkan sahəsində və buraya yaxın ərazidə
yerləşən çay plantasiyalarin birində külək eroziyasına
qarşı sipər kimi və bir necə rütubətin bol olduğu yerlərdə
əkilmişdir. Demək olar ki, bütün yerlərdə çox gözəl
inkişaf etmişdir. Amma, sonradan onların bir qismi 1969
-cu, bir qismi də 1986 -cı illərdə qışın kəskin soyuq
aylarında şaxtalara tab gəlirməyib tələf olmuşdur. Amma,
sonrakı illərdə sağ qalmış köklərdən pöhrələr yenidən
bəzi ağacların bərpa olmasına şərait yaratmışdır. Köhnə
ağacların toxumlarından istifadə edərək, tingliklərdə
onları becərməyə başlamış və yenidən müxtəlif yerlərdə
əkmişlər. Bəzi insanlar ticatət məqsədi ilə öz şəxsi
təsərrüfatlarında da bu bitkini becərmişlər. Bir neçə il
geniş vüsət almış bu iş sonradan alıcı qıtlığına görə dayanmışdır.
Cedrus deodara (Roxb.) G.Donfil. – Himalay sidri.
Lənkəran çay filialında çay plantasiyasının qarşısında 10-12
m hündürlükdə diametri 20-25 sm olan sıra ilə əkilmiş çoxlu
Himalay sidri normal vəziyyətdə inkişaf edir. Tuxum verir.
Bitkiçilklə məşğul olan yerli bağbanlar onların toxumlardan
alınan fidanları komersiyya məqsədi ilə artırırlar.
Cedrus atlantica Manetti – Atlas sidri. Lənkəranda
mərkəzi şəhər xəstəxanasının bağında bir ədəd yaşlı atlas
sidri var. Meyvələnir. Amma, təbii artıma rast gəlinmir. v
Picea pungenus Engelm – Tikanlı küknar.
Lənkəranda fərdi həyətdə becərilir. Lənkəranda İcra
aparatının həyətində əkilmişdir, normal inkişaf edir.
Cryptomeria japonica