Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


ġək. 2. Eucalyptus cinerea F. Muell ex Benth.    ġək. 3



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə252/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   248   249   250   251   252   253   254   255   ...   339
ġək. 2. Eucalyptus cinerea F. Muell ex Benth. 
 
ġək. 3. Cedrus deodara (Roxb.) G.Donfil 


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
143 
kriptomeriyası.  Azərbaycan  Elmi-Tədqiqat  Çoxillik  Bitkilər  İnsitutunun  Lənkəran  çay  filialının  həyətində 
hündürlüyü 12-15 metr, diametri 35-45 sm olan 6-7 ağac vardır. Normal inkişaf edir, qozameyvə verir. Süni 
şəraitdə  normal  cücərti  verir.  Rayon  ərazisində  bəzi  köhnə  (o  cümlədən  Hirkan  qəsəbəsində)  çay 
plantasiyalarının  külək  erroziyasından  qorunması  üçün  salınmış  zolaqlarda  40-ci  illərin  sonunda 
yaşıllaşdırma məqsədi ilə əkilmişdir. Hazırda tək-tək rast gəlinir.   
Juniperis virginiana  L. – Virginiya ardıcı. Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnsitutunun 
Lənkəran  çay  filialının  təcrübə  sahəsində  hündürlü  28  metr,  diametri  46  sm  olan  1  ağac  vardır.  Normal 
inkişaf edir, meyvələnir. Süni şəraitdə normal cücərti verir. 
Biota orientalis (L.) Endl.  –  Şərq  səlbi  (şərq tuyası).  Lənkəran  rayonunu  əksər  yerlərində xüsusən 
dövlət  müəssələrinin  həyətlərində  yaşıl  çəpər  formasınfa  geniş  istifadə  olunmuşdur.  Son  illərdəki 
yenidənqurma nəticəsində onların digər növlərlə əvəz olunması müşahidə olunur. Hal-hazırda Lənkəran çay 
filialının həyətində yaşıl çəpər kimi becərilir.  
Cupressus sempervirens L. – Adi sərv. Bu ağac növü qoruyucu zolaqların salınmasında geniş istifadə 
olunur.  Sərv  ağacının  (Cupressus  sempervirens  f.  horizontalis  Mill.)  horizontal  forması  Lənkəranda  Qala 
mehmanxanasının qarşısında dekorativ bitki kimi əkilmişdir. Burada o  normal inkişaf edir. Lənkəran rayonu 
Bürcəli kəndində 90-100 illik ehramvari sərv (Cupressus sempervirens f. pyramidalis Targ.) ağaclarına rast 
gəlmək olur. Lənkəran çay filialında 1934 –cü ildə 100-lərlə pehramvari sərvdən ibarət xiyaban salınmışdır. 
Hal-hazırda həmin ağacların bir qismi yerində durur, əksəriyyəti müxtəlif illərdə yağmış qar və ya əsən güclü 
küləklərin  təsirindən  yıxılmış  və  ya  sınaraq  sıradan  çıxmışdır.  Nəticə  etibarı  ilə  digər  ağaclarla  əvəz 
olunmuşdur.  Digər  formalarına    Lənkəran  rayonunun  bütün  yaşıllıq  ərazilərində  həmçinin  Bakı  -  Astara 
magistralı boyu rast gəlmək olur. 
Cupressus  macrocarpa  Hartw.  –  İrimeyvəli  sərv.  Astara  rayununda  Kijəba  kəndi  ərazisində  çay 
plantasiyasının qoruyucu zolağında və magistral yolunun qıraqlarında tək-tək rast gəlinir. 
Cupressus lusitanica Mill. – Lənkəran rayonun Hirkan qəsəbəsindən düzən meşəyə gedən yolun sol 
tərəfində  yerləşən  köhnə  çay  plantasiyasının  və  Bürcəli  kəndi  istiqamətdə  əvvəllər  10  və  11-  ci  çay 
plantasiyalarını ayıran qoruyucu zolaqda və  həmçinin Bakı – Lənkəran magistral yolunun kənarında (275 -ci 
km)  yaşıllaşdırma  məqsədi  ilə  50-ci  illərdə  əkilmişdir.  Hazırda  bu  ağaclardan  bir  neçə  nüsxə  salamat 
qalmışdır. Toxum verməsinə baxmayaraq təbii bərpası müşahidə olunmamışdır.  
 Cupressus  arizonica  Grene.  –  Arizona  sərvi.  Azərbaycan  Elmi-Tədqiqat  Çoxillik  Bitkilər 
İnsitutunun  Lənkəran  filialının  Hirkan  sahəsində  30-cu  illərdə  əkilmişdir.  Sonradan  bir  sıra  qoruyucu 
zolaqlarda  əkilmişdir.  Lənkəran  rayonunun  Bürcəli  kəndi  ərazisində  Bakı-Astara  magistral  yolunun  sol 
tərəfində bir neçə ağaca rast gəlinir. Onlardan birinin (ən yaşlısının) hündurlüyü 15 metrədək olub, diametri 
75-80 sm  -dir. Digər  ağaclar isə  nisbətən  cavandır.  Toxum  verməsinə  baxmayaraq təbii bərpası  müşahidə 
olunmamışdır.  
Pinus  pinea  L.  –  İtaliya  şamı.  Bürcəli  kəndində,  Azərbaycan  Elmi-Tədqiqat  Çoxillik  Bitkilər 
İnsitutunun  Lənkəran  filialının  Hirkan  sahəsində  yaşıllaşdırma  məqsədi  ilə  əkilmişdir.  Həmçinin  Hirkan 
Milli Parkının ofisinin qarşısında diametri 70-75 sm, hündürlüyü 15-16 m olan nüsxəsinə rast gəlinmişdir. 
Bitkilərin bəziləri hal-hazırda normal inkişaf edir. Ən yaşlılarının boyu 18-20 metr, diametri 55-65 sm -dir. 
Bəzi dağətəyi ərazilərdə də tək-tək rast gəlinir. Rıvinskiy zavodu adlanan yerdə təqribən 0,08 hektar ərazidə 
kiçik meşəciyi vardır. Təbii artımı müşahidə olunmamışdır. 
Pinus  silvestris  L.  –  Adi  şam.  Hirkan  Milli  Parkı  idarəsinin  yerləşdiyi  ərazidəki  meşəlikdə  50-ci 
illərdə əkilmışdir. Bu ağacların bir qismi təbii şəraitdə inkişafını davam etdirir. Bir qismi isə müxtəlif illərdə 
sıradan  çıxmışdır.  Təbii  bərpa  yox  dərəcəsindədir.  Vaxtilə  bu  ərazilərdə  olan  çay  plantasiyalarının  külək 
eroziyasından  qorunması  üçün  əkilmmişdir.  Təəssüf  ki,  çay  plantasiyalarının  sıradan  çıxması,  bir  çox 
hallarda  qorunma  zolaqlarının  da  sıradan  çıxmasına  gətirib  çıxarmışdır.  Amma,  yenə  də  bəzi  meşə 
zolaqlarında rast gəlinir. 
 Pinus pinaster Aiton – Sahil şamı. Demək olar ki, bütün qoruyucu meşə zolaqlarının tərkibində rast 
gəlinir. Toxum verməsinə baxmayaraq təbii bərpası müşahidə olunmamışdır.  



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin