AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
159
bitkilərin inkişafını ləngidir. Duz stresinin başlanması və davamlı təsiri zamanı bitkilərin həyatının
əsas prosesləri - fotosintez, zülal sintezi, energetik və lipid metabolizmi kimi proseslər ciddi təsirə
məruz qalır.
Fotosistem II-nin ətraf mühit amillərinin fotosintezə təsirində əsas rola malik olduğu hesab
edildiyindən, duz stresinin FS II-yə təsiri intensiv öyrənilmişdir. Lakin duz stresinin FS II-də baş
verən fotokimyəvi reaksiyalar təsirinə dair alınmış nəticələr mübahisəlidir. Bəzi tədqiqatlarda FS II-
nin fotokimyəvi fəallığının duzun təsiri ilə azaldığı [8, 15], digərlərində isə FS II fəallığının duz
stresinin təsirinə məruz qalmadığı göstərilmişdir [14, 17].
Qeyd etmək lazımdır ki, digər stres faktorlarında olduğu kimi, duz stresinin də təsiri genetik
determinə olunmuşdur. Ona görə də biz müxtəlif növlərə aid olan buğda genotiplərindən istifadə
etməklə həm onların duz stresinə davamlılığına, həm də fotosintezin ilkin reaksiyalarına duz stresinin
təsirinə aydınlıq gətirmək istədik. Tədqiqatlarımızda duzun təsiri ilə bu bitkilərin inkişafında ləngimə
və fotosintetik fəallığında azalma müşahidə olunsa da, müxtəlif genotiplər arasında aşkar fərqlər
müşahidə olunmamışdır. Fotosistem II-nin fotokimyəvi fəallığının azalmasını müxtəlif yollarla –
tilakoid membranlarında zədələnmə, oksidləşdirici stresin baş verməsi, fotokimyəvi RM və suyun
oksidləşdiyi katalitik mərkəzdə baş verən zədələnmələr, eləcə də duzun təsiri ilə digər inhibirləşdirici
streslərə (su qıtlığı, fotoinhibirləşmə, yüksək temperatur və s.) başlanğıc verilməsi ilə izah etmək
mümkündür. Bitkilərdə bu çarpaz inhibirləşmə yollarının (kəsişən streslərin) öyrənilməsi gələcək
tədqiqatlarımızın obyekti olacaqdır.