Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə87/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   83   84   85   86   87   88   89   90   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
46 
 
AZƏRBAYCAN FLORASINDA RANUNCULUS L. CĠNSĠ  
NÖVLƏRĠNĠN XOROLOJĠ ANALĠZĠ 
 
T.M.Əkbəri, P.X.Qaraxani, A.Y.Hüseynova 
AMEA Botanika İnstitutu 
 
Azərbaycanda  yayılmış  Ranunculus  L.  cinsi  növlərinin  N.N.Portenierin  sistemi  əsasında 
xoroloji  analizi  aparılmışdır.  24  növün  araşdırılması  nəticəsində  9  coğrafi  element  müəyyən 
edilmişdir.   
 
 
Açar sözlər:  Ranunculus, cins, növ, coğrafi element 
 
Biomüxtəlifliyin  qorunması  müasir  dövrümüzün  əsas  tələblərindən  biridir.  Bitki 
ehtiyatlarından  dərman,  qida,  yem  və  s.  məqsədlər  üçün  istifadə  edilməsi,  onların  sistematikası, 
ekologiyası,  coğrafiyasının  öyrənilməsinə  zəmin  yaradır.  Azərbaycan  florasında  olan  4500-ə  qədər 
bitki  nümunələri  içərisində  Ranunculus  cinsi  növlərinin  öz  mövqeyi  var.  Ranunculaceae  fəsiləsi 
içərisində Ranunculus böyük cins hesab olunur. Cinsə  bütün dünyada 600-ə qədər növ daxildir [8]. 
Cinsin  növləri  Avropada,  Şimali  və  Cənubi  Amerikada,  Avstraliyada  və  s.  yayılmışdır  [1]. 
Qaymaqçiçəyi cinsinin nümayəndələrinə həm suda, həm də quruda rast gəlinir. Azərbaycan florasında 
Ranunculus cinsi İ.İ.Karyagin tərəfindən öyrənilmişdir [4]. Lakin 60 ilə yaxın bir dövrdə cinsin təftişi 
aparılmamış,  onun  sistematikası,  bioekoloji  xüsusiyyətləri,  areal  tipləri  araşdırılmamışdır.  Bizim 
tədqiqatlarımız nəticəsində  yeni taksonomik sistem tərtib edilmiş, cinsə aid 24 növ tədqiq edilmişdir 
[5]. 
Ranunculus növlərinin florogenetikasına aid bir çox həll olunmayan məsələlərin araşdırılması 
zamanı  bir  çox  alimlərin  ədəbiyyatlarının  təhlili  aparılmış,  [2;  3;  6;  7;  9]  cinsə  aid  növlərin  coğrafi 
elementləri müəyyənləşdirilmişdir. 
Azərbaycan  Respublikasının  ərazisi  floristik  zənginliyinə  görə  regionda  özünəməxsus  yer 
tutur.  Respublika  florasının  formalaşmasında  və  əmələ  gəlməsində  Aralıq  dənizi,  Qafqaz  və  İran-
Turan elementləri böyük rol oynamışlar. Bunun da əsas səbəblərindən biri iqlim şəraitinin uyğunluğu, 
oxşarlığıdır.  
Məlumdur  ki,  Azərbaycan  iki  floristik  vilayətdə  (Aralıq  dənizi  və  İran-Turan)  yerləşir.  Bu 
vilayətlər  4  əyalətə  (Qafqaz,  Atropatan,  Hirkan  və  Turan)  ayrılmışdır.  Qafqaz  əyaləti  5  (Quba, 
Xəzərətrafı  ovalıq,  Şamaxı,  Qobustan,  Kiçik  Qafqaz);  Atropotan  2  (Naxçıvan,  Diabar);  Hirkan  1 
(Talış);  Turan  2  (Şərqi  Qafqaz  və  Abşeron)  botaniki-cografi  rayonu  əhatə  edir.    Daha  geniş  areala 
malik növlər qədim hesab olunur. Qədim olmasına baxmayaraq cins daim inkişaf edir.  
Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycanda Qaymaqçiçəyi cinsi növlərindən 
bir növ (R.baidarae ) yalnız Naxçıvanda; iki növ (R.strigillosus, R.aucheri)  həm Naxçıvanda, həm də 
digər botaniki-coğrafi rayonlarda; üç növ (R.elegans, R.crassifolius, R.polyrhizos) Kiçik Qafqazda; iki 
növ  (R.rionii,  R.trichopyllus)  yalnız  Talışda,  5  növ  (R.buhsei,  R.oreophilus,  R.cornutus, 
R.oxyspermus,  R.chius  )  həm  Talışda,  həm  də  digər  botaniki-coğrafi  rayonlarda;  10  növ 
(R.grandiflorus, R.repens, R.meyerianus, R. arachnoideus, R.muricatus, R.lingua, R.ophioglossifolius, 
R.illiricus,  R.cicitarius,  R.arvensis)  Azərbaycanın  müxtəlif  botaniki-cografi  rayonlarında;  bir  növ 
(R.sceleratus)  isə  bütün  Azərbaycanda  yayılmışdır.  Azərbaycan  ərazisində  yayılan  müxtəlif  coğrafi 
areallara malik Qaymaqçiçəyi növlərinin xoroloji analizi zamanı N.N.Portenierin [9] sistemi əsasında 
9
  
coğrafi element müəyyən olunmuşdur (cədvəl 1.). 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin