GENUS EUPHORBIA L. (EUPHORBIACEAE) IN THE FLORA OF AZERBAIJAN
(SUBGEN CHAMAESYCE)
Kasumova T.A., Safkuliyeva T.D.
Institute of Botany, ANAS
Structure of the Euphorbia L. genus subgen Chamaesyce in Azerbaijan has been critically
revised. A new key has been compiled to determine Euphorbia subgen Chamaesyce species of
Azerbaijan.
Key words: Euphorbiaceae, Euphorbia, Chamaesyce, nomenclature, key
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
43
AZƏRBAYCAN FLORASINDA DAZI (HYPERICUM L.) CĠNSĠ
A.X.Fətdayeva, P.X.Qaraxani
AMEA Botanika İnstitutu
Hypericum L. cinsi Dazıkimilər (Hypericaceae Juss.) fəsiləsinin geniş yayılmış cinslərindən
biridir. Bu cinsə dünyanın müxtəlif hissələrində 200-dən artıq növ daxildir. Azərbaycan florasında isə
cinsə aid 15 növə rast gəlinir
Açar sözlər: Hypericum, cins, Azərbaycan
Hypericum ―hyperikon,, sözündən götürülmüşdür. Hyperikon yunan sözü olub,―hyper və
eikon,, sözlərinin birləşməsindən ibarət olub, yüksək ruh mənasını verməkdədir.
Dazı (Hypericum L.) Dazıkimilər (Hypericaceae Juss) fəsiləsinin yeganə cinsidir. Cins ilk
dəfə 1753-cü ildə ―Species plantarium‘‘əsərində [5]) Linney tərəfindən göstərilmişdir.Linney Dazı
cinsini cinsiyyət orqanlarının quruluşuna görə 3 və 5 dişicikli olmaqla iki qrupa bölmüşdür.
1867-ci ildə Boissier ―Flora orientalis‖ əsərində [4] Hypericum cinsinin 75 növünü müəyyən
etmişdir. İlk dəfə olaraq o dazı cinsini vegetativ və generativ orqanlarının quruluşuna görə 5 seksiyaya
bölmüş, 5-ci seksiyadan başlayaraq 9 qrup ayırmışdır. Azərbaycan florasında yayılan dazı cinsinin
yalnız bir növü H.androsaemum L. (şəkil 1.) birinci seksiyaya, digər 5 növ isə qrupları olan
seksiyalara daxildir. Bu seksiyalarda olan növlər bir-birindən kol və ya yarımkolşəkilli, erkəkciyin 3,5
dəstəli, yumurtalığın və qutucuğun 3,5 yuvalı olması ilə fərqlənir. Qruplara daxil olan dazı cinsinin
növləri isə bir-birindən gövdənin sadə və ya dixotomik budaqlanması; yarpağın buğumlu-buğumsuz;
kasayarpağının vəzili və ya dişicikli olması ilə fərqlənir.
ġəkil 1. H.androsaemum L.
Bu cins Hypericaceae Juss. (Dazıkimilər) fəsiləsinə daxildir. Bu fəsiləyə vəzilərinin
tərkibində efir yağları, hyperisin, hyperforin, aşı maddələri, vitaminlər, olan çoxillik, bəzən birillik
kol, yarımkol və ot bitkiləri daxildir. Hypericum cinsinə aid olan növlər təsərrüfat və dərman
əhəmiyyətli növlərdir. Cinsə daxil olan növlərin xarakterik xüsusiyyəti onlarda apomiksis, ikincili
çiçək boşluğu, yarpaqlarının hüceyrəaralarında qətran və efir yağlarının olmasıdır.
|