MATERĠAL VƏ METODLAR Tədqiqat obyekti kimi 7-günlük buğda cücərtilərinin (Triticum aestivum L.) yarpaqları olmuşdur.
Cücərtilər 24 saat müddətində 10
-3
M ağır metallar əlavə olunmuş müxtəlif pH mühitlərində (4,5; 6,8;
9,0) yetişdirilmişdir. AM təsirinə məruz qalan cücərtilər antioksidant xüsusiyyətə (AO) malik
olmasını nəzərə alaraq adaçayı yarpaqları- Folia Salvia officinalis, şirin biyan kökü-Radix glycyrrhizae və relikt bitki olan Danae racemosa ekstraktları ilə müdafiə olunmuşdur. Ədəbiyyat
mənbələrinə əsaslanaraq [6] göstərilmişdir ki, adaçayı-Salvia officinalis saponin (ursol, olein turşusu),
flvonoidlər, vitamin C, E, P, PP və B qrupu olan, şirin biyan kökü-Radix glycyrrhizae saponin-
qlisirrizin və Danae racemosa karotinoid tərkibə malikdirlər. Relikt bitki olan Danae racemosa ion
mübadilə xromotoqrafiya üsulu ilə alınmış xlorofil-zülal komplekslərinin (XZK) fotosistem I (FSI),
FSII və işıq toplayan kompleksi (İTK) fotoingibirləşmə zamanı müdafiə etmək qabiliyyətinə malik
olmuşdur [18].
Bitkilərin AO aktivliyi və sərbəst radikalları söndürməsi DPPH (1,1-diphenyl-2-picrylydrazyl)
stabil radikal [17,15] modeli əsasında təyin olunmuşdur. Stabil DPPH radiklından istifadə edərək
hidrogenin donorlaşması və ya radikalların söndürülməsi əsasında müxtəlif bitki mənşəli maddələrin
AO fəallığı ölçülüb [12]. Nümunənin AO xüsusiyyəti Perella Scientific İns., Amherst USA kompyuter
proqramı üzrə təyin edilmişdir.
Tədqiq olunan ekstraktların infraqırmızı spektrları Furye firması Varian 640 FTİR
spektrofotometrində çəkilmişdir. Spektrlar 4000-400 sm
-1
diapozonda tədqiq olunmuşdur [8].
Xl a və Xl b-nin tərkibi SF14 spektrofotometrdə xlorofilin qısa və uzun dalğalı udma spetrlərinə
əsasən təyin olunmuşdur. Kontrol olaraq tərkibində metal əlavə olunmamış variantdan istifadə
edilmişdir.