İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə55/86
tarix25.04.2023
ölçüsü324,66 Kb.
#102551
1   ...   51   52   53   54   55   56   57   58   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

. Referent qrupları – bu insanların bu qruplarda qəbul edilib edilməsindən, onun fiziki üzvü olub olmamasından və s. asılı olmayaraq özlərini dəyərlər, mülahizələr və lazımı davranış normalarına görə nisbətən eyniləşdirdikləri qrupdur, yəni, insanın münasibətinə və ya davranışına birbaşa (yəni şəxsi təmasda) və ya dolayısı ilə təsir göstərən qruplardır.
Arzulanan kollektiv – bu insanın istədiyi və məxsus olmağa can atdığı qrupdur. Misal üçün, gənc futbolçu ümid edə bilər ki, bir gün güclülər dəstəsinin komandasında çıxış edəcək və özünü həmin kollektivlə eyni görür, baxmayaraq ki, birbaşa təmas mövcud deyil.
Arzulanmayan kollektiv – təsəvvürləri və davranışlarını fərdin qəbul etmədiyi bir qrupdur.
• Qrup real sosial və ya təsəvvür edilən qrup ola bilər. Belə ki, onilliklər ərzində bir çox sover insanı üçün Qərb, Amerika kimi mifik referentativ qrup mövcud olmuşdur.
Pozitiv nümunə qrupu – bu təqlid etmək üçün cəlbedici nümunə kimi xidmət edən real və ya təsəvvür olunan qrupdur. Həyat tərzi nəzər nöqtəsindən fərd ona nə qədər yaxındırsa, o, bir o qədər məmnunluq hiss edir.
Neqativ nümunə qrupu - bu itələyici nümunə qismində çıxış edən real və ya xəyali bir qrupdur, bu təmasda olmaqdan uzaq qaçılan qrupdur.
Qrup normaları və konformizmin gücü.
Biz yalnız onlara qarşı getmək lazım gəldikdə davranış normalarını görürük. Hər bir qrupda üzvlərinin onun normalarına riayət eütməsinə yönlənmiş daimi təzyiq vardır. Bir qayda olaraq insanlar qrup normalarına tabe olurlar. Tabeçilik anlayışı konformizlə eynilik təşkil edir.
Hər bir qrup yazılmış və yazılmamış normalar malik olur ki, onlar az və ya çox sərt üsullarla qrup üzvlərinə məcbur edilir. Normalar qrupda qəbul olunmuş istehlak standartlarını əks etdirir. Misal üçün, bütün dünyada bank işçiləri işdə ciddi işgüzar kostyumlar, hərbçilər – mundir, panklar – parlaq, fantastik, lakin buna baxmayaraq müəyyən qaydalar üzrə qurulmnuş geyimlər geyinirlər.
Qrup təsirinin əsas növləri aşağıdakılardır:
• İnformasiya təsiri – istehlakçının referent qrupu tərəfindən təqdim edilən informasiyanı istifadə etməsindən ibarətdir;
• Normativ təsir – istehlakçının birbaşa mükafatlandırma əldə etmək və ya cəzalandırmadan uzaq qaçmaq üçün qrup normalarına riayət etməyə sövq edilməsindən ibarətdir;
• Eyniləşdirmə və ya dəyər-ekspressiv təsir – istehlakçının özünün mülahizə və dəyərləri üçün rəhbərlik kimi qrup norma və dəyərlərindən istifadə etməsi zamanı yaranır.

Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin