De: “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim (onları) görsə, (xeyri) onun özünə, kim kor olsa (zərəri) onun öz əleyhinə olar. (Ənam surəsi, 104)
Bunun kimi, dünyadakı hadisələrə göstərdikləri reaksiyalar da həqiqəti anladıqlarında insanları utandıracaq. Qəzəblə qovğa edənlər, dələduzluq edənlər, rüşvət alanlar, yalan danışıb insanları incidənlər, onları döyüb-söyənlər, gözü dönmüş təcavüzkarlar, həsəd edənlər və digərləri bunların əsli ilə təmasda olmadıqları bir dünyada etdiklərini fərq etdiklərində rəzil olacaqlar.
Bilmək lazımdır ki, bütün kainatı yaradan və onu hər insana ayrı-ayrı göstərən Allah olduğuna görə, bu dünyadakı bütün mülkün gerçək sahibi də yalnız Allah`dır. Belə ki, bu həqiqət Quranda belə xəbər verilir:
Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)
Əsli ilə təmasda olunmayan həvəslər uğrunda din əxlaqını bir kənara buraxmaq və bunun nəticəsində sonsuz həyatı itirmək çox böyük ağılsızlıqdır. Allah onların bu vəziyyətini belə təsvir edir:
Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 16)
Ayədə də bildirildiyi kimi, bu insanların həm bütün həvəsləri boşa çıxmış, həm də sahib olduqlarını zənn etdikləri şeylər bu həqiqətin qarşısında əllərindən getmiş, özlərinə bir fayda verməmiş və etibarsız olmuşdur.
Bu mövzuda bu xüsus yaxşı başa düşülməlidir: qarşıdakı həqiqət o demək deyil ki, bütün bu sahib olduğunuz və arzuladığınız zənginlik, uşaqlar, dostlar, məqam-mövqe bir gün yox olacaq və buna görə də heç bir mənası yoxdur. Bu, o deməkdir ki, sahib olduqlarınızın heç birinin əsli ilə təmasda olmursunuz və hər şey beyninizdə izlədiyiniz hisslərdən ibarətdir, Allah sizi bu görüntülərlə sınayır. Diqqət yetirsəniz, ikisinin arasında çox böyük fərq var.
İnsan bu həqiqəti qəbul etmək istəməsə və bütün sahib olduqlarını var qəbul edərək özünü aldatsa belə, nəticədə, öldükdən sonra yenidən dirildiyi zaman, yəni axirətdə hər şey çox dəqiq ortaya çıxacaq. O gün insanın görüş gücü itiləşəcək (Qaf surəsi, 22) və hər şeyi çox daha aydın dərk edəcək. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər uğrunda keçirmişsə, orada heç yaşamamasını diləyəcək, ayədə bildirildiyi kimi: "Kaş o (ölüm) qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi!” - deyərək həlak olacaq. (Haqqə surəsi, 27-29)
Ağıllı bir insana düşən isə bu ən böyük həqiqəti vaxt var ikən qavramağa çalışmaqdır. Əks halda, bütün ömrünü xəyallar uğrunda yaşayıb sonda böyük ziyana düşər. Allah dünyada xəyallar (ya da ilğımlar) arxasınca qaçıb yaradıcımızı unudan bu insanların son vəziyyətini belə bildirir:
Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O, öz yanında Allah`ı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
İnkar edənlər tarixin ən böyük tələsinə düşüblər
Maddənin əsli ilə təmasda olmadığımız həqiqəti müasir elm tərəfindən isbat edilmiş və çox açıq şəkildə ortaya qoyulmuşdur. İnkar edənlər kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın, əslində, heç bir zaman çata bilməyəcəklərini görür və buna qarşı heç bir şey edə bilmirlər.
İnsanlıq tarixi boyunca inkarçı zehniyyət həmişə var olmuş və onlar müdafiə etdikləri fəlsəfədən əmin şəkildə özlərini yaradan Allah`a baş qaldırmışlar. Ortaya atdıqları elmdən kənar ssenariyə görə, maddə əzəli və əbədi idi və bütün bunların bir yaradıcısı ola bilməzdi. Onlar yalnız qürurlarından dolayı Allah`ı rədd edərkən təmasda olduqlarını zənn etdikləri maddənin ardına sığınmışlar. Bu fəlsəfədən elə əmin idilər ki, heç bir zaman bunun əksini isbat edəcək bir izah gətirilə bilməyəcəyini düşünürdülər.
Halbuki, maddənin əsli ilə əlaqədar olaraq bu kitabda izah edilən həqiqətlər onları böyük qarışıqlığa salmışdır. Çünki burada izah edilənlər fəlsəfələrini yox etmişdir. Bütün düşüncələrini, həyatlarını, kibir və inkarlarını üzərinə qurduqları maddə əllərindən bir göz qırpımında uçub getmişdir.
Allah`ın bir ismi, inkarçılara tələ qurmasıdır. "... Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 8) ayəsi ilə bu həqiqət məhz belə bildirilir.
Məhz Allah dünyanı mütləq varlıq zənn etdirərək inkar edənləri tələyə salmış və onları tarixdə bənzəri görülməmiş şəkildə kiçiltmişdir. Malı, mülkü, mövqeni, içində olduqları cəmiyyəti, bütün dünyanı mütləq varlıq zənn etmişlər, üstəlik, bunlara inanaraq Allah`a qarşı böyüklənmişlər. Lovğalanıb Allah`a üsyan etmiş və inkar etmişlər. Bunları edərkən güc aldıqları tək şey maddənin mütləq olması inancı olmuşdur. Amma elə bir vəziyyətə düşüblər ki, Allah`ın özlərini ətraflı əhatə etdiyini heç düşünməmişlər.
Bu, bəlkə də tarixin gördüyü ən böyük məğlubiyyətdir. İnkar edənlər dinə və iman edənlərə lağ edərkən aldanmış, Allah`a qarşı çirkin cəsarət göstərdiklərinə görə məğlub olmuşlar.
Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)
Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada yaramaz işlər görsünlər. Halbuki, onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və hiss etmirlər. (Ənam surəsi, 123)
Bu ayə yaradıcımız olan Allah`a baş qaldıran inkarçıların düşüncəsiz olduqlarından və qarşılaşacaqları sondan xəbər verir.
İnkarçılar tələ qurmağa cəhd edərkən ayədəki "hiss etmirlər" ifadəsi ilə açıqlandığı kimi, əhəmiyyətli bir həqiqətin fərqində deyillər: gördükləri bütün hadisələrin, əslində, zehinlərində reallaşdığını və qurduqları tələlərin də zehinlərində olduğu həqiqətini... Bunu anlamadıqlarına görə, Allah`la tək olduqlarını unudub özləri hiyləyə düşmüşlər.
Hər dövrdə Allah inkar edənlərin bütün hiylələrini boşa çıxarmışdır. Allah "... heç şübhəsiz, şeytanın hiyləli-nizamı çox zəifdir" (Nisa surəsi, 76) ayəsi ilə bu hiylələrin boşa çıxacağını xəbər vermişdir. Möminləri də "... Onların qurduqları hiylə sizə heç bir zərər verə bilməz..." (Ali-İmran surəsi, 120) ayəsi ilə müjdələmişdir.
Allah başqa bir ayədə: “Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O, öz yanında Allah`ı tapar”, - deyə xəbər verir (Nur surəsi, 39). İnkarçı düşüncə bu ayədə işarə edildiyi kimi, üsyançılara və dünya həyatını dinə lağ edərək keçirənlərə ilğım meydana gətirər. Ona güvənib əllərini uzatdıqlarında bu fəlsəfənin hiylə olduğunu anlayarlar. Allah onları belə bir ilğımla aldatmış, maddəni mütləq varlıq kimi göstərmişdir. "Böyük" insanlar, professorlar, astronomlar, bioloqlar, fiziklər, vəzifə və mövqeləri hər nə olursa olsun, maddəni özlərinə saxta ilah etdiklərinə görə bu oyuna gəlmiş, uşaq kimi aldanıb alçalmışlar. Heç bir zaman əslinə çata bilmədikləri maddəni mütləq sanaraq onun üzərinə fəlsəfələrini, ideologiyalarını qurmuş, haqqında ciddi müzakirələr etmiş, təhqiramiz izahlar vermişlər. Bütün bunlardan ötrü də özlərini çox ağıllı hesab etmişlər. Kainatın həqiqəti haqqında fikir irəli sürəcəklərini düşünmüş və ən əhəmiyyətlisi öz məhdud ağılları ilə Allah`ı şərh edə biləcəklərini sanmışlar. Allah onların içinə düşdüyü bu vəziyyəti bir ayədə belə bildirir:
Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 54)
Dünyada bəzi tələlərdən xilas olmaq mümkün ola bilər. Ancaq Allah`ın inkar edənlərə qurduğu bu tələ elə möhkəmdir ki, əsla qurtuluş imkanları qalmamışdır. Nə etsələr də, kimə müraciət etsələr də, özlərinə Allah`dan başqa xilas edən köməkçi tapa bilməzlər.
Onlar Allah`dan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)
Şübhəsiz, bu həqiqəti dərk etmək azğın inkarçılar üçün ən dəhşət verici hadisədir. Çünki çox inandıqları maddənin özlərindən aşılmaz sərhədlə ayrılması onlar üçün hələ dünyada ikən ölüm hökmündədir.
Bu həqiqətlə birlikdə bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah “Məni yaratdığım kimsə ilə tək burax” (Müddəssir surəsi, 11) ayəsi ilə hər insanın Öz qatında, əslində, tənha olduğu həqiqətinə diqqət çəkmişdir. Bu fövqəladə həqiqət bir çox ayə ilə xəbər verilmişdir:
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. (Ənam surəsi, 94)
Onların hər biri qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)
Bu ayələrdə izah edilən həqiqətin bir mənası da budur: maddəni ilah edənlər, dini inkar edərək Allah`ın ayələrinə lağ edənlər, Allah`dan gəlmiş və yenə Ona dönmüş, ya da dönməyi gözləyirlər. Onlar istəsələr də, istəməsələr də, Allah`a təslim olmuşlar. İndi hər kəs kimi hesab gününü gözləyirlər və o gün hamısı tək-tək sorğuya çəkiləcəklər. Anlamaq istəməsələr də...
NƏTİCƏ
İnkarçılar çox əhəmiyyətli bir həqiqəti də bilməlidirlər: onlar iman edənlərə lağ edərkən və ya müxtəlif əxlaqsız hərəkətlərlə onlara zərər verməyə çalışarkən, əslində, Allah`ın onlara yazdığı qədərə təslim olmuşlar. İstifadə etdikləri istehzalı hər söz, çirkin hər baxış, zehinlərindən keçən inkar dolu hər düşüncə, qurduqları hər plan Allah`ın təyin etdiyi qədərin bir parçasıdır. İnkarçılar şüurunda olmasalar da, Allah`a boyun əymişlər və Allah`ın əmrinə uyğun olaraq dünyada möminlərə xidmət edirlər. Din əxlaqını yaşayan insanlara lağ edərkən inananlar bu hərəkətlərə qarşı səbir göstərir və Allah`a olan bağlılıqları səbəbindən şərəfli bir mövqeyə, Allah`ın sonsuz gözəllikdəki cənnətlərinə layiq görülürlər.
İnkarçılar isə heç bir zaman əslinə çata bilmədikləri dünyanın əsli ilə təmasda olduqlarını zənn edərək alçalırlar. Bir gün eynilə yuxudan oyanan kimi oyanacaq və qəflətən bu böyük həqiqəti görəcəklər. Yer üzündə demək olar ki, bir göz qırpımı qədər qaldıqlarını anlayacaq və içində olduqları inkarın peşmançılığını yaşayacaqlar. Hesab günündə o günə qədər söylədikləri istehzalı sözlər, kinayəli baxışlar, məsxərəçi hərəkətlər bir-bir qarşılarına çıxarılacaq. Hətta öz bədən üzvləri də əleyhlərinə şahidlik edəcək. Allah bu həqiqəti Quranda belə xəbər vermişdir:
O gün, öz dilləri, əlləri və ayaqları əleyhlərində şahidlik edəcəklər. O gün Allah layiq olduqları cəzanı əskiksiz verəcək və onlar da Allah`ın, heç şübhəsiz, haqq olduğunu biləcəklər. (Nur surəsi, 24-25)
Məsxərəçi insanların axirətdə görəcəkləri qarşılıq
Dinlərini oyun və əyləncə mövzusu edən, müqəddəs dəyərlərə qarşı ağılsız şəkildə lağ edən insanların görəcəkləri qarşılıq yalnız dünyadakılarla bitməz. Quranda bildirildiyi kimi, onları əsl axirət qarşılığı gözləyir. Allah möminləri necə cənnətlə müjdələyirsə, eyni şəkildə, inkarçıları da əzabla təhdid edir.
Hər kəsin dünya həyatında etdiklərinə görə bir-bir hesaba çəkiləcəyi din günü gəldikdə bu insanlar, əlbəttə, böyük peşmançılıq yaşayacaq və dünyada olarkən etdikləri günahların qarşılığını da mütləq alacaqlar. Bax, o gün əsl özləri lağ ediləcək vəziyyətə düşəcəklər. Çünki onlar bu günləri ilə qarşılaşacaqlarına inanmamış, üsyan etməyə davam etmişlər. Lakin artıq qaça biləcəkləri yer yoxdur. Alçaldıcı əzab özlərini gözləməkdədir. Bunun səbəbi dünyada olarkən Allah`ın ayələrinə istehza etmələridir. Ancaq cəhənnəmdə qarşılaşacaqları vəziyyətə görə, əslində, onların özünə lağ etmək lazımdır. Quranda onların bu vəziyyəti belə bildirilir:
O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. Qarşıda onları cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allah`dan başqa tutduqları himayəçilər onları qurtara biləcəklər. Onları böyük bir əzab gözləyir. (Casiyə surəsi, 9-10)
Göründüyü kimi, dünyada olarkən çirkin cəsarətlə dinə lağ etməyə çalışan bu insanlar fərqində olmadan böyük bir tələyə düşürlər. Onlar üçün əzab hazırlanmış və Allah dünyada olarkən etdikləri hər şeyi öz əleyhlərinə çevirmişdir. Din və möminlərə lağ etməklə etdikləri pisliklər özlərinə qayıtmışdır. Beləliklə, üstün olmaq istəyərkən və böyüklük iddiasında ikən alçaldıcı vəziyyətə düşmüşlər. Allah bir çox Quran ayəsi ilə bu acı sonu insanlara xatırlatmışdır:
Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri onları bürüyəcəkdir. (Zumər surəsi, 48)
Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri onları ağuşuna aldı. (Nəhl surəsi, 34)
Dünyada Allah`ın ayələrinə, elçilərinə və möminlərə lağ edənlər etdiklərinin qarşılığı olaraq cəhənnəm atəşi ilə əhatə olunacaqlar. Beləliklə, dinə qarşı göstərdikləri istehzalı rəftarın acı qarşılığını görəcəklər. İbrət verici bir başqa mövzu isə bu insanlar üçün hazırlanan cəhənnəm əzabının sonsuz olmasıdır. Çünki onlar axirəti və hesab gününü görməzlikdən gəlib unutduqları kimi, din günü gəldiyində də onlar unudulacaq və Allah`ın rəhmətindən uzaq olacaqlar. Şübhəsiz, bu, bir insanın qarşılaşa biləcəyi ən qorxunc aqibətdir. Bu həqiqət Quranda belə izah edilir.
Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri onları bürüyəcək və (onlara) deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır. Bu ona görədir ki, siz Allah`ın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır. (Casiyə surəsi, 33-35)
Möminlər də axirətdə inkarçılara lağ edəcəklər
Bu hissəyə qədər inkarçıların, müşriklərin, münafiqlərin və ya din əxlaqını yaşamayan insanların təkəbbürləri səbəbindən dinə, elçilərə və möminlərə lağ etdiklərindən və bunu vərdiş halına gətirdiklərindən danışıldı. Həqiqətən də tarix boyunca cahiliyyə insanları möminlərə çətinlik vermək, onların şövqlərini qırmaq, mübarizələrində onlara mənfi təsir etmək məqsədi ilə məsxərəyə əl atmışlar. Ancaq onların nəzərə almadıqları əhəmiyyətli bir həqiqət vardır. Zamanı gəldiyində möminlər də onlara lağ edəcəklər.
Bütün insanların dünyada etdikləri ilə sorğu-sual ediləcəyi hesab günü reallaşacaq qəti bir vəddir. O gün heç bir insana geri qayıtma imkanı yoxdur və hər kəs etdiklərinin qarşılığını mütləq alacaqdır. Bax, o gün gəldikdə Allah`a və elçisinə bağlı olan, onların göstərdiyi yolla gedənlər, yəni möminlər, Allah`ın onlar üçün yaratdığı nemətlərlə dolu cənnətə girəcəklər və Allah`ın diləməsi xaricində sonsuza qədər orada qalacaqlar. Allah`a və elçisinə üsyan edən, Onun dini və elçilərinə lağ edən, inananları istehzalı sözlərlə və təhqirlərlə incitməyə çalışanlar isə hər cür əzabın mövcud olduğu cəhənnəmə girəcəklər və bütün zaman boyunca onun içində qalacaqlar. Bu səbəbdən, o gün möminlərin inkarçılara lağ edəcəyi gün olacaqdır. Çünki onlar möminlərə lağ edərkən bu etdiklərinə görə hesab verəcəklərini və bunun nəticəsində sonsuza qədər cəzalandırılacaqlarını düşünməmişlər. Yalnız dünya həyatını yaşayacaqlarını, təkrar dirilməyəcəklərini zənn etmiş, axirətin varlığını ya inkar etmiş, ya da uzaq görmüşlər. Bunlara görə cəza alacaqlarını isə heç ağıllarına belə gətirməmişlər. Özlərinə deyiləndə də buna lağ etmişlər. Bununla da qalmamış, din əxlaqını yaşayan, Allah`a təslim olan, Qurandakı gözəl əxlaqı mənimsəyən insanlara əks cəbhə almış, hər fürsətdə onları kinayəli ifadələrlə təhqir etmişlər. Lakin axirət günü gəldikdə möminlərin doğru yolda olduqları aydın olacaq, əsl məsxərə mövzusu olanların isə inanmayanlar olduğu ortaya çıxacaqdır. Çünki bu şəkildə davranaraq yalnız özlərinə pislik etmiş və sonsuz həyatlarını məhv etmişlər.
Allah`ın cəhənnəmdə verəcəyi əzab çox şiddətli olacağı üçün daha əvvəl yaşamadıqları çətinliklər və əzablar onları gözləyir. Buna qarşı möminlər isə bənzəri görülməmiş bir gözəllik və nemətlə mükafatlandırılacaqlar. İnkarçıların dünyada lağ etdikləri o insanlar sonsuza qədər nemət yurdu olan cənnətlərdə qarşılanacaqlar. Hər iki tərəf də bir-birini görəcək və Allah`ın ədalətinə şahid olacaqlar. Quranda o mühit belə təsvir edilmişdir:
Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?! (Mutəffifin surəsi, 34-36)
Ancaq bir daha ifadə etmək lazımdır ki, o gün Allah`ın ədaləti tam təcəlli edəcəkdir. Çünki Allah bu insanlara dünyada öyüd ala biləcəkləri qədər möhlət vermiş, onları axirətin və hesab gününün yaxınlığı ilə xəbərdar etmişdir. Ancaq onlar buna baxmayaraq, vicdanlı davranmamış və məsxərəyə davam etmişlər. Quranda bu həqiqət belə xəbər verilir:
Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allah`ın ayələrini inkar edirdilər. Onları ələ saldıqları bürüdü. (Əhqaf surəsi, 26)
Göründüyü kimi, özlərinə dünyada bir çox fürsətlər verilən bu insanlar bundan yaxşı istifadə etmədikləri və məsxərəçi rəftarlarına davam etdikləri üçün bu vicdansızlıqlarının cəzasını çəkməyə məhkumdurlar.
Möminlərə lağ edən bu insanlar axirətdə möminləri görüb çox böyük çaşqınlıq yaşayacaqlar. Özləri etdiklərinə görə cəhənnəmə göndərilərkən dünyada olarkən səhv yolda olduqlarını zənn etdikləri möminləri də orada görmək istəyəcəklər və o an yanıldıqlarının fərqinə varacaqlar. Onlar möminlərə gülərkən, onlara lağ edərkən bir anda özləri alçaq vəziyyətə düşmüş və lağ ediləcək hala gələcəklər. Aşağıdakı ayədə onların bu əzablı vəziyyəti belə izah edilir:
(Günahkarlar) deyəcəklər: “Bizə nə olub ki, pis adamlar saydığımız kişiləri burada görmürük? Biz onları məsxərəyə qoyurduq. Nə isə onlar gözə dəymirlər?” Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. (Sad surəsi, 62-64)
Möminlərin cənnətdə olması inkar edənlərə böyük bir zərbədir. Çünki cənnət Allah`ın möminlər üçün hazırladığı, içində sonsuza qədər yaşanacaq olan mükəmməl bir mühitdir. Orada nemətlərin hər çeşidi var. Bu fövqəladə mühit inkarçılara göstərildikdə, möminlərin belə gözəl bir yerdə qarşılanması onları çaşqın hala salar. Halbuki, hər kəs yalnız dünya həyatında etdiyinin qarşılığını almışdır. Allah Quranda haqlının haqsızdan ayrılacağı o böyük günü belə təsvir edir:
Zalımların qazandıqları özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında (məskunlaşacaqlar). Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur. (Şura surəsi, 22)
Beləliklə, Allah zamanı gəldiyi zaman həm dünya həyatında möminlərlə lağ edən inkarçılara etdiklərinin qarşılığını verir, həm də möminləri səbir etdikləri üçün mükafatlandırır. Allah Quranda bu həqiqəti belə bildirir:
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) cəhənnəmdə əbədi qalacaqlar. Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar. Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq. Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də qayıtsaq, həqiqətən də zalım olarıq”. (Allah) buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin! Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz. Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!” (Muminun surəsi, 103-111)
NƏTİCƏ
Kitab boyunca izah edilənlərdən aydın olur ki, istehza Allah`ın razı olmadığı, möminlərin çəkindiyi və inkar edənlərə xas davranış formasıdır. Ancaq Quran əxlaqını yaşamayıb cahiliyyə əxlaqını seçən insanlar, bu səbəbdən, özlərini çıxılmaz hala salırlar. Hər an lağ edilmə, alçaldılma, insanların kinayə dolu baxışlarına məruz qalma kimi qorxularla yaşayırlar. Belə bir mühitdən gerçək mənada xilas ola bilmələrinin tək yolu isə Allah`dan qorxub çəkinmək və Onun əmr etdiyi Quran əxlaqını yaşamaqdır.
Bu kitabda toxunulan mövzulardan bir başqası da cahiliyyə cəmiyyəti insanlarının dinə və möminlərə qarşı istehza etmələridir. İnkarçılar bu rəftarları ilə özlərini ucaltdıqlarını və buna görə hər hansı bir zərər görməyəcəklərini zənn edə bilərlər. Lakin kitab boyunca izah edildiyi kimi, Allah`ın dininə, elçilərinə və möminlərə qarşı istehza edənlər bilməlidirlər ki, bu çirkin hərəkətlərə son verib tövbə etmədikləri təqdirdə, dünyada və axirətdə bunun qarşılığını mütləq alacaqlar. Üstəlik, bu, şiddətli bir qarşılıq olacaq. Din əxlaqından uzaq insanlar Allah`ın özlərini hər an eşitdiyini və hər an gördüyünü unutmamalıdırlar. Onlar istehzalı söz işlədərkən və ya ürəklərindən kinayə dolu düşüncə keçirərkən Allah onlara şahiddir və bütün sözləri, davranışları və düşüncələri hesab günü onlara göstəriləcəkdir:
Məgər, Allah`ın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mübarizə surəsi, 7)
Nəticə etibarilə, ən ağıllı davranış bu pis əxlaqdan dərhal çəkinmək və tövbə edərək bir daha dönməməkdir. Ən gözəl davranış isə Allah`a təslim olmaq, Onun dinini yaşamaq və gözəl əxlaqlı olmaqdır. Belə edənlər, şübhəsiz ki, dünyada və axirətdə qazanclı olacaqlar. Çünki Allah saleh əməl sahibi olan qullarına gözəlliyi vəd etmişdir. Ayələrdə belə buyurulur:
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və bulaqlar başında olacaqlar, öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular. (Zariyat surəsi, 15-16)
Göylərdə və yerdə nə varsa, Allah`ındır. (Bu, Allah`ın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə mükafatlandırması üçündür. (Nəcm surəsi, 31)
ƏLAVƏ BÖLMƏ TƏKAMÜL YALANI
Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək məqsədilə irəli sürülmüş, ancaq uğursuzluqla nəticələnmiş elmdən kənar cəfəngiyatdan başqa bir şey deyil. Canlıların cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çox möcüzəvi nizam olduğunun elm tərəfindən sübut edilməsi ilə və təkamül prosesinin əsla baş vermədiyini göstərən 350 milyona yaxın fosilin tapılması ilə süqut etmişdir. Beləliklə, Allah’ın bütün kainatı və canlıları yaratdığı elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsini dirçəltmək üçün dünya səviyyəsində aparılan təbliğat sadəcə elmi həqiqətlərin təhrif olunmasına, tərəfli şərhinə, elm adı altında söylənilən yalan və saxtakarlıqlara əsaslanır.
Ancaq bu təbliğat həqiqəti gizlətmir. Təkamül nəzəriyyəsinin elm tarixində ən böyük xəta olması son 20-30 il ərzində elm dünyasında getdikcə daha ucadan dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinist iddiaların tamamilə səhv olduğunu üzə çıxarmış və bu həqiqət bir çox elm adamı tərəfindən dilə gətirilmişdir. ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrlə məşğul olan bir çox elm adamı darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılışla açıqlayırlar.
Təkamül nəzəriyyəsinin süqutundan və yaradılış dəlillərindən digər bir çox əsərimizdə bütün elmi təfərrüatları ilə bəhs etmişik və etməyə davam edirik. Ancaq əhəmiyyəti baxımından mövzudan burada da bəhs etməkdə fayda var.
Dostları ilə paylaş: |