12.3. COM, OLE və ActiveX texnologiyaları əsasında verilənlərin intellektual analizinin reallaşdırılması
Müxtəlif təyinatlı proqram vasitələrinin sayı gün-gündən artır. Bu proqram vasitələri ilə işləmək, onları konkret istifadəçi tələblərinə uyğunlaşdırmaq, digər vasitələrlə inteqrasiya etmək, əməliyyat platformalarından asılılıqlarını aradan qaldırmaq çətinləşir. Odur ki, yeni tətbiqi proqramların qurulma prosesini nizamlamaq məqsədilə yeni texnologiyaların yaradılması tələb olunur. Buna həmçinin ona görə ehtiyac duyulur ki, mövcud olan tətbiqi proqramların əksəriyyətində yerinə yetirilən fuksiyalar təkrarlanır. Məsələn, elektron cədvəllərdə müxtəlif qrafiklərin qurulması üçün funksiyalar mövcuddur, qrafik redaktorlarda isə sadə cədvəllərin qurulması mümkündür.
Yeni texnologiya ona əsalanır ki, yeni yaradılan proqram vasitələrində bundan əvvəl digər tətbiqi proqramlarda reallaşdırlmış komponentlərdən istifadə etmək mümkün olsun.necə ki, kompüterləri quraşdıran kompaniyalar bu məqsədlə hazır elektron komponentlərdən istifadə edirlər.
VİA-nın proqram instrumentləri son vaxtlara qədər ya həddən artıq imkanlarla dolu variantda, ya da nisbətən sadə və universal variantda bazara çıxarılırdı. 1-ci halda istifadəçiyə təqdim edilən imkanların çoxu ona lazım olumurdu, 2-ci halda isə instrumenti istifadəçinin tələblərinə uyğunlaşdırmaq üçün əlavə vaxt və məsrəf tələb olunurdu. Nəzərə alsaq ki. VİA-nın proqram təminatının dəyəri kifayət qədər yüksəkdir və onu alan istifaədçi yalnız ona lazım olan məsələləri həll edən məhsulu almaq istəyir, nəticə çıxarmaq olar ki, ən çox tələbat konkret məsələləri həll etməyə imkan verən proqram instrumentinə olur.
Beləliklə, VİA instrumentlərini hazırlayan kompaniyalar qarşısında dilemma durur: ya bu cür instrumentləri özü yaratmalı, ya da istifadəçilərə riyazi alqoritmləri reallaşdıran və digər sistemlərə salınması üçün hazır olan proqram modulları (komponentlər) təqdim etmək. Deyilənləri ümumiləşdirsək, VİA sistemlərinin istifadəçiləri və yaradıcıları qarşısında duran problemləri belə ifadə etmək olar:
istifadəçiyə lazımdır:
-yalnız ona lazım olan məhsulu almaq;
-ona tanış olan instrimentdən istifadə etmək və yeni interfeysin öyrənilməsi ilə məşğul olmamaq;
-proqram instrumentləri arasında informasiya mübadiləsi imkanına malik olmaq;
-proqram instrumentinin üzaq məsafəli kompyuterdən işə salınmasının mümkünlüyü;
Yaradıcı kompaniyaya lazımdır:
-mövcud proqram instrumentləri əsasında tez və az məsrəflə yeni instrumentlər yaratmaq imkanı;
-yeni yaradılan instrumentlərdə hazır proqram komponentlərindən istifadə edilməsinin mümkünlüyü;
-komponentlərin və proqram instrumentlərinin müxtəlif əməliyyat platformalarında işləməsini təmin etmək;
-yeni proqram instrumentlərinin yaradılmasında ən sadə və ən çox yayılmış vasitələrdən (məsələn, Visual Basic, Delphi) istifadə etmək;
-yeni komponentlər yaratmaqla mövcud proqram instrumentlərinin imkanlarını asan və sadə yolla genişləndirmək.
Dostları ilə paylaş: |