İstifadə olunan ixtisarların siyahısı


VİA instrumentlərinin təsnifatı



Yüklə 388,52 Kb.
səhifə87/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   83   84   85   86   87   88   89   90   91
C fakepathMuhazireler

12.2. VİA instrumentlərinin təsnifatı
Mövcud VİA instrumentlərini iki qrupa qyırmaq olar. Ən çox yayılmış instrumentləri əhatə edən 1-ci qrupa aşağıdakı funksional kateqoriyalar aiddir:

-universal;

-təsnifat məsələsinin həlli üçün;

-klasterləşdirmə və seqmentləşdirmə üçün;

-statistik analiz üçün;

-mətnlərin analizi (Text Mining) və sapmaların axtarışı üçün;

-vizuallaşdırma üçün.

Universal instrumentlər təsnifat, klasterləşdirmə və verilənlərin ilkin hazırlanma metodlarını reallaşdırırlar. Bir çox tanınmış kommersiya instrumentləri bu qrupa daxildir, məsələn, CLEMENTİNE, DB MİNER 2.0 ENTERPRİSE, İBM İNTELLİGENT MİNER for DATA, KXEN (Knowledge, eXtraction, Engines), ORACLE DATA MINING, POLYANALYST, SAS ENTERPRESE MİNER, SPSS, STATİSTİCA DATA MİNER. Rusiyada yaradılmış POLYANALYST instrumentindən başqa, DEDUCTOR paketi də geniş yayılmışdır. Sərbəst yayılan universal instrumentlərdən WEKA daha çox tanınıb. JAVA dilində yazılan WEKA paketi praktiki olaraq bütün platformalarda işləyə bilər.

2-ci qrup instrumental vasitələr aşağıdakı məsələlərin həlli üçün tətbiq edilir:

-assosiativ qaydaların axtarışı;

-qiymətləndirmə, reqrassiya və proqnozlaşdırma;

-əlaqələrin və asılılıqların analizi;

-ardıcıl şablonlar və vaxt sıraları;

-“Bisiness İntelligence”, “Database and OLAP Ware” instrumentləri;

-verilənlərin çevrilməsi və təmizlənməsi üçün instrumentlər;

-DATA MİNİNG-in digər proqram paketlərinə salınması üçün kitabxanalar, komponentlər və instrumentlər;

-saytların analizi: WEB MINING, XML MINING;

-WEB-də axtariş;

-Audio və Video MİNİNG.

Dünya bazarında tanınan VİA instrumentləri haqqında aşağıda qısa məlumat verilir. Adları çəkilən paketlərin İNTERNET ünvanlarını[17]-dən götürmək olar.



Assosiativ qaydaların axtarışı üçün VİA instrumentlərinə aşağıdakılar aiddir:

Kommersiya instrumentləri:

-AZMY SUPRER QUERY-assosiativ qaydalar axtarışı;

-CLEMENTİNE-bazar zəmbilinin analizi üçün;

-İBM İNTELLİGENT MİNER for DATA;

-İPEX-ədədi nəticələrin (məsələn, gəlirin) optimallaşdırılması üçün verilənlərin seqmentləşdirilməsi;

-LPA DATA MİNİNG TOOLKİİ-relyasiya verilənlər bazalarında assosiativ qaydaların axtarışını təmin edir;

-MAGNUM OPUS-verilənlərdə assosiativ qaydaların cəld axtarışını təmin edir və WINDOWS, LINUX, SOLARIS əməliyyat sistemləri tərəfindən dəstəklənir;

-NUGGETS-assosiativ qaydaların axtarışını və digər alqoritmləri reallaşdırır;

-MEGAPUTER POLYANALYST SUİTE-assosiativ qaydalar axtarışı maşınından ibarətdir;

-PURPLE İNSİGHT MİNESET-assosiativ qaydaların vizuallaşdırılmasını yerinə yetirir;

-WIZSOFT:WIZRULE modulu-assosiativ qaydaların və verilənlərdə səhvlərin tapılması;

-XREPTRULE MİNER 4.0;

-XAFFINITY (TM)-tranzaksiyalarda oxşarlıqları və ya şablonları təyin etmək üçün istifadə edilir.

Sərbəst yayılan instrumentlər:

-APRİORİ-Apriori alqoritminin köməyilə assosiativ qaydaların tapılması üçün;

-ARTOOL-binar verilənlər bazlarında assosiativ qaydaların axtarışı üçün;

-DM-İİ-SYSTEM-assosiativ qaydalar və digər xarakteristikalar əsasında təsnifat aparmaq üçün;

-FİMİ (Frequent İtemset Mining İmplementations)-proqram təminatından və verilənlər bazalarından ibarət olan repozitləri.

Klasterləşdirmə və seqmentləşdirmə məsələlərinin həlli üçün proqram vasitələri

Kommersiya instrumentləri:

-CLUSTANGRAPHİCS3-“yuxarıdan-aşağı” iyerarxik klaster analizi aparır və güclü qrafik imkanlara malikdir;

-CVİZ CLUSTER VİZUALİZATİON-böyük ölçülü verilənlər toplusunu analiz edir, klasterlərin obyektlərlə doldurulmasını vizuallaşdırır;

-İBM İNTELLİGENT MİNER for DATA-iki klaster alqoritmini reallaşdırır;

-NEUSCİENCES AXİ.KOHONEN, ACTİVE X CONTROL-Koxonen alqoritmi ilə klasterləşdirmə üçündür və DELPHİ interfeysinə malikdir;

-POLYANALYST-anomaliyaları lokallaşdıran alqoritm əsasında klasterləşdirməni yerinə yetirir;

-STARPROBE-klasterləşdirmə, neyron şəbəkələri, həlledici ağaclar, vizuallaşdırma və s. metodları reallaşdırır;

-VİSİPOİNT-özütəşkilolunan Koxonen kartları metodu ilə klasterləşdirməni və vizuallaşdırmanı yerinə yetirir.



Sərbəst yayılan instrumentlər:

-AUTOCLASS C-Bayes şəbəkələrinin köməyilə “ müəllimsiz öyrənmə”. UNİX və WINDOWS əməliyyat sistemlərində işləyir;

-CLUTO-verilənlərin hissələrə ayrılmasına əsaslanan klasterləşdirmə alqoritmlərini reallaşdırır;

-DATABİONİC ESOM TOOLS-klasterləşdirmə, vizuallaşdırma və təsnifat üçün proqram dəstindən ibarətdir;

-PERMUTMATRİX-yaxşı qrafik imkanlara malik olan bu proqram paketində bir neçə iyerarxik klaster analizi metodları reallaşdırır;

-PROXIMUS-ölçüləri sıxmaq, klasterləşdirmə və nümunələri axkarlamaq üçün nəzərdə tutulur;

-RECKLESS-K-yaxın qonşular konsepsiyasına əsaslanan klasterləşdirmə alqoritmlərini reallaşdırır.Küylərin və tullantıların klasterləşdirmə nəticələrinə təsirini azaltmaq üçün onları axtarır və identifikasiya edir;

-SNOB-MMM(Minumum Message Length)=məlumatın minimum uzunluğu konsepsiyasına əsaslanan klasterləşdirmə proqramıdır;

-SOM in EXCEL-Koxeninin özütəşkilolunan kartlar metodunun MS EXCEL-də reallaşdırılması.

Verilən izahatlardan göründüyü kimi, bir çox proqram paketləri bir neçə metodu, əksər hallarda isə klaster metodları ilə vizuallaşdırma metodlarını reallaşdırır.



Təsnifat məsələlərinin həlli üçün proqram vasitələri

Təsnifat məsələlərinin həlli üçün çoxlu instrument mövcuddur. Bu instrumentlər ilkin verilənlər toplusunu iki və daha çox sinfə ayıran modelləri reallaşdırırlar. İstifadə edilən metodlara uyğun olaraq təsnifat instrumentlərini aşağıdakı kateqoriyalara ayırmaq olar:

-həlletmə ağacları vasitəsilə təsnifat aparan instrumentlər. Bu paketlərə misal olaraq aşağıdakıları göstərmək olar: C5.0(RuleQuest, Avstraliya), Clementine (İnteqral Solitions, İngiltərə), SİPİNA (Uiversity of Lyon, Fransa), İDİS (İnformation Discovery, ABŞ);

-neyron şəbəkələr vasitəsilə təsnifat aparan instrumentlər, məsələn:neyron şəbəkələrdən istifadə etməklə VB-dən bilikləri çıxaran 4 THOUGHT sistemi (Cognos firması); BRAİNMAKER (CSS), NEURO SHELL (Ward Systems Group), OWL (Hyperlogic);

-genetik alqoritmlərin köməyilə təsnifat aparan instrumentlər.

Qiymətləndirmə və proqnozlaşdırma məsələlərinin həlli üçün proqram vasitələri

Bu qrupa aid kommersiya proqram məhsuluna misal olaraq ALYUDA FORECASTER XL instrumentini göstərmək olar. Həmin proqram EXCEL üstqrumu şəklində reallaşdırılıb və neyron şəbəkələrindən istifadə etməklə proqnozlaşdırma və qiymətləndirmə məsələlərinin həlli üçün nəzərdə tutulub.

Buna oxşar EXCEL/NEURAL/PACKAGE instrumenti Rusiyanın “NeyrOK” firması tərəfindən hazırlanıb. Burada neyron şəbəkələrinin iki baza paradiqması reallaşdırırlıb: çoxtəbəqəli perseptron və Koxonen şəbəkələri.

Yuxarıda baxılan xülasədən göründüyü kimi, VİA proqram təminatı müxtəlif firmalar tərəfindən hazırlanan çoxlu instrumentləri əhatə edir. İstehsalçı firmalar öz məhsullarında daha çox müasir metodların və texnologiyaların olmasına çalışırlar.

VİA-nın proqram instrumentlərinə Bİ bazarının vacib tərkib hissəsi kimi baxılır. Bİ bazarı, o cümlədən, VİA proqram təminatı bazarı o qədər geniş və müxtəlifdir ki, hər bir kompaniya funksional və maliyyə baxımından özünə uyğun gələni seçmək imkanına malikdir.



Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin