12.5. COM, OLE və ActiveX texnologiyalarının POLYANALYST sistemində reallaşdırılması
POLYANALYST sistemi ədədi verilənlər bazasının avtomatik və yarımavtomatik analizi və xam verilənlərdən praktik əhəmiyyətli biliklərin alınması üçün nəzərdə tutulub. Sistem verilənlər arasında çoxfaktorlu asılılıqları tapır, tapılan asılılıqları əks etdirən çoxölçülü qeyri-xətti modelləri qurur və testləyir, öyrədən misallar üzrə təsnifat qaydalarını çıxardır, verilənlərdə çoxölçülü klasterləri aşkarlayır və həll alqoritmlərini qurur. Sistem Rusiyanın “Medaputer İntelligence” kompaniyası tərəfindən hazırlanıb. POLYANALYST sistemi kliyent- server arxitekturası ilə fəaliyyət göstərir. Verilənlərin analizini “server” (Polyanalyst Knowkedge Server), istifadəçi interfeysinin funksiyalarını isə “kliyent” (Polyanalyst Workplace) yerinə yetirir. Verilənlərə müraciət isə ayrıca “Polyanalyst Data Access” komponenti yerinə yetirir. “Kliyent” proqramı analiz edilməsi üçün verilənləri və ya verilənlər bazasına (mənbəinə) sorğunu verilənlərə müraciət komponentinə göndərməklə onu işə cəlb edir. Sonra “kliyent” verilənlərin analizi üçün “server” komponentinin uyğun metodunu çağırır. Bu zaman analiz üçün verilənləri “Polyanalyst Data Access” komponenti təqdim edir. Alınan nəticələr vizuallaşdırma və sonrakı emal üçün “kliyent” proqramına ötürülür,
COM obyektinin interfeysinin metodunu çağırmaq üçün “kliyent” həmin interfeysin göstəricisini bilməlidir. Adətən COM obyekti öz servislərini bir neçə interfeys vasitəsilə təqdim edir. Odur ki, “kliyent” metodu çağrılan hər bir interfeysin göstəricisini bilməlidir. Məsələn, “Polyanalyst Knowkedge Server” obyekti “qoşulmaya nəzarət” və “analizin idarə edilməsi” interfeyslərini təqdim edir. 1-ci interfeys “qoşulma” və “açılma” metodlarından, 2-ci interfeys isə verilənlərin analizinin gedişini idarə edən metodlardan ibarət olur.
Server həmçinin analizləri işə salan və cari nəticələri soruşan metodlardan ibarət olan interfeyslər də təqdim edir.
“Kliyent” komponenti digər tətbiqi proqramlar üçün servislər mənbəi ola bilər. Onun əsas funksiyası isə verilənlərlə işləyən analitikin iş yerinə uyğun layihəni reallaşdırmaqdır, başqa sözlə, “kliyent” verilənlərin daxili strukturunu reallaşdırır. Həmin strukturda mətn, cədvəl, qrafik və s. kimi obyektlər saxlanır. Bu cür strukturu “kliyent” ilkin “xam” verilənlər əsasında yaradıb fayda yaza bilər.
Baş proqram öz işində “kliyent” komponentinin interfeyslərindən istifadə edir. Əslində o “kliyent” komponentinin serveslərini çağırmaq üçün aşağıya açılan menyudan və idarəetmə panelindən ibarət örtükdür.
Hesablama alqoritmləri ayrı-ayrı komponentlər şəklində reallaşdırılır. İstifadəçi iş vaxtı ona lazım olan komponenti seçib çağırır. Bu cür komponent yanaşma yaradıcı kollektivə yeni alqoritmlər yaratmağa və onları serverə daxil etməyə imkan verir.
İstifadəçi POLYANALYST sisteminin istənilən obyektini COM, OLE və ActiveX texnologiyalarının köməyilə öz sisteminə daxil edə bilər. Daxil edilən obyektlərin hamısı özlərinin açılan menyuları vasitəsilə POLYANALYST sisteminin servislərini çağıra bilərlər. İstifadəçi POLYANALYST-i işə salmadan onun obyektlərini öz proqramına –konteynerə yerləşdirə bilər və həmin obyektlərin açılan menyuları vasitəsilə onların funksiyalarından istifadə edə bilər. Bu zaman POLYANALYST-ın bütün funksiyaları saxlanır, Lakin onlar çağıran proqramda-konteynerdə gizlədilir. Beləliklə, istifadəçi VİA imkanları ilə genişləndirilən istənilən tətbiqi proqramla, məsələn, MS EXCEL-lə işləyə bilər.
Yaxşı tərtib edilmiş OLE/COM komponentinin lazımi xüsusiyyətlərindən biri onun OLE-ni dəstəkləyən istənilən tətbiqi proqrama daxil edilməsinin mükünlüyü hesab olur. Əgər komponent kənardan praktik olaraq heç bir verilən almırsa, bu şərtin təmin edilməsi kifayər qədər asan olur. Lakin POLYANALST sistemi müxtəlif mənbələrdən verilənləri almağı “bacarmalıdır”.
Tətbiqi proqramların çoxu, o cüvlədən, MS EXCEL öz verilənlərini, tipləri COM spesifikasiyaları ilə təsvir olunan parametrlər kimi digər komponentlərə təqdim edə bilər. Lakin, bir qayda olaraq, bu interfeyslərin səviyyəsi aşağı olur. EXCEL-də verilənlərin əsas obyektləri “səhifə” (Sheet) və “fraqment”-dir (Range)”. Əslində onlar COM obyektləridir. Bu obyektlərdən verilənləri oxumaq üçün POLYANALST sistemi həmin obyektlərin hansı metodlarından istifadə edilməsini “bilməlidir”.
POLYANALST sistemində bu problem belə həll olunub. Verilənlərin importu üçün müəyyən növ komponentlər ayrılıb. Onlar çox da böyük olmayan, platformadan asılı, digər proqramlarla verilənlər mübadiləsi aparmağa imkan verən unifikasiya olunmuş interfeysə malik olan komponentlərdir. Hazırda POLYANALST sistemində MS EXCEL, CSV faylları, ODBC protiokolunu dəstəkləyən verilənlər bazaları, İBM VİSUAL WAREHOUSE, ORACLE EXPRESS çoxölçülü VBİS, OLE DB provayderləri və s. ilə əlaqə yaratmaq üçün komponentlər var. Digər sistemlərlə verilənlər mübadiləsinə ehtiyac olduqda yeni komponentlərin yaradılması nəzərə alınıb.
Dostları ilə paylaş: |