İstifadə olunan ixtisarların siyahısı


QQDS-in qurulma mərhələləri



Yüklə 388,52 Kb.
səhifə21/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   17   18   19   20   21   22   23   24   ...   91
C fakepathMuhazireler

5.3. QQDS-in qurulma mərhələləri
İnformasiya sisteminin bir növü kimi qərar qəbulunu dəstəkləyən sistem böyük və mürəkkəb sistemlər sinfinə daxildir. QQDS-i layihələndirərkən bu amil əsas götürülməlidir və onun qurulma mərhələləri də buna uyğun yerinə yetirilməlidir.

QQDS layihə əsasında yaradılır. Layihənin hazırlanma mərhələləri bə idarə olunması predmet sahəsindən və layihənin xarakterindən asılı olmayaraq eyni olur. Layihə anlayışı və onun xüsusiyyətləri haqqında ətraflı məlumat[7] və [8]-də verilmişdir.

Layihənin hazırlanmasına başlanandan tam bitməsinə qədər addımları mərhələ və ya faza adlandırırlar. Mərhələlərin sayının və məzmununun təyin olunmasında tam müəyyənlik yoxdur, çünki bu xarakteristikalar konkret layihənin xüsusiyyətindən və icraçıların təcrübəsindən asılıdır. İnformasiya sisteminin, o cümlədən, QQDS-in qurulma prosesinin məntiqi və məzmunu onun qurulmasında aşağıdakı mərhələləri ayırmağa əsas verir:

1-konsepsiyanın formalaşdırılması;

2-texniki tapşırığın hazırlanması;

3-layihələndirmə;

4-hazırlanma;

5-sazlama və testləmə;

6-sistemin istismara verilməsi;

7-sistemin müşayiət edilməsi.

2-ci və 3-cü mərhələləri adətən sistem layihələndirilməsi, 4-cü və 5-ci mərhələləri isə reallaşdırma adlandırırlar.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin