Texniki tapşırığın hazırlanması
Bu mərhələnin əsas məzmunu texniki tapşırığın tərtib edilməsi və sifarişçi ilə müqavilə bağlanması üçün danışıqların aparılmasından ibarətdir. Bu mərhələdə aşağıdakı işlər görülür:
-texniki tapşırığın hazırlanması və təsdiqi;
-layihənin cmetasının və büdcəsinin tərtib edilməsi, resurslara olan tələbatın təyini;
-işlərin təqvim planlarının və ümumiləşdirilmiş qrafiklərinin hazırlanması;
-sifarişçi ilə müqavilənin razlıaşdırılması və təsdiq edilməsi;
-layihə iştirakçılarının kommunikasiya vasitələrinin işə salınması və işlərin gedişinə nəzarət edilməsi.
Layihələndirmə
Bu mərhələdə QQDS-in arxitekturasını, onun komponentlərini, onlar arasındakı əlaqələri və digər vacib məsələləri əhatə edən texniki layihə hazılanır, layihənin yerinə yetirilməsinin və resurslardan istifadə edilməsinin daha səmərəli yolları seçilir. Bu mərhələdə görülən əsas işlərə aşağıdakılar aiddir:
-texniki layihənin tərtib edilməsi;
-baza layihə işlərinin yerinə yetirilməsi;
-xüsusi texniki tapşırıqların hazırlanması;
-texniki spesifikasiyaların və təlimatların hazırlanması;
-layihənin təqdim edilməsi, ekspertizası və təsdiqi.
Hazırlama
Bu mərhələdə layihəyə uyğun işlər yerinə yetirilir, onların koordinasiyası aparılır və operativ nəzarət edilir. Görülən əsas işlər bunlardır:
-texniki vasitələrin alınıb quraşdırılması;
-proqram vasitələrinin hazırlanması və ya alınması;
-sistemin testlənməsi və sınaq istismarı üçün hazırlıq işlərinin görülməsi;
-layihə göstəricilərinə nəzarət edilməsi və tənzimlənməsi.
QQDS proqram məhsulu olduğu üçün onun yaradılmasında proqram vasitələrinin sazlanması və testlənməsi mühüm rol oynayır. Bu işləri QQDS-in hazırlanma mərhələsində də yerinə yetirmək olar. Lakin onların ağırlığını və yerinə yetirilmə xüsusiyyətlərini nəzərə alaraq, sazlama və testləmə ayrıca mərhələ kimi qəbul edilir. Bu mərhələdə aşağıdakılar yerinə yetirilir:
-ayrı-ayrı proqram modullarının sazlanması və testlənməsi;
-funksional proqram qruplarının (komponentlərin) sazlanması və testlənməsi;
-komponentlərin inteqrasiyası və sistemin bütövlükdə sazlanması və testlənməsi.
Dostları ilə paylaş: |