8.Verilənlərin təhlükəsizliyinin təmini.
Verilənlərin təhlükəsizliyi onların təhrif olunmalardan, oğurlanmaqdan və digər növ pozuntulardan qorunmasını, təhrif olunmuş verilənlərin bərpasını, səlahiyyətsiz istifadəçilərin verilənlərə müraciətinin qarşısının alınmasını, istifadəçilərin VB-də apardıqları əməliyyatlara nəzarət edilməsini nəzərdə tutur. Göstərilən məsələlər VBİS və VB-nin administratoru tərəfindən yerinə yetirilir.
9.Axtarış imkanları
VB-də saxlanan verilənlərin axtarışı həm ardıçıl, həm də birbaşa (açarla) apaıla bilər. İstifadəçilər VB-yə müxtəlif sorğularla müraciət edə bilərlər. Qərar qəbulunu dəstəkləyən sistemlərdə istifadəçilər VB-yə çox vaxt reqlamentləşdirilmiş, yəni tezliyi və məzmunu əvvəlcədən məlum olan sorğularla müraciət edirlər.
Dostları ilə paylaş: |