İstifadə olunan ixtisarların siyahısı


Verilənlər bazasının verilənlər anbarından fərqli cəhətləri



Yüklə 388,52 Kb.
səhifə32/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   28   29   30   31   32   33   34   35   ...   91
C fakepathMuhazireler

6.2.Verilənlər bazasının verilənlər anbarından fərqli cəhətləri
Verilənlər anbarı haqqında ətraflı məlumat 4-cü fəsildə verilir. Burada isə verilənlər bazası ilə verilənlər anbarının QQDS-də tətbiqi ilə bağlı onların fərqli cəhətlərinə baxılır.

Qərar qəbulunu dəstəkləyən sistemlərdə verilənlər bazasından iki halda istifadə edilir:

1.Əgər ilkin operativ verilənlər VB-də saxlanılırsa, QQDS-in işi zamanı ilkin verilənlər həmin VB-dən götürülür.

2.Əgər qərar qəbulu operativ verilənlər əsasında aparılırsa.

Hər bir hala uyğun verilənlər bazası təşkil olunur. Aydındır ki, bu hallardan biri və ya hər ikisi olmaya da bilər.

1-ci halda VB-nin qurulması QQDS-in layihəsinə daxil edilməyə bilər, yəni müəssisədə və ya təşkilatda operativ verilənləri saxlayan verilənlər bazası QQDS qurulmazdan əvvəl fəaliyyət göstərə bilər. Əgər belə VB yoxdursa, onun qurulması QQDS-in layihəsinə daxil edilə bilər.

2-ci halda VB-də müəssisənin (təşkilatın) fəaliyyətini xarakterizə edən operativ verilənlər saxlanır və qərar qəbulu da həmin verilənlər əsasında aparılır. Bu halda verilənlər bazası QQDS-in tərkib hissəsi kimi layihələndirilməlidir.

QQDS-də istifadə baxımından həm VB-yə, həm də VA-ya xas olan müsbət və mənfi cəhətlər mövcuddur. VA-da verilənlər nisbətən uzun vaxt kəsiyində (il, beş il və daha çox) saxlanır və bu müddət üzrə onlar ümumiləşdirilir. Odur ki, VA-dan strateji qərarların qəbulunda daha çox istifadə edilir. Operativ qərarların qəbulunda isə VB-dən istifadə edilməsi daha məqsədəuyğundur.




Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin