İstifadə olunan ixtisarların siyahısı


Verilənlər anbarı əsasında qurulan QQDS-də iş prosesinin təşkili



Yüklə 388,52 Kb.
səhifə50/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   46   47   48   49   50   51   52   53   ...   91
C fakepathMuhazireler

7.2. Verilənlər anbarı əsasında qurulan QQDS-də iş prosesinin təşkili
Verilənlər anbarı əsasında qurulan QQDS-in ümumi quruluşu şəkil 7.1-də göstərilmişdir.

İ l k i n v e r i l ə n l ə r

Operativ verilənlər (OLTP) Xarici mənbələr



Administrator Qərar qəbul edən

şəxslər

Şəkil 7.1. Verilənlər anbarı əsasında qurulan QQDS-in ümumi quruluşu


Operativ verilənlər bazalarından və xarici mənbələrdən çıxarılan ilkin verilənlər süzgəcdən keçirilir, tələb olunan formata çevirildikdən sonra VA-ya yüklənir. Verilənlərin süzgəcdən keçirilməsi (təmizlənməsi) zamanı analiz üçün məna kəsb etməyən verilənlər kənarlaşdırılır. Verilənlərin çıxarılması, çevrilməsi və yüklənməsi (Extract, Transform, Load-ETL) prosesi müəyyən qaydalarla aparılır.

Bu proses haqqında daha ətraflı məlumat sonrakı paraqrafda verilir.

ETL prosesinin icrasına, VA-dakı verilənlərin təhlükəsizliyinin təmininə cavabdehliyi sistemin admisnitratoru daşıyır. Sistemin administratoru QQDS-in bütövlükdə fəaliyyətinə, istifadəçilərin sorğularının cavablandırılmasına da cavabdehdir.

Verilənlər anbarının yaradılması zamanı müxtəlif növ proqram vasitələri əsasında vahid sistemin qurulması məsələsi həll olunur. Bunun üçün müxtəlif proqram komponentlərinin uyğunlaşma səviyyəsi, onların öyrənilməsinin və istifadəsinin asanlığı, funksionallığın səmərəliliyi və s. nəzərə alınmalıdır. VA-nın şəbəkə mühitində reallaşdırılması zamanı nəzərə alınır ki, əsas anbarın harada yerləşməsindən asılı olmayaraq, verilənlərin analitik emalı istənilən qovşaqda aparıla bilər. Baxmayaraq ki, VA-da verilənlər yalnız oxunur və onların sinxronlaşdırılmasına ehtiyac olmur, səmərəliliyi əldə etmək üçün müxtəlif qovşaqlardakı verilənlərin replikasiyasını [7] dəstəkləmək lazımdır.

VA-da verilənlərin mühafizəsinə qoyulan tələblər VB-yə nəzərən daha sərtdir. VB-də verilənlərin mühafizəsi, adətən, SQL dilində nəzərə alınmış cədvəl və sütun səviyyəsində əldə edilir, VA-da isə bununla yanaşı cədvəlin ayrı-ayrı sətirləri səviyyəsində də mühafizə aparılır. Bununla bərabər istifadəçilərin autentifikasiya məsələsi, verilənlərin operativ VB-dən və xarici mənbələrdən çıxarılması və şəbəkə üzrə ötürülməsi zamanı mühafizə məsələləri də həll olunur.

VA-da metaverilənlərin rolu VB-yə nəzərən daha böyük və vacib hesab olunur. İstifadəçi VA-da hansı informasiyanın saxlanmasını, onun aktuallığını, həqiqiliyini, cavabın alınma vaxtını, verilənlərin yenilənmə dövrünü və s. metaverilənlər vasitəsilə əldə edir.

Verilənlər anbarı əksər halda kifayət qədər böyük tutuma malik olur. Praktikada reallaşdırılan verilənlər anbarlarının tutumu qiqa-, bəzən isə tera- baytlarla ölçülür. VA-nın tutumu artdıqca onun üçün lazım olan xarici yaddaşa tələb və ona qoyulan xərclər də xeyli artır. Məsələ bundadır ki, tələb olunan yaddaş tutumu mövcud olan verilənlərin tutmundan 3-5 dəfə çox olur.

İstifdəçilərin (qərar qəbuledən şəxslərin) sorğularına uyğun olaraq VA-dan lazımi verilənlər çıxarılır və analiz edilir. Verilənlərin analizi üçün geniş çeşidli metod və vasitələrdən istifadə edilir. Buraya ənənəvi statistik metodlarla (reqressiya analizi, faktor analizi, dispersiya analizi, vaxt sıraları analizi və s.) yanaşı, son illər geniş tətbiq edilən və süni intellektə əsaslanan yeni metodlar da aiddir. Yeni metodlara neyron şəbəkələr, qeyri-səlis məntiq, genetik alqoritmlər, biliklərin çıxarılması metodları və s. daxildir. Həmin metodlara ümumi adla verilənlərin intellektual analizi metodları deyilir. Bu metodları çox vaxt ingilis dilində “data mining” (verilənlərin çıxarılması) termini ilə ifadə edirlər. Dəqiq asılılıqlar olmadığına görə analiz edilən prosesləri adi üsullarla təsvir etmək mümkün olmadıqda istifadə edilən bu metodlar ənənəvi yanaşmaları inkişaf etdirirlər. Data Mining texnologiyası kompüter texnologiyası vasitəsilə həll edilən praktiki əhəmiyyətli məsələlərin dairəsini genişləndirməyə imkan verir.




Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin