İstifadə olunan ixtisarların siyahısı


Relyasiya modeli (Relyasiyalı OLAP-ROLAP)



Yüklə 388,52 Kb.
səhifə53/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   49   50   51   52   53   54   55   56   ...   91
C fakepathMuhazireler

Relyasiya modeli (Relyasiyalı OLAP-ROLAP).

Verilənlər anbarlarında verilənlərin təsviri üçün ənənəvi relyasiya modelindən də geniş istifadə edilir. Bu halda hiperkub VBIS tərəfindən məntiqi səviyyədə emulyasiya olunur. Çoxölçülü modeldən fərqli olaraq, relyasiya modeli böyük həcmli verilənlər massivlərini saxlamağa imkan verir. Lakin relyasiya modelli sistemlərdə analitik sorğuların yerinə yetirilmə sürəti nisbətən az olur. Relyasiya modelli VA-da verilənlər xüsusi sxemlə təşkil olunurlar. Ən çox “ulduz” (“star”) adlanan sxemdən istifadə olunur. Bu sxemin əsasını iki tip cədvəl təşkil edir: faktlar cədvəli (faktoloji cədvəl) və bir neçə arayış cədvəli (ölçülər cədvəlləri). Faktlar cədvəlində analiz üçün istifadə edilən verilənlər saxlanır. Relyasiya modelində faktoloji cədvəlin yazısı çoxölçülü modeldə hiperkubun xanasına uyğun gəlir.

Hər bir ölçü özünün arayış cədvəli ilə təsvir olunur. Faktoloji cədvəl arayış cədvəllərinin açarlarından təşkil olunmuş mürəkkəb açarla indeksləşdirilir. Bununla da arayış cədvəlləri ilə faktoloji cədvəl arasında açar atributlara görə əlaqə yaradılır. Misal kimi şəkil 4.3–də istehsal müəssisəsinin sexləri üzrə müəyyən vaxt periodu ərzində istehsal olunan məhsul haqqında informasiyanı saxlayan VA-nın ulduz sxemli relyasiya modeli verilmişdir. Cədvəllər arasında əlaqələr xətlərlə göstərilmişdir. Cədvəllərin açar atributları ştrixlənmişlər.




Şəkil 7.3. “Ulduz” sxemli relyasiya modelinə aid missal


Real sistemlərdə faktoloji cədvəldəki sətirlərin sayı yüzlərlə , minlərlə və daha çox ola bilər. Arayış cədvəllərinin sayı isə 10-20-dən çox olmur. Verilənlərin analizini sürətləndirmək üçün faktoloji cədvəldə detallaşdırılmış verilənlərlə yanaşı, əvvəlcədən hesablanmış və ümumiləşdirilmiş verilənlər də saxlanır. Ölçülərin sayı çox olduqda VA-nın təşkili üçün “qar dənəciyi” (snowflake) sxemindən istifadə edilə bilər. Bu cür sxemdə arayış cədvəllərinin atributları əlavə arayış cədvəllərində detallaşdırılır (şəkil 7.4).

Şəkil 7.4. “Qar dənəciyi” sxemli relyasiya modelinə aid missal


Analitik sistemdə sorğuların cavablandırma vaxtını azaltmaq məqsədilə xüsusi vasitələrdən istifadə etmək olar. Adətən güclü relyasiya VBİS-in tərkibinə sorğuları optimallaşdıran komponent daxil edilir. Həmin komponent sorğunu analiz edərək onun yerinə yetirilməsi üçün müəyyən kriteri baxımından VA-ya müraciət əmrlərinin ardıcıllığını təyin edir. Məsələn, sorğunun yerinə yetirilməsi zamanı xarici yaddaşa müraciətlərin sayını minimumlaşdırmaq olar. Sorğuları optimallaşdıran komponent cədvəllərdəki yazıların sayı, açarların dəyişmə diapazonu və s. kimi parametrlərlə əməliyyat aparan mürəkkəb statistik alqoritmlərdən istifadə edir.

Hibrid model.

Çoxölçülü və relyasiya modellərinin kombinasiyasından yaranan bu model hybrid–OLAP (HOLAP) adlanır. HOLAP model MOLAP və ROLAP modellərinin çatışmazlıqlarını aradan qaldırmaq və onların üstün cəhətlərini birləşdirmək məqsədilə yaranmışdır. Bir çox hallarda analiz üçün verilənlər anbarında saxlanan informasiyanın hamısına baxmağa ehtiyac olmur. Adətən, hər bir analitik və ya analitik bölmə müəssisənin fəaliyyətinin yalnız bir istiqamətinə xidmət edir. Odur ki, həmin analitikə və ya bölməyə ilk növbədə onun xidmət etdiyi istiqaməti xarakterizə edən verilənlər lazım gəlir. Bu verilənlərin real həcmi çoxölçülü VBİS-ə xas olan məhdudluqdan böyük olmur. Odur ki, konkret tətbiq üçün tələb olunan verilənləri ayrıca massiv kimi təşkil etmək olar. Bu cür verilənlər massivini çoxölçülü modelli VA ilə reallaşdırmaq olar. Həmin VA uçün verilənlər mənbəini müəssisənin mərkəzi verilənlər anbarı təşkil edir. Bu anbardakı verilənlərin həcmi kifayət qədər böyük olur. Odur ki, mərkəzi anbarın təşkili üçün relyasiya modelindən istifadə edilir.

Sənaye müəssisəsi və istehsal olunan məhsulun reallaşdırılması ilə analogiya aparılsa, çoxölçülü verilənlər bazalarına kiçik ambarlar kimi baxmaq olar. VA konsepsiyasında onlara verilənlər vitrinləri (Data Marts) deyilir. Verilənlər vitrini müəssisənin fəaliyyətinin bir istiqamətinə xidmət edən xüsusiləşdirilmiş tematik verilənlər anbarıdır. Hibrid modelli VA ilə qurulan QQDS-in quruluşu şəkil 7.5-də verilmişdir.Qeyd edək ki, bu sxem üçsəviyyəli arxitektura ilə qurulan QUDS-ın sxeminə oxşardır.



İ l k i n v e r i l ə n l ə r

Operativ verilənlər (OLTP) Xarici mənbələr






Mərkəzi anbar

Verilənlər

vitrinləri


Qərar qəbul edən şəxslər
Şəkil 7.5. Hibrid modelli VA ilə qurulan QQDS-in quruluşu

Göstərilən sxem böyük həcmli informasiyanın saxlanması üçün relyasiya modelli VA-nın və analitik sorğuların böyük sürətlə icrasını təmin edən çoxölçülü modelli VA-nın imkanlarından birgə istifadə etməyə şərait yaradır.




Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin