İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə72/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   68   69   70   71   72   73   74   75   ...   91
C fakepathMuhazireler

9.6. Proqnozlaşdırma
Proqnozlaşdırmada analitik emal sistemlərində səmərəli həll olunan məsələlərdən biridir. Proqnozlaşdırma geniş mənada gələcəyin əvvəldən inikası deməkdir. Başqa sözlə, proqnozlaşdırma-hər hansı obyektin, prosesin və ya hadisənin gələcəkdə müəyyən vaxt ərzində vəziyyəti haqqında ehtimal olunan fikrin formalaşdırılması prosesidir. Proqnozlaşdırmanın nəzəriyyəsi və praktikası ilə məşğul olan elmə proqnostika (proqnostics) deyilir.

Proqnozlaşdırma metodları iterasiyalı inkişaf prosesinə əsaslanırlar, yəni nəzərə alınır ki, obyektin, prosesin, hadisənin dəyişməsi müəyyən qanunauyğunluqlarla baş verir və həmin qanunauyğunluqlar gələcəkdə də müəyyən vaxt ərzində saxlanır,. Proqnozlaşdırma məsələsinin həlli nəticəsində obyektlərin davranışını əks etdirən verilənlərin analizi vasitəsilə qanunauyğunluqlar üzə çıxarılır və onlardan gələcək üçün hipotez hasil edilir. Analiz edilən verilənlərin miqdarı nə qədər çox olsa, daha dəqiq proqnozun alınma şansı da çoxalır. Lakin proqnozlaşdırma qərar qəbulu zamanı riski tam aradan qaldıra bilmir. Odur ki, proqnozlaşdırmada mümkün səhvlər həmişə nəzərə alınmalıdır.

Səhvlərin qiymətləndirməsi üçün çox vaxt ortakvadratik səhv (səhvlərin kvadratlarının cəmi) təyin edilir. Bəzi hallarda nisbi səhvdən də istifadə oluna bilər.

Proqnoz qısa-,orta- və uzunmüddətli ola bilər. Qısamüddətli proqnozda bir neçə addım (adətən 3-ə qədər) irəli haqqında hipotez yürüdülür. Məsələn, əgər cari ay üçün verilənlər analiz edilirsə, qısamüddətli proqnoz sonrakı bir, iki və ya üç ayı əhatə edə bilər. Orta müddətli proqnoz 4-12 addım irəli haqqında hipotiz verir (baxılan misalda 4 aydan 12 aya qədər müddət üçün). Uzunmüddətli proqnoz daha uzun müddəti əhatə edir.

Proqnozlaşdırma zamanı aşağıdakı iki amili nəzərə almaq lazımdır: 1)analiz edilən obyekt və ya proses vaxta görə nisbi stabildir, dəyişiliklər tədricən baş verir və proses xarici amillərdən asılı deyil; 2)analiz edilən obyekt və ya proses stabil deyil və xarici faktorlardan çox asılıdır.

1-ci halda analiz üçün böyük sayda retrospektiv verilənlərdən istifadə etmək lazımdır. 2-ci halda isə xarici faktorların nəzərə alınması üçün predmet sahəsi üzrə mütəxəssisin (ekspertin) fikrini öyrənmək və həmin faktorlar üzrə kifayət sayda verilənlərin toplanmasına diqqət yetirmək lazımdır.

Proqnoz modelinin qurulmasında vacib amillərdən biri də verilənlərin əlçatan olmasıdır. Keyfiyyətli proqnozun əldə edilməsi üçün verilənlər səlahiyyətli, dəqiq və həqiqi olmalıdır.

Proqnozlaşdırmanı reallaşdırmaq üçün ən çox neyron şəbəkələr və xətti reqressiya metodlarından istifadə edilir. Proqnozlaşdırma metodlarından bir çox sahələrdə, o cümlədən, maliyyə sahəsində aksiyaların gəlirini, valyuta məzənnəsini, iqtisadi indikatorları proqnozlaşdırmaq üçün istifadə edilir.



Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin