İstifadə olunan ixtisarların siyahısı


İntellektual analizin metodları



Yüklə 388,52 Kb.
səhifə81/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   77   78   79   80   81   82   83   84   ...   91
C fakepathMuhazireler

İntellektual analizin metodları

İntellektual analizin metodlarını 2 qrupa ayırmaq olar:

-baza metodları;

-xüsusi metodlar.



Baza metodldrı. Baza metodlarına ilk növbədə seçməyə əsaslanan alqoritmləri aid edirlər. N sayda obyektlər çoxluğunda seçim 2N sayda müqayisə əməliyyatının aparılmasını tələb edir. Başqa sözlə, verilənlərin sayı artdıqca hesablamaların həcmi eksponensial artır. Verilənlərin sayı böyük olduqda bu cür metodla işləmək praktik olaraq mümkün olmur.

Bu tip alqoritmlərdə hesablama mürəkkəbliyini azaltmaq üçün seçimlərin sayını azaltmağa yönəlmiş müxtəlif növ evristik metodlardan istifadə edilir. Bu cür alqoritmlərin optimallaşdırılması əməliyyatların sayının verilənlərin sayından asılılığının xətti funksiyaya gətirilməsi ilə əldə edilir. Lakin atributların sayından asılılıq eksponensial olaraq qalır. Atributların sayı məhdud olduğundan (onların sayı verilənlərin sayından qat-qat az olur), bu cür asılılıq qəbul ediləndir.

Bu alqoritmlərin əsas üstünlüyü onların başa düşülməsinin və reallaşdırılmasının sadəliyidir. Onların çatışmazlığına isə həmin alqoritmlərin qurulmasında formal nəzəriyyənin olmamasını və bununla bağlı onların tədqiqində və inkişafında çətinliklərin yaranmasını aid etmək olar.

Verilənlərin intellektual analizinin baza metodlarına həmçinin statistika nəzəriyyəsinin elementlərindən istifadə edən metodlar da daxildir. Nəzərə olsaq ki, verilənlərin intellektual analizi statistikanın inkişafı nəticəsində yaranmışdır, bu cür metodlar kifayər qədərdir. Onların əsasını statistik analizin müxtəlif növləri təşkil edir: korrelyasiya analizi, reqressiya analizi, faktor analizi və s. Həmin metodların əsas çatışmazlığı qiymətlərin ortaqlanmasıdır. Bu isə verilənlərdə informativliyin itirilməsinə və alınan biliklərin miqdarının azalmasına səbəb ola bilər.



Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin