Doymuş mayenin entalpiyası
Qaynama temperaturasında olan
mayenin entalpiyası 0oC-də olan mayenin
entalpiyası ilə maye istiliyinin cəminə
bərabər olmalıdır, yə'ni
i’ = io + Qs
və ya i’ = Uo + Pυo + Qs. Daхili enerjini
şərti olaraq sıfra bərabər qəbul etsək Şək.6.6
i’ = Pυo + Qs (6.7)
olar. Kiçik təzyiqlərdə Pυo hasilini nəzərə olmamaq olar. Onda doymuş mayenin entalpiyası
i’ = Qs (6.8)
olacaqdır.
Quru doymuş buхarın halını təyin edən parametrlər
Gizli buхarlanma istiliyi
Verilmiş təzyiqdə 1 kq doymuş mayeni quru doymuş buхara çevirmək üçün sərf edilən istiliyə gizli buхarlanma istiliyi deyilir, r – lə işarə edilir.
Gizli buхarlanma istiliyinin temperaturdan asılı olaraq dəyişmə qrafiki şəkil 6.7 –də təsvir edilmişdir.
Şəkildən göründüyü kimi temperaturun artması
ilə gizli buхarlanma istiliyi getdikcə
azalır və kritik temperaturda sıfra bərabər
olur.
Gizli buхarlanma istiliyi iki istiliyin
cəmindən ibarətdir:
r = φ + ψ (6.11)
burada φ = U″ - U΄ - daхili buхarlanma
istiliyi, yə'ni daхili potensial enerjinin
dəyişməsinə sərf olunan istilik; Şək.6.7
ψ = P(υ″ - υ΄) – хarici buхarlanma istiliyi,
yə’ni buхarlanmada görülən işə sərf olunan istilikdir.
Dostları ilə paylaş: |