NƏTİCƏ
Beləliklə, əziz oxucular, Sizlər kitabın əsas mətnində XX
əsrin əvvəllərində xalqımızın tarixində, onun dövlətçilik salnamə-
sində Birinci Respublika kimi xrakterizə olunan Azərbaycan Xalq
Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) varlığı dönə-
mində baĢ verən mürəkkəb və ziddiyyətli proseslər fonunda xidmət
göstərmiĢ daxili iĢlər nazirləri, onların silahdaĢları olan digər
Ģəxsiyyətlərin - fədailərin həyatı və fəaliyyətinin müxtəlif çalarları
ilə tanıĢ oldunuz. Əlbəttə, bir Ģəxsiyyət, bir dövlət xadimləri kimi
həmin daxili iĢlər nazirlərinin, həmçinin silahdaĢlarının rolu və
fəaliyyəti, aqibətləri də Ģübhəsiz müxtəlifdir. Xüsusilə, hər bir daxili
iĢlər naziri, onun Ģəxsiyyəti və fəaliyyətri heç də birmənalı deyil,
ayrı-ayrı rakurslardan, müsbət və mənfi tərəflərdən qiymətləndirilir,
dəyərləndirilir, xarakterizə edilir. Odur ki, Sizlərə təqdim olunan,
bir qədərdə ensiklopedik məlumat xarakteri daĢıyan bu kitabda bəhs
olunan Ģəxsiyyətlərin - istiqlal fədailərinin hər birinin fəaliyyətinə
və Ģəxsiyyətinə görə də obyektiv qiymət verməyə çalıĢdıq.
Kitabı yazarkən biz ilk növbədə real faktlara, mənbələrə və
sənədlərə, habelə tarixi ədəbiyyatlardakı obyektiv xarakterik məlu-
matlara, informasiyalara, onların təhlilinə əsaslanmağa və bunlara
yeri gəldikcə analoji müqayisədə münasibətimizi də bildirməyə
cəhd göstərmiĢik... Əlbəttə, kitabda bəhs olunan daxili iĢlər nazirlə-
rinin özləri kimi, milli istiqlalımızın qorunmasında xidmətlər gös-
tərmiĢ onların silahdaĢlarının - istiqlal fədailərinin xalqa, dövlətçili-
yimizə göstərdikləri xidmət təzadlı nəzərə çarpır. Bu da təbiidir...
Lakin mübaliğəsiz və birmənalı Ģəkildə demək olar ki, 1918-1920-
ci illərdə ilk milli müstəqil dövlətimiz kimi tarix səhnəsində təĢək-
kül tapıb qısa zaman kəsiyində fəalyyət göstərmiĢ Azərbaycan Xalq
Cümhuriyyəti dönəmində daxili iĢlər naziri olmuĢ 7 Ģəxsin (Ģəxsiy-
yətin), onların silahdaĢları sayılan müavinlərinin, general-quberna-
torların, qubernatorların, qəza rəislərinin, polismeyster və
pristavların hər biri əsl istiqlal mübarizi, əsl istiqlal fədaisi idi.
Onların bir çoxu bu yolda canlarını qurban vermiĢdir... Onların
hamısının amalı bir idi - tarixdə ilk dəfə müsəqillik əldə etmiĢ,
429
istiqlaliyyət qazanmıĢ Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçi-
liyini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq, möhkəmlən-
dirmək və inkiĢaf etdirmək idi. F. Xoyski, B. CavanĢir, X. Xasməm-
mədov, N. Yusifbəyli, M.H. Hacınski, M. Vəkilov, general-mayor
M.S. Ağabəyzadə, M. Hacınski, Ə. HaĢımbəyov, ġ. Rüstəmbəyli, Ġ.
Heydərov, X. Sultanov, general-mayor M.G.Tlexas, Məlik-Yeqa-
nov, X. Rəfibəyli, general-mayor Ġ.A.Vəkilov, B. Naxçıvanski, S.
Cəmillinski, R. Axundzadə, M. ġahmalıyev və baĢqaları həmin mü-
qəddəs amal uğrunda var qüvvələrini sərf etmiĢ, bəziləri canlarını
fəda etmiĢlər... Xalqımızın Avropa təhsili görmüĢ, qabaqcıl ziyalı-
ları, burjua-demokratik məsləkli nümayəndələri olan bu tarixi
Ģəxsiyyətlər əsl istiqlal fədailəri, əsli milli mücahidlərimiz, müstəqil
dövlətimizin qurucuları, keĢikçiləri və qoruyucuları... idilər.
Xalqımızın ümummilli lideri, Azərbaycan Respublikasının
Prezidenti, müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq
Cümhuriyyətinin varisi hesab edən ulu öndər Heydər Əliyev söylə-
miĢdir ki, Azərbaycan Xalq Cümhuriyyəti öz varlığı dövründə çox
iĢ görüb, ən əsası - müstəqillik yolunun baĢlanğıcını qoyub.
Fəqət, o zamankı mürəkkəb tarixi Ģəraitdə daxili və xarici düĢ-
mənlərin təzyiqi altında böyük əziyyətlər və qurbanlar bahasına əldə
edilmiĢ milli istiqlaliyyətimizi, müstəqilliyimizi qoruyub saxlaya bil-
mədilərsə də istiqlalın nə qədər Ģirin olduğunu sübut edən tarixi təc-
rübə qoyub getmiĢdilər. Vaxtı ilə böyük Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan Cümhuriyyətinin tarixi yeri barədə Ġosf Stalinin (CuqaĢ-
vili): ”Bu ilyarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz? -
sualına cavabında demiĢdi: ”... Çox Ģey verə bilmədik, amma milli
azadlığın nə olduğunu baĢa saldıq. Azca da milli istiqlal dadızdır-
dıq...”. F.Xoyskinin, B.CavanĢirin, N.Yusifbəylinin, M.H.Hacınski-
nin, Ə.HaĢımbəyovun, Ö.F.Nemanzadənin, M.G.Tlexasın, X.Rəfi-
bəylinin, M.ġeyxzamanovun, M.Əxicanovun, R.Axundzadənin,
Ə. Zizikskinin, H.Əfəndinin, M. Kovxanın, Q. Qudiyevin, N. Əliza-
dənin, M. ġahmalıyevin, Ə. Qarxunlunun (Tağıyevin) və baĢqa milli
istiqlal fədailərimizin Ģəxsi həyatları vaxtsız faciələrlə sona yetdi.
Özü də məkrli və qəddar düĢmənlərimiz olan erməni-bolĢevik-daĢ-
nakların fitnə-fəsadları ilə... Lakin onlar qurban getsələrdə, Ģəxsiyyət-
ləri və əməlləri ilə örnək oldular gələcək nəsillərə.
430
XRONOLOGİYA
Birinci Respublika – Azərbaycan Xalq Cümhuriyyətinin daxili
işlər nazirləri.
Fətəli xan İsgəndər xan oğlu Xoyski. 28 may 1918 - 17 iyun
1918-ci il.
Behbud xan Azad xan oğlu Cavanşir. 17 iyun 1918 - 7 dekabr
1918-ci il.
Xəlil bəy Hacıbaba bəy oğlu Xasməmmədov. 26 dekabr 1918-
ci il - 14 mart 1919-cu il.
General-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadə. 23
oktyabr 1918-ci il - 1 yanvar 1919-cu il; 14 mart 1919 - 16 aprel
1919-cu il.
Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli. 16 aprel 1919 - 22 dekabr
1919-cu il.
Məhəmməd Həsən Cəfərqulu oğlu Hacınski. 24 dekabr 1919-
cu il - 18 fevral 1918-ci il.
Mustafa bəy Nadir bəy oğlu Vəkilov. 18 fevral 1920 - 27 aprel
1920-ci il.
431
KİTABDA İŞLƏNƏN ƏCNƏBİ (ŞƏRQ VƏ AVROPA)
MƏNŞƏLİ SÖZLƏRİN İZAHI VƏ ŞƏRHLƏR
-A-
Abşeron – farsca “şoran, duzlu su“ deməkdir.
Adilə – ərəb sözüdür, ”baldız” deməkdir.
Adyutant – latınca “adjutans”, almanca “adjutant” sözlərdən ibarət
olub, ”kömək edən” (zabit) deməkdir.
Agent – latınca “agentus” “işgörən”; fransızca “ajan”; rusca”agent
kiminsə tapşırığı ilə hərəkət edən,” ”cəsus” deməkdir.
Ağdam – türk sözüdür, ”kiçik qala” deməkdir.
Axund – ərəb sğzüdür, hərfi mənası “rəhbər”, ”müəllim”, ”mürşid”,
”yol göstərən”, ”nəsihətçi” deməkdir.
Albay – türk sözüdür, ”alay bəyi” (polkovnik) deməkdir.
Alp – türk sözüdür, ”qəhrəman” deməkdir.
Amnistiya – yunanca “annetia” sözündən olub, ”unutmaq, bağışlamaq”
deməkdir. Amnistiya ümumi əfv, məhkəmə və ya dövlət başçısı tərəfindən
məhkum edilən şəxslərin qismən, yaxud tamamilə bağışlanmasıdır.
Ankara – yunanca “ankura” sözündən olub, ”lövbər salınan yer” deməkdir.
Analogiya – yunanca “analogiya” terminindən olub, ”oxşarlıq”, ”uy-
ğunluq” deməkdir.
Antanta – ingilis sözüdür, ”saziş” deməkdir. Antanta XX əsrin əvvəllərin-
də İngiltərə, Fransa və Rusiya arasında bağlanan (1904) “üçlər sazişidir.
Antik – yunan sözüdür,”qədim, klassik” deməkdir. Antik dedikdə, qədim
(klassik) Yunanıstan və Roma quldarlıq mədəniyyəti başa düşülür.
Ajan – fransız sözüdür, ”polis”, ”jandarm” deməkdir.
Aqreman – fransızca “aqremant”, sözündən olub, ”bəyənmək”, ”razı-
lıq” deməkdir. Aqreman bir dövlətin başqa dövlət tərəfindən təklif edilən,
göndərilən şəxsi öz ölkəsində diplomatik nümayəndəliyin başçısı kimi
qəbul etməyə qabaqcadan verdiyi razılıqdır.
Apellyasiya – latın sözüdür,”appelltio” “müraciət deməkdir. Apellyasiya
məhkəmə hökmündən ali instansiyalara şikayətetmə formalarından biridir.
Asayiş – fars sözüdür, ”əmin-amanlıq, dinclik, sakitlik, nizam, qayda”
deməkdir.
Asi – türk sözüdür, ”itaət etməyən düşmən” deməkdir.
432
Astara – fars sözüdür,”aşağı yer, aşağıda duran” deməkdir.
Ayə – ərəb sözüdür,”rəmz”,əlamət” deməkdir.
-B-
Balık – türk sözüdür, ”şəhər” deməkdir.
Baltalama – türkcə “təxribat, sabotaj” deməkdir.
Baza – fransızca “base”, yunanca “busis” sözlərindən olub, ”əsas, özül,
bünövrə” deməkdir.
Behbud – fars sözüdür, ”sağalma, yaxşılaşma, sağlam, vücudu möhkəm”
deməkdir.
Beynəlxalq – ərəb sözüdür, ”millətlərarası, beynəlmiləl” deməkdir.
Bədiə – ərəb sözüdür, ”misli olmayan şey, nadir şey” deməkdir.
Bəhmən – fars sözüdür,”ağıllı, zəkalı, bilikli, tədbirli” deməkdir.
Bələdiyyə – ərəb sözüdür, ”şəhər idarəçiliyi, yerli özünüidarə”
deməkdir. Şəhər, rayon bələdiyyəsi (seçkili orqan).
Bəndər – fars sözüdür, ”liman” deməkdir.
Bərdə – türk sözüdür, ”piyaləli, kuzəli” deməkdir.
Bərid – ərəbcə “poçt”; farsca “qasid, çapar” deməkdir.
Binbaşı – türkcə “mayor” hərbi rütbəsinə deyilir.
Bölgə – türkcə, ”rayon, ərazi” deməkdir.
-C-
Cahandan – türkcə “hakim” deməkdir.
Cahangir – ərəb sözüdür, ”dünyanı istila edən, cahanşümul, çox
məşhur” deməkdir.
Canişin – ərəbcə “əmir”; farsca “sərdar” deməkdir. Orta əsrlərdə
əyalət (vilayət) başçısı, bəylərbəyi, inzibati hakim idi.
Cavad – ərəb sözüdür, ”comərd, səxavətli” deməkdir.
Cəbhə – ərəb sözüdür,”döyüş meydanı“ deməkdir.
Cəlil – ərəb sözü olub,”böyük, yüksək, hörmət sahibi” deməkdir.
Cəmiyyət – ərəb sözüdür,”konkret tarixi maddi həyat şəraiti ümumiliyi,
birləşmiş adamlar məcmusu, toplusu” deməkdir.
Cinayət – ərəb sözü olub, ”mövcud hüquq, qanun-qaydanın pozulması,
ictimai baxımdan təhlükəli hərəkət, yolverilməz, pis əməl”; latınca
“kriminal” deməkdir.
433
Cinayətkar – “cinayət” ərəb sözüdür, “kar” isə fars. Mənası “pis əməl,
pis iş tutan” deməkdir.
Cümə – ərəbcə “yaum əl-cümə” sözündəndir, ” bir yerə toplaşma
günü”dür. Müsəlmanlarda həftənin beşinci – bayram (bazar, istirahət)
günüdür, lakin heç də iş günü olmaması demək deyildir. Cümə günü bütün
müsəlmanlar birlikdə günorta namazı qılmaq və xüsusi cümə xütbəsini
(vəziləri) dinləmək üçün məscidə toplaşmalıdırlar.
Cümhuriyyət – ərəb sözüdür,” respublika, ictimai, ümumxalq hakimiy-
yəti” deməkdir.
Cürüm – türkcə “cinayət” deməkdir.
-Ç-
Çavuş – türk sözüdür, ”aşağı hərbi rütbədir” (serjant).
Çempion – ingilis terminidir, ”birinciliyi qazanan” deməkdir.
Çerik – türk sözüdür, ”könüllü”, ”könüllü dəstə” deməkdir.
Çete – türk sözüdür, ”quldur”, ”quldurbaşı” deməkdir.
-D-
Daktiloskopiya – yunanca “daktulos” “batmaq”,”skepeo” “baxıram”
deməkdir. Daktiloskopiya Kriminalistika elminin şəxsin identifikasiyasını
(eyniləşdirilməsini), cinayətin qeydiyyatı və cinayətkarlığın axtarışı üçün
əl dərisi naxışlarının strukturunu (quruluşunu) öyrənən elmdir.
Damad – fars sözüdür,”qızının əri, kürəkən” deməkdir.
Darğa – farsca “daruqə” sözündəndir,”hakim” deməkdir.Orta əsrlərdə
şəhər və kəndlərdə müəyyən inzibati idarələrin başçısı, əmin-amanlığı və
nizam-intizamı gözləyən şəxs, şəhər polisi rəisi vəzifəsini yerinə yetirənə
verilən addır.
Darülfünun – ərəbcə “universitet” deməkdir.
Daşnaksütyun – erməni sözüdür, ittifaq” deməkdir. Daşnaksütyun
erməni burjua-millətçi partiyası. 1890-cı ildə Tiflisdə yaranmışdı.
Deklarasiya – latın sözüdür,” mühüm bir məsələ haqqında rəsmi bəya-
nat, bəyannamə”dir.
Dekret – latınca “dekretum” sözündən olub,” fərman, qərar” deməkdir.
Dekret ümumi, yaxud xüsisi xarakterli normativ hüquqi aktın adıdır.
434
Dekret ali hakimiyyət orqanının qanun qüvvəsinə malik qərarı, fərman və
qanundur.
Demarş – fransız sözüdür,”müqabil (qarşı) tərəfin güzəştə getməsinə nail
olmaq üçün edilən təşəbbüs, çıxış ,hərəkət, tədbir” deməkdir.
Demarkasiya – fransız sözüdür,”sərhədd xətti çəkilməsi” deməkdir. De-
markasiya mütarikə (saziş) və ya sülh bağlayan iki ordunu biri-birindən
ayıran xətt, zonadır.
Demokratiya – yunanca sözü olub,”demos “xalq”, kratos“xalq hakimiy-
yəti” deməkdir.
Dərbənd – farsca “dar keçid, boğaz, dağ yolu, dağ keçidi, darvaza” de-
məkdir. Türklər Dərbəndə “Dəmir qapı”; ərəblər” bab əl-əbvab”-
“qapılar qapısı” deyirlər.
Dəstə – fars sözüdür, ”bir neçə adamın bir yerdə olması” deməkdir.
Diə – ərəb sözüdür,”qətl, şikəst etmək və ya yaralmaq üstündə alınan qan
bahasıdır”.
Difai – ərəb sözüdür,”fədai” deməkdir.
Diktat – alman sözüdür. Güclü imperialist dövlətlərin özündən zəif döv-
lətlərə öz şərtlərini ,tələblərini zorla qəbuletdirmə siyasətidir.
Diktator – latın sözüdürdir. Dövləti idarə etməkdə qeyri-məhdud hüquqa
malik olan; hər hansı bir işdə özünü hakim-mütləq kimi aparan şəxsdir.
Diktatura – latınca “dictatura” sözüdür olub, hakim sinfin gücünə isti-
nad edən qeyri-məhdud dövlət hakimiyyətidir.
Direktiv – fransızca “direktive”, latınca “diriqo” terminlərindən
olub,”mənası “ yönəldirəm” deməkdir.
Diplomat – yunanca “diploma ”- “ikiqat bükülmüş sənəd” deməkdir.
Diplomat qədim Romada rəsmi şəxslərə Senat tərəfindən verilən zəmanət
və ya etimadnamə, diplomu olan şəxs; Xarici İşlər Nazirliyinin əmək-
daşıdır.
Divanxana – fars sözüdür ,”məhkəmə” deməkdir.
Divan – fars sözüdür,”böyük məclis, rəsmi məclis” deməkdir.
Diyar – ərəb sözüdür,”ölkə, məmləkət” deməkdir.
Divizion – fransız sözüdür, ”topçu, bəzən zirehli tank və ya atlı qoşun his-
səsində bölmə”dir.
Diviziya – latın sözüdür.”Bir neçə alaydan (polkdan) və ya briqadadan
ibarət qoşun hissəsi, qoşun birləşməsidir. Adətən, 3 alaydan (briqadadan)
ibarət hərbi qurumdur.
Doktrina – latın sözüdür, ”elmi, fəlsəfi və ya siyasi nəzəriyyə, baxışlar
sistemi”dir.
435
Dominion – latın sözü olub “özünüidarə” deməkdir. Məsələn, Hindistan
dominionu, Pakistan dominionu və s.
Dotasiya – latınca “dotatio” sözündən olub,”bəxşiş” deməkdir. Dotasiya
dövlət tərəfindən verilən əlavə pul yardımıdır.
Dövlət – ərəb sözüdür, ”siyasi qurum, iqtidar, hakimiyyət, hökumət” de-
məkdir.
Duaen – fransız sözüdür,” ağsaqqal” deməkdir. Duaen diplpmatik kor-
pusun ağsaqqalı və həmkarları arasında birinci olaraq etimadnaməni təq-
dim edən şəxsdir.
Duma – rus sözüdür. Çar Rusiyasında qanunverici və ya inzibati vəzifə
daşıyan nümayəndələr məclisidir. Məsələn, Rusiya Dövlət Duması, Bakı
Bələdiyyə Duması və s.
-E-
Ekspansiya – latın sözüdüer,”təsir dairəsinin genişlənməsi“ deməkdir.
Eksrert – latın sözüdür,” çətin və mübahisəli hallarda ekpertiza üçün
dəvət edilən mütəxəssisdir”.
Ekstremist – latın sözüdür,” siyasətdə ifrat tədbirlər tərəfdarı, ifrat
hərəkətlərə əl atan” (şəxs) deməkdir.
Eksumasiya – latınca “ekhumatio” sözündən olub, ”içərisindən”,
”humus”, “torpaq” deməkdir. Yəni meyitin dəfn olunduğu torpaqdan ,
yerdən çıxarılmasıdır.
Eskalasiya – ingilis sözüdür ,” hər hansı bir şeyin tədricən artması, güc-
lənməsi” deməkdir.
Elita – fransızca “elite”, rusca “elita” ən yaxşı”,”ən seçmə”,
”cəmiyyətin yuxarı seçilmiş təbəqəsi ,ən yaxşı, əla” deməkdir.
Elm – ərəb sözüdür,”bilmək”,”bilgi” deməkdir.
Embarqo – ispan sözüdür,”bir ölkədən mal gətirilməsinin və ya oradan
mal çıxarılmasının qadağan edilməsi, iqtisadi blokada” deməkdir.
Ensiklopediya – fransız sözüdür,”hərtərəfli, elmin bir çox sahələrini
əhatə edən”,”hər şeyi qavrayan”, ”çoxcəhətli” deməkdir.
Emissar – latınca “missarius” sözündəndir, ”elçi”,”başqa ölkəyə
dövlət tərəfindən məxfi tapşırıqla göndərlən şəxs” deməkdir.
Eridusiya – latın sözüdür,”dərin bilik”,”dərin məlumat, məlimatlı” de-
məkdir.
Etnonim – yunan sözüdür, ”tayfa”,” xalq” ,” millət” deməkdir.
436
Etnos – yunan sözüdür, ”bir dildə danışan adamların tarixən təşəkkül
tapmış toplusu” deməkdir.
Eşkiya – ürk sözüdür, ”quldur, soyğunçu” deməkdir.
-Ə-
Əbdüsssalam – ərəb sözüdür, ”salamın qulu” deməkdir.
Əcnəbi – ərəb sözüdür, ”başqa ölkəyə ,xalqa ,millətə mənsub olan xarici,
başqa ölkənin vətəndaşı, təbəəsi” deməkdir.
Əhrar – ərəb sözüdür, ”azadlıq sevən”, ”hürrün cəmi”, ”azad ,azad
adamlar” deməkdir.
Əhməd – ərəb sözüdür, ”tərifli”, ”tərifəlayiq” deməkdir.
Əxi – ərəb sözüdür, ”qardaş” deməkdir.
Əqidə –
ərəbcə “əqaid” sözündəndir, ”inam, ehkam” deməkdir.
Əqdnamə –
fars sözü olub, ”kəbin şahadətnaməsi” deməkdir.
Ərkivan – farsca ərk “qala”,” istinadgah”, van “yer, yəni “qalaq yeri,
istinadgah yeri” deməkdir.
Ərgünəş – türk sözüdür, ər “igid, yüksək, hündür” deməkdir.
Əmniyyə – ərəb sözüdür. İranda jandarmaya deyilir. Əmniyyə Jandarm
İdarəsidir. Polis məmurudur.
Əmniyyət – ərəb sözüdür, ”təhlükəsizlik, qorxusuzluq, əminlik, sakitlik,
ictimai asayiş” deməkdir.
Əmr – ərəb sözüdür,”bir işin görülməsi üçün verilən hökm, göstəriş,
rəsmi sərəncam”deməkdir.
Əncümə – fars sözüdür,” məclis, cəmiyyət, şura, camaat” deməkdir.
Ənvər – ərəb sözüdür, ”çox işıqlı, çox parlaq” deməkdir.
Əsasnamə – ərəbcə əsas “qanun, nizam,”namə farsca “kağız, məktub,
sənəd, qanun kağızı, qanun sənədi” deməkdir.
Əsəd – ərəb sözüdür,”şir”,” aslan “ deməkdir.
Əsləhə – ərəb sözüdür,”silah-yaraq” deməkdir.
-F-
Faiq – ərəb sözüdür, ”başqalarından irəli”, ”əla” ,”seçmə” deməkdir.
Faktor – latın sözüdür,”əmələ gətirən amil” ,”səbəb” deməkdir.
Fatimə – ərəb sözüdür, ”uşağı süddən ayıran” (qadın) deməkdir.
437
Federasiya – fransızca “federation”, latınca “foederare” sözlərindən
olub,”ittifaqda möhkəmlənmək”; rusca “fererasiya” “bir ittifaq dövləti
halında birləşmək” deməkdir.
Feldmarşal – alman sözüdür,”marşalaqədərki hərbi rütbə” deməkdir.
Fenomen – yunanca “phainomen” sözündən olub, ”nadir”, ”xarüq-
ladə”, ”müstəsna” “var olan” deməkdir.
Fəqih – ərəbcə “fəqihə” sözündən olub, ”hüquqşünas”,”müsəlman
hüququ” deməkdir.
Dostları ilə paylaş: |