Fəridə – ərəb sözüdür,”misilsiz”,”nadir tapılan” deməkdir.
Fərmandeh – fars sözüdür, ”komandan” deməkdir.
Fərraş – fars sözüdür,”cəllad”,”ölüm hökmünü yerinə yetirən”
deməkdir.
Fərziyə – ərəb sözüdür. ”təxmini mülahizə“, ”ehtimal”,”güman”,”fikir”
deməkdir.
Forpost – alman sözüdür, ”forposten” “dayaq məntəqəsi”, ”dayaq
mövqeyi”, ”duracaq yeri” deməkdir.
Fraksiya – fransız sözüdür, ”mütəşəkkil qrup” deməkdir.
Füzuli – ərəb sözüdür, ”həddi bilinməyən”, ”həddini aşan” deməkdir.
-G-
General – yunan sözüdür,”yüksək ali hərbi rütbə və belə rütbəni daşıyan
şəxs”deməkdir.
Generalissimus – latın sözüdür,”ən yüksək hərbi rütbə və belə rütbəni
daşıyan şəxs”deməkdir.
Genosid –
yunanca genos “qəbilə”,”tayfa”; latınca qaedo “öldürmə”
deməkdir. Genosid beynəlxalq cinayət növü olub, irqi, milli, etnik və dini
mənsubiyyətə görə əhalinin müəyyən hissəsinin, yaxud ucdantutma
məhvidir.
Gerb –
polyak-alman mənşəli söz olub, ”bir dövlətin, bir nəslin, bir
sülalənin fərqlənmə nişanı, fərqlənmə əlamətidir”.
Gestapo – alman sözüdür, ”Hitler Almaniyası dövründə (1938-1945)
“gizli polis” idi.
438
-H-
Hakim – ərəb sözüdür, ”məhkəmə orqanlarında baxılan iş haqqında
hökm və ya qərar çıxaran vəzifəli şəxs”.
Hakimiyyət – ərəb sözüdür, ”dövləti idarə etmək hüququ, siyasi
hömranlıq” deməkdir.
Hegemon – yunan sözüdür, ”rəhbər, qabaqcıl, hökmran” deməkdir.
Hədis – ərəb sözüdür, ”rəvayət” deməkdir. Rəvayət Məhəmməd Peyğəm-
bər və silahdaşlarının gördükləri işlər, əməllər və söylədikləri fikirlərlə
bağlı topludur.
Hərb – ərəb sözüdür,”müharibə, döyüş” deməkdir
Həzrə – ərəb sözüdür, ,”ev, ocaq, yaşayış yeri” deməkdir.
Horadiz – fars sözüdür, hor “od, günəş, işıq”; diz “qala”, yəni “Günəş
qalası, qala kənd, qala məkan, qala yurd, qala” anlamındadır.
Hökumət – ərəbcə “hökumə” sözündəndir,”dövlətə aid, dövlətin ali
icraedici orqanı” deməkdir.
Hüquq – ərəb sözüdür, dövlət tərəfindən müəyyən olunan və tətbiq
edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim
sinfin iradəsini ifadə edən normaların, qaydaların, dövlətlər arasında
qarşılıqlı münasibətləri nizamlayan beynəlxalq sazişlərin, müqaviləlrin
məcmusudur.
Hürriyyət – ərəb sözüdür, ”azadlıq” deməkdir.
-X-
Xalid – ərəb sözüdür, ”ölməz, əbədi” deməkdir.
Xanədan – fars sözüdür,”sülalə, nəsil” deməkdir.
Xaos – yunan sözüdür,”qarma-qarışıqlıq, hərc-mərclik” deməkdir.
Xəfiyyə – ərəb sözüdür, ”gizli agent ,cəsus” deməkdir.
Xəlifə – ərəbcə “xalifa” sözündəndir, “varis, övlad, əvəz, müavin,
davamçı” deməkdir.
Xitam – ərəb sözüdür.”bitmə, sona çatma, qurtarma” deməkdir.
Xronika – yunanca “chronikas” sözündən olub,”salnamə, hadisələrin
tarixi ardıcıllıqla yazılışı” deməkdir.
Xronologiya – yunan sözüdür, xronos “vaxt, zaman”, loqos “elm” de-
məkdir. Xronologiya tarixin zaman və dövrlər üzrə ardıcıllıqla yazılma-
sıdır. Xronologiya tarixin ardıcıllıqla öyrənilməsini tədqiq edən elmdir.
439
-İ-
İctimai – ərəb sözüdür, ”kollektiv, ümumi, ellik, insan cəmiyyətinə aid,
xalq ilə əlaqədar olan” deməkdir.
İflas – ərəb sözüdür, ”müflis olmaq ,var-yoxu əldən çıxmaq” deməkdir.
İfrat – ərəb sözüdür,”son hədd, son həddi keçmə” deməkdir.
İlhaq – ərəb sözüdür, ”zorla birləşdirmə, birləşdirmə, bitişdirmə, daxil
etmə, qoşma, işğal etmə” deməkdir.
İqtidar – ərəb sözüdür,”qüvvət, güc, hakimiyyət, hakimiyyətdə olan
qüvvə” deməkdir.
İqtisad – ərəb sözüdür, ”qənaət” deməkdir.
İlbaşı – türk sözüdür, ”vali, qubernator” deməkdir.
İltimas – ərəb sözüdür, ”xahiş, rica etmək” deməkdir.
İmperiya – latın sözüdür,”başında qeyri-məhdud hakimiyyətə malik
hökmdarın durduğu monarx (mütləq) dövlət hakimiyyəti .
İNSAN - ərəb sözüdür, ” üns saxlayan” deməkdir.
İmperator – latın sözüdür, ”çarın, padşahın, hökmdarın, sultanın ən
yüksək titulu, bu titulu daşıyan şəxs”dir.
İmperialist – fransız sözüdür, ”iri kapitalist, inhisarçı, monopolist”
deməkdir.
İmpiçment – ingilis sözüdür, ”mühakimə etmək, vəzifədən kənarlaşdır-
maq” deməkdir.
İmtiyaz – ərəb sözüdür, ”müstəsna hüquq , üstünlük” deməkdir.
İnaqurasiya – ingilis sözüdür,”ABŞ-da prezidentin rəsmən vəzifəsinə
başlaması mərasimi”dir.
İnkişaf – ərəb sözüdür ,”irəliyə doğru, tərəqqi” deməkdir.
İnqilab – ərəb sözüdür,”zorkı ictimai çeviriliş” deməkdir.
İntendant – fransız sözüdür,”orduda, qoşun hissəsində təsərrüfat
işlərinə baxan hərbi qulluqçu”dur.
İntensiv – fransız sözüdür, ”səmərəli, məhsuldar” deməkdir.
İntellektual – ərəb sözüdür, ”hərtərəfli biliyə malik” deməkdir.
İntervü – ingilis sözüdür,”müsahibə” deməkdir.
İntibah – ərəb sözüdür, ”oyanış, oyanma, canlanma” deməkdir.
İnvestisiya – latın sözüdür,”kapital qoyuluşu” deməkdir.
İslahat – ərəb sözüdür, ”islah” “yenidənqurma, yenidən təşkiletmə, də-
yişdirmə, əsaslı dəyişikliklər” deməkdir.
İstanbul – latın-yunan sözüdür, ”İstin polis”, ”şəhərə gedirəm, şəhərə
girirəm” deməkdir.
440
İstiqlal – ərəb sözüdür, müstəqillik əldə etmək, müstəqillik qazanmaq,
müstəqillik, azadlığa qovuşmaq” deməkdir.
İstiqbal – ərəb sözüdür ,”gələcək” deməkdir.
İslam – ərəb sözüdür, ”itaət, Allahın iradəsinə itaət” deməkdir.
İstibdad – ərəb sözüdür,”özbaşınalığa, zülm və zorakılığa əsaslanan döv-
lət idarə üsulu”dur.
İstintaq – ərəb sözüdür, ”sorğu-sual, soruşma, dindirmə, ifadə alma”
deməkdir.
İstisna – ərəb sözüdür, ”ümumi qaydadan kənar çıxma, ayırma, xüsusi
hal” deməkdir.
İşgəncə – fransız sözüdür,”vəhşi və amansız üsullarla verilən cismani
əzab, əziyyət, zülm və hədsiz incitmə”dir.
İttihad – ərəb sözüdür, ”birlik” deməkdir.
-J-
Jandarm – fransız sözüdür, ”jandarmeriyada (siyasi polis) xidmət edən
polis məmuru, jandarm polisinin aşağı rütbəsi.
Jandarmeriya –
fransız sözüdür. Çar rusiyasında və Avropanın bir sıra
ölkələrində siyasi mühafizə və inqilabi hərəkata qarşı mübarizə məqsədilə
yaradılmış xüsusi polis qoşunu, siyasi polis. Rusiyada 1917-ci ildə ləğv
edilmişdir.
-K-
Kabinet – fransız sözüdür, ”nazirlər heyəti, hökumət” deməkdir.
Kadastr – fransız sözüdür,”müşahidə nəticəsində tərtib olunan sistemli
məlumat”dır. Məsələn, dövlət kadastrı.
Kadet – fransız sözüdür.”korpus müdavimi “deməkdir. Çar Rusiyasında
zadəgan uşaqlarının oxuduğu qapalı orta hərbi məktəb. Rusiyad siyasi
partiyanın adı olub.
Kansler –
alman sözüdür, ”Baş nazir, hökumət başçısı” (Almaniyada).
Karser – latın sözüdür, ”müqəssirin, məhkumun saxlandığı təkadamlıq
soyuq otaq, kamera”dır.
Kassasiya – latınca “cassatio” “ləğv etmə”,”quassso” “dağıdıram, uçu-
ruram” deməkdir, sözüdür,”
441
Kapitan –
fransız sözüdür,”baş leytenantdan sonrakı hərbi rütbə,
məsələn, polis kapitanı və s.
Katib –
ərəb sözüdür,”yazı işlərini aparan” deməkdir.
Kavaler – latın sözüdür,”müəyyən ordenlə təltif olunmuş hərbçi” (süvari).
Kapital – latın sözüdür,”sərmayə, sərvət, əmlak, çoxlu pul, ən qiymətli
şey” deməkdir.
Karakol – türk sözüdür,”polis məntəqəsi,keşikçi məntəqəsi, patrul”
deməkdir.
Kələntər – fars sözüdür,”başçı, şəhər başçısı, hakim” deməkdir.
Kinoloq – latın sözüdür,”cinayətkarlıqla mübarizədə istifadə olunan
itlərin hazırlığı ilə məşğul olan mütəxəssis.
Kitel – alman sözüdür, ”hərbi biçimdə dikyaxalı pencək”dir.
Knesset –
yəhudi sözüdür. İsrail dövlətində parlamentin adıdır.
Koalisiya – latın sözüdür,”saziş, birləşmə, ittifaq” deməkdir.
Kol – ərəb sözüdür,”nizami, nizami hərbi hissə “ deməkdir.
Kollegiya – latın sözüdür, ”kollegium”, sözündəndir, ”kollegial, ümumi
əməkdaşlıq” deməkdir.
Kollektiv – latın sözüdür,”ümumi” deməkdir.
Komanda – fransız sözüdür, ”komandirin qısa ,şifahi əmri” deməkdir.
Komandan – alman sözüdür, ”yüksək rütbəli komandir” deməkdir.
Komendant – fransız sözüdür,”qala və s. yerlərdə bütün qoşunların
başçısı, zabit. 19-cu əsrin birinci yarısında çar Rusiyasında məhkəmə,
polis və s. geniş funksiyaları yerinə yetirən hərbç i məmur.
Komissar – fransız sözüdür, ”vəzifəli şəxs”. Məsələn, polis komissarı,
milis komissarı, hərbi komissar və s.
Kompensasiya – latın sözüdür ,”əvəzinivermə, əvəzini ödəmə” deməkdir.
Konqres – latın sözüdür, ”geniş miqyaslı beynəlxalq yığıncaq ,qurultaq”
deməkdir.
Konfedensial – latın sözüdür, ”gizli aşkarlanmağa ehtiyacı olmayan”
deməkdir.
Konfrans – latın sözüdür, ”mühüm məsələləri həll etmək üçün
nümayəndələrin yığıncağı” deməkdir.
Konfrantasiya –
latın sözüdür, ”qarşıdurma” deməkdir.
Konfederasiya –
latın sözüdür, ”müxtəlif dövlətlərin, təşkilatların,
qüvvələrin ittifaqı, birləşməsi” deməkdir.
Konvent – latın sözüdür, ”bəzi ölkələrdə xüsusi qanunvericilik
hüququna malik seçkili orqan, 17-18-ci əsrlərdə Fransada Milli Məclis.
Konvensiya –
latın sözüdür,”dəyişmə, bir haldan başqa hala keçmə”
deməkdir.
442
Konvoy – holland sözüdür, ”mühafizə üçün, yaxud qaçmağın qarşısını
almaq məqsədilə yaradılmış silahlı dəstə, həmin dəstədə xidmət edən
adam” deməkdir.
Konsul – latınca “consules” sözündəndir, ”diplomatik nümayəndə”
deməkdir.
Konsensus –
latın sözüdür,”mübahisəli məsələ haqqında razılığa gəlmə”
deməkdir.
Korrupsiya – latın sözüdür, ”ictimai və siyasi xadimlərin, vəzifəli şəxslə-
rin satqınlığı, rüşvət, hədiyyə və s. ilə ələ alınması” deməkdir.
Korporasiya – latın sözüdür,”eyni bir peşəyə,sikə mənsub adamların
ittifaqı” deməkdir.
Krematori – latın sözüdür, meyitlərin yandırılması (krematori sobaları).
Kriminal – latın sözüdür, ”cinayət” deməkdir.
Kriminilitika – latınca “criminalist” sözündəndir, ”cinayətə aid olan “
deməkdir. Kriminalistika cinayəti tədqiq edən, ona dair üsulları öyrənən
hüquq elmidir.
Kriminologiya – latınca “crimines “cinayət”, yunanca “loqos” “söz,
təlim” deməkdir. Kriminologiya cinayətkarlıq, onun səbəbləri, cinayətkar-
ların şəxsi, cinayətkarlığın qarşısının alınması və onunla mübarizə yol-
ları, vasitələri, habelə ləğvi perspektivləri haqqında elmdir.
Kriteri – yunan sözüdür, ”bir şeyi qiymətləndirmək üçün ölçü, meyar”
deməkdir.
Kriminogen – latın-yunan sözünün birləşməsi olub, ”cinayətlə
əlaqədar” deməkdir.
Kulminasiya – latın sözüdür, ”inkişafın, yüksəlişin ən yüksək həddi,
momenti, ani, dövrü” deməkdir.
Kürd – qədim fars dilindəki “kərd” sözündəndir, ”qoçaq”, bahadır,
pəhləvan” deməkdir.
Kvorm – latın sözüdür, ”qərarın qnuni olması üçün qanun və nizam-
namə ilə yığıncaqda iştirak edəcək adamların sayı (yetərsy).
-Q-
Qaimməqam – fars sözüdür, ”vali, ,qubernator” deməkdir.
Qarantiya – farsca “qarante”, ”qarantir”, ”təmin etmək, zamin dur-
maq” deməkdir.
Qarabulaq – türk sözüdür, qara “böyük”, bulaq “su”, yəni “böyük bu-
laq” deməkdir.
443
Qazax – türk sözüdür, qaz “ucalıq, yüksəklik”, ax “yer, sahə”, yəni
“uca yer, yüksək yer, yüksək sahə” deməkdir.
Qazi – ərəb sözüdür,”müsəlman dini icmasının hakimi, başçı, şəriət
hakimi“ deməkdir.
Qərar – ərəb sözüdür, ”hökm, sərəncam, qətnamə” deməkdir.
Qərinə – ərəb sözüdür ,”zaman, vaxt, dövr” deməkdir. Qərinə əsrin
üçdə biridir (33 il).
Qnçaq – erməni sözüdür,”haray, zəng, səs” deməkdir.
Qorodovoy –
rus sözüdür, ”çar Rusiyası dövründə aşağı polis rütbəsi
(indiki polis nəfəri) idi.
Qradonaçalnik –
rus sözüdür,1907-ci ilədək Rusiyada xüsusi əhəmiyyəti
olan iri şəhərlərdə qubernator hüququnda olan şəhər rəisi.
Qusar – macar sözüdür, ”süvari” (qoşun) deməkdir.
Qövm – ərəb sözüdür, ”tayfa, qohum-əqrəba, nəsil” deməkdir.
-L-
Lənkəran – farsca “Lənkərkonan” sözündən olub,”lövbər salınan yer”
deməkdir.
Leytenant – fransız sözüdür. Leytenant baş leytenantdan əvvəl gələn
hərbi rütbə və belə rütbəni daşıyan şəxsdir (zabit).
Lider – ingiliscə “leader” sözündən olub, ”qabaqda gedən”, ”rəhbər”,
”aparıcı”, ”başçı” deməkdir.
Litoqrafiya – yunanca litos “daş”, qrapho “yazıram”, ,rusca litoqrafiya
“daşbasması” üsulu, ”daşbasma çapxanası” deməkdir.
-M-
Marixuana – hind sözüdür, ”hind kənafından alınan, güclü təsirə malik
narkotik maddə”dir.
Marş –
fransız sözüdür, ”sırada bir qydada, ritmik yürüş tərzi,
komanda” deməkdir.
Marşal –
fransız sözüdür, ”yüksək hərbi rütbə və belə rütbəsi olan
şəxs”dir.
Mayor –
latın sözüdür,”kapitandan sonra gələn zabit rütbəsi və belə
rütbəsi olan şəxs” deməkdir. Məsələn, polis mayoru və s.
Mehdi –
ərəb sözüdür, ”doğru yola gəlmiş” deməkdir.
444
Məcəllə – ərəb sözüdür, ”jurnal” deməkdir.
Mədrəsə –
ərəb sözüdür, ”məktəb (məscid yanında ruhani məktəb)
deməkdir.
Məfkurə – ərəb sözüdür, ”ideologiya, ideya, qayə” deməkdir.
Məclis – ərəb sözüdür ,”toplantı, iclas, yığıncaq yeri” deməkdir.
Məhəmməd – ərəb sözüdür, ”tərifəlayiq, bəyənilmiş, öyülmüş, mədh
edilmiş, çox öyülən” deməkdir.
Məhkəmə – ərəb sözüdür, ”mühakimə edən” deməkdir. Məhkəmə
cinayət və mülki işlərin təhqiqatını aparan ədliyyə orqanıdır.
Məlik – ərəb sözüdür, ”hökmdar, vəliəhd, şahzadə” deməkdir.
Məmur – ərəb sözüdür,”əmr alan, bir işə təyin edilən dövlət qulluqçusu”
deməkdir.
Mənsur – ərəb sözüdür ,”fərman” deməkdir.
Məramnamə – məram ərəbcə, namə farsca “bəyan edən sənəd,
proqram” deməkdir.
Məscid –
ərəbcə “sucud” sözündən olub,”səcdə edilən, səcdə qılınan yer-
dir. Məscid müsəlmanların ibadət etdikləri dini ayinlər binası, Allah evidir.
Məslək – ərəb sözüdür, ”yol, əqidə” deməkdir.
Məşhəd – ərəbcə “şəhid olmuş, bir müqəddəsin şəhid olduğu və ya
basdırıldığı yer” deməkdir.
Məşrutə – ərəb sözüdür ,”konstitututsiya” deməkdir.
Millət – ərəbcə “millə” sözündəndir,”dini icma, əhali, xalq” deməkdir.
Milis – latınca “militia” sözündən olub, ”xalq qoşunu, xalq qvardiyası,
könüllü xalq dəstəsi, daimi olmayan qoşun” deməkdir.
Miralay – türk sözüdür, ”alay bəyi (polkovnik) deməkdir.
Mirliva – türk sözüdür, ”general-mayor” deməkdir.
Mirpənc – farsca “general-leytenant” deməkdir.
Mitinq – ingilis sözüdür, ”mühüm gündəlik (daha çox siyasai) məsələyə
həsr olunmuş yığıncaq ,toplantı” deməkdir.
Modern – fransız sözüdür, ”müasir” deməkdir.
Molokan – rus sözüdür , ”süd kimi pak” deməkdir.
Moratorium – latınca “moratorius” sözündən olub, ”fövqəladə vəziyyət
və s. ilə əlaqədar müəyyən işin görülməsinin dayandırılması, ləngidici,
təxirəsalıcı aktdır”.
Muxtariyyət – ərəb sözüdür, ”özünüidarə” deməkdir.
Murad – ərəb sözüdür, ”istək, kam, məqam, məqsəd” deməkdir.
Müavin – ərəb sözüdür, ”rəisi, sədri, rəhbəri əvəz edən” deməkdir. Orta
əsrlərdə müavinə nəqib (ərəbcə) deyilirdi.
Müdavim – ərəb sözüdür, ”dinləyici” deməkdir.
445
Müəllim – ərəb sözüdür, ”dərs verən, tədris edən “ deməkdir.
Mücadilə – ərəb sözüdür, ”mübarizə, çəkişmə” deməkdir.
Müdrik – ərəb sözüdür, ”dərrakəli, dərk edən, dərindən anlayan, çox
ağıllı” deməkdir.
Müharibə – ərəb sözüdür, ”hərb, döyüş” deməkdir. Türklər müharibəyə
“savaş” deyirlər.
Mükalimə – ərəb sözüdür, ”müsahibə, söhbət” deməkdir.
Mükəlləfiyyət – ərəb sözüdür, ”yerinə yetiriləsi məcburi olan vəzifə”
deməkdir.
Müqəddəm – ərəb sözüdür, ”ön, öndə gedən, qabaqda gedən, əvvəldə
olan” deməkdir.
Münasibət – ərəb sözüdür, ”uyğunluq, əlaqə, ünsiyyət” deməkdir.
Müsavat – ərəb sözüdü, ,”bərabər deməkdir.
Müşavir – ərəb sözüdür, ”məsləhətçi” deməkdir.
Müşir – ərəb sözüdür, ”marşal, əmr, hökm verən” (şəxs) deməkdir.
Mütarikə – ərəb sözüdür,”müvəqqəti barışıq, sülh” deməkdir.
Dostları ilə paylaş: |