ƏMİR bəy NƏRİMANBƏYOV
Əmir bəy Nəriman bəy oğlu Nərimanbəyov (Nərimanbəyli)
1871-ci ildə ġuĢa Ģəhərində əsilzadə ailədə anadan olmuĢdu. Orta
təhsilini bitirdikdən sonra Ukraynada Xarkov Universitetinin hüquq
fakultəsinə daxil olaraq oranı müvəffəqiyyətlə bitirmiĢ və hüquq-
Ģünas ixtisasına yiyələnmiĢdi. Universiteti bitrirdikdən sonra bir
müddət Ukraynada dərs vermiĢdi..., sonra bir sıra dövlət idarələrin-
də məmur iĢləmiĢdi. Azərbaycan Cümhuriyyəti dönəmində əvvəlcə
Naxçıvanın general-qubernatoru və Bakı Ģəhərinin qubernatoru
olmuĢ, milli istiqlalımızın qorunması üçün əlindən gələni etmiĢdi...
Azərbaycan Cümhuriyyəti daxili iĢlər nazirinin əvəzi, general-
mayor M.S. Ağabəyzadənin 2 sentyabr 1919-cu il tarixli əmri ilə
Əmir bəy Nərimanbəyov 1-ci dərəcə üzrə aylıq məvacibi 3.600
manat olmaqla Bakının qubernatoru, Əmir xan Xoyski (1881-1954)
isə (2-ci dərəcə üzrə 2.700 manat aylıq əmək haqqı ilə) böyük kö-
məkçisi (birinci müavini) vəzifəsinə təyin edilmiĢdi. Ə. Nəriman-
bəyov Bakının qubernatoru vəzifəsinə RəĢid bəy Axundzadənin
istefasından sonra gəlmiĢdi. O, bu vəzifədə 1920-ci ilin aprelinədək
xidmət göstərmiĢdi. Əmir bəy Bakının qubernatoru vəzifəsində
çalıĢarkən gənc azərbaycanlı kadrları vəzifəyə təyin etməyə və irəli
çəkməyə çalıĢırdı. Məsələn, onun 9 noyabr 1919-cu il tarixli 713
saylı əmriylə Ġdarədə qulluğa qəbul edilmiĢ gənc tələbə - mütəxəssis
Ələkbər MəĢədi Qəhrəman oğlu Əliyev Qubernator Ġdarəsinin
343
Ümumi ġöbəsində daha mühüm vəzifə sayılan ekzekutor vəzifəsinə
(bu vəzifə hələ çar Rusiyası dövründən idarə və müəssisələrdə təsər-
rüfat hissəsinə baxan məmur idi) təyin edilmiĢdi. Ələkbər Əliyevə
verilmiĢ və qubernator Əmir bəy Nərimanbəyov tərəfindən imzalan-
mıĢ 20 noyabr 1919-cu il tarixli 16317 nömrəli xidməti vəsiqədə
təsdiqlənmiĢdi: ”Bunu təqdim edən Əliyev Ələkbər mənim Ġdarə-
min təsərrüfat hissəsinin müdiridir”.
Ə. Əliyev 1920-ci il yanvarın 18-də Əmir bəy Nərimanbəyo-
vun 23 saylı əmri ilə Bakı Qubernator Ġdarəsinin Təsərrüfat Hissə-
sinin müdiri vəzifəsindən azad olunmuĢdu. Bu, Azərbaycan höku-
mətinin qərarı ilə gənc məmur Ələkbər Əliyevin bir sıra baĢqa
istedadlı və perspektivli gənclərlərlə birlikdə xaricə oxumağa gön-
dərilməsiylə əlaqədar idi (1920-ci ildə Almaniyaya oxumağa göndə-
rilmiĢ Ələkbər Əliyev sonralar kənd təsərrüfatı sahəsində görkəmli
mütəxəssis, professor və kafedra müdiri olmuĢ, 1977-ci il fevralın
17-də Bakıda 79 yaĢında vəfat etmiĢdi).
Əmir bəyin HəĢim bəy (1859) və Teymur bəy (1865) adlı iki
qardaĢı vardı. Əmir bəy Rəhim bəy Behbudovun qızı Nəstərən bə-
yimlə ailə qurmuĢdu. Bu evlilikdən Fərman bəy (1898, ġuĢa - 1970,
Mingəçevir).Yaqub bəy (1900), Arif bəy (1918-1992), Asif bəy və
Ġbrahim bəy adlı oğulları dünyaya gəlmiĢdi. Azərbaycanın böyük
rəssamları Vidadi Nərimanbəyov (1927, Paris, Fransa - 2001, Bakı)
və Toğrul Nərimanbəyov (1930, Bakı) Əmir bəy Nərimanbəyovun
nəvələri, Fərman bəyin oğullarıdır.
Əmir bəy Nərimanbəyovun sovet dönəmində əsilzadə nəslinə
mənsubluğuna və Azərbaycan Cümhuriyyətinə xidmətinə görə rep-
ressiyaya məruz qaldığı barədə məlumatlar vardır... Əmir bəyin nə-
vəsi, xalq rəssamı Toğul Nərimanbəyov söyləmiĢdir ki, Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Bakının qubernatoru olmuĢ babası
Əmir bəy Xarkov Universitetinin hüquq fakultəsini bitirmiĢ, Niko-
lay vaxtı Ukraynada dərs vermiĢdi. O, siyasi mühacir həyatı yaĢa-
mıĢdı... 1937-ci ildə isə babam ev dustağı olmuĢdu... Toğrul bəy bil-
dirmiĢdir ki, anası fransız qızıdır. Atası Fərman bəy Fransanın Tu-
luza Ģəhərində elektrik mühəndisliyi ixtisası üzrə təhsil olanda orada
əslən Fransanın cənubu Qaskoniyadan olan Ġrma adlı qızla evlən-
miĢdi. Atası fransız dilini mükəmməl bilirmiĢ...Özündən 4 yaĢ bö-
344
yük qardaĢı Vidadi Nərimanbəyov Parisdə anadan olmuĢdu. Ailələri
repressiya məruz qalıb. Vaxtı ilə, Azərbaycan Cümhuriyyəti dönə-
mində Dövlət Müdafiə Komitəsinin katibi iĢləmiĢ atası Fərmanı 31
dekabr 1937-ci ildə həbs etmiĢdilər. Həmin vaxt Fərman Nəriman-
bəyov Bakı Sovetinin enerketika bolməsində iĢləyirmiĢ. Onu ziyan-
karlıqda günahlandırırdılar. SSRĠ XDĠK yanında Xüsusi MüĢavi-
rənin 23 avqust 1938-ci il tarixli qərarı ilə Fərman Nərimanbəyova
5 il iĢ kəsmiĢ və təxminən iki həftədən sonra, 11 sentyabrda Kolı-
maya həbs düĢərgəsinə göndərmiĢdilər. Arvadı Ġrmanı, oğlanları
Vidadi və Toğrulu Özbəkistana, Səmərqənd Ģəhərinə sürgün etmiĢ-
dilər. BeĢ ili baĢa vurub Bakıya qayıdanda Fərman bəyə Bakıda ya-
Ģamağa icazə verməmiĢdilər və o, Mingəçevir Ģəhərinə getmiĢ,
orada SES-də iĢə düzəlmiĢ və ömrünün axırınadək orada yaĢamıĢ
və 1970-ci ildə 72 yaĢında vəfat etmiĢdi.
Əmir bəy Nərimanbəyovun oğlu Arif Nərimanbəyov 13 aprel
1918-ci ildə Bakıda anadan olmuĢdu. O, gələcəyin məĢhur aktyoru,
kinorejissoru, operatoru və ssenaristi olmuĢ, bir-birinin ardınca
gözəl bədii filmlər çəkmiĢdi. Arif Nərimanbəyov 1992-ci il mayın
16-da 74 yaĢında Bakıda vəfat etmiĢdir.
Arif Nərimanbəyovun böyük əmisi Nəriman bəy Nərimanbəy-
li də babası Əmir bəy kimi otuzuncu illərin qurbanı olub. Nəriman
Nərimanbəyli milli-istiqlal hərəkatımızın fəal iĢtirakçılarından və
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ictimai-siyasi və döv-
lət xadimlərindən biri idi. Nəriman bəy HəĢim bəy oğlu 1989-cu
ildə ġuĢada anadan olmuĢdu. Orta təhsilini Ġrəvan gimnaziyasıda al-
mıĢdı. Sonra Moskva Universittinin fizika-riyaziyyat fakultəsində
oxumuĢ, daha sonra Xarkov Universitetinin hüquq fakultəsinə dəyi-
Ģilərək oranı bitirmiĢdi. Ali təhsilini baĢa bvurub bir müddət vəkillik
etmiĢ, müəllimlklə məĢğul olmuĢdu. 1917-ci ildə “Müsavat” par-
tiyasına daxil olmuĢdu. 1918-ci ildə Zaqafqaziya Seyminin Müsəl-
man fraksiyasının və Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü
seçilmiĢ, Cümhuriyyətin 4-cü hökumət kabinetində dövlət nəzarət
naziri (müfəttiĢi) olmuĢdu.
Nəriman bəy sovet dönəmində müxtəlif idarələrdə hüquq
məsləhətçisi iĢəmiĢdi.Cümhuriyyət Parlamentinin və hökumət ka-
binetinin üzvü olduğuna görə təqiblərə və həbslərə məruz qalmıĢdı.
345
1937-ci ilin sonunda həbs olunaraq uzaq Solovki düĢərgəsinə
göndərilmiĢdi.Nəriman bəy Nərimanbəyli 1938-ci ilin əvvəllərində
48 yaĢında ikən güllələnmiĢdir...
İBRAHİM ağa VƏKİLOV
(1853 – 1934)
Ġbrahim ağa PaĢa ağa oğlu
Vəkilov (“Kosaoğlu Ġbrahim Vəkil-
zadə Qazaği”) 1853-cü il mayın 7-də
Yelizavetpol (Gəncə) quberniyasının
Qazax qəzasının Qırax Salahlı kən-
dində anadan olmuĢdu.PeĢəkar hərb-
çi kadr idi və orduda ilk hərbi to-
poqrafiya üzrə mütəxəssis sayılırdı.
Albay (polkovnik) rütbəsi vardı.
Azərbaycan Cümhuriyyətinin ikinci
daxili iĢlər naziri Behbud xan Ca-
vanĢir peĢəkar kadrlardan biri kimi
onu DĠN sistemində iĢləməyə cəlb
etmiĢdi. B. CavanĢirin 1918-ci il 23 iyun tarixli əmi ilə Ġbrahim ağa
Vəkilov Gəncənin qubernatoru vəzifəsinə təyin edilmiĢdi. Ġ.Və-
kilov Gəncənin ilk qubernatoru olmuĢdu...
Gəncə qubernatoru kimi Daxili ĠĢlər Nazirliyinə, Ģəxsən nazir
B. CavanĢirə görülən iĢlər barədə vaxtaĢırı raportlar göndərən Ġbra-
him ağa Vəkilov bu vəzifəyə təyin edildikdən sonra milli höku-
mətimiz əleyhinə olan qüvvələrə qarĢı qətiyyətli fəaliyəti və
gördüyü təsirli tədbirlərlə ad çıxarmıĢdı. Ġ.Vəkilov Goranboyda və
onun ayrı-ayrı kəndlərində sığınacaq tapmıĢ daĢnk tör-töküntülərinə
divan tutub onları tərksilah etmiĢdi...
1919-cu il martın 14-də Azərbaycan hökumətinin 248 nöm-
rəli sərəncamı ilə Ġbrahim ağa Vəkilov tutduğu vəzifəsindən azad
edilərək Milli Ordumuzun BaĢ Qərargahında BaĢ Ġdarənin Hərbi
Topoqrafiya ġöbəsinin rəisi təyin olunmuĢdu. 1919-cu il martın 30-
346
da Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə nümunəvi xid-
mətinə görə Ġbrahim ağa Vəkilova general-mayor, onun köməkçisi
(müavini) Hüseynqulu xan Xoyskiyə isə polkovnik rütbəsi veril-
miĢdi. Qeyd etmək lazımdır ki, Ġbrahim ağa Vəkilovdan sonra Gən-
cənin qubernatoru vəzifəsinə 1919-cu il mayın 6-da məĢhur Rəfi-
bəylilər nəslindən olan, görkəmli milli istiqlal fədaisi, bunadək F.
Xoyskinin baĢçılıq etdiyi 2-ci hökumət kabinetində səhiyyə və
sosial təminat naziri vəzifəsini tutmuĢ Xudadat bəy Rəfibəyli
(1877-1920) təyin edilmiĢdi.
General Ġbrahim ağa Vəkilov 11-ci ordunun 1920-ci il 27
aprel iĢğalınadək öz vəzifəsində xidmət göstərmiĢdi. O, Milli Ordu-
muzun BaĢ Qərargah Ġdarəsinin 1919-cu ilin dekabrında ilk hərbi
Bayrağımızın təsdiq edilməsi qərarından sonra həmin Bayrağın ya-
radıcısı olmuĢdu...General-mayor Ġbrahim ağa Vəkilov 1934-cü il
iyunun 26-da Bakıda 81 yaĢında vəfat etmiĢdi...O,Yelena Yefimov-
na ilə ailə qurmuĢdu. Qalib bəy, Faris bəy və Reyhan xanım adlı
övladları vardı...
MƏHƏMMƏD bəy ŞAHMALIYEV
(1870 – 1924)
Azərbaycan istiqlal hərəkatının xə Xalq Cümhuriyyətinin gör-
kəmli fədailərindən biri Məhəmməd bəy ġahmalıyev olmuĢdur. Mə-
həmməd bəy Nəsrullah bəy (1809) oğlu ġahmalıyev 1870-ci ildə
Yelizavetpol (Gəncə) qəzasının Samux kəndində əsilzadə ailədə
anadan olmuĢdu. Ġxtisasca hüquqĢünas olan Məhəmməd bəy 72 min
desyatin torpaqları olan Samux bəylərinin görkəmli nümayəndələ-
rindən biri idi.
Burada Məhəmməd bəyi yetirmiĢ Samuxun tarixi barədə
bəhs etmək də yerinə düĢər. Ġyirminci əsrin əvvəllərində Samux Ģə-
hərinin mövcud olmasını Samux meĢələrində onun indi də qal-
maqda olan xarabalıqları sübut edir...Samux Ģəhərinin ərazisi Kür
çayının hər iki sahilində Qazannı dağlarının ətəklərini,Qanlı Qobu
ilə Qabırrı çayı arasında olan ərazini əhatə edirdi. Tədqiqatçıların
bir qisminin fikrincə, ”Samux” alban sözü olub, ”meĢəlik”, ”ov
347
yeri” deməkdir. Digər qisim tədiqatçıların qənaətincə, ”Samux” üç
çayın (Kür, Qabırrı və Alazan) birləĢdiyi yerdir. BaĢqaları hesab
edir ki, ”Samux” sözü fars dilində
“üç çay qolu” deməkdir...
Samux rayonu 1931-ci il noya-
brın 24-də təĢkil olunmuĢdu. Azər-
baycan SSR Ali Soveti Rəyasət He-
yətinin 24 yanvar 1939-cu il tarixli 4
nömrəli qərarına əsasən Səfərəliyev
rayonu (inqilabçı Xanlar Səfərəliye-
vin soyadını daĢıyırdı) Kirovabad (o
vaxt Gəncə belə adlanırdı) Ģəhərinin
ərazisinə daxil olan inzibati ərazi
vahidi idi. 1940-cı il yanvarın 16-da
bu rayon Kirovabad Ģəhərinin tərki-
bindən çıxarılıb respublikanın kənd
rayonları sırasına daxil edildi. 1948-ci ildən baĢlayaraq Mingəçevir
SES-in tikintisi ilə əlaqədar olaraq Samuxun ərazisinin çöx hissəsi
su altında qalmıĢdı...1954-cü il yanvarın 28-də Azərbaycan SSR Ali
Sovetinin qərarı ilə Samux rayonu ləğv edilərək, ərazisi Səfərəliyev
rayonu ilə birləĢdirilmiĢdi. 1959-cu il dekabrın 4-də Səfərəliyev
rayonu da müstəqil rayon kimi ləğv edilərək Gəncə Ģəhərinə
birləĢdirilmiĢdi. 1963-cü il yanvarın 4-də keçmiĢ Səfərəliyev rayo-
nunun ərazisi Xanlar rayonuna daxil edilmiĢdi.
...Xanlar rayonu 1954-cü il yanvarın 28-də Səfərəliyev rayonu
ilə birləĢdirilmiĢdi. Səfərəliyev rayonu 1938-ci ilədək görkəmli
dövlət xadimi və yazıçı N. Nərimanovun Ģərəfinə Nərimanov rayo-
nu adlanırdı. Nərimanov adının verilməsinə qədər isə, 1819-cu il ap-
relin 22-dən rayon Yelenenedorf (almanca Helelenedorf) adlan-
mıĢdı. Belə ki, hələ 19-cu əsrdə, 1819-cu il aprelin 22-də Azərbay-
cana gəlmiĢ ən böyük icma olan alman koloniyaçıları Yelenendorf
adı ilə həmin yaĢayıĢ məntəqəsini salmıĢdılar...1869-cu il aprelin
22-də koloniya özünün 50 illiyini təntənəli syrətdə qüeyd
etmiĢdi...1896-cı ildən etibarən də Yelenendorfda və onun ətrafında
ermənilər görünməyə və orada məskunlaĢmağa baĢlamıĢdılar...
348
Beləliklə, 1938-ci ildə Samux ərazsinin daxil olduğu Səfərəli-
yev rayonu Xanlar rayonu adlanmıĢdı. Bu, Cəbrayıl qəzasının Qar-
ğabazar kəndindən (indi Füzuli rayonundadır) məĢhur inqilabçı
Xanlar Səfərəliyevin (1885-1907) Ģərəfinə edilmiĢdi. Xanlara Qov-
larsarı və Qaraarx da demiĢlər... Samux öz tarixi adını 90-cı illərin
əvvəllərində bərpa etmiĢdir. Belə ki, Azərbaycan Respublikası Ali
Soveti Milli ġurasının 1992-ci il 18 fevral tarixli 72 saylı qərarı
ilə Səfərəliyev qəsəbəsinin adı dəyiĢdiilib Nəbiağalı qəsəbəsi adlan-
dırılmıĢdır. Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli
Qanununa əsasən Nəbiağalı qəsəbəsi və Kolayır kəndi birləĢdirilə-
rək Samux qəsəbəsi adlandırılmıĢ, Samux qəsəbəsinə Ģəhər statusu
verilmiĢ və müstəqil Samux rayonu yaradılmıĢdır.
...Ġndi Məhəmməd bəy ġahmalıyev haqqında söhbəti davam
etdirək. Yeddi yaĢınadık bir kəlmə rusca belə bilməyən Məhəm-
məd bəy ilk təhsilini Tiflisdə almıĢ, 1891-ci ildə Odessadakı “Novo-
rossiysk” Universitetinin hüquq fakultəsinə daxil olmuĢdu. Burada
N. Nərimanov, N. Yusifbəyli, X. Sultanov və baĢqaları ilə birlikdə
yaxından tanıĢ olub fəaliyyət göstərirdi... O, Universitetdə yaradıl-
mıĢ “Azərbaycan Həmyerlilər TəĢkilatı”nın rəhbərlərindən biri idi.
M. ġahmalıyev 1896-cı ildə Universiteti bitirib dövlət qulluğunda
məmur kimi çalıĢmağa baĢlamıĢdı.
Rusiya imperatorunun qardaĢı,Qafqazın caniĢini, böyük knyaz
Nikolay Nikolayeviç Romanov Məhəmməd bəyin atası Nəsrullah
bəylə dostluq edirdi.O, Samuxda Nəsrulla bəyin qonağı olarkən bəy
ona cins atlar, o isə bəyə içində çox bahalı brilyant olan qızıl buru-
notu qabı - tabokerka bağıĢlamıĢdı. Bu dostluq Nəsrulla bəyin oğlu
Məhəmməd bəyin dövlət qulluğunda irəliləməsinə və cəmiyyətdə
nüfuz qazanmasına müsbət təsirsiz ötüĢməmiĢdi... Belə ki, Məhəm-
məd bəy 1913-cü ildə Nuxa qəzasının, 1914-1915-ci illərdə isə
ƏrəĢ qəzasının rəisi olmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə M. ġahmalıyev
Azərbaycan hökumətinin 1919-cu il 16 mart tarixli qərarı ilə rəs-
mən çar hökuməti tərəfindən Azərbaycan ərazisi kimi təsdiq edilmiĢ
Zaqatala quberniyasının qubernatoru təyin edilmiĢdi. M. ġahmalı-
yev bir qubernator kimi fəaliyyəti barədə DĠN-ə, Ģəxsən daxili iĢlər
nazirinə vaxtaĢırı raport verir və hesabatlar hazırlayırdı... M. ġah-
349
malıyev qubernator təyin edildikdən sonra Azərbaycan Respublika-
sının Zaqatala quberniyasının Gürcüstan Respublikası Tiflis quber-
niyasının Sığnax qəzası arasındakı müvəqqəti demarkasiya xəttinin
müəyyənləĢdirilməsi üzrə Azərbaycan-Gürcüstan komissiyasının
sədri təyin edilmiĢdi. Komissiyanın 25 oktyabr və 2 noyabr 1919-cu
il tarixli iclasında Azərbaycan hökuməti adından müstəqil dövləti-
mizin mənafeyini layiqincə təmsil etmiĢdi... Zaqatalanın quberna-
toru vəzifəsində 1920-ci il aprelin 27-dək, yəni Azərbaycan Cümhu-
riyyətinin süqutunadək, canla-baĢla, ləyaqətlə xidmət gös-
tərmiĢdi...
Sovet hakimiyyəti “qurulduqdan” sonra Məhəmməd bəyin
mal-mülkü əllərindən alınmıĢ, müsadirə olunmuĢdu. Məhəmməd
bəyi isə həbs etmiĢdilər. Onu labüd güllələnmə gözləyirdi. Lakin
hələ vaxtıilə Odessada tələbəlik dövründən dostluq etdiyi Azərbay-
can SSR XKS-in sədri N. Nərimanovun xəbər tutub iĢə qarıĢma-
sı bunun qarĢısını almıĢdı... Həbs və sonrakı məhkəmə zamanı Mə-
həmməd bəy ġahmalıyev: ”...Məni keçmiĢ nökərim ”keçəl Dursun”
mühakimə edir, bu günü görməkdənsə, mənə güllələnmək xoĢdur”,
- demiĢdi. Beləliklə, N.Nərimanovun sayəsində M. ġahmalıyev gül-
lələnməkdən xilas olmuĢdu.Lakin onu ev dustağı etmiĢdilər. Mə-
həmməd bəy indiki Sabir adına bağın yerində yerləĢən evindəki
mənzilində düz 4 il ev dustağı həyatı yaĢamıĢdı... Məhəmməd bəy
ġahmalıyev 1924-cü ildə elə həmin mənzilində 54 yaĢında dün-
yasını dəyiĢmiĢdi...
M. ġahmalıyevin ilk ömür - gün yoldaĢı həyatdan vaxtsız
köçmüĢ Fatma xanımdan bir qız övladı - ġahpəri (1898-1981) dün-
yaya gəlmiĢdi. ġahpəri anasının adı idi. ġahpəri xanım Məhəmməd
bəyin əmisi oğlu Mahmud bəyə ərə getmiĢ (ġahmalıyevlər ancaq öz
nəsillərindən evlənirdilər. BaĢqa nəslə də qız verməzdilər...) və
ondan Fərhad, Tofiq, Rüstəm adlı oğulları və Xədicə adlı qızları do-
ğulmuĢdu. Fatma xanımdan sonra Məhəmməd bəy Əminə xanımla
evlənmiĢ, bu izdivacdan 5 övladı: 3 oğlu (Ehsan bəy (1899), ġamil
bəy (1903-1990), Mehralı bəy və 2 qızı – Səltənət xanım və Ədalət
xanım anadan olmuĢdu. M.ġahmalıyevlərin övladları və onların tö-
rəmələri indi Moskva, Odessa, DaĢkənd və digər Ģəhərlərdə
yaĢayırlar...
350
QRADONAÇALNİKLƏR
QUDA QUDİYEV
(1880-1920)
Quda Qudiyev Azərbaycan
Xalq
Cümhuriyyəti
dövründə,
1919-1920-ci illərdə Bakının qrado-
naçalniki vəzifəsində xidmət etmiĢ-
dir (Qradonaçalniklik vəzifəsi hələ
çar Rusiyasında, hökumətin 28 ok-
tyabr və 2 noyabr 1906-cı il tarixli
sərəncamları ilə xüsusi əhəmiyyəti
olan iri Ģəhərlərdə təsis olunmuĢ və
Əsasnaməsi qüvvəyə minmiĢdi.
Qradonaçalnik qubernator hüqu-
quna malik olan dövlət məmuru idi.
O, təkcə Ģəhər polisinə baĢçılıq et-
mirdi,həmçinin bir sıra inzibati, mülki və idarəetmə məsələlərəinədə
baxırdı... Rusiyada Qardonaçalniklik 1917-ci ildə ləğv olunsa da,
Azərbaycan Cümhuriyyəti dövründə, 1919-cu ildə bu vəzifə bərpa
olunaraq ondan istifadə olunmuĢdu.).
Qudiyev Quda Əliyeviç milliyyətcə inquĢ idi. O, 1880-ci il
fevralın 12-də Qafqaz dağlarının ətəyində, Vladiqafqaz (sovet döv-
ründə Orconikidze adlanırdı) Ģəhərində Ter daimi milisində iĢləyən
yunkerin ailəsində anadan olmuĢdu. Real məktəbi bitirmiĢdi. Qaf-
qaz süvari diviziyasının 20 fevral 1900-cü il tarixli 37 nömrəli əmri
ilə Quda Qudiyev (bəzi tarixi ədəbiyyatlarda Puda yazılması düz de-
yil) Əlahəzrət çarın 45-ci Ģimal süvari polkuna xidmətə qəbul olun-
muĢdu. Atasının yolu ilə getməyi qərara alan Q. Qudiyevin bu za-
man 20 yaĢı vardı.
351
Q. Qudiyev öz xidmətinə çox ciddi yanaĢırdı. Bu, diqqətdən
yayınmamıĢdı. Ona hərbi təhsil lazım idi. Odur ki, Yelizavetqrad
süvari yunker məktəbinə oxumağa göndərmiĢdilər. Məktəbdə tədris
və təlimdə özünü nümunəvi aparması yenə diqqəti cəlb etmiĢdi.
1902-ci il iyunun 9-da onu “Elmdə və sıra təlimində əla müvəf-
fəqiyyətlərə görə” fəxri silahla mükafatlandırmıĢdılar. Q. Qudiyevə
gələcəyin əla hərbi mütəxəssisi kimi baxırdılar.Odessa Hərbi
Dairəsinin 28 yanvar 1903-cü il tarixli qərarı ilə məktəbi bitirməsi
ilə əlaqədar Yelizavetqrad süvari yunker məktəbinin Tədris
Komitəsi Qudiyevi general-leytenant D.A.Milyutin adına mükafatla
təltif etmiĢ və ona Ģtandart-yunker rütbəsi verilmiĢdi.
Q. Qudiyevin nüfuzu getdikcə yüksəlirdi. Onu təkcə əsgərlər
deyil, həm də sadə adamlar sevir və dəyərləndirirdilər. 1903-cü il
aprelin 1-də Q. Qudiyev kornetə daxil olmuĢ, sonra 50-ci Ġrkutsk
süvari polkunda xidmətini davam etdirmiĢdi. 1904-cü il fevralın 6-
da 1-ci əlahiddə süvari briqada komandanlığının əmri ilə o Zabay-
kaleyə, Çita Ģəhərinə kazak qoĢunları atamanının sərəncamına gön-
dərilmiĢdi. 1904-cü il iyunun 9-da Zabaykalye 2-ci Arqun polkuna
kazak diviziyasına xorunji rütbəsi verilməklə ezam olunmuĢdu.
Həmin il sentyabrın 7-də isə Zabaykalye kazak diviziyasının qərar-
gahına keçirilərək xüsusilə mühüm kəĢfiyat iĢində xidmət gös-
tərmiĢdi.
1904-1905-ci il rus-yapon müharibəsi baĢlandıqda oraya qaf-
qazlılar da cəlb olunmuĢdular. Onların içərisində yüzlərlə inquĢda
vardı (inquĢlarda müsəlmandırlar). Onların sayı cəmi 400 nəfər idi.
Bu dörd yüzlüyü vahid dəstə halında birləĢdirib, ona komandir
qafqazlıların dilini, adət və ənənələrini bilən Q. Qudiyevi təyin et-
miĢdilər. Bu müharibədə Q. Qudiyevin dağlılar dəstəsi böyük cəsa-
rət və möcüzələr göstərmiĢdi... Ən çətin, zəruri olan yerlərə Qudi-
yevin dəstəsi göndərilirdi. Qudiyevin dəstəsinin Ģöhrəti tezliklə hər
yerə yayılmıĢdı.
1904-cü il sentyabrın 7-də Q.Qudiyevin dağlı divizionu gene-
ral Rannenkampfın komandanlıq etdiyi Arqun kazak polkunun tabe-
liyinə keçirildi. General Rannenkampf Qudiyevi çox sevir və onu
baĢqalarına nümunə göstərirdi. Qudiyevin dəstəsi 1904-cü il sentya-
brın 12-dən 1905-ci il oktyabrın 7-dək ġaxe çayındakı və Mukden
352
Ģəhəri yaxınlıqdakı döyüĢlərdə Ģücaətlər göstərmiĢ, qəfil və gözlə-
nilməz qəti hücumlarla yaponları çaĢ-baĢ salmıĢdılar...General-
leytenant P.Ġ. MiĢenko da sabiq həmkarı general Rannenkampf kimi
Qudiyevin divizionunu “mənim uçan dəstəm” adlandırırdı.
Q. Qudiyev inquĢ tayfasından olan Qali Xasbulatovna Lya-
nova ilə nikahda olmuĢdu...Q. Qudiyev Ġslama etiqad edir və özünü
müsəlman sayırdı.
Q. Qudiyev əla kəĢfiyyatçı kimi ad çıxarmıĢdı. O, bir qayda
olaraq ali baĢ komandanın tapĢırıqlarını cəsarətlə və dəqiq yerinə
yetirirdi. Qudiyev dəfələrlə ali baĢ komandanlıq tərəfindən Ģifahi və
yazılı təĢəkkürlər və minnətdarlıqlar almıĢdı. Q. “Müqəddəs Anna “
ordeni, 3-cü dərəcəli “Müqəddəs Vladimir” və “Müqəddəs Stanis-
lav” ordeni (qılınc və bantla), 4-cü dərəcəli “Ġgidliyə görə” medalı
ilə və s.-lə təltif olunmuĢdu.
Q. Qudiyev 1905-ci il iyunun 5-dən sentyabrın 11-dək ordu-
nun arxa cəbhə qərargahında ezamiyyətdə olmuĢdu. 1905-ci il sen-
tyabrın 11-də Qudiyevin 400-lük dəstəsi buraxılmıĢdı...Bundan son-
ra onu əlahiddə kəĢfiyatçılar divizionuna keçirmiĢdilər. 1905-ci il
oktyabrın 7-də Q. Qudiyev Qafqaza qayıtmıĢdı. Həmin il dekabrın
22-də o,Ter daimi milisində təftiĢ idarəsində adyutant vəzifəsinə
təyin edilmiĢdi. 1910-cu ilin fevralında Q. Qudiyev Ġmperator Niko-
lay adına Süvari Akademiyasına daxil olmaq üçün attestat almıĢdı.
Birinci Dünya müharibəsində (1914-1918-ci illər) təcrübəli
zabit kimi Q. Qudiyev polkovnik Merçule Georginin (milliyyətcə
abxaz idi) komandirlik etdiyi Ter Dağlı Diviziyasının tərkibində Ġn-
quĢ süvari polkunda 1-ci yüzlüyün baĢçısı kimi döyüĢlərdə ad çıxar-
mıĢdı... O, 1914-cü ilin dekabrında Karpat döyüĢlərindəki Ģücaətlə-
rinə görə 2-ci dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olun-
muĢdu. 1916-cı ilin martında Q. Qudiyev rotmistr (kapitan) rütbəsi
almıĢdı.Q.Qudiyev məĢhur “Dikiy diviziya”nın tərkibində də
döyüĢmüĢdü...
Azərbaycan hökuməti tərəfindən Bakıya dəvət olunan rotmistr
Q.Qudiyev daxili iĢlər naziri N.Yusifbəylinin 29 aprel 1919-cu il
tarixli əmri ilə Bakı Ģəhərinin polismeysteri (16 dərəcəli tarif
cədvəlinə əsasən 4-cü dərəcə üzrə aylıq maaĢı 2.300 manat olmaqla)
təyin edilmiĢdi. Lakin 1919-cu ilin iyununda o, daha yüksək və
353
məsul vəzifəyə-Bakının qradonaçalniki vəzifəsinə təyin olunmuĢdu.
Q. Qudiyev 15 iyun 1919-cu ildə Bakı qradonaçalniki vəzifəsinə
baĢlaması haqqında 1 nömrəli əmr vermiĢdi.
Bakı qradonaçalniki Q. Qudiyev 1919-cu il avqustun 14-də
verdiyi əmrlə hərbi vəziyyət dövründə, həm də Azərbaycan Cüm-
huriyyəti əleyhinə təbliğatla məĢğul olan “Molot” və “Rossiya”
adlı gündəlik qəzetlərin çıxmasını qadağan etmiĢdi.
Bakı qradonaçalniki Q. Qudiyevin təĢəbbüsü ilə ticarət-səna-
ye, neft sənayeçiləri, bank müəssisələri və digər təĢkilatların nüma-
yəndələrinin iĢtirakı ilə müĢavirə çağırılmıĢdı. MüĢavirədə Bakı Ģə-
hərinin köməyə ehtiyacı olan sakinlərinə 300 milyon rubl məbləğin-
də ilk növbədə iĢlənən zəruri ərzaq məhsullarının alınması və
paylanmasının təĢkil edilməsi barədə qərar qəbul olunmuĢdu. Bu
məqsədlə xüsusi komissiya yaradılmıĢdı.
Bakı qradonaçalniki vəzifəsində 11-ci ordunun 27 aprel iĢğa-
lınadək xidmət eən, bu iĢdə yüksək təĢkilatçılıq qabiliyyəti və mü-
barizə əzmi göstərən Q. Qudiyevin həyatı təəssüfki, faciəli surətdə
sona yetmiĢdi. Beləki,Azərbaycanda sovet hakimiyyəti qurulduqdan
sonra bolĢeviklər Q. Qudiyevi bağıĢlamadılar və o, həbs olundu, iĢ-
gəncələrə məruz qaldı... Azərbaycan Ali Ġnqilabi Tribunalı Teymur
Əliyevin sədr, müavini A.Popov, üzvləri A. Andreyev, Lilyakina və
ġirəli Əliyevin iĢtirakı ilə 20 avqust 1920-ci il tarixdə keçən icla-
sında Q. Qudiyevin, 1919-cu il sentyabrın 5-də “Novıy svet” resto-
ranındakı atıĢmada bolĢeviklər Mir Fəttah Musəvini və HaĢım
Əliyevi öldürmüĢ, Levon Qoqoberidzeni isə ağır yaralamıĢ Azər-
baycan Dəmir Yolu Ġdarəsinin Teleqraf ġöbəsinin sabiq rəisi Hacı-
bəy Seyidbəyovun, Bakının 5-ci sahə polisinin pristavı Mixail Va-
kulanın iĢinə baxmıĢdı. ġahid qismində iĢtirak edən RəĢid bəy
Tahirov, Bırdin Q.Qudiyevin əleyhinə ifadə vermiĢdilər. Əziz Bay-
rambəyovu və M.Vakulanıda M. Musəvi və H. Əliyevin ölümündə
günahlandırmıĢdılar... Ali Ġnqilabi Tribunal qradonaçalnik Q. Qudi-
yevi və Hacıbəy Seyidbəyovu əmlakları müsadirə olunmaqla ən
yüksək cəzaya - güllələnməyə məhkum etmiĢdi. Pristav M.Vakula-
nun məcburi iĢi 10 illik həbslə əvəz olunmuĢdu...Ali Ġnqilabi Tribu-
nalın 29 avqust 1920-ci il tarixli hökmü dərhal icra olunmuĢ və
beləliklə, Q. Qudiyev 40 yaĢında güllələnmiĢdi...
354
Q.Qudiyevin birinci arvadı inquĢ qızı Qalidən Əhməd və
Məhəmməd adlı oğlanları qalmıĢdı. Böyük oğlu Əhməd 25 fevral
1909-cu ildə anadan olmuĢdu. Onun barəsində məlumat yoxdur...
Qudiyevin ikinci arvadı fars mənĢəli qız Qəmər Solan xanım HəĢi-
mova idi. Onlar qanuni nikaha girməklə 1912-ci il noyabrın 27-də
Moskvada evlənmiĢdilər. Qali Xasbulatova ilə isə 1913-cü il
sentyabrın 10-da Ģəriət qaydasında ayrılmıĢdılar. Q. Qudiyevin 2-ci
arvadı Qəmər Solan xanımdan 8 noyabr 1913-cü ildə dünyaya
gəlmiĢ Leyla adlı qızı vardı.
Q. Qudiyevin daha bir arvadı Tamara olmuĢdu. Bakıda həbs-
xanada olarkən Tamaraya məktub yazmıĢdı. Məktubda deyilirdi:
”Kommunistlərə özlərini göstərmək və vahimə yaratmaq üçün iri
fiqurlar lazımdır. Deyə bilərəm ki, mənim heç bir günahım yoxdur.
XahiĢ edirəm, təcili uĢaqlarla Moskvaya, atanın yanına yola düĢ,
oradan isə Parisə - qardaĢının yanına, lakin bu zaman inquĢlar olan
yerdən və böyük oğlum Əhməddən ayırma. Bir yerdə onlar üçün
asan olacaq. Ümid edirəm, bu amansız, qanunsuz əsr və repressiya
baĢa çatacaq”.
Tamara ərinin vədinə əməl etmiĢ, tezliklə Moskvaya getmiĢ-
di. Orada uĢaqları Rusiya Dövlət Dumasının sabiq deputatının arva-
dı Qolovinanın malikanəsində yerləĢdirmiĢdi. Həmin il o, Parisə,
qardaĢının yanına gedə bilmiĢ, 1924-cü ildə isə 3 uĢağını da yanına
aparmıĢdı...
Q. Qudiyevin oğlanlarından biri, Aslan bəy Qudiyev Ġkinci
Dünya müharibəsi (1941-1945) dövründə general ġarl De-Qollun
baĢçılıq etdiyi “Azad Fransa” hərəkatının gəal iĢtirakçısı olmuĢdu.
Onun uĢaqları yox idi. Özü Parisdə müsəlman qəbirstanlığında dəfn
olunmuĢdu.Q.Qudiyevin fars mənĢəli arvadı Qəmər xanım
Solandan olmuĢ qızı Leyla isə Moskvaya,Qudiyevlərin yeznələrinin
yanına qayıtmıĢdı...
Böyük M.Ə. Rəsulzadə özünün “Azərbaycan Cümhuriyyəti”
kitabında Quda Qudiyevi “Ġstiqlal ġəhidi” adlandırmıĢdır (Kitabda
tərcümə səhvi üzündən Qudiyev Bakı valisi Hadıyev kimi
yazılmıĢdır. ġübhəsiz , bu, Hadıyev deyil, Qudiyevdir...).
355
POLİSMEYSTERLƏR
Dostları ilə paylaş: |