“Yeni Azərbaycan”.-2015.-27 yanvar.-№ 15.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
184
“Azərsun Holdinq” I Avropa oyunlarına sponsorluq edəcək
Savaş Uzan: “İki sponsorluq müqaviləsi imzalayacağıq”
“Azərsun Holdinq” Şirkətlər Qrupunun fəaliyyət göstərdiyi sahələrin sayı ilə bərabər, fəaliyyət coğrafiyası
da genişlənib. Bu barədə Şirkətlər Qrupunun Baş direktoru Savaş Uzan jurnalistlərlə görüşündə bildirib. Onun
sözlərinə görə, artıq “Azərsun Holdinq” bölgə miqyaslı şirkət olmaqdan çıxaraq bir dünya şirkətinə
çevrilməkdədir. Şirkətin belə bir səviyyəyə gəlib çatması, onun loqosunun yenilənməsini zəruri edib.
“Qlobal şirkət olmağı hədəfləmişik”
S. Uzan qeyd etdi ki, 23 ildir “Azərsun Holdinq” Azərbaycan üçün ən yaxşısını istehsal etməyə, ən yüksək
səviyyədə xidmətlər göstərməyə çalışır: “Bu gün 30 zavod və 10 min işçi ilə fəaliyyət göstəririk. “Azərsun
Holdinq” ilk fəaliyyətinə ticarətdən başladı. Biz ticarətdən əldə etdiyimiz gəlirləri yenidən Azərbaycanda
sərmayə şəkilində yatırdıq. 1996-cı ildə ilk zavodun açılmasından sonra 30-a yaxın zavod istifadəyə verilib,
2015-ci ildə daha 2 zavodumuzu işə salmağı planlaşdırırıq. Ötən illərdə Azərbaycanda geniş fəaliyyətimizi
qurduqdan sonra, bölgə şirkəti olmaq hədəfini qarşıya qoyduq. Azərbaycanın qonşuları ilə ticarət əlaqələrimizi
genişləndirdik. Bu gün gəldiyimiz nöqtədə isə dünya şirkəti olmağı hədəfləyirik. Artıq bu istiqamətdə
fəaliyyətimiz mövcuddur, ABŞ və Dubay da daxil olmaqla uzaq xarici ölkələrə də məhsullarımızı ixrac edirik.
Bir dünya şirkətinə çevrilməyə başladığımız üçün loqomuzu və daxili strukturumuzu dəyişməyə qərar verdik.
Növbəti hədəfimiz qlobal şirkətə çevrilməkdir”.
“Azərsun Holdinq”in Baş direktoru bildirdi ki, dünya təcrübəsi bir ölkənin ərzaq təhlükəsizliyi olmadan
onun azad iqtisadi müstəqilliyini və inkişafını təmin etməyin çətin olduğunu göstərir: “Ötən gün Prezident
İlham Əliyev Heydər Əliyev Mərkəzində “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında biz iş adamlarına bir daha tövsiyə
etdi ki, Azərbaycan dövləti əhalinin əsas ərzaq məhsullarına olan tələbatını öz yerli istehsalı hesabına təmin
etməyi qarşıya məqsəd qoyub. Dövlət başçımızın bu sahədə imzaladığı sərəncamlar və dövlət proqramları öz
müsbət nəticəsini verməkdədir. Belə ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi və 2008-ci il 9 oktyabr tarixli
Sərəncamına əsasən hər il 1 noyabr tarixinin kənd təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd edilməsi ölkə
başçısının bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Biz Azərsun ailəsi olaraq bu tapşırıqlardan irəli
gələn vəzifələri böyük həvəs və məsuliyyətlə yerinə yetirməyə çalışırıq”.
2015-ci ildə iki yeni zavod istifadəyə veriləcək
S. Uzan söylədi ki, “Azərsun Holdinq” fəlsəfəsinə uyğun olaraq Azərbaycanın iqtisadi inkişafına kömək
etməyi, həm yeni iş yerlərinin açılmasına, həm də ölkənin kadr potensialının inkişaf etdirilməsinə öz töhfəsini
verir. Hazırda “Azərsun Holdinq” 30 zavoda və 10 min işçiyə malikdir. Təxminən 500 nəfərdən çox
“Azərsun”da çalışmış işçimiz də bu gün ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətini davam etdirirlər.
Bundan qürur duyuruq. Eyni zamanda fəaliyyətə başlayan “Azərsun Akademy”nin bu il rəsmi açılışı nəzərdə
tutulub”.
Şirkət rəsmisi Holdinqin həyata keçirdiyi ən böyük layihələrdən biri Azərbaycan iqtisadiyyatında xüsusi
əhəmiyyət kəsb edən İmişli Şəkər Zavodu olduğunu, qlobal böhran şəraitində məhz bu müəssisəsinin yerli
sərmayələrin xaricə axıdılmasının qarşısını alıb”.
Holdinqin baş direktoru qeyd etdi ki, “Azərsun Holdinq” Azərbaycanın dövlət proqramlarının həyata
keçirilməsində yaxından iştirak edir: “İmişli Şəkər Zavodu istifadəyə verildikdən sonra onun tərkibində yağ və
yem zavodları daxil 6 sənaye obyekti istifadəyə verib”.
O dedi ki, “Azərsun Holdinq” 3-cü “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” çərçivəsində respublikada heyvandarlığın inkişafına dəstək vermək üçün bir neçə istehsalı zavodunu
istifadəyə verəcək, o cümlədən heyvandarlıq kompleksinin yaradılması nəzərdə tutulur: “Belə ki, 2015-ci ildə
İmişli rayonunda istifadəyə veriləcək zavodun illik gücü 200 min ton olan qüvvəli yem zavodudur. Bu zavodu
mart ayının sonuna qədər istifadəyə verməyi nəzərdə tuturuq. Qarışıq qüvvəli yem zavodu yaradılacaq
heyvandarlıq təsərrüfatını ekoloji cəhətdən təmiz və keyfiyyət göstəriciləri dünya standartlarına cavab verən
şirəli yem məhsulları ilə təmin olunmasının təminatçısıdır. İkinci bir fabrik isə Bakı şəhərində tikilir. Bu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
185
fabrikdə əsasən sənaye şokoladı istehsal ediləcəkdir. Yəni, Azərbaycanda şokolad istehsal edən şirkətlərə
onların şokolad istehsalında istifadə etmələri üçün sənaye şokoladı verəcəyik. Bununla bərabər, zavodda
semeçka tumu halvası, lokum, marmalat və s. istehsal olunacaq”.
“Bu il hipermarket layihələrimizə başlayacağıq”
S. Uzan qeyd etdi ki, bu ilin iyun ayında Bakının ev sahibliyi edəcək Avropa Yay Olimpiya Oyunlarına
“Azərsun Holdinq”in sponsor kimi iştirak ilə bağlı danışıqlar artıq yekunlaşıb: “Bu günlərdə Şirkətimizi iki
məşhur brendi olan “Azərçay” və “Bazarstore”nin sponsorluğunu təsdiq edən iki müqavilə imzalanacaq.
“Azərsun Holdinq”in Baş direktoru Savaş Uzan bildirdi ki, “Bazarstore” mağazalar şəbəkəsinin sahibi
“Azərsun Holdinq”, supermarketlərdən sonra şəbəkənin hipermarketlərini istifadəyə verməyi planlaşdırır: “Bu il
6-sı Bakı şəhərində, 4-ü isə regionlarda olmaqla 10 yeni “Bazarstore” mağazasını açmağı planlaşdırırıq. Bundan
başqa, bu il hipermarket layihəmizə başlayacağıq. İlkin mərhələdə 3 hipermarketin açılması nəzərdə tutulur”.
Savaş Uzan qeyd etdi ki, hipermarketlərin istifadəyə verilməsinə Bakı şəhərindən başlanılacaq: “Artıq Bakı
şəhərinin çıxışlarında iki hipermarket üçün yer müəyyən edilib. Hipermarketlərimiz, insanların gəlib
avtomobillərini park edərək, uşaqlarını oyun zallarına göndərərək rahat alış-veriş edə biləcəkləri yer olacaq.
Onlar “Bazarstore” adı ilə fəaliyyət göstərəcək».
Jurnalistlərin suallarını cavablandırarkən S. Uzan dünyada baş verən proseslərin az da olsa şirkətə təsir
etdiyini söylədi: “Rusiya rublunun və avronun dünyanın aparıcı valyutalarına, o cümlədən manata nisbətən
dəyərdən düşməsi Azərbaycan ixracatçılarına mənfi təsir edir. Başqa sözlə, rublun ucuzlaşması holdinqin
ixracının azalmasına gətirib çıxardır. Rusiyadakı böhran bizim keçmişdə yaşadığımız böhranlardan biridir.
Hazırda Rusiyada davam edən böhran, az da olsa Azərbaycanda hiss olunur. Rusiya rublunun dəyərdən düşməsi
bizim ixrac etdiyimiz malları bahalı edir, manat ilə ifadədə daha az gəlir əldə edirik. Bu baxımdan böhran və
rublun məzənnəsi bizə sıxıntı yaradır”.
O əlavə etdi ki, bu gün Azərbaycanın iqtisadiyyatının güclü inkişafı və ölkənin 50 milyard dollardan artıq
valyuta ehtiyatına malik olması Rusiyadakı böhranın ciddi hiss edilməməsinə imkan verir: “Əgər vaxtında
sosial-iqtisadi proqramlar həyata keçirilməsəydi, Azərbaycan bu böhranı daha dərin hiss edə bilərdi. Mən hesab
edirəm ki, bu böhranı da ciddi hiss etmədən ötüşdürəcəyik”.
Əfsun
“Üç nöqtə”.-2015.-29 yanvar.-№ 17.-S. 5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
186
“Bakı–2015” Avropa Oyunlarının proqramı çox maraqlı və innovativ idman yarışları ilə zəngin
olacaq
Bu ilin iyun ayında Azərbaycan paytaxtında keçiriləcək “Bakı–2015” ilk Avropa Oyunlarının proqramı
çoxsaylı idman növləri üzrə çox maraqlı və innovativ yarışlarla zəngin olacaq.
Ümumilikdə 20 idman növü üzrə keçiriləcək bu mötəbər yarışların proqramına daxil edilən idman
növlərindən 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növünü əhatə edəcək. Avropa Oyunlarında bu qitənin
müxtəlif guşələrindən 6 mindən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi
gözlənilir.
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun mədəniyyət evində birinci
Avropa Oyunlarının tanıtım kampaniyası çərçivəsində ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə
keçirilən tədbirdə bu barədə ətraflı söhbət açılıb.
Bildirilib ki, müstəqil Azərbaycan Respublikası sürətli iqtisadi inkişafı ilə regionun lider dövlətinə çevrilib.
Beynəlxalq aləmdə nüfuzu durmadan artan ölkəmiz bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi
edib. 2012-ci ildə Cənubi Qafqazın tarixində ilk dəfə “Eurovision” mahnı müsabiqəsi Azərbaycanda keçirilib.
Qeyd olunub ki, bu dəfə isə Avropada ilk dəfə keçiriləcək çox mötəbər bir idman yarışının - Avropa
Oyunlarının ünvanı Azərbaycan olacaqdır. Böyük idman hadisəsi olan bu yarışa həm də siyasi və iqtisadi
baxımdan ölkəmizin daha güclənməsini sübut edən bir amil kimi yanaşmaq lazımdır. Çünki Avropa Oyunlarının
Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz ilə birbaşa bağlıdır. Bu, həm də
Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi uğurlara dəstək xarakteri daşıyır.
Sonra ənənəvi olaraq Avropa Oyunlarına daxil edilən idman növlərinin babəkli gənclər arasında populyarlığı
ilə bağlı sorğu keçirilib.
Sorğu başa çatdıqdan sonra dünya və Avropa arenalarında uğur qazanan Babək rayonunun idmançıları
tamaşaçılara təqdim edilib. Gənc idmançılar dövlətimizin onlara göstərdiyi qayğıdan razılıq edərək, bundan
sonra da yeni-yeni uğurlara imza atmağa səy göstərəcəklərini bildiriblər.
Tədbirdə birinci Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş olunub.
Sonda “Bakı-2015” ilk Avropa Oyunlarının loqo və simvolları əks olunan çanta və papaqlar idmançılara
hədiyyə edilib.
Qeyd edək ki, analoji tədbirlər Ordubad, Culfa və Şahbuz rayonlarında da keçirilib.
“Azərbaycan”.-2015.-30 yanvar.-N 22.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
187
"Bakı-2015" idman tarixində yeni səhifə açacaq
Nəzakət Ələddinqızı
Ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə
olunmasına ciddi zəmin yaradıb. Ölkə başçısı Cənab İlham Əliyevin ardıcıl olaraq həyatın bütün sahələrinin
inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş
ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Təbii ki, Azərbaycanda mövcud olan mövcud siyasi
vəziyyət, stabillik, iqtisadi artım inkişafı zəruri edən amillərdəndir.
Azərbaycanın sürətli inkişafı ölkəmizdə idman hərəkatının daha geniş vüsət almasına səbəb olub. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrilib. İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin
sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan Azərbaycan dövləti idmanın, xüsusilə də olimpiya
hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın
kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün Azərbaycanda
lazımi maddi-texniki baza da yaradılıb. Ölkəmizdə xüsusilə son 11 ildə tikilən olimpiya idman kompleksləri,
məhz idmanın inkişafına xidmət edən amillərdir. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya
və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman
təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi
tanıdıb. Məhz bu səbəbdən də beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları
ölkəmizə həvalə edir, Bakıda bu yarışların yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə də dünya liderləri
sırasında olduğunu göstərir. Təbii ki, ölkəmizdə dövlət səviyyəsində idmana və olimpiya hərəkatının inkişafına
göstərilən diqqət və qayğının nümunəsinin nəticəsidir ki, Birinci Avropa Oyunlarının keçirilməsi Bakıya həvalə
olunub. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında
baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə
qazandığı uğurlardan qaynaqlanır. Artıq neçə ildir ki, dünyanın idman ailəsinə daxil olan ölkəmiz beynəlxalq
əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverilşli məkan funksiyasını yerinə yetirir. İlk Avropa
Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərarı beynəlxalq idman ictimaiyyətinin
ölkəmizin olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin
təzahürüdür.
Bak; ilk Avropa oyunlarını uğurla başa vuracaq
Bu gün Azərbaycan bu beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirmək əzmindədir. Beynəlxalq
yarışın keçirilməsi istiqamətində ölkəmizdə ciddi işlər görülür. Əlbəttə, digər qitə oyunlarından fərqli olaraq,
Avropa Oyunları heç vaxt keçirilməyib və belə oyunların Azərbaycanda keçirilməsi Bakı üçün məsuliyyətdir.
Təbii ki, Bakı olduqca gözəl ilk Avropa Oyunlarının təşkilində tarixə imza atacaq. Qeyd edək ki, ilk Avropa
Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud qurğular
yenilənərək hazır vəziyyətə gətirilir. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik Bakı Olimpiya
Stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. 2015-ci il iyunun 12-dən
28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə
aparacaq.
Olimpiya Oyunlarından daha böyük olan Avropa Oyunlarına hazırlıq üçün Azərbaycana iki il yarım vaxt
verilsə də iyirmi idman növü üzrə yarışacaq 6 mindən artıq atletin gəlməsini gözləyən Azərbaycan ciddi-cəhdlə
işləri sürətləndirib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə görə, Olimpiya
Oyunlarının keçirilməsi məqsədilə şəhərə yeddi il müddət verilsə də "Bakı-2015" yarışması Azərbaycana üçün
cəmi 30 ay vaxt verildi. Onun sözlərinə görə, ilk Avropa Oyunları yaddaqalan tədbir olacaq və Bakıda olduqca
gözəl ilk Avropa Oyunları keçiriləcək: "Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin
təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi
əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Zati-
aliləri Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də Onun Azərbaycan Milli Olimpiya
Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib".
Bu gün paytaxtımız hazırlıq işinin son mərhələsini yaşayır. Azərbaycan Prezident Cənab İlham Əliyevin
Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimat mərasimindəki çıxışında vurğulayıb ki, ölkəmizdə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
188
müasir idman infrastrukturunun yaradılması sahəsində çoxlu işlər aparılıb. Hazırda Xəzər dənizinin sahilində
Bakı İdman Şəhərciyi yaradırlır: "Nəqliyyat infrastrukturumuzu yeniləşdiririk. Bu, əlbəttə, regionda ən yaxşı
şəbəkələrdən biri olacaq. Bakıda yeni mehmanxanalar açılır. Eyni zamanda, Xəzərin sahilində uzunluğu 16
kilometr olan yeni gəzinti zonası yaradılır. Bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl məkan olacaq". Bu
ifadələr Azərbaycan reallıqlarına söykənir. Ölkəmizdə ictimai- siyasi sabitliyin hökm sürməsi inkişafın
sürətlənməsinə səbəbdir. Bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən birinə
çevrilib. İki il ərzində 2015-ci ildə Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının
Azərbaycanda keçirilməsi Azərbaycanın bugünkü reallığını əks etdirir və ölkə mənzərəsindən qaynaqlanır.
Azərbaycanı parlaq idman gələcəyinə aparan yol
İdmanın Azərbaycan cəmiyyətində xüsusi yer tutduğundan "Bakı-2015" idman tarixində yeni maraqlı səhifə
olacaq. "Bakı-2015" Oyunları Azərbaycanı parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün
dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola
bilər. Heç şübhəsiz ki, 2019-cu ildəki oyunlar Bakıdakı bu yarışmanın tam təkrarı olmayacaq. Belə ki, Bakıda
ən yaxşı praktiki modellər hazırlanıb.
Görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. İlk Avropa
Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün mühüm
hadisədir. Həm də Azərbaycan üçün böyük sınaqdır. Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya nəyə
qadir olduğunu bir daha nümayiş etdirəcək.
“Səs”.-2015.-31 yanvar.-№ 19.-S.11.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
189
"İlk Avropa Olimpiya Oyunlarina hazırlıq işləri yüksək templə davam etdirilir"
Tahir Abbaslı
Asif Əsgərov: "Dövlət Proqramının uğurla həyata keçirilməsi üçün rayonda bütün qüvvələr səfərbər olunub"
Paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda 2014-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən
işlərə yekun vurulub və 2015-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ötən il
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi
inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib, 2014-cü il ərzində rayonda görülən işləri təhlil
edərək, həlli vacib problemlərin aradan qaldırılması yollarından danışıb. Qeyd olunub ki, 2014-cü ildə Səbail
rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 20
milyard 617,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 0,3 % çox məhsul istehsal
edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 514,3 milyon manatlıq və ya əvvəlki ilin
müvafiq dövrünə nisbətən 1,3 % çox nəqliyyat xidmətləri göstərilib. 2014-cü ildə rayondakı rabitə müəssisələri
tərəfindən 206,9 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 1,4 % çox rabitə xidmətləri göstərilib. İl ərzində
bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 642,3 milyon manat olub ki, bu da əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 19,8 % soxdur. Tikinti quraşdırma işlərinə yönəldilən investisiyanın həcmi
3.272.8 milyon manat olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 63.3 % çoxdur. 2003-cü ilin
oktyabrından 2015-cü ilin yanvarın 1-dək rayonda 44163 yeni iş yeri açılıb Keçən il ərzində rayonun pərakəndə
ticarət şəbəkəsindən əhaliyə 294.5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,3 % çox istehlak
malları satılıb, 105.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28.9 % çox iaşə xidmətləri
göstərilib. 2014-cü ildə Səbail rayonunda çalışan işçilərin sayı 112.140 nəfər, orta aylıq əmək haqqının məbləği
isə 974,0 manat olub ki, bu da əvvəlki illə müqayisədə 3,0 % çoxdur. 2014-cü ildə rayonda hamısı daimi
olmaqla 1837 yeni iş yeri açılıb. Ümumiyyətlə isə 2003-cü ilin oktyabrından 2015-cü ilin yanvar ayının 1-dək
rayonda 44163 yeni iş yeri açılıb ki, onların da 43295-i daimidir. 2014-cü ildə Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonunda yeni inşa olunan Azərbaycan Xalça Muzeyi, Bakı
Oksford məktəbinin yeni binası, Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoramı,
Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılan muzey ekspozisiyası istifadəyə verilib. Rayonda aparılan
abadlıq-quruculuq işlərində Heydər Əliyev Fondunun, onun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın da əməyi xüsusi qeyd olunmalıdır. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar
qəsəbəsində yerləşən "Könül" körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq yenidən qurulub, bağça üçün 90
yerlik yeni əlavə korpus tikilib, Fond tərəfindən bağça bütün lazımi avadanlıq və ləvazimatlarla təmin olunub.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda
Səbail rayonu ilə bağlı daxil edilən 24 bənd üzrə tədbirlərin həyata keçirilməsi üçün rayonda bütün qüvvələr
səfərbər olunub, bu istiqamətdə müvafiq işlər aparılır.
Qeyd olunanlarla yanaşı, keçən il rayonda müvafiq Dövlət Proqramının icrası ilə bağlı 109 saylı 35
kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çataraq qurğu şəbəkəyə qoşulub, Bibiheybət Mədəniyyət evi və
qəsəbə kitabxanası, 2 saylı şəhər poliklinikası və "Turac" uşaq bağçası əsaslı təmir olunub. Badamdar
qəsəbəsində yeni su anbarlarının, iki mərtəbəli yeni İdman Kompleksinin və otel binasının tikintisi davam
etdirilir. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq
yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır. Badamdar qəsəbəsində Sahib İbrahimxəlilov, Əziz
Nəzərov və Gənclər küçələrindəki 168 ailənin yaşadığı 4 yaşayış binalarının fasadları və həyətləri təmir olunub,
Sahib İbrahimxəlilov küçəsi 1 ünvanında yerləşən binanın fasadına vaxtı ilə bu binada yaşamış şəhid Sahib
İbrahimxəlilovun yeni dizaynla işlənilmiş xatirə lövhəsi quraşdırılıb. Badamdar şosesində 2,2 km məsafədə
yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər, həmçinin burada yerləşən
obyektlərin fasadında və istinad divarında təmir-bərpa işləri davam etdirilir. İlk Avropa Olimpiya Oyunlarına
hazırlıq işləri yüksək templə davam etdirilir Hazırda rayonda Su İdmanı sarayının, "Alov qüllələri"
kompleksinin, Bakı bulvarının qərb hissəsində, ilkin olaraq "Xəzər Waterfront" layihəsi adlandırılan möhtəşəm
istirahət-əyləncə, alış-veriş mərkəzinin, yeni "İnterkontinental" və 5 mərtəbəli "İnturist" mehmanxanalarının,
Səbail rayon Prokurorluğu və 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binaların, Ali neft məktəbi üçün yeni
idman, yataqxana komplekslərinin və kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
190
binanın, Badamdar qəsəbəsində yeni Xəstəxana binasının, Müasir Avropa Məktəbinin, ölkədə keçiriləcək yerli
və Beynəlxalq tədbirlərin yüksək səviyyədə işıqlandırılmasını həyata keçiriləcək Bakı Media Mərkəzinin
tikintisi, Neftçilər prospektində İdman Oyunları Sarayının əsaslı təmiri davam edir. 2015-ci ildə Bakıda
keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud
fərdi yaşayış evləri, qeyri-yaşayış və digər tikililərin sahiblərinə müvafiq kompensasiyaların ödənilərək
köçürülməsi işləri aparılıb, Bayıl dairəsi ərazisində abadlıq işləri görülüb, yeni yeraltı keçid inşa olunub,
dairənin mərkəz hissəsində müasir istirahət bağı, yeni yaşıllıqlar salınıb. Dövlət başçısının tapşırıqlarına əsasən
Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət guşələrinin
yaradılması işləri davam etdirilib. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin
intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır. Bibiheybət qəsəbəsindən
Lökbatan dairəsinə kimi ərazidə, Salyan yolu boyunca yol kənarlarının abadlaşdırılması, burada yeni landşaftın
yaradılması işləri aparılıb. İşlər çərçivəsində yol boyunca bir neçə yerdə dekorativ rəngli daşlardan mozaika
kompozisiyaları yaradılıb, 8 min kvadrat metr sahəyə yeni yaşıl qazon salınıb, 10 min yeni ağac, 1000 ədəd
dekorativ ağac, 50 min gül kolu əkilib, yaşıllıqlara qulluq göstərilməsi, onların gündəlik suvarılması üçün
müvafiq tədbirlər görülüb.
Gül kollarından gözəl kompozisiyalar həmçinin şəhərin mərkəzində Üz. Hacıbəyov küçəsi, Parlament
prospekti, ərazidəki park və istirahət bağlarında da yaradılıb. Ümumilikdə isə il ərzində rayon ərazisində 16100
ədəd yeni ağac, 75000 ədəd gül kolu əkilib, 21000 kvadrat metr sahəyə qazon otu salınıb. Bakı dünyanın ən
gözəl şəhərlərindən birinə çevrilir Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi
əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə şəhərin
mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi
işləri davam etdirilib. Keçən il Qurban Abbasov, Fikrət Əmirov, Üz. Hacıbəyov küçələrində, Neftçilər
prospektindəki bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılıb, hazırda Zərifə Əliyeva, Adil İsgəndərov
küçələri, Bülbül, Neftçilər və Mətbuat prospektlərindəki binaların və Bibiheybət yolu 1 ünvanındakı yaşayış
kompleksinin üzlənməsi davam edir. Odur ki, son illərdə xaricdən Bakıya gələn qonaqların hamısı Şərq və Qərb
koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu şəhərin gözəlliklərinə heyranlıqlarını
gizlətmirlər. Onlar vurğulayırlar ki, Bakıda həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan
paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. İl ərzində rayonun mərkəz hissəsində səkilərə
dekorativ daş döşənib, magistral, məhəllədaxili və qəsəbədaxili küçə və yollarının təmir-asfaltlaşdırılması işləri
aparılıb. Rayonun məzunlardan 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub 2013-2014-cü
təhsil ilinin yekununa görə Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülüb. Son 4
ildə isə rayonun məzunları ümumilikdə 43 qızıl və 3 gümüş medala layiq görülüblər. 2013-2014-cü tədris ilində
rayonun orta məktəblərini 1355 nəfər bitirib, onlardan 1190 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd
verib. Abituriyentlərin 901 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-
dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 124 nəfər xarici ölkələrin
müxtəlif ali məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq
görülüb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli sərəncamı ilə Bülbül adına orta-ixtisas
musiqi məktəbinin şagirdləri - İbrahimova Aytən Ümid qızı və Zeynalova Leyla Samir qızının adları musiqi
sahəsində xüsusi istedadı olan gənc kimi Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və onlar
xüsusi aylıq təqaüdə layiq görülüblər. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli
sərəncamı ilə 6 saylı orta məktəbin müəllimi Sona İbrahim qızı Musayeva və 160 saylı Klassik gimnaziyanın
müəllimi Rubiynə Elton qızı Qasımova 2013-/2014-cü tədris ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibləri sırasinda olublar. Müsabiqənin keçirildiyi 7 il ərzində Səbail rayon məktəblərində çalışan
müəllimlərdən 54 nəfər "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında olublar. Beynəlxalq Müəllim
günü ərəfəsində ölkə Başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 3 nəfəri - "Əməkdar
müəllim" Fəxri adına, 4 nəfər isə "Tərəqqi" medalına layiq görülüblər. 2014-cü il ərzində Səbail rayon icra
hakimiyyəti tərəfindən keçirilən tədbirlər və təşkil olunan görüşlər zamanı hədiyyə ilə təltif olunanların,
müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 19947 olub. Səbail rayonunda 2814 nəfər müxtəlif sosial
müavinət alır Keçən il rayonun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər
görülüb, ABŞ-ın Nyu-York şəhərinin Bruklik inzibati rayonu və Yaponiyanın paytaxtı Tokio şəhərinin Mequro
rayonu ilə dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb. İl ərzində həyata keçirilən işlərlə yanaşı Səbail
rayon İcra Hakimiyyəti tərəfindən bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil edilib. İl ərzində rayon
Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət
göstərilməsi istiqamətində xeyli iş görülüb, yeni qaz xətləri çəkilib, yarımstansiyalar, transformatorlar
quraşdırılıb, sayğaclaşma aparılıb, bununla da rayon sakinlərinin elektrik enerjisi və təbii qazla təminatında
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
191
müsbət dəyişikliklər baş verib. Ötən il ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə - Ünvanlı
Sosial Yardım almaq üçün 302 ailə (1164 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 132,0 manat
sosial yardım təyin olunub. Ümumilikdə, Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2814 nəfər
müxtəlif sosial müavinət alır. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsi tərəfindən ötən il ərzində 3187
nəfər təqaüdçülərə 39.741,6 min manat təqaüd və müavinət ödənilib. Səbail rayon Məşğulluq Mərkəzi
tərəfindən 938 nəfər iş axtaran işə təmin olunub, il ərzində Mərkəzdə 140 nəfər vətəndaş üçün "Kompyuter
istifadəçisi", "Kompyuter-dizayner", "İngilis dili", "Xalçaçı", "Kompyuter mühasibliyi", "Aşbaz köməkçisi",
"Qazanxana maşinisti" və "Dərzi" peşə kursları açılıb. "Əmək yarmarkaları"nda 42 nəfər daimi işlə təmin
olunub. Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan sanitar-gigiyenik əks epidemik
tədbirlər nəticəsində bir sıra xəstəliklər qeydə alınmayıb, bir sıra xəstəliklərin isə sayı azalıb. Bələdiyyə seçkiləri
yüksək səviyyədə keçirilib 2014-cü ildə ölkəmizdə mühüm siyasi tədbir olan Bələdiyyə seçkiləri keçirilib.
Mühüm siyasi tədbirlə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən 29 saylı Səbail və 23 saylı Nəsimi-
Səbail Seçki Dairələri üzrə nəzərdə tutulan əsas təşkilati və hazırlıq tədbirləri görülüb. Rayonda yaradılan 42
Məntəqə seçki komissiyaları texniki təchizat baxımından seçkilərin keçirilməsinə tam hazır olublar. Məntəqə
seçki komissiyalarının əksəriyyətinin yerləşdiyi binalarda təmir işləri aparılıb, onların hamısı lazımi avadanlıq
və materiallar, rabitə vasitələri ilə təmin olunub. Rayonda seçkiqabağı hazırlıq işləri yüksək səviyyədə təşkil
olunub, 3 Bələdiyyə üzrə qeydə alınan müxtəlif siyasi partiya, ictimai birlik və bitərəfləri təmsil edən 116
namizəd arasından Səbail Bələdiyyəsinə 17, Badamdar Bələdiyyəsinə 15 və Bibiheybət Bələdiyyəsinə 9 nəfər
üzv seçilib. Noyabr ayında "Aşura" mərasimi zamanı İçəri şəhər "Cümə" məscidində və Bibiheybət məscidində
müxtəlif irsi xəstəlikdən əziyyət çəkən vətəndaşların ehtiyacları üçün qanvermə aksiyası təşkil olunaraq,
ümumilikdə 419 nəfər könüllü qan verib, RİH-nin dəstəyi ilə 4 nəfər həcc ziyarətinə göndərilib. Ağır və xüsusi
ilə ağır cinayətlərin sayı azalıb Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov öz
çıxışında qeyd edib ki, 2014-cü il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində
663 cinayət hadisəsi qeydə alınıb, onlardan 488-nin və ya 78,6%-nin açılması təmin edilib. Ağır və xüsusi ilə
ağır cinayətlərin sayı keçən illə müqayisədə 111-dən 99-ədək və ya 12 fakt azalıb, onların 50-nin və ya 58,8%-
nin açılması təmin edilib.
Qeyri aşkar şəraitdə baş verən cinayətlər 277-dən 312-ədək artıb, onlardan 191-nin və ya 62,4%-nin açılması
təmin edilib. Şəxsiyyət əleyhinə olan cinayətlər 94-dən 78-ədək və ya 16 fakt azalıb, onların 72-nin və ya
92,3%-nin açılması təmin edilib. Mülkiyyət əleyhinə ümumilikdə baş vermiş cinayətlər 266-dan 357-ədək və ya
91 fakt artıb, onların 238-nin və ya 70,0%-nin açılması təmin edilib. Baş vermiş oğurluq cinayətləri 137-dən
168-ədək və ya 31 fakt artıb, onların 92-nin və ya 54,8%-nin açılması təmin edilib. Hesabat dövründə xarici
ölkə vətəndaşları tərəfindən 11, onlara qarşı isə 16 cinayət hadisəsi baş verib. Xarici vətəndaşlara qarşı baş
vermiş 16 cinayət hadisədən 14-nün və ya 87,5%-nin açılması təmin edilib. Aparılan tədbirlər nəticəsində
hesabat dövründə qeydiyyatda olan 87 cinayətkardan 59-nun və ya 67,8%-nin, o cümlədən oğurluğa görə 21-
dən 18-nin, dələduzluğa görə 30-dan 18-nin, xuliqanlığa görə 8-dən 5-nin, quldurluğa görə 2-dən 1-nin, hərbi
cinayətlərə görə 3-dən 1-nin və digər cinayətlərə görə 23-dən 11-nin tutulması təmin edilib. Eyni zamanda
keçmiş illərdən axtarışda olan 28 nəfərdən 8-i və ya 28,5%-i tutularaq istintaqa təhvil verilib. Xəbərsiz itkin
düşənlərin tapılması sahəsində də müəyyən işlər görülüb və xəbərsiz itkin düşmüş 16 nəfərdən 11-i və ya
68,5%-i tapılaraq qohumlarına və yaxınlarına təhvil verilib. Hesabat dövründə narkotiklərlə mübarizə sahəsində
rayon ərazisində ümumilikdə aşkar olunan faktların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 78-dən 93-
ədək artıb. Aşkar edilən faktlardan 22-i satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul
edilməsi ilə əlaqədar olub. Aşkar edilən faktlar üzrə 9 kq 766 qram narkotik maddə götürülərək qanunsuz
dövriyyədən çıxarılıb, keçən illə müqayisədə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi
miqdarı 3 kq 352 qram artıb. İl ərzində aparılan tədbirlər nəticəsində 1 ədəd pnevmatik tapança, 2 ədəd əl
qumbarası aşkar edilib götürülüb. İstintaqı tamamlanmış cinayət işləri üzrə vurulan maddi ziyanın məbləğinin
957 min 411 manat olması müəyyən edilib və bundan 644 min 636 manatı, və ya 67,3%-i ödətdirilib. Hesabat
dövründə polis sahə rəisləri və polis sahə inspektorları tərəfindən 3110 inzibati protokol tərtib edilib, protokollar
üzrə ümumilikdə dövlət büdcəsinə 69 min 777 manat cərimə ödətdirilib. Hesabat dövründə yetkinlik yaşına
çatmayanlarla profilaktiki işinin təşkili bölməsi tərəfindən də müəyyən işlər görülüb. İl ərzində rayon ərazisində
4 azyaşlı tərəfindən cinayət hadisəsi törədilib (onlardan yalnız 1-i Səbail rayon sakinidir).
Rayon Polis İdarəsinin icraatında 14 profilaktik iş var, onlardan 2-i uğursuz ailə barəsindədir. Dövlət yol
polisi şöbəsinin əməkdaşları tərəfindən keçən il inzibati təcrübə üzrə 128 min 988 işə baxılıb və 23 min 18
sürücü cərimə olunaraq dövlət büdcəsinə 662 min 710 manat cərimə ödətdirilib. Qaçqın və məcburi köçkün
soydaşlarımızın problemləri də daim RİH-nin diqqət mərkəzində olub Rayon ərazisində qeydiyyatdan keçən
qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli də daim RİH-nin diqqət mərkəzində
olub. Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunan uğurlardan, mövcud problemlər və onların aradan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
192
qaldırılması yollarından danışıb, rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirib.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunub. Bu il
yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2014-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib, yüksək
nəticələr əldə etmiş 20 nəfər orta məktəb şagirdinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr
təqdim olunub. Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı
Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Fuad Muradov, Dövlət Bayrağı Meydanı Kompleksinin
rəisi Rəşad Məmmədov iştirak ediblər.
Dostları ilə paylaş: |