“Palitra”.-2015.-4 fevral.-№ 30.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
220
Avropa Oyunlarına maraq böyükdür
Vüsal
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov Neva sahilində yerləşən bu şəhərin ən
qocaman və populyar nəşrlərindən biri sayılan "Veçerni Peterburq" qəzetinə müsahibə verib. Baş konsul 1992-ci
ilin aprelində Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulması tarixi, bu münasibətlərin
müasir vəziyyəti və 20 ildən çox müddətdə sürətlə inkişafı barədə məlumat verib.
Diplomat Azərbaycan ilə Sankt-Peterburq arasında iqtisadi, humanitar və mədəni əlaqələri vurğulayaraq
bildirib ki, belə əlaqələr sayəsində 2014-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası ilə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət
Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum
imzalanıb, 2014-cü il oktyabrın 16-17-də Bakıda Sankt-Peterburqun mədəni-işgüzar missiyası həyata keçirilib,
2014-cü il aprelin 17-də Tavriya Sarayında böyük ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin
sədri Əlimərdan bəy Topşubaşovun büstü açılıb.
Ölkəmizin turizm potensialı üzərində dayanan E. Qulamov Azərbaycana gələn xarici turistlərin sayının son
10 ildə iki dəfə artdığını bildirib. Vurğulayıb ki, müxtəlif dövrlərə aid 6 mindən çox mədəniyyət abidəsi və 130-
dan çox muzey turistlər üçün çox cəlbedicidir. Azərbaycanda 500-dən çox komfortlu otel fəaliyyət göstərir ki,
onların arasında dünyanın ən məşhur və nəhəng otel şəbəkələri təmsil olunub. Bundan əlavə, Azərbaycan
tarixində ilk dəfə "Şahdağ" dağ-xizək kurortunun açılışı olub. Sonra diplomat 2015, 2016 və 2017-ci illərdə
nəzərdə tutulan Birinci Avropa Oyunlarından, "Formula-1" üzrə Qran-pri yarışlarından və İslam Həmrəyliyi
Oyunlarından söz açıb.
Azərbaycanın İndoneziya, Timor-Leste, Filippin və Sinqapurdakı səfiri Tamerlan Qarayev İndoneziyanın
"SCTV qrupu"na məxsus "KMK Online" kanalına müsahibə verib. Səfirlikdən "Həftə içi"nə bildirilib ki,
diplomat müsahibədə Azərbaycan -İndoneziya əlaqələrinin siyasi, iqtisadi və mədəni aspektləri, Ermənistanın
Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, Azərbaycanın regiondakı rolu, multikulturalizm, Ukrayna
ətrafında baş verən hadisələrə dair Azərbaycanın mövqeyi barədə danışıb, indoneziyalı turistləri ölkəmizə cəlb
edəcək maraqlı faktlar diqqətə çatdırılıb.
Səfir Azərbaycan ilə İndoneziya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi
əlaqələrin də qənaətbəxş olmasına baxmayaraq, bu sahədə, eləcə də turizm sahəsində əməkdaşlığın inkişafı üçün
böyük potensialın mövcudluğunu qeyd edib. O, bu sahələrdə əlaqələrin inkişafı üçün birbaşa aviareyslərin və
yük daşımalarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında söhbət açan T. Qarayev İndoneziya hökumətinin İslam
Əməkdaşlıq Təşkilatının rəsmi Yerevana qarşı siyasi və iqtisadi sanksiyalara dair mövcud qətnamələrinin tətbiq
edilməsinin önəmini diqqətə çatdırıb. Müsahibədə T. Qarayev İndoneziya haqqında təəssüratlarını da bölüşüb.
Yaponiyanın məşhur "Point de Vue Japon" jurnalının cari ildəki ilk nömrəsində azərbaycanlı Rəna
İsmayılzadənin ölkəmizlə bağlı geniş müsahibəsi dərc olunub. R. İsmayılzadə Azərbaycanın coğrafi mövqeyi,
tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri barədə ətraflı məlumat verib. Müxbirin Naxçıvan Muxtar
Respublikasının Azərbaycanla sərhədinin olmaması barədə sualı cavablandıran R. İsmayılzadə Azərbaycan
Xalq Cümhuriyyətinin yaranma tarixindən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs edib. Naxçıvan Muxtar Respublikasının uzun illər Ermənistan
tərəfindən blokadaya alınması, müharibənin regiona və ölkəmizə vurduğu ziyan, xalqımızın tarix boyu üzləşdiyi
haqsızlıqlar, sovet işğalından əvvəl Azərbaycanın daha böyük əraziyə malik olması ilə əlaqədar faktlar
oxucuların diqqətinə çatdırılıb.
Müsahibə zamanı R. İsmayılzadə ölkəmizin füsunkar təbiəti, zəngin təbii sərvətləri, mətbəxi, milli
bayramları barədə söhbət açıb, Azərbaycanın tolerant cəmiyyət kimi dünyada böyük nüfuza malik olduğunu və
beynəlxalq təşkilatlar tərəfindən bir nümunə kimi qəbul edildiyini vurğulayıb. Müsahibədə Azərbaycan
mədəniyyətinin dünyada tanıdılması, beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyətlərarası dialoqun aparılması
prosesində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti və xidmətləri barədə də məlumat verilib.
Bundan başqa, müsahibədə Azərbaycanda son illər təşkil olunan beynəlxalq humanitar və iqtisadi forumlar,
bu il keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq prosesinin gedişi, həyata keçirilən irimiqyaslı layihələr,
ölkəmizin tarixi abidələri, gözoxşayan mənzərələri, Azərbaycan ilə Yaponiya arasındakı mədəni əlaqələrin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
221
durumu və perspektivləri haqqında söhbət açılıb. Jurnalın səkkiz səhifəsini əhatə edən müsahibədə ölkəmizlə
bağlı maraqlı fotolara yer verilib.
Baltikyanı ölkələrdə ən populyar "Delfi" informasiya portalında Azərbaycan Respublikasının birinci xanımı,
"Bakı-2015" birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
haqqında məqalə dərc edilib. Çoxsaylı fotomateriallarla illüstrasiya edilmiş məqalədə Mehriban xanımın həyat
yolundan bəhs edilir. Bu yazı "Delfi" informasiya xəbər portalı ilə Azərbaycanın Tallindəki səfirliyinin
əməkdaşlığı sayəsində, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının
populyarlaşdırılmasına yönəlmiş layihəsinin həyata keçirilməsi çərçivəsində çap edilmiş silsilə məqalələrdən
biridir.
Ümumiyyətlə, qarşıdakı Avropa Oyunları və Azərbaycan haqqında müxtəlif mövzularda 20-dən çox məqalə
dərc edilməsi planlaşdırılır. Hələlik yalnız eston dilində çap olunan bu məqalələrin sonradan "Delfi"
səhifələrində rus dilində də nəşri nəzərdə tutulur. Estoniyalı oxucular Avropa Oyunlarının keçirilməsi ideyasının
tarixi, Oyunlara hazırlığın gedişi və təşkilati işin yüksək səviyyədə olması barədə məlumat alıblar. Estoniya
ictimaiyyəti Azərbaycan haqqında - onun keçmişi və bu günü, zəngin mədəniyyəti, adət və ənənələri, o
cümlədən keçən əsrin əvvəlində Estoniya ilə Azərbaycan arasında münasibətlərin tarixi barədə maraqlı faktlarla
tanış olub. Müasir Azərbaycan, onun sürətli iqtisadi inkişaf fenomeni barədə məlumatlar oxucuların xüsusi
marağına səbəb olub. Qeyd etmək lazımdır ki, bu məqalələr Estoniya ictimaiyyəti tərəfindən böyük maraqla
qarşılanır, məqalələrə və onlarla bağlı şərhlərə baxışların sayı isə belə deməyə əsas verir ki, Azərbaycan
haqqında rubrika "Delfi" portalının ən populyar rubrikalarından biridir.
“Həftə içi”.-2015.-19 fevral.-№ 32.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
222
Avropa Oyunlarının standartları Bakıda qoyulacaq
Müsahibimiz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovdur
Taleh Bağırov
Günbəgün qüdrətlənən, uğurlu addımları ilə dünyanın diqqətində olan Azərbaycan eyni zamanda beynəlxalq
tədbirlərin keçirilməsi üçün əsas məkandır. Bu amil ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və
rolunun aydın mənzərəsini yaradır. Malik olduğu imkanların, həmçinin reallıqlarının dünyaya təqdimatı üçün
yeni imkanlar əldə edən Azərbaycan bu il də Birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla söhbətimiz də bu tədbir ətrafındadır.
- Raqif müəllim, Birinci Avropa Olimpiya Oyunlarının başlanmasına çox az vaxt qalıb. Maraqlıdır, hazırlıq
işləri hansı mərhələdədir?
-Bildiyiniz kimi, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar iki il bundan əvvəl verilib.
Adətən isə belə yarışların hansı ölkədə keçiriləcəyi barədə qərar yarışlara 5-7 il qalmış artıq məlum olur. Amma
buna baxmayaraq Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri və ölkə Prezidentimiz cənab İlham Əliyevin
rəhbərliyi altında həm Beynəlxalq Olimpiya, həm Avropa Olimpiya Komitəsinə dövlət zəmanəti verildi ki,
Azərbaycan bu oyunların keçirilməsinə tam hazırlıqlıdır və oyunların başlanmasına qədər bütün idman
qurğuları, olimpiya şəhərciyi, digər infrastruktur hazır vəziyyətdə olacaq. Belə də oldu. Bu gün tam əminliklə
deyə bilərik ki, bütün hazırlıq işləri əvvəlcədən tərtib olunmuş qrafikə uyğun şəkildə həyata keçirilir. İstər
maddi, istər texniki, istər idman qurğularının və Olimpiya şəhərciyinin tikinti və təmiri, qonaqların
yerləşdirilməsi üçün yerlər və digər bu kimi məsələlər yüksək səviyyədə həll olunmaqdadır. Baxmayaraq ki,
Olimpiya hərəkatı Avropada yaranıb, Birinci Avropa Olimpiya Oyunlarının bir müsəlman ölkəsində yüksək
səviyyədə keçiriləcəyinə böyük əminlik var. Bununla da cənab Prezident İlham Əliyevin səyləri nəticəsində ilk
Avropa Oyunlarının standartı məhz Bakıda müəyyənləşəcək. İdman qurğularının tikinti və təmirinə gəldikdə
deyə bilərəm ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Bakı və Bakıətrafı
ərazilərdə bu sahədə işlərə artıq çoxdan başlanılıb. Xüsusən tutumu 70 min nəfərə yaxın olan “Olimpiya”
stadionu, bədii gimnastika üzrə idman arenası, İdman Konsert Kompleksi, Əl Oyunları İdman Sarayı və digər
arenalar ya yenidən tikilir, ya da yüksək standartlar çərçivəsində təmir olunur. Bunlardan başqa Su-hovuz
Kompleksinin, Olimpiya kəndinin tikintisini, Mingəçevir şəhərində avarçəkmə yarışları üçün uyğunlaşdırma
işlərinin aparılmasını, Velodromda və Stend atıcılığı mərkəzində yenidənqurma işlərinin aparılmasını göstərə
bilərik. Əlavə olaraq “Bakı Expo Mərkəzi”, “Billur saray”, genişləndirilərək oturacaqların sayı 35 min nəfərə
çatdırılan T. Bəhramov adına Respublika stadionu və “Sərhədçi” İdman Kompleksi yarışlların bir neçə növünə
ev sahibliyi edəcək. Eyni zamanda təlim-məşqlər və köməkçi məqsədi ilə digər idman arenalarından da istifadə
olunacaq. Bir sözlə, təmir-tikinti işləri qrafikə uyğun olaraq aparılır və mart-aprel aylarında həmin idman
mərkəzlərində test yarışlarına start veriləcək.
- Ümumən neçə idman növündə yarışlar olacaq və nə qədər idmançı Bakıda öz ölkəsini təmsil edəcək?
- İştirakçılar 20 idman növündə qüvvəsini sınayacaq ki, bunların da 16-si olimpiya idman növü, dördü isə
qeyri-olimpiya idman növüdür. 50 ölkədən olmaqla idmançıların sayı 6 min 300 nəfərə yaxındır. 3 min nəfərdən
çox isə məşqçi, hakim, texniki heyət, min nəfərə yaxın media nümayəndələri olacaq. Bakıya gəliş əsasən may
ayının 29-dan etibarən başlayacaq, gediş isə iyul aylarının ilk günlərinə kimi davam edəcək. Hər bir ölkə
idmançılarının iştirakı kvotayla olacaq. Burada Olimpiya, Dünya, Avropa və digər beynəlxalq yarışların
qalibləri iştirak edəcək.
- Azərbaycan idmançıları ölkəmizi hansı idman növlərində təmsil edəcək, hansı nəticələr gözlənilir?
- İlk olaraq nəzərinizə çatdırım ki, Azərbaycan ev sahibi olduğu üçün bütün idman növlərində təmsil
olunmaq hüququ əldə edib. Məlum olduğu kimi, ölkəmizdə ənənəvi və ənənəvi olmayan idman növləri var.
Ənənəvi olmayanlardan sinxron üzgüçülük, suya tullanma, stolüstü tennis, badminton, kamandan oxatma,
çimərlik futbolu və voleyboludur ki, bu növlərdə də iştirakçılarımız olacaq. Nəticələrə gəldikdə, deyə bilərəm
ki, əlbəttə, bütün növlərdə birincilik əldə etmək mümkün deyil. Amma yuxarıda da qeyd etdiyim kimi,
Azərbaycanda ənənəvi olan növlər var ki, bu sahədə şübhəsiz nailiyyətlər gözləyirik. Əgər medal əyarına və
sayına görə ölkələrin sıralanmasında London Olimpiadasında biz Avropa qitəsindən ilk on beşlikdə təmsil
olunurduqsa, sözsüz ki, Bakıdakı oyunlarda hədəf daha yaxşı nəticədir. Çünki burada idmançılarımızın hər il
daha da yaxşı forma qazanmaları ilə yanaşı, doğma meydan üstünlükləri olacaq. Ənənəvi növlərdən bədii
gimnastika, taekvando, güləş, cüdo, boks və s-də rəqiblərini daima təşvişdə saxlayacaq idmançılarımız var.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
223
Bundan başqa bir neçə legionerlərimiz də var ki, onlar da öz sözlərini deməlidir. Əminik ki, həm komanda, həm
də fərdi şəkildə nəticələrimiz yaddaqalan olacaq. Bu oyunlar ilk dəfə keçiriləcəyindən burada qələbə qazanan
hər bir şəxs Avropa Oyunlarının tarixinə düşəcək. Cənab Prezidentimiz İlham Əliyev də hər zaman çıxışlarında,
müsahibələrində bildirir ki, Bakıda keçirilən ilk Avropa Olimpiya Oyunları bundan sonra keçiriləcək bütün
Avropa Oyunları üçün bir etalon olacaq, ilk standartlar burda, Bakıda yaranacaq. Məhz bu amil də
idmançılarımızı qələbəyə ruhlandıran nüansdır.
- Yarışlar Azərbaycan gəncliyində hansı hissləri yaradır?
- Avropa oyunları zamanı sözsüz ki, bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Qeyd etdiyim kimi,
ölkəmizdə ənənəvi olan və ənənəvi olmayan idman növləri var. Burada hədəflərimizdən biri də, Avropa
oyunlarından sonra Azərbaycanda ənənəvi olmayan idman növlərini gücləndirmək, inkişaf etdirməkdir.
Azərbaycanı gəlib görəcəklər, bəzi mütəxəssislər öz təkliflərini verəcək, yığma komandamızın tərkibinə yeni
soyadlar əlavə olunacaq. Bir çox ölkə Bakıda təlim-məşq toplantılarının keçirilməsini istəyəcək. Nəticələrdən
asılı olaraq bu və digər idman növlərinə axın artacaq. Ölkənin 16 gün idman bayramında iştirakı, televiziya
kanallarında canlı yayımların verilməsi, ictimaiyyət tərəfindən idmançılara rəğbətin artması və s bu kimi amillər
gənclərin idmanın müxtəlif növləri ilə məşğul olmasında müsbət rol oynayacaq. Aparılan bütün təhlillər də
göstərir ki, hansı ölkədə belə böyük idman tədbirləri keçirilirsə, o ölkədə idmanın müxtəlif sahələrinə maraq
artır, növbəti illər üçün daha yaxşı nəticələr əldə olunur.
- Sözsüz ki, Avropa Oyunlarının həm siyasi, həm də iqtisadi tərəfləri böyük önəm daşıyır. Bununla bağlı
fikirlərinizi bilmək maraqlı olardı.
- Əvvəla bəlli olan məşqçi, hakim və texniki heyətin, jurnalistlərin, Avropa və Beynəlxalq Olimpiya
Komitəsinin nümayəndələrinin gəlib-getməsi, çoxsaylı qonaqların gəlməsi, otellərdə qalması, burda tarixi və
görməli yerləri gəzməsi, Azərbaycanın milli məhsullarının satılması və s. iqtisadiyyatımıza xeyli gəlir gətirmiş
olacaq. Bunlar iqtisadi tərəflərdir. Siyasi nöqteyi- nəzərdən isə bu oyunların önəmi daha böyükdür. Məlum
olduğu kimi, Azərbaycanın 20 faiz torpaqları işğal olunub və 1 milyona yaxın qaçqın və məcburi köçkünü var.
Bunları uzun illərdir ki, dünya ictimaiyyətinin diqqətinə çatdırmağa, ölkədəki reallığı göstərməyə çalışırıq. Bu
baxımdan çox gözəl imkan yaranacaq. Avropanın 50-yə yaxın ölkəsinin rəsmi şəxsləri açılış mərasiminə
qatılacaq. İyirmiyə yaxın dövlət başçısı, idman ictimaiyyəti, turistlər və jurnalistlər ölkə reallıqlarımızı öz
gözləri ilə görəcəklər. Eyni zamanda gələn qonaqlar Azərbaycanın necə bir ölkə olduğunun, qısa zamanda
böyük uğurlara imza atdığının, inkişafın yüksək mərhələsində olduğunun, demokratik dəyərlərə nə qədər böyük
hörmətlə yanaşıldığının şahidi olacaqlar. Qonaqlar görəcəklər ki, hazırda dünyanın bir çox ölkələrində qeyri-
sabitlik olduğu halda, Azərbaycanda tam sabitlik hökm sürür. Biz əminik ki, bu böyük idman tədbiri dünya
üçün, qitə üçün yaddaqalan olacaq, Azərbaycan öz həqiqətlərini dünyada tanıdacaq, qonaqpərvərliyini,
tolerantlığını nümayiş etdirəcək.
- İlk Avropa Olimpiya Oyunlarının açılış mərasimi haqqında nə deyə bilərsiniz?
- Bu barədə danışmaq istəmirəm. Amma qısa olaraq bildirim ki, iyun ayının 12-də 70 minlik Olimpiya
stadionunda möhtəşəm bir mərasimin keçirilməsi planlaşdırılır. Bütün dünya buna heyran qalacaq. Çoxlu
sürpriz adlar və proqramlar olacaq. Demək olar ki, bütün açılış boyunca, istər stadionda olan insanlar, istərsə də
dünyanın dörd bir yanında ekran qarşısındakı tamaşaçılar Azərbaycanın ən qədim zamanlarından bu gününə
kimi, bütün milli-mənəvi dəyərlərini, adət ənənələrini əks etdirən maraqlı səhnələrin şahidi olacaq. Bir sözlə,
möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevriləcək.
“İki sahil”.-2015.-19 fevral.-№ 32.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
224
Azərbaycan bu gün dünyada həm də idman ölkəsi kimi tanınır
I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bunu bir daha təsdiq edir
Məhərrəm MƏMMƏDOV,
fəxri dəmiryolçu,
iqtisadçı-ekspert
Son illərdə böyük inkişaf yolu keçən respublikamız bir çox sahələrdə mühüm uğurlara imza atmışdır.
Ulu öndər Heydər Əliyevin sayəsində siyasi sabitliyin əbədi olaraq bərqərar edildiyi Azərbaycan bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir və bu yüksəlişdən, eləcə də dünyanın enerji
təhlükəsizliyinə, sülhün qorunmasına verdiyi böyük töhfələrdən irəli gələrək beynəlxalq mövqelərini
möhkəmləndirir.
Təbii ki, hər bir ölkəni çağdaş dövrümüzdə dünya nizamı üçün əhəmiyyətli edən meyarlardan biri məhz onun
beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar da hansısa ölkədə öz tədbirlərini
keçirərkən onun imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. İndiyədək
Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi tədbirləri keçirilmişdir.
Eyni fikirləri idman yarışları barədə də demək olar. Bu sıraya müxtəlif mövzulu beynəlxalq konfransları,
simpoziumları da aid etmək olar. Bunun özu göstərir ki, bütövlükdə Azərbaycan beynəlxalq tədbirlərin
keçirildiyi bir məkandır. Araşdırsaq görərik ki, işğalçı Ermənistan indiyədək cəmi bir neçə belə tədbir keçirib ki,
onlarda da məhdud sayda insan iştirak etmişdir.
Çoxsaylı siyasi, mədəni və digər səpkili beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən
respublikamız növbəti möhtəşəm tədbir ərəfəsindədir. Bu, cari ilin iyununda Bakıda keçiriləcək I Avropa
Oyunlarıdır. Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək
idmançılar, qonaqlar Azərbaycanla tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.
Bir çox xalqların bir araya gələcəyi, bütün Avropanın yaxından izləyəcəyi bu idman yarışmasına
Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfələr verəcək,
sivil dünyanın ayrılmaz hissəsi olan ölkəmizin mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün
dünyaya nümayiş etdirəcək.
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha qeyd edək ki, təsadüfi deyil. Xatırladım ki, ölkə
Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyi müddətində ölkədə nəhəng
idman infrastrukturu yaradılmış və bu proses respublikamızın bütün regionlarını əhatə etmişdir. Bədən tərbiyəsi
və idmanın geniş vüsət alması nəticəsində Azərbaycan beynəlxalq olimpiya hərəkatına qoşulmuş, bu sahədə
sistemli şəkildə qlobal layihələr reallaşdırılmışdır. Milli Məclis tərəfindən 1997-ci ildə “Bədən tərbiyəsi və
idman haqqında” Qanun qəbul edilmişdir. Həmin qanunla idmanın inkişaf etdirilməsinin hüquqi əsasları
müəyyənləşdirilmiş, dövlətin idman siyasəti formalaşdırılmışdır.
Bununla yanaşı, diqqəti ölkə rəhbərinin Milli Olimpiya Komitəsinə prezident seçildiyi vaxtdan ötən
müddətdə qazanılan uğurlara yönəltmək istərdim. 2000-ci ildə Azərbaycan idmançıları tərəfindən Sidney Yay
Olimpiya Oyunlarında ilk böyük uğur-31 idmançı tərəfindən 2 qızıl və 1 bürünc medal əldə olundu. Afinada
(2004-cü il) 38 idmançı ilə biri qızıl olmaqla 5, Pekində (2008-ci il) 44 iştirakçı ilə yenə biri ən yüksək əyarlı
olmaqla 7 medal qazanıldı.
2012-ci il London Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları Vətənə rekord sayda - 2-si qızıl,
2-si gümüş və 6-sı bürünc olmaqla 10 medalla qayıtdılar. Olimpiya komandamız bu göstərici ilə 205 ölkə
arasında 30-cu yeri tutdu. Millimiz Avropa ölkələri sırasında 15-ci, MDB dövlətləri arasında 5-ci, müsəlman
ölkələri arasında 3-cü yerdə qərarlaşdı. Yaxud, başqa bir fakt. 1992-ci ildə cəmi 23 (olimpiya növləri üzrə 7)
medal qazanılmışdısa, 2002-ci ildə bu rəqəm 175 (olimpiya növləri üzrə 63) idi.
Sonrakı illərdə idman uğurlarının həm medal sayı, həm də növ çeşidi artan templə davam etmişdir. Ötən il
isə mötəbər yarışlarda 782 medal qazanılmış və onlardan 280-i qızıl əyarlı olmuşdur. Bəli, bütün bu uğurlar
Prezident İlham Əliyevin, eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycan idmanına
göstərdiyi diqqət və qayğının nəticəsidir.
Ümumiyyətlə, Azərbaycanın son illərdəki idman uğurları barədə geniş söhbət açmaq olar. Lakin burada bir
məqamı xüsusi vurğulamaq istərdim. Bu da ölkəmizin bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi
ilə bağlıdır. Bu, bir tərəfdən respublikamızın sosial-iqtisadi tərəqqisini sürətləndirmiş, digər tərəfdən turizm
potensialının inkişafına güclü təsir göstərmişdir. Fikrimin təsdiqi kimi, bir fakta nəzər salaq. Təkcə son iki il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
225
ərzində milli idman federasiyaları ilə birlikdə 140-dan çox respublika, 50-dən çox beynəlxalq səviyyəli yarış
keçirilmiş, 100-ə yaxın beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.
Azərbaycanda idmana xüsusi diqqət yetirilməsindən danışarkən bir tarixi hadisəni də xatırlatmaq istərdim.
Prezident İlham Əliyevin sərəncamı ilə “İdman ili” elan edilən 2012-ci ildə Azərbaycanın idman sahəsində bir
sıra mühüm uğurlar qazanılmışdır. Həmin ilin sonunda isə Avropa Olimpiya Komitəsi ilk dəfə 2015-ci ildə
qitənin ən böyük yarışının - I Avropa Oyunlarının keçirilmə hüququnu Azərbaycana vermişdir.
Yeri gəlmişkən, burada haşiyə çıxıb deyə bilərəm ki, dünya təcrübəsində bir qayda olaraq, olimpiya oyunları
kimi məsuliyyətli və çoxşaxəli idman tədbirinə hazırlıq üçün 6-7 il vaxt tələb olunur. Lakin Azərbaycanda
quruculuq işlərinin vüsəti, iqtisadi potensialın ildən-ilə yüksəlməsi ölkəmizə olan inamı xeyli artırmışdır.
Azərbaycanın bu gün idmanda ən yaxşı tərəfdaş kimi tanınması, yarış təşkilatçılığında hökumətin verdiyi
vədlərə əməl etməsi həm də ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi baxımından mühüm önəm daşıyır.
Hazırda respublikamız bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Ölkə başçısının müvafiq fərmanı ilə I
Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya
Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır.
Komitənin həyata keçirdiyi genişmiqyaslı tədbirlər deməyə əsas verir ki, bu tədbirə hazırlıq işləri nəzərdə
tutulan vaxtda başa çatacaqdır.
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, necə deyərlər, ölkəmizin öz halal haqqıdır. Son illər bir
sıra beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək sahəsində zəngin təcrübə
toplamış ölkəmizdə Avropa Oyunlarının da əsl idman bayramının təntənəsinə çevrilməsi üçün aparılan
genişmiqyaslı hazırlıq işləri artıq başa çatmaq üzrədir.
Azərbaycanda ilk Avropa Oyunları üçün aparılan hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Yarışın
yüksək səviyyədə təşkili üçün bütün infrastruktur tamamlanmaq üzrədir. Təşkilatçılar nəzərdə tutulan vaxtda
hazırlıq işlərini tamamlamağa çalışırlar. Yarışda iştirak edəcək hər bir şəxs, o cümlədən idmançılar və məşqçilər
üçün yaradılmış şərait təqdirəlayiqdir.
Doğrudan da Bakıda sözügedə yarışın keçirilməsi ilə bağlı qısa müddətdə genişmiqyaslı işlər görülmüşdür.
Milli Stadion artıq var qüvvə ilə açılış mərasiminə hazırlaşır, Su İdmanı Sarayında hovuz su ilə doldurulub,
heyrətamiz atıcılıq kompleksinin dəhlizlərində isə bəzi yerlərdə artıq güllər düzülüb. Dəniz idman növləri və
“3x3” basketbol üzrə yarışların keçiriləcəyi kompleksində metal konstruksiyalar hələ ki, gözə dəysə də
inşaatçıların burada çox qalmayacaqlarına şübhə yoxdur. Avropa Oyunları üçün yenilənmiş Heydər Əliyev
adına Arena isə tamaşaçıları və atletləri qəbul etməyə tam hazırdır.
Azərbaycanın nəqliyyat sektoru da artıq birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır.
Könüllülərin və texniki işçilərin uniformalarının təqdim olunması, idman obyektlərində həyata keçirilən işlər,
nəqliyyat sistemi sahəsində əldə edilən irəliləyişlər Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyindən
xəbər verir.
Onu da vurğulayım ki, birinci Avropa Oyunları ərəfəsində avtomobil yolları, avtomobil nəqliyyatı, dəmir
yolu, eləcə də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı görülmüş konkret işlər barədə aidiyyəti
qurumların rəhbər işçilərinin hesabatları dinlənilib, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin
edilməsi, nəqliyyat əməliyyatlarının koordinasiyası, əsas fəaliyyət istiqamətləri və digər təşkilati məsələlər
müzakirə olunub.
Birinci Avropa Oyunları ilə əlaqədar plana əsasən, nəqliyyat-yol kompleksinin müxtəlif istiqamətləri üzrə
konkret vəzifələr, görüləcək işlər müəyyənləşdirilib. Bura istər dəmir yolunun yenidən qurulması, istər
avtomobil yollarının bərpası, istərsə də avtomobil nəqliyyatı xidməti vasitəsilə həyata keçirilən işlər aiddir.
Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına əsasən Biləcəri, Lökbatan, Sumqayıt dəmir yolu
vağzallarında sərnişinlər üçün lazımi şərait yaradılıb. Balakən dəmir yolu vağzalının dam örtüyü tam, Gəncə
vağzalı isə əsaslı təmir edilib. Digər vağzallarda da yenidənqurma işlərinin aparılması planlaşdırılıb.
Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması
üçün hazırlıq işləri də görülüb. Oyunların keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis
dillərində səsləndirilməsi təmin olunacaq.
Artıq dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərə göstərilən xidmətlərin ən
müasir standartlara cavab verməsi üçün bütün istiqamətlərə hərəkət edən sərnişin qatarlarına bilet satışı
elektronlaşdırılaraq “onlayn” vasitəsilə təmin edilib. Respublika ərazisində bilet satışı kassalarda tam
kompyuterləşdirilib, sərnişinlərin rahat və maneəsiz bilet əldə etmələri üçün bütün lazımi tədbirlər görülüb.
Bakı sərnişin stansiyasının kassalarında POS-terminal aparatları da quraşdırılıb. Digər bilet kassalarında da
POS- terminal aparatlarının quraşdırılması istiqamətində işlər aparılır. Bakı sərnişin stansiyasında və digər bilet
satışı aparan kassalarda respublika daxili bilet satışının hər iki istiqamətə (gediş və gəliş), 2 nömrəli bilet
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
226
kassasında isə Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə bilet
satışının təşkili təmin olunub.
Hazırda “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanın Nəqliyyat Nazirliyi ilə birlikdə
sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımi bacarıqlara yiyələnmələrinin
təmin olunması istiqamətində iş aparır. Bu məqsədlə 800 avtobus sürücüsü daxil olmaqla ümumilikdə 2100
iştirakçı gələcəkdə nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də ”Bakı-2015” Avropa
Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət üç mərhələli kurs keçir.
Bundan başqa, birinci Avropa Oyunları ilə əlaqədar respublikamızın səfalı guşələrinə turist səfərlərinin
artacağını nəzərə alaraq paytaxtdan turizm potensialı olan rayonlara gedən sərnişin avtobusları yeniləri ilə
əvəzlənəcək.
Tədbirlər Planı çərçivəsində Nəqliyyat Nazirliyinin ən böyük layihələri də artıq yerinə yetirilib. Bunların
arasında Ziya Bünyadov prospektinin yenidən qurulması əsas yer tuturdu. Birinci Avropa Oyunlarının əsas
marşrut xətlərindən biri bu prospektdən keçir. Eyni zamanda, hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi
işləri davam etdirilir. Bundan başqa, sərnişindaşıma üzrə də müvafiq addımlar atılıb. Artıq paytaxta 50 ədəd
yeni sərnişin avtobusu, o cümlədən 200 ədəd London taksisi gətirilib və bu proses davam etdiriləcək.
Sərnişin avtobuslarında kart-ödəniş sisteminin tətbiqinin mart ayınadək reallaşacaq. Birinci Avropa
Oyunlarının əsas marşrut xətləri üzərindəki dayanacaqlarda wi-fi sisteminin quraşdırılması ilə bağlı texniki
məsələlər də öz həllini tapmalıdır. Həmçinin yaxın aylarda yol cizgiləri xətlərinin, piyada keçidlərinin, yol
göstərici xətlərin yenidən rənglənməsi, nişanların qoyulması kimi işlər həyata keçiriləcək. “Bakı-2015”in
brendi, loqosu və idman təsvirləri artıq Oyunların rəsmi tərəfdaşı olan “Azərbaycan Hava Yolları” QSC-nin
(AZAL) təyyarəyə minik talonlarının üzərində əks olunub. Brendin əksi olan minik talonları Heydər Əliyev
Beynəlxalq Aeroportundan, eyni zamanda, Naxçıvan və Gəncə hava limanlarından həm yerli, həm də
beynəlxalq, o cümlədən London, Milan, Roma, Pekin, Nyu-York və s. istiqamətlər üzrə həyata keçirilən
uçuşlarda istifadə olunur.
“Azərbaycan Hava Yolları” ilk Avropa oyunlarının rəsmi tərəfdaşıdır. Beynəlxalq auditoriyada Oyunlar
barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiya təyyarənin
göyərtəsində göstərilən filmlərdə və təqdim olunan jurnallarda əks etdiriləcək.
Bəli, bu il ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunları ilə qitənin idman tarixində yeni səhifə açılacaq.
Şübhəsiz ki, bu mötəbər turnirdən sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu qitənin sərhədlərini də aşaraq
dünyada ikiqat artacaq. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha dünyaya
bəyan edəcək ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar.
Hazırda “Bakı-2015” Avropa Oyunlarının qitənin aparıcı şəhərlərində təqdimatı davam edir. Növbəti
təqdimat Davos İqtisadi Forumu çərçivəsində keçirilmişdir. Bu mərasimə İsveçrənin ictimai-siyasi dairələrinin,
beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin
təmsilçiləri qatılmışdılar.
Təqdimatda çıxış edərkən Avropa Olimpiya Komitəsinin bu qərarının qəbul edilməsində əsas səbəb olan
amillərə toxunan Prezident İlham Əliyev ölkəmizin bu tədbiri yüksək səviyyədə keçirəcəyini bildirmişdir:
“Fikrimcə, bu oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin
nailiyyətləri ilə bağlıdır... Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Müstəqillik illəri, xüsusən də
son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal rəqabətlilik
reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda
keçirilməsi barədə qərarın qəbulunda rol oynadı”.
Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifə açacağını, gələcək
oyunların səviyyəsini, standartlarını müəyyən edəcəyini demişdir: “Ümidvarıq ki, bütün ölkələr bu oyunlara
güclü atletlərini göndərəcəklər. Çünki Avropa Oyunlarının standartları müəyyən dərəcədə məhz Bakıda
müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq”.
Yeri gəlmişkən, burada bir məqamı da vurğulamaq istərdim. İlk Avropa Oyunlarının Azərbaycanda
keçirilməsinə qısqanclıqla yanaşanlar da az olmamışdır. Lakin bu, əbəsdir. Diqqəti “The Washington Post”
qəzetində birinci Avropa Oyunları ilə bağlı bir müddət bundan əvvəl dərc edilən “Təşkilatçılar: Biz Avropa
Oyunlarına şübhə ilə yanaşanlara sübut etdik ki, onlar yanılırlar” sərlövhəli məqalədə deyilənlərə yönəltmək
istərdim. Adıçəkilən yazıda bu il iyunun 12-28-də Bakının birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi
diqqətə çatdırılmışdır.
Məqalədə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin bu fikirlərinə yer verilmişdir:
“Altı-yeddi ay əvvəl bu Oyunların texniki əsaslandırılmasını həyata keçirmək üçün icazə alanda bir çoxları buna
inamsız yanaşırdılar. Lakin biz buna nail olduq və artıq son mərhələdəyik. Beləliklə, biz bu Oyunların
keçirilməsinin vacibliyinə skeptik yanaşanlara yanıldıqlarını sübut edə bildik”.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
227
“The Washington Post” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar
üzrə baş direktoru Saymon Kleqin fikirləri də oxucuların diqqətinə çatdırılmışdır: “Başlanğıcda bu Oyunların
baş tutacağı ilə bağlı şübhələr var idi. Lakin indi Avropanın 50-dən çox Milli Olimpiya Komitəsi bu tədbirə ruh
yüksəkliyi ilə baxır. Bu gün də ilk Avropa Oyunları ilə bağlı bəzi bədbinlər var. Lakin onlar bu yarışların
miqyasının necə geniş olacağını gördükdən sonra səhv etdiklərini anlayacaqlar”.
Xatırladaq ki, ilk Avropa Oyunlarında 50 ölkədən 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 dəst medal
uğrunda mübarizə aparacaq. İdman növlərindən 11-i üzrə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına
lisenziya qazanmaq imkanı olacaq.
Bəli, Azərbaycan bu gün I Avropa Oyunları ərəfəsindədir. Bundan sonra isə paytaxtımız Avro-2020-yə
gedən yola çıxacaq. Bütün bunlar isə sonda respublikamızın nüfuzunu daha da gücləndirəcək, Azərbaycanı
bölgədə hər zaman sülhün, əmin-amanlığın tərəfdarı olacağını sübut edəcəkdir.
Dostları ilə paylaş: |