Iv fəSİl I avropa Oyunları 2015


“Palitra”.-2015.-4 fevral.-№ 30.-S.7



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

“Palitra”.-2015.-4 fevral.-№ 30.-S.7. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
220 
 
 
Avropa Oyunlarına maraq böyükdür 
 
Vüsal 
 
Azərbaycanın  Sankt-Peterburqdakı  baş  konsulu  Elşad  Qulamov  Neva  sahilində  yerləşən  bu  şəhərin  ən 
qocaman və populyar nəşrlərindən biri sayılan "Veçerni Peterburq" qəzetinə müsahibə verib. Baş konsul 1992-ci 
ilin  aprelində  Azərbaycan  ilə  Rusiya  arasında  diplomatik  münasibətlərin  qurulması  tarixi,  bu  münasibətlərin 
müasir vəziyyəti və 20 ildən çox müddətdə sürətlə inkişafı barədə məlumat verib. 
Diplomat  Azərbaycan  ilə  Sankt-Peterburq  arasında  iqtisadi,  humanitar  və  mədəni  əlaqələri  vurğulayaraq 
bildirib  ki,  belə  əlaqələr  sayəsində  2014-cü  ilin  aprelində  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 
Dövlət  İdarəçilik  Akademiyası  ilə  Rusiya  Federasiyası  Prezidenti  yanında  Rusiya  Xalq Təsərrüfatı  və  Dövlət 
Qulluğu  Akademiyasının  Şimal-Qərb  İdarəçilik  İnstitutu  arasında  əməkdaşlıq  haqqında  Memorandum 
imzalanıb, 2014-cü il oktyabrın 16-17-də Bakıda Sankt-Peterburqun mədəni-işgüzar missiyası həyata keçirilib, 
2014-cü il aprelin 17-də Tavriya Sarayında böyük ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 
sədri Əlimərdan bəy Topşubaşovun büstü açılıb. 
Ölkəmizin turizm potensialı üzərində dayanan E. Qulamov Azərbaycana gələn xarici turistlərin sayının son 
10 ildə iki dəfə artdığını bildirib. Vurğulayıb ki, müxtəlif dövrlərə aid 6 mindən çox mədəniyyət abidəsi və 130-
dan çox muzey turistlər üçün çox cəlbedicidir. Azərbaycanda 500-dən çox komfortlu otel fəaliyyət göstərir ki, 
onların  arasında  dünyanın  ən  məşhur  və  nəhəng  otel  şəbəkələri  təmsil  olunub.  Bundan  əlavə,  Azərbaycan 
tarixində  ilk  dəfə  "Şahdağ"  dağ-xizək  kurortunun  açılışı  olub.  Sonra  diplomat  2015,  2016  və  2017-ci  illərdə 
nəzərdə  tutulan  Birinci  Avropa  Oyunlarından,  "Formula-1"  üzrə  Qran-pri  yarışlarından  və  İslam  Həmrəyliyi 
Oyunlarından söz açıb. 
Azərbaycanın  İndoneziya,  Timor-Leste,  Filippin  və  Sinqapurdakı  səfiri  Tamerlan  Qarayev  İndoneziyanın 
"SCTV  qrupu"na  məxsus  "KMK  Online"  kanalına  müsahibə  verib.  Səfirlikdən  "Həftə  içi"nə  bildirilib  ki, 
diplomat  müsahibədə  Azərbaycan  -İndoneziya  əlaqələrinin  siyasi, iqtisadi  və  mədəni  aspektləri,  Ermənistanın 
Azərbaycana  qarşı  təcavüzü,  Xocalı  soyqırımı,  Azərbaycanın  regiondakı  rolu,  multikulturalizm,  Ukrayna 
ətrafında baş verən hadisələrə dair Azərbaycanın mövqeyi barədə danışıb, indoneziyalı turistləri ölkəmizə cəlb 
edəcək maraqlı faktlar diqqətə çatdırılıb. 
Səfir  Azərbaycan  ilə  İndoneziya  arasında  siyasi  münasibətlərin  yüksək  səviyyədə  olduğunu,  iqtisadi 
əlaqələrin də qənaətbəxş olmasına baxmayaraq, bu sahədə, eləcə də turizm sahəsində əməkdaşlığın inkişafı üçün 
böyük potensialın mövcudluğunu qeyd edib. O, bu sahələrdə əlaqələrin inkişafı üçün birbaşa aviareyslərin və 
yük daşımalarının həyata keçirilməsinin vacibliyini vurğulayıb. 
Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında söhbət açan T. Qarayev İndoneziya hökumətinin İslam 
Əməkdaşlıq Təşkilatının rəsmi Yerevana qarşı siyasi və iqtisadi sanksiyalara dair mövcud qətnamələrinin tətbiq 
edilməsinin önəmini diqqətə çatdırıb. Müsahibədə T. Qarayev İndoneziya haqqında təəssüratlarını da bölüşüb. 
Yaponiyanın  məşhur  "Point  de  Vue  Japon"  jurnalının  cari  ildəki  ilk  nömrəsində  azərbaycanlı  Rəna 
İsmayılzadənin ölkəmizlə bağlı geniş müsahibəsi dərc olunub. R. İsmayılzadə Azərbaycanın coğrafi mövqeyi, 
tarixi,  iqtisadiyyatı,  mədəniyyəti,  adət-ənənələri  barədə  ətraflı  məlumat  verib.  Müxbirin  Naxçıvan  Muxtar 
Respublikasının  Azərbaycanla  sərhədinin  olmaması  barədə  sualı  cavablandıran  R.  İsmayılzadə  Azərbaycan 
Xalq Cümhuriyyətinin yaranma tarixindən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından, Dağlıq 
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs edib. Naxçıvan Muxtar Respublikasının uzun illər Ermənistan 
tərəfindən blokadaya alınması, müharibənin regiona və ölkəmizə vurduğu ziyan, xalqımızın tarix boyu üzləşdiyi 
haqsızlıqlar,  sovet  işğalından  əvvəl  Azərbaycanın  daha  böyük  əraziyə  malik  olması  ilə  əlaqədar  faktlar 
oxucuların diqqətinə çatdırılıb. 
Müsahibə  zamanı  R.  İsmayılzadə  ölkəmizin  füsunkar  təbiəti,  zəngin  təbii  sərvətləri,  mətbəxi,  milli 
bayramları barədə söhbət açıb, Azərbaycanın tolerant cəmiyyət kimi dünyada böyük nüfuza malik olduğunu və 
beynəlxalq  təşkilatlar  tərəfindən  bir  nümunə  kimi  qəbul  edildiyini  vurğulayıb.  Müsahibədə  Azərbaycan 
mədəniyyətinin dünyada tanıdılması, beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyətlərarası dialoqun aparılması 
prosesində  ölkəmizin  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO-nun  və  ISESCO-nun 
xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti və xidmətləri barədə də məlumat verilib. 
Bundan başqa, müsahibədə Azərbaycanda son illər təşkil olunan beynəlxalq humanitar və iqtisadi forumlar, 
bu  il  keçiriləcək  ilk  Avropa  Oyunlarına  hazırlıq  prosesinin  gedişi,  həyata  keçirilən  irimiqyaslı  layihələr, 
ölkəmizin  tarixi  abidələri,  gözoxşayan  mənzərələri,  Azərbaycan  ilə  Yaponiya  arasındakı  mədəni  əlaqələrin 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
221 
 
durumu  və  perspektivləri  haqqında  söhbət  açılıb.  Jurnalın  səkkiz  səhifəsini  əhatə  edən  müsahibədə  ölkəmizlə 
bağlı maraqlı fotolara yer verilib. 
Baltikyanı ölkələrdə ən populyar "Delfi" informasiya portalında Azərbaycan Respublikasının birinci xanımı, 
"Bakı-2015"  birinci  Avropa  Oyunlarının  keçirilməsi  üzrə  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva 
haqqında məqalə dərc edilib. Çoxsaylı fotomateriallarla illüstrasiya edilmiş məqalədə Mehriban xanımın həyat 
yolundan  bəhs  edilir.  Bu  yazı  "Delfi"  informasiya  xəbər  portalı  ilə  Azərbaycanın  Tallindəki  səfirliyinin 
əməkdaşlığı  sayəsində,  habelə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına 
Dövlət  Dəstəyi  Şurasının  bu  il  iyunun  12-28-də  Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunlarının 
populyarlaşdırılmasına  yönəlmiş  layihəsinin  həyata  keçirilməsi  çərçivəsində  çap  edilmiş  silsilə  məqalələrdən 
biridir. 
Ümumiyyətlə, qarşıdakı Avropa Oyunları və Azərbaycan haqqında müxtəlif mövzularda 20-dən çox məqalə 
dərc  edilməsi  planlaşdırılır.  Hələlik  yalnız  eston  dilində  çap  olunan  bu  məqalələrin  sonradan  "Delfi" 
səhifələrində rus dilində də nəşri nəzərdə tutulur. Estoniyalı oxucular Avropa Oyunlarının keçirilməsi ideyasının 
tarixi,  Oyunlara  hazırlığın  gedişi  və  təşkilati  işin  yüksək  səviyyədə  olması  barədə  məlumat  alıblar.  Estoniya 
ictimaiyyəti  Azərbaycan  haqqında  -  onun  keçmişi  və  bu  günü,  zəngin  mədəniyyəti,  adət  və  ənənələri,  o 
cümlədən keçən əsrin əvvəlində Estoniya ilə Azərbaycan arasında münasibətlərin tarixi barədə maraqlı faktlarla 
tanış  olub.  Müasir  Azərbaycan,  onun  sürətli  iqtisadi  inkişaf  fenomeni  barədə  məlumatlar  oxucuların  xüsusi 
marağına  səbəb  olub.  Qeyd  etmək  lazımdır  ki,  bu  məqalələr  Estoniya  ictimaiyyəti  tərəfindən  böyük  maraqla 
qarşılanır,  məqalələrə  və  onlarla  bağlı  şərhlərə  baxışların  sayı  isə  belə  deməyə  əsas  verir  ki,  Azərbaycan 
haqqında rubrika "Delfi" portalının ən populyar rubrikalarından biridir. 
 
“Həftə içi”.-2015.-19 fevral.-№ 32.-S.4. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
222 
 
 
Avropa Oyunlarının standartları Bakıda qoyulacaq 
 
Müsahibimiz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovdur 
 
Taleh Bağırov 
 
Günbəgün qüdrətlənən, uğurlu addımları ilə dünyanın diqqətində olan Azərbaycan eyni zamanda beynəlxalq 
tədbirlərin  keçirilməsi  üçün  əsas  məkandır.  Bu  amil  ölkəmizin  beynəlxalq  münasibətlər  sistemində  yeri  və 
rolunun  aydın  mənzərəsini  yaradır. Malik  olduğu  imkanların,  həmçinin reallıqlarının  dünyaya  təqdimatı  üçün 
yeni  imkanlar  əldə  edən  Azərbaycan  bu  il  də  Birinci  Avropa  Olimpiya  Oyunlarına  ev  sahibliyi  edəcək.  Bakı 
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla söhbətimiz də bu tədbir ətrafındadır. 
- Raqif müəllim, Birinci Avropa Olimpiya Oyunlarının başlanmasına çox az vaxt qalıb. Maraqlıdır, hazırlıq 
işləri hansı mərhələdədir? 
-Bildiyiniz kimi, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar iki il bundan əvvəl verilib. 
Adətən isə belə yarışların hansı ölkədə keçiriləcəyi barədə qərar yarışlara 5-7 il qalmış artıq məlum olur. Amma 
buna baxmayaraq Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri və ölkə Prezidentimiz cənab İlham Əliyevin 
rəhbərliyi  altında  həm  Beynəlxalq  Olimpiya,  həm  Avropa  Olimpiya  Komitəsinə  dövlət  zəmanəti  verildi  ki, 
Azərbaycan  bu  oyunların  keçirilməsinə  tam  hazırlıqlıdır  və  oyunların  başlanmasına  qədər  bütün  idman 
qurğuları, olimpiya şəhərciyi, digər infrastruktur hazır vəziyyətdə olacaq. Belə də oldu. Bu gün tam əminliklə 
deyə  bilərik  ki,  bütün  hazırlıq  işləri  əvvəlcədən  tərtib  olunmuş  qrafikə  uyğun  şəkildə  həyata  keçirilir.  İstər 
maddi,  istər  texniki,  istər  idman  qurğularının  və  Olimpiya  şəhərciyinin  tikinti  və  təmiri,  qonaqların 
yerləşdirilməsi  üçün  yerlər  və  digər  bu  kimi  məsələlər  yüksək  səviyyədə  həll  olunmaqdadır.  Baxmayaraq  ki, 
Olimpiya  hərəkatı  Avropada  yaranıb,  Birinci  Avropa  Olimpiya  Oyunlarının  bir  müsəlman  ölkəsində  yüksək 
səviyyədə keçiriləcəyinə böyük əminlik var. Bununla da cənab Prezident İlham Əliyevin səyləri nəticəsində ilk 
Avropa  Oyunlarının  standartı  məhz  Bakıda  müəyyənləşəcək.  İdman  qurğularının  tikinti  və  təmirinə  gəldikdə 
deyə  bilərəm  ki,  ölkəmizdə  həyata  keçirilən  sosial-iqtisadi  inkişaf  proqramı  çərçivəsində  Bakı  və  Bakıətrafı 
ərazilərdə  bu  sahədə  işlərə  artıq  çoxdan  başlanılıb.  Xüsusən  tutumu  70  min  nəfərə  yaxın  olan  “Olimpiya” 
stadionu, bədii gimnastika üzrə idman arenası, İdman Konsert Kompleksi, Əl Oyunları İdman Sarayı və digər 
arenalar  ya  yenidən  tikilir,  ya  da  yüksək  standartlar  çərçivəsində  təmir  olunur.  Bunlardan  başqa  Su-hovuz 
Kompleksinin,  Olimpiya  kəndinin  tikintisini,  Mingəçevir  şəhərində  avarçəkmə  yarışları  üçün  uyğunlaşdırma 
işlərinin  aparılmasını,  Velodromda  və  Stend  atıcılığı  mərkəzində  yenidənqurma  işlərinin  aparılmasını  göstərə 
bilərik.  Əlavə  olaraq  “Bakı  Expo  Mərkəzi”,  “Billur  saray”,  genişləndirilərək  oturacaqların  sayı  35  min  nəfərə 
çatdırılan T. Bəhramov adına Respublika stadionu və “Sərhədçi” İdman Kompleksi yarışlların bir neçə növünə 
ev sahibliyi edəcək. Eyni zamanda təlim-məşqlər və köməkçi məqsədi ilə digər idman arenalarından da istifadə 
olunacaq.  Bir  sözlə,  təmir-tikinti  işləri  qrafikə  uyğun  olaraq  aparılır  və  mart-aprel  aylarında  həmin  idman 
mərkəzlərində test yarışlarına start veriləcək. 
- Ümumən neçə idman növündə yarışlar olacaq və nə qədər idmançı Bakıda öz ölkəsini təmsil edəcək? 
-  İştirakçılar  20  idman  növündə  qüvvəsini  sınayacaq  ki,  bunların  da  16-si  olimpiya  idman  növü,  dördü  isə 
qeyri-olimpiya idman növüdür. 50 ölkədən olmaqla idmançıların sayı 6 min 300 nəfərə yaxındır. 3 min nəfərdən 
çox isə məşqçi, hakim, texniki heyət, min nəfərə yaxın media nümayəndələri olacaq. Bakıya gəliş əsasən may 
ayının  29-dan  etibarən  başlayacaq,  gediş  isə  iyul  aylarının  ilk  günlərinə  kimi  davam  edəcək.  Hər  bir  ölkə 
idmançılarının  iştirakı  kvotayla  olacaq.  Burada  Olimpiya,  Dünya,  Avropa  və  digər  beynəlxalq  yarışların 
qalibləri iştirak edəcək. 
- Azərbaycan idmançıları ölkəmizi hansı idman növlərində təmsil edəcək, hansı nəticələr gözlənilir? 
-  İlk  olaraq  nəzərinizə  çatdırım  ki,  Azərbaycan  ev  sahibi  olduğu  üçün  bütün  idman  növlərində  təmsil 
olunmaq  hüququ  əldə  edib.  Məlum  olduğu  kimi,  ölkəmizdə  ənənəvi  və  ənənəvi  olmayan  idman  növləri  var. 
Ənənəvi  olmayanlardan  sinxron  üzgüçülük,  suya  tullanma,  stolüstü  tennis,  badminton,  kamandan  oxatma, 
çimərlik futbolu və voleyboludur ki, bu növlərdə də iştirakçılarımız olacaq. Nəticələrə gəldikdə, deyə bilərəm 
ki,  əlbəttə,  bütün  növlərdə  birincilik  əldə  etmək  mümkün  deyil.  Amma  yuxarıda  da  qeyd  etdiyim  kimi, 
Azərbaycanda  ənənəvi  olan  növlər  var  ki,  bu  sahədə  şübhəsiz  nailiyyətlər  gözləyirik.  Əgər  medal  əyarına  və 
sayına  görə  ölkələrin  sıralanmasında  London  Olimpiadasında  biz  Avropa  qitəsindən  ilk  on  beşlikdə  təmsil 
olunurduqsa,  sözsüz  ki,  Bakıdakı  oyunlarda  hədəf  daha  yaxşı  nəticədir.  Çünki burada  idmançılarımızın  hər  il 
daha  da  yaxşı  forma  qazanmaları  ilə  yanaşı,  doğma  meydan  üstünlükləri  olacaq.  Ənənəvi  növlərdən  bədii 
gimnastika,  taekvando,  güləş,  cüdo,  boks  və  s-də  rəqiblərini  daima  təşvişdə  saxlayacaq  idmançılarımız  var. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
223 
 
Bundan başqa bir neçə legionerlərimiz də var ki, onlar da öz sözlərini deməlidir. Əminik ki, həm komanda, həm 
də  fərdi  şəkildə  nəticələrimiz  yaddaqalan  olacaq.  Bu  oyunlar  ilk  dəfə  keçiriləcəyindən  burada  qələbə  qazanan 
hər bir şəxs Avropa Oyunlarının tarixinə düşəcək. Cənab Prezidentimiz İlham Əliyev də hər zaman çıxışlarında, 
müsahibələrində  bildirir  ki,  Bakıda  keçirilən  ilk  Avropa  Olimpiya  Oyunları  bundan  sonra  keçiriləcək  bütün 
Avropa  Oyunları  üçün  bir  etalon  olacaq,  ilk  standartlar  burda,  Bakıda  yaranacaq.  Məhz  bu  amil  də 
idmançılarımızı qələbəyə ruhlandıran nüansdır. 
- Yarışlar Azərbaycan gəncliyində hansı hissləri yaradır? 
-  Avropa  oyunları  zamanı  sözsüz  ki,  bütün  dünyanın  diqqəti  Azərbaycanda  olacaq.  Qeyd  etdiyim  kimi, 
ölkəmizdə  ənənəvi  olan  və  ənənəvi  olmayan  idman  növləri  var.  Burada  hədəflərimizdən  biri  də,  Avropa 
oyunlarından  sonra  Azərbaycanda  ənənəvi  olmayan  idman  növlərini  gücləndirmək,  inkişaf  etdirməkdir. 
Azərbaycanı  gəlib  görəcəklər,  bəzi  mütəxəssislər  öz  təkliflərini  verəcək,  yığma  komandamızın  tərkibinə  yeni 
soyadlar  əlavə  olunacaq.  Bir  çox  ölkə  Bakıda  təlim-məşq  toplantılarının  keçirilməsini  istəyəcək.  Nəticələrdən 
asılı  olaraq  bu  və  digər  idman  növlərinə  axın  artacaq.  Ölkənin  16  gün  idman  bayramında  iştirakı,  televiziya 
kanallarında canlı yayımların verilməsi, ictimaiyyət tərəfindən idmançılara rəğbətin artması və s bu kimi amillər 
gənclərin  idmanın  müxtəlif  növləri  ilə  məşğul  olmasında  müsbət  rol  oynayacaq.  Aparılan  bütün  təhlillər  də 
göstərir  ki,  hansı  ölkədə  belə  böyük  idman  tədbirləri  keçirilirsə,  o  ölkədə  idmanın  müxtəlif  sahələrinə  maraq 
artır, növbəti illər üçün daha yaxşı nəticələr əldə olunur.  
-  Sözsüz  ki,  Avropa  Oyunlarının  həm  siyasi,  həm  də  iqtisadi  tərəfləri  böyük  önəm  daşıyır.  Bununla  bağlı 
fikirlərinizi bilmək maraqlı olardı. 
-  Əvvəla  bəlli  olan  məşqçi,  hakim  və  texniki  heyətin,  jurnalistlərin,  Avropa  və  Beynəlxalq  Olimpiya 
Komitəsinin  nümayəndələrinin  gəlib-getməsi,  çoxsaylı  qonaqların  gəlməsi,  otellərdə  qalması,  burda  tarixi  və 
görməli yerləri gəzməsi, Azərbaycanın milli məhsullarının satılması və s. iqtisadiyyatımıza xeyli gəlir gətirmiş 
olacaq.  Bunlar  iqtisadi  tərəflərdir.  Siyasi  nöqteyi-  nəzərdən  isə  bu  oyunların  önəmi  daha  böyükdür.  Məlum 
olduğu kimi, Azərbaycanın 20 faiz torpaqları işğal olunub və 1 milyona yaxın qaçqın və məcburi köçkünü var. 
Bunları uzun illərdir ki, dünya ictimaiyyətinin diqqətinə çatdırmağa, ölkədəki reallığı göstərməyə çalışırıq. Bu 
baxımdan  çox  gözəl  imkan  yaranacaq.  Avropanın  50-yə  yaxın  ölkəsinin  rəsmi  şəxsləri  açılış  mərasiminə 
qatılacaq.  İyirmiyə  yaxın  dövlət  başçısı,  idman  ictimaiyyəti,  turistlər  və  jurnalistlər  ölkə  reallıqlarımızı  öz 
gözləri  ilə  görəcəklər.  Eyni  zamanda  gələn  qonaqlar  Azərbaycanın  necə  bir  ölkə  olduğunun,  qısa  zamanda 
böyük uğurlara imza atdığının, inkişafın yüksək mərhələsində olduğunun, demokratik dəyərlərə nə qədər böyük 
hörmətlə  yanaşıldığının  şahidi  olacaqlar.  Qonaqlar  görəcəklər  ki,  hazırda  dünyanın  bir  çox  ölkələrində  qeyri-
sabitlik  olduğu  halda,  Azərbaycanda  tam  sabitlik  hökm  sürür.  Biz  əminik  ki,  bu  böyük  idman  tədbiri  dünya 
üçün,  qitə  üçün  yaddaqalan  olacaq,  Azərbaycan  öz  həqiqətlərini  dünyada  tanıdacaq,  qonaqpərvərliyini, 
tolerantlığını nümayiş etdirəcək. 
- İlk Avropa Olimpiya Oyunlarının açılış mərasimi haqqında nə deyə bilərsiniz? 
-  Bu  barədə  danışmaq  istəmirəm.  Amma  qısa  olaraq  bildirim  ki,  iyun  ayının  12-də  70  minlik  Olimpiya 
stadionunda  möhtəşəm  bir  mərasimin  keçirilməsi  planlaşdırılır.  Bütün  dünya  buna  heyran  qalacaq.  Çoxlu 
sürpriz adlar və proqramlar olacaq. Demək olar ki, bütün açılış boyunca, istər stadionda olan insanlar, istərsə də 
dünyanın  dörd  bir  yanında  ekran  qarşısındakı  tamaşaçılar  Azərbaycanın  ən  qədim  zamanlarından  bu  gününə 
kimi,  bütün  milli-mənəvi  dəyərlərini, adət  ənənələrini  əks  etdirən  maraqlı  səhnələrin şahidi  olacaq.  Bir  sözlə, 
möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevriləcək. 
 
“İki sahil”.-2015.-19 fevral.-№ 32.-S.10. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
224 
 
Azərbaycan bu gün dünyada həm də idman ölkəsi kimi tanınır 
I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bunu bir daha təsdiq edir 
Məhərrəm MƏMMƏDOV, 
 fəxri dəmiryolçu, 
 iqtisadçı-ekspert 
 
Son illərdə böyük inkişaf yolu keçən respublikamız bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. 
Ulu öndər Heydər Əliyevin sayəsində siyasi sabitliyin əbədi olaraq bərqərar edildiyi Azərbaycan bu gün 
Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir və bu yüksəlişdən, eləcə də dünyanın enerji 
təhlükəsizliyinə,  sülhün  qorunmasına  verdiyi  böyük  töhfələrdən  irəli  gələrək  beynəlxalq  mövqelərini 
möhkəmləndirir. 
 
Təbii ki, hər bir ölkəni çağdaş dövrümüzdə dünya nizamı üçün əhəmiyyətli edən meyarlardan biri məhz onun 
beynəlxalq  imicidir.  Bu  kontekstdən  çıxış  edən  beynəlxalq  təşkilatlar  da  hansısa  ölkədə  öz  tədbirlərini 
keçirərkən  onun  imkanları  və  resursları  ilə  yanaşı,  qlobal  miqyasda  mövqelərini  də  nəzərə  alırlar.  İndiyədək 
Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi tədbirləri keçirilmişdir. 
Eyni  fikirləri    idman  yarışları  barədə  də  demək  olar.  Bu  sıraya  müxtəlif  mövzulu  beynəlxalq  konfransları, 
simpoziumları  da  aid  etmək  olar.  Bunun  özu  göstərir  ki,  bütövlükdə  Azərbaycan  beynəlxalq  tədbirlərin 
keçirildiyi bir məkandır. Araşdırsaq görərik ki, işğalçı Ermənistan indiyədək cəmi bir neçə belə tədbir keçirib ki, 
onlarda da məhdud sayda insan iştirak etmişdir. 
Çoxsaylı  siyasi,  mədəni    və  digər  səpkili  beynəlxalq  tədbirlərə  yüksək  səviyyədə  ev  sahibliyi  edən 
respublikamız  növbəti  möhtəşəm  tədbir  ərəfəsindədir.  Bu,  cari  ilin  iyununda      Bakıda  keçiriləcək  I  Avropa  
Oyunlarıdır. Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək 
idmançılar, qonaqlar Azərbaycanla tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər. 
 Bir  çox    xalqların    bir  araya  gələcəyi,  bütün  Avropanın  yaxından  izləyəcəyi  bu  idman  yarışmasına 
Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfələr verəcək, 
sivil  dünyanın  ayrılmaz  hissəsi  olan  ölkəmizin  mütərəqqi  bəşəri  dəyərlərə  malik  olduğunu  bir  daha  bütün 
dünyaya nümayiş etdirəcək. 
I Avropa  Oyunlarının Azərbaycanda keçirilməsi bir daha qeyd edək ki, təsadüfi deyil. Xatırladım ki, ölkə 
Prezidenti cənab  İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyi müddətində ölkədə nəhəng 
idman infrastrukturu yaradılmış və bu proses respublikamızın bütün regionlarını əhatə etmişdir. Bədən tərbiyəsi 
və  idmanın  geniş  vüsət  alması  nəticəsində  Azərbaycan  beynəlxalq  olimpiya  hərəkatına  qoşulmuş,  bu  sahədə 
sistemli  şəkildə  qlobal  layihələr  reallaşdırılmışdır.    Milli  Məclis  tərəfindən  1997-ci  ildə  “Bədən  tərbiyəsi  və 
idman  haqqında”  Qanun  qəbul  edilmişdir.  Həmin  qanunla  idmanın  inkişaf  etdirilməsinin  hüquqi  əsasları 
müəyyənləşdirilmiş, dövlətin idman siyasəti formalaşdırılmışdır. 
Bununla  yanaşı,  diqqəti  ölkə  rəhbərinin  Milli  Olimpiya  Komitəsinə  prezident  seçildiyi  vaxtdan  ötən 
müddətdə qazanılan uğurlara yönəltmək istərdim. 2000-ci ildə Azərbaycan idmançıları tərəfindən Sidney Yay 
Olimpiya Oyunlarında ilk  böyük uğur-31 idmançı tərəfindən 2 qızıl və 1 bürünc medal  əldə olundu. Afinada 
(2004-cü il) 38 idmançı ilə biri qızıl olmaqla 5, Pekində (2008-ci il) 44 iştirakçı ilə yenə biri ən yüksək əyarlı 
olmaqla 7 medal qazanıldı. 
2012-ci il London Yay Olimpiya Oyunlarında isə  Azərbaycan idmançıları Vətənə rekord sayda - 2-si qızıl, 
2-si  gümüş  və  6-sı  bürünc  olmaqla  10  medalla  qayıtdılar.  Olimpiya  komandamız  bu  göstərici  ilə  205  ölkə 
arasında  30-cu  yeri  tutdu. Millimiz  Avropa  ölkələri  sırasında  15-ci,  MDB  dövlətləri  arasında  5-ci,  müsəlman 
ölkələri arasında 3-cü yerdə qərarlaşdı. Yaxud, başqa bir fakt. 1992-ci ildə cəmi 23 (olimpiya növləri üzrə 7) 
medal qazanılmışdısa, 2002-ci ildə bu rəqəm 175 (olimpiya növləri üzrə 63) idi. 
Sonrakı illərdə idman uğurlarının həm medal sayı, həm də növ çeşidi artan templə davam etmişdir. Ötən il 
isə  mötəbər  yarışlarda  782  medal  qazanılmış  və  onlardan  280-i  qızıl  əyarlı  olmuşdur.  Bəli,  bütün  bu  uğurlar  
Prezident  İlham  Əliyevin,  eyni  zamanda,  Milli  Olimpiya  Komitəsinin  rəhbəri  kimi  Azərbaycan  idmanına 
göstərdiyi diqqət və qayğının nəticəsidir. 
Ümumiyyətlə, Azərbaycanın  son illərdəki  idman uğurları barədə  geniş söhbət açmaq olar. Lakin burada bir 
məqamı xüsusi vurğulamaq istərdim. Bu da ölkəmizin bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi 
ilə  bağlıdır.  Bu,  bir  tərəfdən  respublikamızın    sosial-iqtisadi  tərəqqisini  sürətləndirmiş,  digər  tərəfdən  turizm 
potensialının  inkişafına  güclü təsir  göstərmişdir.  Fikrimin  təsdiqi  kimi,  bir  fakta  nəzər salaq. Təkcə  son  iki  il 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
225 
 
ərzində milli idman federasiyaları ilə birlikdə  140-dan çox  respublika, 50-dən çox  beynəlxalq səviyyəli yarış 
keçirilmiş, 100-ə yaxın  beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur. 
Azərbaycanda  idmana  xüsusi  diqqət  yetirilməsindən  danışarkən  bir  tarixi  hadisəni  də  xatırlatmaq  istərdim. 
Prezident İlham Əliyevin sərəncamı ilə “İdman ili” elan edilən 2012-ci ildə Azərbaycanın idman sahəsində bir 
sıra  mühüm  uğurlar  qazanılmışdır.  Həmin  ilin  sonunda  isə  Avropa  Olimpiya  Komitəsi  ilk  dəfə  2015-ci  ildə 
qitənin ən böyük yarışının - I Avropa Oyunlarının keçirilmə hüququnu Azərbaycana vermişdir. 
Yeri gəlmişkən, burada haşiyə çıxıb deyə bilərəm ki, dünya təcrübəsində  bir qayda olaraq, olimpiya oyunları 
kimi  məsuliyyətli  və  çoxşaxəli  idman  tədbirinə  hazırlıq  üçün  6-7  il  vaxt  tələb  olunur.  Lakin  Azərbaycanda 
quruculuq  işlərinin  vüsəti,  iqtisadi  potensialın  ildən-ilə  yüksəlməsi  ölkəmizə  olan  inamı  xeyli  artırmışdır. 
Azərbaycanın  bu  gün  idmanda  ən  yaxşı  tərəfdaş  kimi  tanınması,  yarış  təşkilatçılığında  hökumətin  verdiyi 
vədlərə əməl etməsi həm də ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi baxımından mühüm önəm daşıyır. 
Hazırda respublikamız bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Ölkə başçısının müvafiq fərmanı ilə I 
Avropa  Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya 
Komitəsi  İcraiyyə  Komitəsinin  üzvü  Mehriban  xanım  Əliyevanın  sədrliyi  ilə  Təşkilat  Komitəsi  yaradılmışdır. 
Komitənin  həyata  keçirdiyi  genişmiqyaslı  tədbirlər  deməyə  əsas  verir  ki,  bu  tədbirə  hazırlıq  işləri  nəzərdə 
tutulan vaxtda başa çatacaqdır. 
I Avropa  Oyunlarının  Azərbaycanda keçirilməsi, necə deyərlər,  ölkəmizin öz halal haqqıdır. Son illər bir 
sıra  beynəlxalq  əhəmiyyətli  mühüm  tədbirlərə  yüksək  səviyyədə  ev  sahibliyi  etmək  sahəsində  zəngin  təcrübə 
toplamış  ölkəmizdə  Avropa    Oyunlarının    da  əsl  idman    bayramının  təntənəsinə  çevrilməsi    üçün  aparılan 
genişmiqyaslı hazırlıq işləri artıq başa çatmaq üzrədir. 
Azərbaycanda  ilk  Avropa  Oyunları  üçün  aparılan  hazırlıq  işləri  yüksək  səviyyədə  həyata  keçirilir.  Yarışın 
yüksək  səviyyədə  təşkili  üçün  bütün  infrastruktur  tamamlanmaq  üzrədir.  Təşkilatçılar  nəzərdə  tutulan  vaxtda 
hazırlıq işlərini tamamlamağa çalışırlar. Yarışda iştirak edəcək hər bir şəxs, o cümlədən idmançılar və məşqçilər 
üçün yaradılmış şərait təqdirəlayiqdir. 
Doğrudan da Bakıda sözügedə yarışın keçirilməsi ilə bağlı qısa müddətdə genişmiqyaslı işlər görülmüşdür. 
Milli  Stadion  artıq  var  qüvvə  ilə  açılış  mərasiminə  hazırlaşır,  Su  İdmanı  Sarayında  hovuz  su  ilə  doldurulub, 
heyrətamiz  atıcılıq  kompleksinin  dəhlizlərində  isə  bəzi  yerlərdə  artıq  güllər  düzülüb.  Dəniz  idman  növləri  və 
“3x3”  basketbol  üzrə  yarışların  keçiriləcəyi  kompleksində  metal  konstruksiyalar  hələ  ki,  gözə  dəysə  də 
inşaatçıların  burada  çox  qalmayacaqlarına  şübhə  yoxdur.  Avropa  Oyunları  üçün  yenilənmiş  Heydər  Əliyev 
adına Arena isə tamaşaçıları və atletləri qəbul etməyə tam hazırdır. 
Azərbaycanın  nəqliyyat  sektoru  da  artıq  birinci  Avropa  Oyunlarına  ev  sahibliyi  etməyə  tam  hazırdır. 
Könüllülərin və texniki işçilərin uniformalarının təqdim olunması, idman obyektlərində həyata keçirilən işlər, 
nəqliyyat sistemi sahəsində əldə edilən irəliləyişlər Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyindən 
xəbər verir. 
Onu  da  vurğulayım  ki,  birinci  Avropa  Oyunları  ərəfəsində  avtomobil  yolları,  avtomobil  nəqliyyatı,  dəmir 
yolu,  eləcə  də  Nəqliyyatı  İntellektual  İdarəetmə  Mərkəzi  ilə  bağlı  görülmüş  konkret  işlər  barədə  aidiyyəti 
qurumların rəhbər işçilərinin hesabatları dinlənilib, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin 
edilməsi,  nəqliyyat  əməliyyatlarının  koordinasiyası,  əsas  fəaliyyət  istiqamətləri  və  digər  təşkilati  məsələlər 
müzakirə olunub. 
Birinci  Avropa  Oyunları  ilə  əlaqədar  plana  əsasən,  nəqliyyat-yol  kompleksinin  müxtəlif  istiqamətləri  üzrə 
konkret  vəzifələr,  görüləcək  işlər  müəyyənləşdirilib.  Bura  istər  dəmir  yolunun  yenidən  qurulması,  istər 
avtomobil yollarının bərpası, istərsə də avtomobil nəqliyyatı xidməti vasitəsilə həyata keçirilən işlər aiddir. 
Nəqliyyat-yol  kompleksi  üzrə  Tədbirlər  Planına  əsasən  Biləcəri,  Lökbatan,    Sumqayıt  dəmir  yolu 
vağzallarında  sərnişinlər  üçün  lazımi  şərait  yaradılıb.  Balakən  dəmir  yolu  vağzalının  dam  örtüyü  tam,  Gəncə 
vağzalı isə əsaslı təmir edilib. Digər vağzallarda da yenidənqurma işlərinin aparılması planlaşdırılıb. 
Bakı  və  Sumqayıt  sərnişin  stansiyalarında,  eyni  zamanda,  Gəncə  vağzalında  səsli  məlumatların  yayılması 
üçün hazırlıq işləri də görülüb. Oyunların keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis 
dillərində səsləndirilməsi təmin olunacaq. 
Artıq  dəmir  yolu  nəqliyyatında  xidmət  səviyyəsinin  yüksəldilməsi,  sərnişinlərə  göstərilən  xidmətlərin  ən 
müasir  standartlara  cavab  verməsi  üçün  bütün  istiqamətlərə  hərəkət  edən  sərnişin  qatarlarına  bilet  satışı 
elektronlaşdırılaraq  “onlayn”  vasitəsilə  təmin  edilib.  Respublika  ərazisində  bilet  satışı  kassalarda  tam 
kompyuterləşdirilib, sərnişinlərin rahat və maneəsiz bilet əldə etmələri üçün bütün lazımi tədbirlər görülüb. 
Bakı sərnişin stansiyasının kassalarında POS-terminal aparatları da quraşdırılıb. Digər bilet kassalarında da 
POS- terminal aparatlarının quraşdırılması istiqamətində işlər aparılır. Bakı sərnişin stansiyasında və digər bilet 
satışı  aparan  kassalarda  respublika  daxili  bilet  satışının  hər  iki  istiqamətə  (gediş  və  gəliş),  2  nömrəli  bilet 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
226 
 
kassasında  isə  Rusiya  və  Ukrayna  dövlətlərinin  ərazisində  hərəkət  edən  sərnişin  qatarlarına  və  geriyə  bilet 
satışının təşkili təmin olunub. 
Hazırda  “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanın Nəqliyyat Nazirliyi ilə birlikdə 
sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımi bacarıqlara yiyələnmələrinin 
təmin  olunması  istiqamətində  iş  aparır.  Bu  məqsədlə  800  avtobus  sürücüsü  daxil  olmaqla  ümumilikdə  2100 
iştirakçı gələcəkdə nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də ”Bakı-2015” Avropa 
Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət üç mərhələli kurs keçir. 
Bundan  başqa,  birinci  Avropa  Oyunları  ilə  əlaqədar  respublikamızın  səfalı  guşələrinə  turist  səfərlərinin 
artacağını  nəzərə  alaraq  paytaxtdan  turizm  potensialı  olan  rayonlara  gedən  sərnişin  avtobusları  yeniləri  ilə 
əvəzlənəcək. 
Tədbirlər  Planı  çərçivəsində  Nəqliyyat  Nazirliyinin  ən  böyük  layihələri  də    artıq  yerinə  yetirilib.  Bunların 
arasında  Ziya  Bünyadov  prospektinin  yenidən  qurulması  əsas  yer  tuturdu.    Birinci  Avropa  Oyunlarının  əsas 
marşrut xətlərindən biri bu prospektdən keçir. Eyni zamanda, hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi 
işləri  davam  etdirilir.  Bundan  başqa,  sərnişindaşıma  üzrə  də  müvafiq  addımlar  atılıb.  Artıq  paytaxta  50  ədəd 
yeni sərnişin avtobusu, o cümlədən 200 ədəd London taksisi gətirilib və bu proses davam etdiriləcək. 
Sərnişin  avtobuslarında  kart-ödəniş  sisteminin  tətbiqinin  mart  ayınadək  reallaşacaq.    Birinci  Avropa 
Oyunlarının  əsas  marşrut  xətləri  üzərindəki  dayanacaqlarda  wi-fi  sisteminin  quraşdırılması  ilə  bağlı  texniki 
məsələlər  də  öz  həllini  tapmalıdır.  Həmçinin  yaxın  aylarda  yol  cizgiləri  xətlərinin,  piyada  keçidlərinin,  yol 
göstərici  xətlərin  yenidən  rənglənməsi,  nişanların  qoyulması  kimi  işlər  həyata  keçiriləcək.    “Bakı-2015”in 
brendi,  loqosu  və  idman  təsvirləri  artıq    Oyunların  rəsmi  tərəfdaşı  olan  “Azərbaycan  Hava  Yolları”  QSC-nin 
(AZAL)  təyyarəyə  minik  talonlarının  üzərində  əks  olunub.    Brendin  əksi  olan  minik  talonları  Heydər  Əliyev 
Beynəlxalq  Aeroportundan,  eyni  zamanda,  Naxçıvan  və  Gəncə  hava  limanlarından  həm  yerli,  həm  də 
beynəlxalq,  o  cümlədən  London,  Milan,  Roma,  Pekin,  Nyu-York  və  s.  istiqamətlər  üzrə  həyata  keçirilən 
uçuşlarda istifadə olunur. 
“Azərbaycan  Hava  Yolları”    ilk  Avropa  oyunlarının  rəsmi  tərəfdaşıdır.  Beynəlxalq  auditoriyada  Oyunlar 
barədə  məlumatlılığın  artırılmasına  kömək  məqsədilə  Avropa  Oyunlarına  dair  informasiya  təyyarənin 
göyərtəsində göstərilən filmlərdə və təqdim olunan jurnallarda əks etdiriləcək. 
Bəli, bu il ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunları ilə qitənin idman tarixində yeni səhifə açılacaq. 
Şübhəsiz ki,  bu mötəbər turnirdən sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu qitənin sərhədlərini də aşaraq 
dünyada ikiqat artacaq. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha dünyaya 
bəyan edəcək ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar. 
Hazırda    “Bakı-2015”  Avropa  Oyunlarının  qitənin  aparıcı  şəhərlərində  təqdimatı  davam  edir.  Növbəti 
təqdimat Davos İqtisadi Forumu çərçivəsində keçirilmişdir. Bu  mərasimə İsveçrənin ictimai-siyasi dairələrinin, 
beynəlxalq  idman  ictimaiyyətinin  nümayəndələri,  Dünya  İqtisadi  Forumunda  iştirak  edən  xarici  ölkələrin 
təmsilçiləri qatılmışdılar. 
Təqdimatda  çıxış  edərkən  Avropa  Olimpiya  Komitəsinin  bu  qərarının  qəbul  edilməsində  əsas  səbəb  olan 
amillərə  toxunan  Prezident  İlham  Əliyev  ölkəmizin  bu  tədbiri  yüksək  səviyyədə  keçirəcəyini  bildirmişdir: 
“Fikrimcə,  bu  oyunların  Bakıda  keçirilməsi  haqqında  qəbul  edilmiş  qərarın  bir  səbəbi  də  atletlərimizin 
nailiyyətləri ilə  bağlıdır... Digər  səbəb  Azərbaycanın sürətli  inkişafı ilə  bağlıdır.  Müstəqillik  illəri,  xüsusən  də 
son  on  il  ərzində  iqtisadiyyatımız  üç  dəfədən  çox  artıb.  Davos  Dünya  İqtisadi  Forumu  qlobal  rəqabətlilik 
reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda 
keçirilməsi barədə qərarın qəbulunda rol oynadı”. 
Prezident  İlham  Əliyev  ilk  Avropa  Oyunlarının  Avropanın  idman  tarixində  yeni  səhifə  açacağını,  gələcək 
oyunların  səviyyəsini,  standartlarını  müəyyən  edəcəyini  demişdir:  “Ümidvarıq  ki,  bütün  ölkələr  bu  oyunlara 
güclü  atletlərini  göndərəcəklər.  Çünki  Avropa  Oyunlarının  standartları  müəyyən  dərəcədə  məhz  Bakıda 
müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq”. 
Yeri  gəlmişkən,  burada  bir  məqamı  da  vurğulamaq  istərdim.  İlk  Avropa  Oyunlarının  Azərbaycanda 
keçirilməsinə  qısqanclıqla  yanaşanlar  da  az  olmamışdır.  Lakin  bu,  əbəsdir.  Diqqəti    “The  Washington  Post” 
qəzetində  birinci  Avropa  Oyunları  ilə  bağlı  bir  müddət  bundan  əvvəl  dərc  edilən  “Təşkilatçılar:  Biz  Avropa 
Oyunlarına  şübhə  ilə  yanaşanlara  sübut  etdik  ki,  onlar  yanılırlar”  sərlövhəli  məqalədə  deyilənlərə  yönəltmək 
istərdim.  Adıçəkilən  yazıda  bu  il  iyunun  12-28-də  Bakının  birinci  Avropa  Oyunlarına  ev  sahibliyi  edəcəyi 
diqqətə çatdırılmışdır. 
Məqalədə  Avropa  Olimpiya  Komitəsinin  (AOK)  prezidenti  Patrik  Hikkinin  bu  fikirlərinə  yer  verilmişdir: 
“Altı-yeddi ay əvvəl bu Oyunların texniki əsaslandırılmasını həyata keçirmək üçün icazə alanda bir çoxları buna 
inamsız  yanaşırdılar.  Lakin  biz  buna  nail  olduq  və  artıq  son  mərhələdəyik.  Beləliklə,  biz  bu  Oyunların 
keçirilməsinin vacibliyinə skeptik yanaşanlara yanıldıqlarını sübut edə bildik”. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
227 
 
“The Washington Post” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar 
üzrə baş direktoru  Saymon Kleqin fikirləri də oxucuların diqqətinə çatdırılmışdır: “Başlanğıcda bu Oyunların 
baş tutacağı ilə bağlı şübhələr var idi. Lakin indi Avropanın 50-dən çox Milli Olimpiya Komitəsi bu tədbirə ruh 
yüksəkliyi  ilə  baxır.  Bu  gün  də  ilk  Avropa  Oyunları  ilə  bağlı  bəzi  bədbinlər  var.  Lakin  onlar  bu  yarışların 
miqyasının necə geniş olacağını gördükdən sonra səhv etdiklərini anlayacaqlar”. 
Xatırladaq ki,  ilk Avropa Oyunlarında 50 ölkədən 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 dəst medal 
uğrunda  mübarizə  aparacaq.  İdman  növlərindən  11-i  üzrə  2016-cı  il  Rio-de-Janeyro  Olimpiya  Oyunlarına 
lisenziya qazanmaq imkanı olacaq. 
Bəli,  Azərbaycan  bu  gün  I  Avropa  Oyunları  ərəfəsindədir.  Bundan  sonra  isə  paytaxtımız    Avro-2020-yə 
gedən  yola  çıxacaq.  Bütün  bunlar  isə  sonda  respublikamızın  nüfuzunu  daha  da  gücləndirəcək,  Azərbaycanı  
bölgədə hər zaman sülhün, əmin-amanlığın tərəfdarı olacağını sübut edəcəkdir. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin