Iv fəSİl I avropa Oyunları 2015


Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   2   3   4   5   6   7   8   9   ...   41

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə  
birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə 
Azərbaycan xalqını təbrik etmişdir 
(10 dekabr 2012-ci il) 
 
Bakı,  10  dekabr  (AzərTAc).  Xəbər  verdiyimiz  kimi,  Avropa  Olimpiya  Komitəsi  2015-ci  ildə  birinci 
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etmişdir.  
 
Prezident İlham Əliyev bu münasibətlə dekabrın 10-da Azərbaycan xalqını təbrik edərək  
demişdir 
 
- Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya 
Oyunlarının  Azərbaycanda  keçirilməsi  haqqında  qərar  qəbul  edilmişdir.  Bu  böyük  tarixi  hadisə  münasibətilə 
bütün  Azərbaycan  xalqını  ürəkdən  təbrik  edirəm.  Bu,  doğrudan  da  tarixi  hadisədir.  Çünki  bu  vaxta  qədər 
Avropa  Olimpiya  Oyunları  keçirilməmişdir  və  ilk  oyunların  Bakıda  keçirilməsi  böyük  tarixi  hadisədir, 
ölkəmizin böyük uğurudur.  
Bu  qərarın  qəbul  edilməsində  iştirak  etmiş  bütün  insanlara,  Avropa  Olimpiya  Komitəsinə  böyük 
minnətdarlığımı,  təşəkkürümü  bildirmək  istəyirəm.  Qeyd  etmək  istəyirəm  ki,  Azərbaycan  bu  oyunları  yüksək 
səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa 
Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir.  
Bu  qərarın  qəbul  edilməsində  bir  neçə  amil  öz  rolunu  oynamışdır.  İlk  növbədə,  ölkəmizin  beynəlxalq 
nüfuzu  öz  rolunu  oynamışdır.  Azərbaycan  bu  gün  dünyada  böyük  hörmətə  malik  olan  bir  ölkədir.  Dünya 
birliyində  bizim  rolumuz,  təsir  imkanlarımız  artır  və  dünya  birliyi  Azərbaycana  böyük  hörmətlə  və  etimadla 
yanaşır.  
Keçən il ölkəmizin tarixində böyük hadisə baş vermişdir, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv 
qəbul edilmişdir. Biz bu şərəfə 155 ölkənin dəstəyi ilə layiq görüldük və bir il ərzində Təhlükəsizlik Şurasının 
üzvü  kimi  Azərbaycan  öz  prinsipial  mövqeyini  göstərir.  Əvvəllər  də  bəyan  etdiyim  kimi,  biz  Təhlükəsizlik 
Şurasında beynəlxalq hüquq normalarını və ədaləti müdafiə edəcəyik. 
Bir sözlə, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır və ölkəmizin beynəlxalq imici də 
çox müsbətdir. Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da 
çox  vacibdir.  Ölkəmizin  dinamik,  uğurlu  inkişafı  üçün  ictimai-siyasi  sabitlik  çox  mühüm  rol  oynayır  və 
Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir.  
Əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Son doqquz il 
ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni, 300 faiz artmışdır. 
İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz bu ilin yekunlarına görə də yenidən gözəl iqtisadi 
uğurları görürük və bununla fəxr edirik. 
Azərbaycan  iqtisadiyyatı  rəqabətqabiliyyətliliyinə  görə  dünya  miqyasında  46-cı,  MDB  məkanında 
birinci  yerdədir.  Bütün  əsas  beynəlxalq  reytinq  agentlikləri  Azərbaycanın  kredit  reytinqlərini  hətta  böhranlı 
illərdə də artırıblar. Yəni, iqtisadi imkanlar da öz rolunu oynamışdır.  
Ölkəmizdə  və  Bakı  şəhərində  müasir  infrastruktur  layihələri  həyata  keçirilir.  Onların  bir  çoxu  artıq 
tamamlanmışdır. Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısındadır. Təsadüfi deyildir ki, bu amil də öz rolunu 
oynamışdır.  Növbəti  illərdə  də  Bakının  infrastrukturunun  genişləndirilməsi,  müasirləşdirilməsi  istiqamətində 
əlavə tədbirlər görüləcəkdir.  
Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhər gündən-günə gözəlləşir. Böyük işlər 
görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Özəl sektorun inkişafı üçün çox gözəl şərait vardır. 
Azərbaycanda  investisiya  iqlimi  çox  müsbətdir.  Eyni  zamanda,  iqtisadi,  yəni,  maliyyə  resurslarımız  da  bizə 
imkan verəcəkdir ki, Olimpiadanı yüksək səviyyədə keçirək.  
Onu  da  qeyd  etmək  istəyirəm  ki,  Bakıda  və  bütövlükdə  Azərbaycanda  idman  infrastrukturunun 
yaradılması  istiqamətində  böyük  işlər  görülmüşdür.  Vaxtilə  başlanmış  layihələrin  bir  çoxu  başa  çatmışdır. 
Hazırda  tikilməkdə  olan  idman  obyektləri  yaxın  iki  il  ərzində  istifadəyə  veriləcəkdir.  Yəni,  biz  Avropa 
Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikik. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf 
etmiş şəhərimiz vardır.  
Bu xəbər cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılanmışdır. Bu qərarın qəbul edilməsində şübhəsiz ki, 
idmançılarımızın  uğurları  da  öz  rolunu  oynamışdır.  Azərbaycan  bu  gün  dünyada  və  Avropada  idman  dövləti 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 

 
kimi  tanınır.  Bizim  uğurlarımız  həm  beynəlxalq  yarışlarda  əldə  etdiyimiz  medallarla  ölçülür,  eyni  zamanda, 
Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda 
və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman 
uğurla,  sürətlə  inkişaf  edir.  İdmanın  kütləviliyi  təmin  edilir  və  Azərbaycanda  Olimpiya  hərəkatı  çox  yüksək 
səviyyədədir.  
İdmançılarımızın  uğurları  özünü  Yay  Olimpiya  Oyunlarında  da  göstərmişdir.  Bu  il  Yay  Olimpiya 
Oyunlarında  biz  tarixi  qələbə  qazanmışıq,  on  medal  qazanmışıq.  Dünya  miqyasında  30-cu,  Avropa  ölkələri 
arasında  isə  15-ci  yerə  layiq  görülmüşük.  Yəni,  bütün  bu  amillər  bu  qərarın  qəbul  edilməsində  öz  rolunu 
oynamışdır. 
Bir  daha  demək  istəyirəm  ki,  birinci  Avropa  Olimpiya  Oyunlarının  Bakıda  keçirilməsi  barədə  qərar 
böyük  tarixi  hadisədir.  Bu,  bizə  göstərilən  böyük  inamdır,  böyük  etimaddır,  böyük  hörmətdir,  eyni  zamanda, 
üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu 
oyunları yüksək səviyyədə keçirəcəyik.  
Oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur. Yəni, bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. 
Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha 
dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur.  
Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!  
 
AzərTAc 
10 dekabr 2012-ci il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
10 
 
Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması 
Azərbaycan Prezidentinin apardığı siyasətin qələbəsidir 
 
Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilmişdir. Əvvəlcə cari məsələlərə baxılmışdır. 
Yeni  Azərbaycan  Partiyası    sədrinin  müavini-icra  katibi,  Milli  Məclisin  deputatı  Əli  Əhmədov  çıxış 
edərək bildirmişdir ki, dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk 
dəfə  olaraq  Avropa  Olimpiya  Oyunlarının  Azərbaycanda  keçirilməsi  haqqında  qərar  qəbul  edilmişdir. 
Azərbaycan Prezidenti İlham Əliyev də bu münasibətlə xalqı təbrik etmişdir. 
 
Tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbulu ölkəmizin 
dünyada  artan  nüfuzunun  göstəricisidir.  Bu,  ölkəmizdə  həyata  keçirilən  siyasətin  uğurlarından  xəbər  verir. 
Dövlətimiz  öz  tarixində  ilk  dəfə  olaraq  2015-ci  ildə  Avropa  Olimpiya  Oyunlarını  keçirməklə  Azərbaycanın 
müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaqdır. 
Milli Məclisin sədri Oqtay Əsədov bu hadisəni yüksək dəyərləndirərək bildirmişdir ki, bütün bunlar ölkədə 
aparılan  məqsədyönlü  siyasətin  uğurlarıdır.  Avropa  Olimpiya  Oyunlarının  Azərbaycanda  keçirilməsi  barədə 
qərarın  qəbul  olunması  Azərbaycan  Prezidentinin  apardığı  siyasətin  qələbəsidir.  Milli  Məclisin  sədri  bu 
münasibətlə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını və təbrik etmişdir. 
Sonra  gündəlikdəki  qanun  layihələri  müzakirə  başlanılmış  və  Azərbaycanın  bir  neçə  ölkə  ilə  imzaladığı 
sazişlər  təsdiqləndi.  Bu  sənədlərin  içərisində  Azərbaycan  Hökuməti  və  Türkiyə  Hökuməti  arasında  axtarış  və 
xilasetmə  xidmətlərinin  əlaqələndirilməsi  haqqında,  həmçinin  bitki  mühafizəsi  və  karantini  sahəsində 
əməkdaşlıq  haqqında  Sazişlər,  Azərbaycan-Türkiyə  Toxumçuluq  və  Araşdırma  Birgə  Müəssisəsinin 
fəaliyyətinin  nizamlanması  haqqında  Protokol,  Türk  Mədəniyyəti  və  İrsi  Fondunun  Nizamnaməsinin  təsdiq 
edilməsi ilə bağlı qanun layihələri vardır. 
Bundan  başqa,  iclasda  Azərbaycan  Hökuməti  və  Belarus  Hökuməti  arasında  odlu  silahların,  döyüş 
sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə 
əməkdaşlıq  haqqında,  həmçinin  cinayət  yolu  ilə  əldə  edilmiş  gəlirlərin  leqallaşdırılmasına  və  terrorçuluğun 
maliyyələşdirilməsinə  qarşı  mübarizə,  o  cümlədən  mədəni  sərvətlərin  talanması  ilə  mübarizə  və  onların  geri 
qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında beynəlxalq sənədlər də təsdiqlənmişdir. Lizinq 
fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında Sazişlər, 
Azərbaycan  Hökuməti  ilə  Böyük  Britaniya  və  Şimali  İrlandiya  Krallığı  Hökuməti  arasında  hava  əlaqəsi 
haqqında, Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Sazişlərin təsdiq edilməsi 
barədə qanun layihələri də qəbul olunmuşdur.   
Eyni  zamanda,  iclasda  Azərbaycan  Hökuməti  ilə  İran  Hökuməti  arasında  sərhədyanı  rayonlarda  yaşayan 
Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri 
haqqında, həmçinin Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası 
vətəndaşları  üçün  sadələşdirilmiş  qaydada  gediş-gəliş  haqqında  Memorandumların  təsdiq  edilməsi  barədə 
Azərbaycan Respublikasının Qanunları da ləğv edilmişdir. 
Bu  sənədlərlə  bağlı  məlumat  verən  parlamentin  hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  sədri  Əli 
Hüseynli bildirdi ki, bu memorandumlarda SSRİ dövründə mövcud olmuş qaydalar əksini tapmışdır. Hazırda isə 
Azərbaycan bütün ölkələrlə münasibətləri tənzimləyən viza sistemi yaratmışdır. Eyni zamanda, sərhəd rejimini, 
təhlükəsizliyi  tənzimləyən  qanunlar  mövcuddur.  Miqrasiya,  vətəndaşların  gedib-gəlməsini  tənzimləyən 
mükəmməl qanunvericilik bazası yaradılmışdır. Hüquqi baxımdan bu memorandumların müddəalarına ehtiyac 
qalmamışdır. Ona görə də hər iki dövlətin səlahiyyətli orqanları müddəti başa çatmış bu memorandumların ləğvi 
barədə mövqelərini bildirmişlər.  
Sonra iclasda İnzibati Xətalar, Cinayət-Prosessual və Cinayət məcəllələrinə təklif edilən redaktə xarakterli 
dəyişikliklər təsdiqlənmişdir. 
Gündəlikdə  olan  digər  6  məsələ  -  Cinayət,  Mülki,  İnzibati  Xətalar  və  İnzibati  Prosessual  məcəllələrinə, 
həmçinin “Həmkarlar ittifaqları haqqında” və “Mühasibat uçotu haqqında” qanunlara təklif edilən dəyişikliklər 
isə siyasi partiyalara dair qanunvericiliklə bağlı  idi. 
Bildirilmişdir  ki,  Cinayət  Məcəlləsinə  169.1  maddəsinin  əlavə  edilməsi  nəzərdə  tutulur.  Həmin  maddədə 
siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə cərimə və cəzalar nəzərdə 
tutulmuşdur. 
Sonda qanun layihələri səsə qoyularaq qəbul edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
11 
 
İclasda  həmçinin  Ağdaş  rayonunun  inzibati  ərazi  bölgüsündə  qismən  dəyişikliklər  edilməsi,  Astara 
rayonunun  Ərçivan  kəndinə  qəsəbə  statusu  verilməsi,  “Sosial  müavinətlər  haqqında”  qanunda  dəyişikliklər 
edilməsi barədə qanun layihələri də səsə qoyularaq qəbul edilmişdir. 
Bununla da Milli Məclisin iclası başa çatmışdır 
 
“Xalq qəzeti”.-2012.-12 dekabr.-N 277.-S.13. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
12 
 
İlk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar  
Azərbaycanın böyük uğurudur 
 
Məlum  olduğu  kimi,  Avropa  Olimpiya  Komitəsi  ilk  Avropa  Olimpiya  Oyunlarının  2015-ci  ildə  Bakıda 
keçirilməsi  ilə  bağlı  tarixi  qərar  verib.  Bu,  Azərbaycanın  inkişafına,  sabitliyə,  dünya  idmanı  və  Olimpiya 
hərəkatının  liderlərindən  biri  olmasına  verilən  qiymətdir.  Ümumiyyətlə,  bu  gün  öz  inkişafına  görə  Cənubi 
Qafqazın  lider  ölkəsinə  çevrilən  Azərbaycan,  eyni  zamanda,  dünyada  aparıcı  idman  ölkələrindən  biri  kimi 
tanınır.  Lakin  buna  heç  də  asanlıqla  nail  olunmayıb.  Bu  uğurun  mərkəzində  Azərbaycanda  gənclərin  dövlət 
tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi 
üçün atılan addımlar dayanır. Kimsəyə sirr deyil ki, ölkəmizin  müstəqilliyinin ilk illərində dövlətin diqqət və 
qayğısından  kənarda  qalan  gənclərin  öz  imkanlarını  gerçəkləşdirməsi,  cəmiyyətdə  bilik  və  bacarıqlarına 
münasib  yer  tapması  üçün  şərait  yox  səviyyəsində  idi.  Təhsildəki  böhranın,  işsizliyin,  mənəvi  boşluğun 
yaratdığı  vəziyyət  gənclər  arasında  neqativ  halların,  cinayətkarlığın  artmasına  təkan  verirdi.  Digər  tərəfdən, 
1991-1993-cü  illərdə  yaşanan  siyasi  hərc-mərclik  və  hakimiyyətsizlik  mühitində  ayrı-ayrı  şəxslər,  qruplar  öz 
siyasi  ambisiyalarını,  şəxsi  maraqlarını  həyata  keçirmək  məqsədilə  gənclərdən  alət  kimi  istifadə  etməyə 
çalışırdılar.  Bu  vəziyyətə  isə  məhz  Ümummilli  lider  Heydər  Əliyevin  xalqın  təkidli  tələbi  ilə  1993-cü  ilin 
iyununda siyasi hakimiyyətə qayıdışından sonra son qoyuldu. 
 
Ulu öndər gənclərə böyük etimad göstərirdi 
 
Təsadüfi  deyil  ki,  hələ  1993-cü  ildə  Ali  Sovetin  Sədri  olarkən  Ulu  öndər  sovetlər  dönəmində  xarici 
ölkələrə,  o  cümlədən,  sovet  respublikalarına  oxumağa  göndərilən  gənclərlə,  bir  sıra  gənclər  təşkilatlarının 
rəhbərləri ilə görüş keçirdi, ölkəmizin keçdiyi yolları bir daha göz önünə gətirdi, xatırlatdı, gənclər siyasətinin 
formalaşması ilə bağlı ciddi fikirlər bildirdi. Ulu öndərin həmin görüşdəki çıxışı isə həm ölkə daxilindəki, həm 
də  xaricdəki  qüvvələrə  təsirli  bir  mesaj  oldu:  “Biz  dövlətin  və  cəmiyyətin  idarə  edilməsində  gənc  nəslin 
qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. 
Beləliklə, Ümummilli liderimizin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük 
inam  və  etimad  görən  Azərbaycan  gəncliyi  tezliklə  dövlətin  və  Yeni  Azərbaycan  Partiyasının  ətrafında  sıx 
birləşdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə 
gənclərimizin  dövlət  quruculuğu  prosesindəki  iştirakına  əsaslı  təkan  vermiş  oldu.  Eyni  zamanda,  Ulu  öndər 
Heydər  Əliyevin  diqqəti  və  qayğısı  sayəsində  gənclərimizin  müxtəlif  dövlət  vəzifələrində  çalışmasına  şərait 
yaradıldı. Özəl sahələrdə də fəallaşan gənclər ictimai-siyasi həyatda aktiv rol oynamağa başladılar. Cənab İlham 
Əliyevin  2001-ci  ildə  YAP-ın  II  qurultayında  partiya  Sədrinin  birinci  müavini  vəzifəsinə  seçilməsi  isə 
gənclərimizdə böyük ruh yüksəkliyi yaratdı.  
Ulu  öndər  Heydər  Əliyev,  eyni  zamanda,  yeni  nəslin  müstəqil  ölkəyə  layiq  tərbiyələnməsi  və  təhsil 
alması üçün təhsildə və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Onu da qeyd edək ki, 
müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına 
çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-
cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi 
oldu.  Ulu  öndərin  həmin  forumdakı  çıxışı  gənclərimiz  üçün  bir  çağırış  rolunu  oynadı:  “Gənclər  özlərini 
Azərbaycanın  gələcəyi  naminə  layiqincə  hazırlamalıdırlar.  Hər  bir  gənc  öz  yolunu  müstəqil  Azərbaycan 
Respublikasının  həyat  yolu  kimi  qəbul  etməlidir.  Gənclərimizin  əsas  vəzifəsi  özünü  müstəqil  Azərbaycan 
Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”. 
Təsadüfi  deyil  ki,  1997-ci  ildə  Ümummilli  lider  Heydər  Əliyevin  Sərəncamı  ilə  2  fevral  Azərbaycan 
tarixinə  Gənclər  Günü  kimi  düşdü.  Ümummilli  liderin  gənclər  siyasəti  gənclərin  inkişafı  və  onların 
potensialından cəmiyyətin tərəqqisi üçün istifadə edilməsində özünü göstərirdi. 
 
Azərbaycanda Olimpiya hərəkatı məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 
sonra dirçəlməyə başladı 
 
Ulu öndər hər bir sferada olduğu kimi, idman sahəsində də gənclərin öz potensiallarını ortaya qoymasına 
şərait yaradırdı. Çünki gənclərin idmana cəlb olunması bu sahənin inkişafı ilə bərabər, ölkədə daha sağlam yeni 
nəsil  yetişdirmək  məqsədi  daşıyırdı.  Daha  dəqiq  desək,  ölkəmizdə  idmanın  inkişafı,  kütləviləşməsi, 
Azərbaycanın  dünyada  idman  ölkəsi  kimi  tanınmasının  əsası  məhz  Ulu  öndər  Heydər  Əliyev  tərəfindən 
qoyulub.  Ümummilli  liderin  xalqın  tələbi  ilə  ikinci  dəfə  hakimiyyətə  qayıtmasından  sonra  bütün  sahələrdə 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
13 
 
olduğu kimi idman sektorunda da əsaslı dönüş baş verdi. Azərbaycanda dağılmış idman infrastrukturu, demək 
olar ki, yox səviyyəsində olan Olimpiya hərəkatı məhz Ulu öndərin hakimiyyət gəlməsindən sonra dirçəlməyə 
başladı.  
Belə  ki,  Azərbaycan  Milli  Olimpiya  Komitəsi  (MOK)  1992-ci  ildə  yaradılsa  da  ilk  illərdə  bu  qurumun 
fəaliyyəti o qədər də nəzərə çarpmırdı. MOK Azərbaycanın idman hərəkatına liderlik etmək iqtidarında deyildi. 
1992-ci  ildə  Barselonada  keçirilmiş  XXV  Yay  Olimpiya  Oyunlarında  da  ölkəmiz  müstəqil  dövlət  kimi  təmsil 
oluna  bilmədi.  Ölkəmizin  beş  idmançısı  MDB-nin  birləşmiş  komandasının  tərkibində  Olimpiya  Oyunlarında 
iştirak etməli oldu. Ümumiyyətlə, 1992-1997-ci illər arasında MOK-un fəaliyyətində qeyd olunmalı işlər əsasən, 
Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə 
edir. Həmin dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk 
dəfə  Olimpiya  Oyunlarına  qatılmasıdır.  Bu  tarixi  hadisənin  reallaşdırılmasında  Ulu  öndər  Heydər  Əliyevin 
böyük əməyi oldu. Ulu öndərin Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamı, hazırlığın daim dövlət nəzarəti 
altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Belə ki, 
Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu və bir gümüş medal qazanıldı. Sərbəst üsulla güləşən Namiq 
Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan milli Olimpiya komandasının Olimpiya 
Oyunlarında qazandığı ilk medal idi.  
 
Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycan idmanında, 
Olimpiya hərəkatında yeni və möhtəşəm mərhələnin əsası qoyuldu 
 
Bu  məqamda  vurğulamaq  yerinə  düşər  ki,  MOK-un  fəaliyyətinin  birinci  beşilliyində  görülmüş  işlər, 
ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbəxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb 
olunurdu.  Beləliklə,  MOK-un  1997-ci  ilin  31  iyulunda  keçirilmiş  növbəti  Baş  Məclisi  komitənin  yeni  idarə 
heyətini  müəyyənləşdirdi.  Cənab  İlham  Əliyev  Milli  Olimpiya  Komitəsinin  prezidenti  seçildi.  Komitənin 
fəaliyyət  istiqamətləri  müəyyənləşdirildi.  Bununla  da  Azərbaycan  idmanında,  Olimpiya  hərəkatında  yeni  və 
möhtəşəm mərhələnin əsası qoyuldu. Bir qədər irəli gedərək qeyd edək ki, məhz bunun nəticəsidir ki, bu gün 
Azərbaycan  planetin  bir  nömrəli  idman  yarışı  olan  Yay  Olimpiya  Oyunları  kimi  turnirə  ev  sahibliyi  etmək 
iddiasını ortaya qoyub.  
Həmin  vaxtdan  etibarən  mərhələ-mərhələ  həyata  keçirilən  siyasət  Azərbaycan  idmanının  tarixində  şanlı 
səhifələrin yazılmasına səbəb olub. Prezident İlham Əliyevin istər dövlət başçısı, istərsə də MOK rəhbəri kimi 
gördüyü işlər Azərbaycanı, demək olar ki, Olimpiya ölkəsinə çevirib. Ötən dövrə nəzər salanda Azərbaycanda 
idman və Olimpiya hərəkatının inkişafında nə qədər böyük məsafə qət edildiyinin şahidi oluruq. Belə ki, dövlət 
başçısının  MOK  rəhbəri  kimi  fəaliyyət  göstərdiyi  ötən  illər  ərzində  gerçəkləşdirilən  çoxistiqamətli  siyasət 
nəticəsində  ölkəmizdə  idmançı  ordusu,  fiziki  və  mənəvi  cəhətdən  sağlam  nəsil,  müasir  idman  infrastrukturu 
yaradılıb.  Bu  gün  Azərbaycada  30-dan  çox  müasir  Olimpiya  İdman  Kompleksi  fəaliyyət  göstərir.  İdman 
bazaları demək olar ki, ölkənin bütün bölgələrini əhatə edir. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq 
Olimpiya  Komitəsinin  prezidenti  Jaq  Roqqe  verərək  deyib  ki,  Azərbaycan  Milli  Olimpiya  Komitəsi  başqa 
Olimpiya  komitələri  üçün  örnək  olmalıdır.  İdmanda  olan  nailiyyətlər  göz  qabağındadır.  Bunları  danmaq 
mümkün deyil. Bu sahədə həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanla məşğul olmaq 
böyük bir amilə çevrilib.  
Yeri  gəlmişkən,  ölkəmizdə  idman  bölmələrinə  müşahidə  edilən  axın  bir  daha  göstərir  ki,  gənclərimiz, 
uşaqlarımız  idmanla  məşğul  olmaq  istəyirlər.  İlk  növbədə  ona  görə  ki,  idmançı  olmaq  çox  şərəfli  bir  peşəyə 
çevrilib. Digər tərəfdən, idmanla məşğul olan, beynəlxalq yarışlarda böyük qələbələr qazanan idmançılar dövlət 
tərəfindən layiqincə mükafatlandırılır, onlara qayğı göstərilir.  
 
Olimpiya oyunlarında qazanılan ardıcıl uğurlar 
 
Beləliklə, Azərbaycanda idmanın inkişafı üçün gözəl şərait yaradılıb. Dövlət başçısının bu sahədə həyata 
keçirdiyi  siyasət  nəticəsində  Azərbaycan  beynəlxalq  idman  aləmində  artıq  öz  layiqli  yerini  tutub  və  aparıcı 
idman ölkəsinə çevrilib. Bunu ötən dövr ərzində Olimpiya oyunlarında qazanılan uğurlar və idmançılarımızın 
əldə etdiyi medalların sayının artması da təsdiqləyir.  
Bu  statistikaya  keçməzdən  öncə  bildirmək  yerinə  düşər  ki,  1998-ci  ildə  respublikamız  ilk  dəfə  Qış 
Olimpiya  Oyunlarına  qatılıb.  Yaponiyanın  Naqano  şəhərində  keçirilən  XVIII  Qış  Olimpiya  Oyunlarında 
respublikamız  5  idmançı  ilə  dörd  yarışda  təmsil  olunub.  2002-ci  ildə  Azərbaycan  ikinci  dəfə  Qış  Olimpiya 
Oyunlarının iştirakçısı olub. ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda 
iştirak ediblər. Olimpiya Oyunlarında qazanılan uğurlara gəlincə, məlumat üçün bildirək ki, 2000-ci ildə Sidney 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
14 
 
Olimpiadasında Azərbaycan 31 idmançı ilə 10 idman növü üzrə təmsil olunub və idmançılarımız 3 (2 qızıl, 1 
bürünc) medal qazanıblar. Azərbaycan komanda hesabında 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında 
isə  23-cü  olub.  Bu,  həmin  vaxta  qədər  ölkəmizin  Olimpiya  hərəkatı  tarixində  ən  böyük  uğur  olmaqla  yanaşı, 
dövlətin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi idi.  
2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında isə idman tariximizdə ilk dəfə olaraq 5 
medal qazanılıb. Belə ki, Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda 38 idmançı ilə 12 idman növü 
üzrə uğurla mübarizə aparan Olimpiya komandamız nəticədə 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı 
dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bilib. Bütün bunlar dövlət başçısı 
İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələri kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin 
MOK  xəttilə  uşaq  və  gənclərin  problemlərini  ardıcıl  olaraq  həll  etməsi,  onların  imkan  və  bacarıqlarını 
reallaşdırmaları üçün hərtərəfli və geniş şərait yaratması dövlətimizin fəaliyyətinin ən mühüm istiqamətlərindən 
birinə çevrilib.  
Azərbaycan  dövlət  başçısının  həyata  keçirdiyi  siyasət  ötən  hər  il  ərzində  daha  böyük  uğurların 
qazanılmasına  təkan  verib.  Məhz  bunun  nəticəsidir  ki,  2008-ci  il  Pekin  Olimpiadasında  44  lisenziya  ilə  11 
idman  növündə  təmsil  olunan  idmançılarımız  tarixi  zəfərə  imza  ataraq  7  (1  qızıl,  2  gümüş,  4  bürünc)  medal 
qazanıblar.  Bu  artıq  hədəflərin  yüksəlməsinin,  ölkəmizdə  Olimpiya  hərəkatının  daha  geniş  müstəviyə  qədəm 
qoymasının carçısı idi. 
Hansı ki, biz “İdman ili” elan olunan 2012-ci ildə bunun şahidi olduq. Məlum olduğu kimi, 53 lisenziya 
ilə  16  idman  növündə  təmsil  olunan  ölkəmizin  idmançıları  London  Olimpiadasında  rekord  sayda-10  medal 
qazanmaqla Azərbaycanın dünya Olimpiya hərəkatındakı lider mövqeyini bir qədər də möhkəmləndirdilər.  
Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inikşaf tempinə malik olduğunu, idman uğurlarının 
davamlı  xarakter  daşıdığını  bir  daha  təsdiqləyir.  Yəni,  sadalanan  uğurların  əsasında  idmana  dövlət tərəfindən 
göstərilən  yüksək  səviyyəli  qayğı  durur.  Azərbaycan  xalqının  Ümummilli  lideri  Heydər  Əliyevin  əsasını 
qoyduğu  bu  siyasətin  Prezident  İlham  Əliyev  tərəfindən  müasir  dövrün  tələbləri,  reallıqları  və 
qanunauyğunluqlarına  müvafiq  surətdə  uğurla  davam  etdirilməsi  bu  istiqamətdə  davamlı  inkişafın  əldə 
olunmasını təmin edir.  
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin