Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   2   3   4   5   6   7   8   9   10   ...   41

 
“Xalq qəzeti”.-2013.-1 may.-N 92.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
40 
 
 “Bakı-2015” Avropa Oyunları Koordinasiya Komitəsinin  
birinci toplantısı olmuşdur 
 
2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin aprelin 30-da birinci 
toplantısı olmuşdur. 
 
Toplantıda  birinci  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  sədri,  Azərbaycanın  birinci  xanımı 
Mehriban Əliyeva iştirak etmişdir. 
Tədbirdən  əvvəl  Mehriban  xanım  Əliyeva  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki  və 
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşdü. 
Görüşdə  Avropa  Oyunlarının  yüksək  səviyyədə  təşkili  üçün  Azərbaycanda  böyük  potensialın  olduğu 
vurğulandı. Bildirildi ki, Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komanda fəaliyyət 
göstərir. 
Sonra toplantı işə başladı. 
Toplantıya sədrlik edən Mehriban xanım ƏLİYEVA onun işinə uğurlar arzulayaraq dedi: 
-Biz  Azərbaycanda  ilk  Avropa  Oyunlarına  ev  sahibliyi  etməkdən  qürur  duyuruq.  Avropa  Olimpiya 
Komitəsinin  bu  qərarının  ölkəmizin  son  illər  müxtəlif  sahələrdə,  o  cümlədən  idmanda  qazandığı  uğurların 
tanınması  kimi  qəbul  edirik.  Qeyd  etməliyəm  ki,  Azərbaycan  hökuməti  və  xalqı  bu  oyunları  dəstəkləyir.  Biz 
ölkəmizin Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıyıq. Biz üzərimizə düşən 
məsuliyyəti  anlayırıq.  Bu  da  öz  növbəsində,  bizdən  ilk  təcrübənin  uğurlu  olmasının  təminatını  tələb  edir.  Öz 
tərəfimizdən sizi əmin edə bilərik ki, bu məqsədə nail olmaq üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. 
Bu  səbəbdən  biz  ötən  illərdə  keçirilən  Olimpiya  və  regional  oyunların  təşkilatçılarının  təcrübəsindən 
bəhrələnməyə hazırıq. 
Azərbaycanın  birinci  xanımı  ilkin  mərhələdə  Koordinasiya  Komitəsinin  qarşısında  duran  müxtəlif 
məsələlərə toxundu. Təşkilat Komitəsinin sədri Olimpiya kəndi də daxil olmaqla lazımi infrastrukturun hazırlıq 
səviyyəsinin,  məlumatın  ötürülmə,  Oyunlara  hazırlıq  və  keçirilməsini  işıqlandıracaq  kütləvi  informasiya 
vasitələri ilə iş strategiyası, idman proqramının təsdiqlənməsi və tamamlanmasının xüsusi diqqət tələb etdiyini 
dedi. 
Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki  bildirdi  ki,  Azərbaycan  Gimnastika 
Federasiyasının  prezidenti  olan  Mehriban  xanım  Əliyevanın  Avropa  Oyunlarının  təşkilat  komitəsinə  sədrlik 
etməsi bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaradır. 
Toplantıda xarici ekspertlərin Avropa Oyunlarının keçirilməsi ilə bağlı təqdimatları oldu. Təqdimatlarda 
təşkil  olunacaq  mərasim  və  mədəni  proqramlar,  yayım,  media  strategiyaları,  əlaqələr,  işçi  və  tikinti  planları 
haqda fikir mübadiləsi aparıldı. 
Sonra  müzakirələrə  başlayan  Avropa  Olimpiya  Komitəsinin  üzvləri  bu  oyunların  yüksək  səviyyədə 
keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər. 
Təkliflərə  görə  təşəkkürünü  bildirən  Mehriban  xanım  Əliyeva  Avropa  Oyunlarının  ölkəmiz  üçün  ilk 
belə  təcrübə  olduğunu  dedi.  Bu  oyunlarının  böyük  uğur  kimi  Olimpiya  ailəsi  tarixinə  düşəcəyinə  ümidvar 
olduğunu bildirən Azərbaycanın birinci xanımı Koordinasiya Komitəsinin iclasında səslənən fikirlərin Avropa 
Oyunlarına hazırlıq işlərinə yeni nəfəs gətirəcəyini qeyd etdi. 
Mehriban xanım Əliyevaya Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsi təqdim edildi. 
Sonda xatirə şəkli çəkdirildi. 
 
“Xalq qəzeti”.-2013.-1 may.-N 92.-S.2. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
41 
 
Bakı Birinci Avropa Oyunlarına ciddi hazırlaşır 
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Olimpiya kəndi"ndə aparılan hazırlıq işləri ilə  
tanış olmuşdur 
 
Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  Birinci  Avropa  Oyunlarının 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 3-də "Olimpiya kəndi"ndə aparılan hazırlıq işləri ilə 
tanış olmuşdur. 
Bakının  Nizami  rayonunda  yerləşən,  Birinci  Avropa  Oyunlarının  keçirilməsi  zamanı  istifadə  olunacaq 
"Olimpiya kəndi" 382 min 397 kvadratmetr sahəni əhatə edir. "Olimpiya kəndi" Avropa oyunlarının keçiriləcəyi 
əsas  idman  komplekslərinə  -  Olimpiya  stadionuna,  Su  idmanı  növləri  mərkəzinə,  gimnastika  kompleksinə  və 
hava  limanına  yaxın  olmaqla  yanaşı,  şəhərin  müxtəlif  istiqamətlərinə  gediş-gəlişin rahat  və  sərfəli  olduğu  bir 
ərazidə yerləşir. On üç yaşayış binası, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dörd otaqlı 1161 mənzil 
vardır. Burada həmçinin elektrik yarımstansiyaları, qazanxana, yeraltı su anbarı, nasosxana, hər binanın maşın 
parkı  mövcuddur.  Kompleksdə  3520  otaqdan  əlavə  42  min  kvadratmetr  sahəni  əhatə  edən  dupleks  evlərin 
salınması üçün də hazırlıq işləri görülmüşdür. 
Ərazidəki  1100  şagird  yerlik  yeni  məktəb  binası  isə  Bakı  Avropa  Oyunları  Koordinasiya  Komitəsinin 
fəaliyyəti üçün ayrılmışdır. 
Xanım Mehriban Əliyevaya məlumat verildi ki, koordinasiya komitəsinin fəaliyyəti, burada çalışan yerli və 
beynəlxalq  ekspertlər  üçün  bütün  lazımi  şərait  yaradılmışdır.  Binada  müxtəlif  toplantıların  keçirilməsi  üçün 
böyük və kiçik zallar, müxtəlif kabinələr vardır. Kompleksdə voleybol, basketbol meydançaları yaradılmışdır, 
qapalı  üzgüçülük  hovuzu,  trenajor  zalı  inşa  olunur.  Həmçinin  kütləvi  informasiya  vasitələri  təmsilçilərinin 
fəaliyyəti  də  nəzərə  alınmışdır.  Bütünlükdə  kompleksdəki  hazırlıq  işləri  2014-cü  ilin  sonunadək  başa 
çatdırılacaqdır. 
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışlar zamanı ölkəmizə 
gələcək idmançıların və nümayəndə heyətlərinin qalması üçün hazırlanan mənzillərdəki şəraitlə tanış oldu. 
Görülən işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva tövsiyələrini verdi.  
 
“Xalq qəzeti”.-2013.-4 may.-N 95.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
42 
 
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları Təşkilat Komitəsinin  
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə ikinci iclası olmuşdur  
(25 iyun 2013-cü il) 
  
 
İyunun  25-də  2015-ci  ildə  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  ikinci  iclası 
olmuşdur. 
Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban xanım 
Əliyeva iclasda iştirak etmişdir. 
Təşkilat  Komitəsinin  ikinci  iclasında  komitənin  sədri,  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyeva 
qarşıda duran vəzifələrdən danışaraq dedi: 
- Hörmətli iclas iştirakçıları! 
Bu  gün  biz  birinci  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  ikinci  iclasını  keçiririk.  Birinci  iclas  bu  il 
fevralın  2-də  cənab  Prezidentin  rəhbərliyi  ilə  keçirilmişdir.  Bu  fakt  özlüyündə  onu  göstərir  ki,  dövlət  bu 
oyunların hazırlanmasına və keçirilməsinə çox böyük diqqətlə yanaşır. 
Birinci  görüşümüzdən  ötən  dövr  ərzində  bir  sıra  hazırlıq  işləri  həyata  keçirilmişdir.  Qarşımızda  duran 
məsələlərin həlli  istiqamətlərində  tədbirlər  görülmüşdür.  Eyni  zamanda,  yeni  çağırışlar,  yeni  məsələlər  ortaya 
çıxır. Ümidvaram ki, bugünkü görüşdə biz bütün bu sualları birlikdə müzakirə edəcəyik.  
Təşkilat Komitəsinin üzərinə çox böyük məsuliyyət düşür. Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə ilk dəfə 
Avropa Oyunları keçiriləcəkdir. Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib. Baxmayaraq ki, ümumiyyətlə, 
Olimpiya  hərəkatı  Avropada  doğulub  və  sonra  yenidən  Avropada  bərpa  olunmuşdur,  digər  qitələrdə  qitə 
oyunları keçirilirdi, Avropada isə ilk dəfə belə oyunların keçirilməsi şərəfi bizə nəsib olub. Biz çalışmalıyıq ki, 
bu  oyunlar  ən  yüksək  səviyyədə  hazırlansın  və  ən  yüksək  səviyyədə  keçirilsin.  Ümumiyyətlə,  bu,  Avropanın 
idman  hərəkatının  tarixində  yeni  bir  dövrün  başlanmasıdır  və  Azərbaycan  bu  tarixin  ilk  səhifələrini  yazan 
ölkədir. 
Mən  qeyd  etmək  istərdim  ki,  hazırlıq  üçün  cəmi  iki  il  vaxtımız  vardır.  Daha  dəqiq  olsam,  oyunların 
başlanmasına  98  həftə  qalıb.  Bu,  o  deməkdir  ki,  vaxt  çox  azdır.  Ona  görə  biz  gərək  daha  da  fəal  işləyək  və 
dövlətin qarşımızda qoyduğu məsələlərin icrası üçün əlimizdən gələni edək. Mən əminəm ki, buna nail olacağıq. 
 
* * * 
 
İclasda ümumi baxışı və atletlər kəndinin master planını təqdim edən gənclər və idman naziri Azad Rəhimov 
Olimpiya  kəndində  aparılan  işlərdən  danışdı.  Bildirdi  ki,  təxminən  7  min  300  atletin  Olimpiya  kəndində 
qalması,  qidalanması  və  istirahəti  üçün  bütün  şərait  yaradılacaqdır.  Bu  məsələ  ilə  bağlı  xarici  və  yerli 
mütəxəssislərin birgə çalışdığını deyən Azad Rəhimov Təşkilat Komitəsinin ilk iclasından sonra keçən dövrdə 
Avropa Oyunları ilə bağlı 18 Anlaşma Memorandumunun imzalandığını, oyunlarda 18 idman növünün təmsil 
olunacağını, daha iki idman növü üzrə memorandumların imzalanacağının gözlənildiyini bildirdi. 
Mehriban  xanım  Əliyeva  oyunlara  hazırlıqla  bağlı  infrastruktur  məsələlərinin  həllinin  vacibliyini  bildirdi, 
idman qurğularının monitorinqinin aparıldığını qeyd etdi. 
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Olimpiya kəndində həyata keçirilən tədbirlərin 
bir neçə mərhələdə reallaşacağını dedi. 
Avropa  Oyunları  üzrə  işçi  qrupunun  icraçı  məsləhətçisi  Daq  Arnot  planlaşdırma  prosesi  barədə  məlumat 
verdi, gələn həftədən kütləvi informasiya vasitələri ilə əməkdaşlığa başlanılacağını qeyd etdi. 
Avropa Oyunlarının təhlükəsizlik üzrə məsləhətçisi, Avropa Oyunları üzrə işçi qrupunun üzvü Peter Aşvin 
17  gün  ərzində  keçiriləcək  oyunların  planlaşdırma  mərhələsində  təhlükəsizlik  məsələlərinin  nəzərdən 
keçiriləcəyini dedi, təhlükəsizliyin dizaynının yaradılması, risklərin idarə edilməsi və nəzarət sistemlərinin yeni 
nəslinin tətbiqindən danışdı. 
Nəqliyyat naziri Ziya Məmmədov nəqliyyat-yol kompleksi ilə bağlı tədbirlər planı layihəsinin hazırlandığını, 
bununla əlaqədar 13 layihənin müəyyənləşdirildiyini diqqətə çatdırdı. 
Milli  təhlükəsizlik  naziri  Eldar  Mahmudov  kütləvi  tədbirlər  zamanı  təhlükəsizlik  məsələlərinə  sistemli 
şəkildə yanaşılacağını bildirdi. 
Daxili  işlər  naziri  Ramil  Usubov  Avropa  Oyunları  ilə  bağlı  hazırlanan  fəaliyyət  planının  icrasına  artıq 
başlanıldığını, xüsusi texniki vasitələrin alındığını vurğuladı. 
Prezident  Administrasiyası  rəhbərinin  müavini  Əli  Əsədov  həyata  keçiriləcək  tədbirlərin  əhəmiyyətini  və 
həcmini nəzərə alaraq qarşıdakı vəzifələrin icrasına dərhal başlanılmasının vacibliyini qeyd etdi. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
43 
 
Maliyyə naziri Samir Şərifov oyunların keçirilməsinə dair hər bir istiqamət üzrə maliyyə planlaşdırılmasının 
əhəmiyyətinə toxundu. 
Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  ikinci  iclasına  yekun  vuran  Mehriban  xanım  Əliyeva  aidiyyəti 
qurumlar  arasında  geniş  və  sıx  əməkdaşlığın  qurulmasının  vacibliyini  vurğuladı.  "İdman  ölkəsi  kimi  tanınan 
Azərbaycanda  irimiqyaslı  idman  tədbirləri  keçirilir.  Bununla  bağlı  beynəlxalq  mütəxəssislərin  rəyləri  də 
yüksəkdir", - deyən Təşkilat Komitəsinin sədri əminliklə bildirdi ki, Azərbaycan Avropa Oyunlarına ev sahibliyi 
etmək üzrə birinci olmaq vəzifəsini layiqincə yerinə yetirərək oyunları yüksək səviyyədə keçirəcəkdir. 
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ilin iyununda Bakıda baş tutacaqdır. Bu ilin yanvarında 
yaradılan  Təşkilat  Komitəsində  dövlət  qurumlarının  nümayəndələri  ilə  yanaşı,  Milli  Olimpiya  Komitəsinin 
üzvləri, idmançılar və digər şəxslər təmsil olunur. 
  
“Xalq qəzeti”.-2013.-28 iyun.-N 138.-S.4. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
44 
 
Bakı ilk Avropa Oyunlarına qalan 600 günü qeyd edir 
  
 
Oktyabrın 20-də Azərbaycan paytaxtı Avropa Oyunlarının 2015-ci il iyunun 12 -də Bakıda keçiriləcək 
açılış mərasiminə qalan 600 günü qeyd edərək ilk vaxt hesablanmasına başlayır. 
 
Avropa Oyunları Avropanın 49 milli Olimpiya dövlətindən olan elit atletlər üçün çox idman növlü tədbirdir 
və dörd ildə bir dəfə keçirilir. Bu Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur. Ümumilikdə 18 
idman növü üzrə təxminən 5600 idmançının iştirakı gözlənilən "Bakı-2015" Avropa Oyunları Beynəlxalq idman 
məkanında ən mühüm tədbirlərdən biri olacaqdır. 
Yarışları  qəbul  edən  şəhərin  hazırlıq  işləri  "Bakı-2015"  Oyunları  üçün  21  stadion  və  qurğuların  əksər 
hissəsinin tikinti və struktur planlaşdırması işində xeyli irəliləyişlə, cədvələ uyğun gedir. 
"Bakı-2015" tədbiri üçün nəzərdə tutulan yerlər "Eurovision-2012" mahnı yarışmasını qəbul etmiş əfsanəvi 
"Baku  Crystal  Hall"u  ,  yeni  Beynəlxalq  Üzgüçülük  Mərkəzini  və  65000  yerlik  müasir  stadionunu  əhatə  edir. 
Avropa Oyunları üçün nəzərdə tutulan "Atletlər Kəndi"nin tikintisi sürətlə gedir. Kənd artıq Oyunların təcrübəli 
məsləhətçiləri və planlaşdırma məsələlərinə məsul şəxsləri tərəfindən elit atletlər üçün dünyanın idman tarixində 
hazırlanmış ən yaxşı qəbul və hazırlıq qurğularından biri hesab edilir. 
"Alov Qüllələri" kompleksi və İraq mənşəli britaniyalı memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev 
Mərkəzi kimi digər rəmzi məkanlar idmana xüsusi fon yaradacaqdır. 
Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyindən  bildirmişlər:  "Bakı  sakinləri  və  bütöv 
Azərbaycan  Avropadan  gələcək  atletləri,  rəsmiləri,  mətbuat  mənsublarını  və  tamaşaçıları  salamlamağı 
səbirsizliklə  gözləyir.  Məqsədimiz  Azərbaycanın,  qəbul  edən  şəhərin,  xalqın  səmimiyyətini  və 
qonaqpərvərliyini  nümayiş  etdirmək,  idman,  biznes  və  turizm  üçün  yeni  istiqamət  kimi  təqdim  etməli 
olduğumuzu göstərməkdir. Avropa Olimpiya Komitəsi və idman federasiyaları ilə iş apararaq biz idmanı yeni 
format və quruluşda göstərəcəyik və yeni  mühüm idman  və mədəni tədbir təqdim edərək, Avropa Oyunlarını 
dünya səhnəsinə çıxaracağıq". 
"Bakı-2015"  tədbiri  üçün  bu  günədək  təsdiqlənmiş  yarışlar  Olimpiya  idman  növü  sayılan  üzgüçülük, 
dayvinq, velosiped idmanı, boks, gimnastika, eləcə də gələcək mühüm idman tədbirləri üçün gözəl nümunə olan 
basketbol 3x3 və çimərlik futbolu  kimi idmanın yeni formatını əhatə edir. 
Beynəlxalq  Olimpiya  Komitəsinin  (BOK)  üzvü  və  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki 
demişdir:  "Böyük  Oyunlar  möhtəşəm  yerlərdən  başlayır.  Bakının  tədbir  yerləri  tarixdə  mühüm  beynəlxalq 
idman yarışları üçün hazırlanmış ən gözəl yerlərdən biri olacaq və atletlər, tamaşaçılar, yayımçılar və azarkeşlər 
üçün həyəcan dolu mühit yaradacaqdır. Tədbirə 600 günün qaldığı bir vaxtda Azərbaycan Avropanın Olimpiya 
atletləri  və  dövlətləri  üçün  yüksək  keyfiyyətli  yarışın  və  qitənin  ilk  mühüm  pan-Avropa  çox  idman  növlü 
tədbirinin keçirilməsi məqsədilə cədvələ uyğun addımlayır". 
Bakı 2 milyondan artıq əhalisi olan, Xəzər dənizinin sahilində qərar tutan ən böyük şəhərdir. Keçmişdə İpək 
yolunun  mühüm  hissəsi  olmuş  bu  şəhər  Avropa,  Asiya  və  Orta  Şərqin  kəsişdiyi  yerdə  yerləşir.  Bu  gün  Bakı 
UNESCO-nun  Dünya   mədəni  irsi  siyahısına  salınmış  İçərişəhərlə  xüsusilə  qeyd  olunan  müasir  memarlığı 
özündə  əks  etdirir.  Azərbaycan  tolerantlıq  və  səmimi  qonaqpərvərlik  ənənəsi  ilə  seçilən  çoxmədəniyyətli 
cəmiyyətdən ibarətdir. 
Əlavə məlumat almaq istəyənlər www.baku2015.com ünvanına daxil ola bilərlər.  
 
“Xalq qəzeti”.-2013.-22 oktyabr.-N 232.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
45 
 
2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Əlaqələndirmə Komitəsinin  
ikinci toplantısı keçirilmişdir 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak etmişdir  
(28 oktyabr 2013-cü il) 
 
Bakı,  28  oktyabr  (AzərTAc).  2015-ci  ildə  Bakıda  keçiriləcək  Avropa  Oyunları  Əlaqələndirmə 
Komitəsinin oktyabrın 28-də ikinci toplantısı keçirilmişdir.  
Avropa  Oyunlarını  yüksək  səviyyədə  keçirmək  üçün  yaradılan  Təşkilat  Komitəsinin  sədri  Mehriban 
Əliyeva toplantıda iştirak etmişdir. 
Toplantıya sədrlik edən Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirmişdir 
ki, bu oyunlar ölkəmiz üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik deməkdir.  
Mehriban ƏLİYEVA demişdir:  
-Bu  gün  Azərbaycan  idman  ölkəsi  kimi  tanınır  və  bizim  ölkəmizdə  mötəbər  yarışların  keçirilməsi  bir 
ənənə  halını  almışdır.  Azərbaycanda  mütəmadi  olaraq  Avropa  və  dünya  çempionatları  keçirilir.  Həm  bizim 
qonaqlar,  həm  də  mütəxəssislər  bu  tədbirlərin  yüksək  səviyyədə  keçirildiyini  təsdiqləyirlər.  Azərbaycanda 
keçiriləcək  birinci  Avropa  Oyunları  Avropa  idman  hərəkatında  yeni  dövrün  başlanğıcı,  Azərbaycan  isə  bu 
tarixin  ilk  səhifəsini  yazan  ölkə  olacaqdır.  Bir  daha  qeyd  etmək  istərdim  ki,  Azərbaycan  xalqı  bu  oyunları 
dəyərləndirir  və  ölkəmizin  Avropa  idmanının  tarixində  çox  böyük  rol  oynayacağı  bu  oyunlarla  bağlı 
məsuliyyətini  dərk  edir.  Eyni  zamanda,  Azərbaycan  hökuməti  oyunlara  hərtərəfli  dəstək  verir,  onun  uğurla 
keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir.  
Mehriban Əliyeva Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci iclasından sonra keçən dövrdə 
bir  çox  nailiyyətlərin  əldə  edildiyini  vurğulayaraq  bildirmişdir  ki,  bugünkü  iclasda  görülən  işlər  haqqında 
təfərrüatlı  təqdimatlar  olacaqdır.  Artıq  idman  yarışlarının  cədvəl  layihəsi  tərtib  olunmuş,  oyunlarda  iştirak 
edəcək  rəsmilərin,  idmançıların,  həmçinin  medalların  sayı  və  yarışların  baş  tutacağı  günlər  nəzərdən 
keçirilmişdir. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı tamamlanmış,  maliyyə  məsələləri təhlil 
olunmuşdur.  
Mehriban Əliyeva çıxışında Olimpiya şəhərciyində aparılan işlər haqqında da danışmışdır. Qeyd etmişdir 
ki,  media  şəhərciyinin  inşa  ediləcəyi  yer  müəyyən  olunmuş,  Avropa  Oyunlarının  rəsmi  internet  saytının  ilkin 
versiyası  yaradılmış,  kommunikasiya  strategiyası  işlənilmiş,  oyunların  yayımı  məsələsi  ilə  bağlı  razılıq  əldə 
edilmişdir. 
Bakı şəhərinin oyunlara hazırlıq səviyyəsinin mühüm əhəmiyyət daşıdığını deyən Mehriban Əliyeva bu 
gün  Azərbaycan  paytaxtının  inkişafı  ilə  bağlı  layihələrin  icra  olunduğunu,  yeni  aeroportun  inşa  edildiyini, 
istirahət məkanlarının, parkların salındığını diqqətə çatdırmışdır.  
Mehriban Əliyeva qalan müddətdə bütün əlaqəli qurumlar arasında sıx əməkdaşlığın təmin olunmasının 
vacibliyini  bildirmiş  və  Avropa  Oyunlarının  yüksək  səviyyədə  keçəcəyinə  əminliyini  ifadə  etmişdir.  
Sonra  çıxış  edən  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki  Avropa  Oyunlarının  Təşkilat 
Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işləri yüksək qiymətləndirmiş və qarşıda 
duran vəzifələrlə bağlı fikirlərini bildirmişdir.  
Sonda xatirə şəkli çəkdirilmişdir.  
AzərTAc 
28 oktyabr 2013-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
46 
 
2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq  
yüksək səviyyədə gedir 
 
AzərTAc  xəbər  verir  ki,  bu  sözləri  oktyabrın  29-da  “Fairmont  Baku”  otelində  2015-ci  ildə  ilk  dəfə 
Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Avropa 
Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke demişdir. 
P.Hikke  ölkəmizdə  yaradılan  idman  infrastrukturunu  yüksək  qiymətləndirmiş,  Atletlər  Kəndinin 
yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmış və mötəbər yarışa hazırlıqdan məmnunlarını ifadə etmişdir. 
Qonaq  vurğulamışdır  ki,  burada  güclü  və  peşəkarlardan  təşkil  olunmuş  komanda  çalışır.  Dövlətin 
idmana göstərdiyi qayğı isə bizi çox sevindirir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Milli Olimpiya 
Komitəsinin prezidenti olması burada idman siyasətinin düzgün istiqamətdə aparılmasından xəbər verir. 
AOK-un  prezidenti  görüləcək  işlərə  dair  ciddi  müzakirələrin  aparıldığını  diqqətə  çatdırmışdır.  Qeyd 
etmişdir ki, Avropa Oyunlarına qalan 19 ay əslində çox az müddətdir. Amma biz peşəkarları cəlb etməklə qısa 
vaxt  ərzində məqsədlərimizə nail olacağıq. Avropa Oyunlarına öz yanaşmamız  olacaqdır. Bakının bu mötəbər 
yarışa təşkilatçılıq etməsi mühüm hadisədir. 
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmışdır. 
O, idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirmişdir. 
Bildirmişdir ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin növbəti 
iclası keçirilmişdir. İclas çərçivəsində idman infrastrukturu, atletlərin məskunlaşması istiqamətində müzakirələr 
aparılmışdır. Komitənin üzvlərinə mövcud idman obyektləri nümayiş olunmuş, inşası davam edən infrastruktur 
barədə ətraflı məlumat verilmişdir. 
İşlərin  plan  üzrə  davam  etdiyini  diqqətə  çatdıran  nazir  infrastrukturun  əksəriyyətinin  2014-cü  ilin 
sonunda idmançıların ixtiyarına veriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, yalnız Olimpiya stadionu və 
Su İdman Sarayının 2015-ci il fevralın 1-də istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 
Nazir  noyabrda  AOK-un  Romada  təşkil  olunacaq  konqresində  “Bakı  2015"  ilə  bağlı  təqdimatın 
keçiriləcəyini  bildirmişdir.  Qeyd  etmişdir  ki,  bununla  əlaqədar  hazırda  Bakıda  ölkəmizin  turizm  potensialını, 
mədəniyyətini  və  incəsənətini  özündə  əks  etdirən  videoçarxlar  çəkilir.  Növbəti  təqdimatın  isə  Soçidə  təşkil 
olunması nəzərdə tutulmuşdur. 
Avropa  Olimpiya  Komitəsinin  İcraedici  Komitəsinin  üzvü  Spiros  Kapralos  yarışın  başlanmasına  az 
vaxt qaldığını, bu səbəbdən də hazırlığın sürətlə davam etdiyini bildirmişdir. S.Kapralos sponsorluq və yarışın 
yayımlanması istiqamətində hazırlanmış proqramın müzakirə edildiyini vurğulamışdır. 
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. İlk Oyunlarda 19 növ üzrə 6 
min  351  idmançı  qüvvəsini  sınayacaqdır.  Bunlar  kamandan  oxatma  (128  idmançı),  su  idman  növləri 
(üzgüçülük,  su  polosu,  suyatullanma  -  1000),  atletika  (800),  badminton  (160),  basketbol  (3X3, 160 idmançı), 
boks  (300),  kanoe  (350),  velosiped  (BMX,  dağ  velosipedi,  şosse  -  350),  çimərlik  futbolu  (256),  gimnastika 
(bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və 
güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) 
və qılıncoynatma (300) növləridir. 
İdman  növlərindən  yalnız  kanoe  Bakıdan  kənarda  -  Mingəçevirdəki  “Kür”  Təlim-Tədris  İdman 
Mərkəzində təşkil olunacaqdır. 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin