AzərTAc
28 fevral 2014-cü il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
61
“Avropa Oyunları Azərbaycanın potensialını nümayiş etdirəcək”
“Bakının inkişafı, abadlaşması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır”
“Azərbaycan xalqı həmişə ənənələrə, milli dəyərlərə sadiq olmuşdur. Müstəqil Azərbaycan dövləti
milli dəyərlər üzərində qurulub. Bizim strategiyamız dəyişməz olaraq qalır. Müstəqillik, azərbaycançılıq,
müasirlik, vətənpərvərlik, milli və dini dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız bunlardır”.
Prezident İlham Əliyev bu fikirləri martın 19-da Novruz bayramı münasibətilə keçirilən ümumxalq
şənliyində çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, məhz taleyimiz öz əlimizdə olduğu halda xalqımız
böyük zirvələrə çata bilər və müstəqil Azərbaycanın uğurlu inkişafı bunun göstəricisidir: “Biz müstəqilliyimizi
qoruyuruq, qoruyacağıq və ildən-ilə müstəqilliyimiz möhkəmlənir. Bizim xarici siyasətimiz tam müstəqildir,
milli maraqlara söykənir. Bölgədə gedən proseslərdə Azərbaycanın təsiri artır. Bir çox hallarda beynəlxalq
layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir. Biz daha da güclü olmalıyıq, daha da güclü olacağıq.
Mən tam əminəm ki, Azərbaycanın artan gücü, bizim potensialımız və xarici siyasətlə bağlı apardığımız
düşünülmüş, ölçülüb-biçilmiş siyasət bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edə bilək. Tarixin
gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, o gün uzaqda deyil”.
Prezident qeyd edib ki, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır,
böyük sosial layihələr icra edilir: “İqtisadi potensialımızın artırılması üçün daha da gözəl imkanlar vardır. Çünki
biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki
ayında təxminən 9 faiz artmışdır. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu
Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Azərbaycan dünyada çox
önəmli enerji təchizatçısı kimi öz rolunu oynayır”.
Bu il regionların sosial-iqtisadi inkişafı üzrə növbəti Dövlət Proqramının qəbul edildiyini deyən ölkə başçısı
vurğulayıb ki, qalan sosial və iqtisadi məsələlər 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində öz həllini
tapmalıdır. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı da 2016-cı ilə qədər
tam şəkildə icra edilməli və paytaxtda sosial infrastruktur problemi, iqtisadi problem qalmamalıdır: “Bakı bu
gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu Bakı sakinləri, digər bölgələrdən gələn qonaqlar görürlər,
xarici qonaqlar bunu qeyd edirlər. Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız vardır. Yeni
infrastruktur layihələrinin icra edilməsi, şəhər nəqliyyatı ilə bağlı böyük planlarımız vardır. Artıq onların bir
hissəsi icra edilir. Bakının ən cəlbedici yerlərindən biri olan milli parkımız, bulvarımız gözəlləşir, abadlaşır,
bulvarın ənənəvi hissəsi ən yüksək səviyyədə təmir edilmişdir. Bayraq Meydanından Bibiheybət istiqamətinə
gedən bulvar tikilir, ümid edirəm ki, ilin sonuna qədər o hissə də ictimaiyyət üçün açıq olacaqdır. Orada yeni
şəhərciklər - “Bakı Art City” adlanan incəsənət şəhərciyi, idman şəhərciyi yaradılır. O hissə bir ildən sonra
şəhərimizin ən gözəl yerlərindən birinə çevriləcəkdir. Bulvarın əks istiqamətində işlər aparılır, “Ağ şəhər
bulvarı” tikilir. Bu ilin sonuna qədər o istiqamətdə də əlavə 2 kilometr bulvar, avtomobil yolu, parklar
salınacaqdır. Beləliklə, bulvarın uzunluğu “Ağ şəhər”dən Bibiheybətə qədər uzanacaqdır. Bu da təqribən 16
kilometr məsafədir. Xalça Muzeyi yaxın zamanlarda istifadəyə veriləcəkdir. Heydər Əliyev Beynəlxalq
Aeroportunun yeni, möhtəşəm binası tikilir, bu yaxınlarda istifadəyə veriləcəkdir. Bir sözlə, Bakının inkişafı,
abadlaşması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır”.
Prezident vurğulayıb ki, bu gün paytaxtda həyata keçirilən infrastruktur, abadlıq işləri ilə yanaşı, gələn il
Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına böyük hazırlıq gedir: “Bu oyunlar Azərbaycanı bir daha
dünyaya müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edəcək, Azərbaycanın potensialını nümayiş etdirəcək,
xalqımızın istedadını göstərəcəkdir. Biz bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək
əzmindəyik. Əminəm ki, biz buna nail olacağıq”.
“ Mədəniyyət”.-2014.-28 mart.-N 22-23.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
62
“Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir:
Toplantıda Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak etmişdir
(3 aprel 2014-cü il)
Bakı, 3 aprel (AzərTAc, Aidə Quluzadə). Aprelin 3-də “Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə
Komitəsinin üçüncü toplantısı keçirilmişdir.
Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva toplantıda iştirak etmişdir.
“Bakı-2015 Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin növbəti toplantısından əvvəl Avropa
Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik
Hikkinin görüşü olmuşdur. Görüşdə ikitərəfli əməkdaşlıq, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq və
digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında çıxış edən Mehriban Əliyeva əvvəlcə Patrik
Hikkini yenidən Avropa Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə təbrik etmiş, bunun
beynəlxalq idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən yüksək qiymət olduğunu demişdir. “Bizim
Avropa Olimpiya Komitəsi ilə qarşılıqlı işbirliyimiz möhkəm təməl üzərində qurulub”,- deyən Mehriban
Əliyeva ölkəmizin dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini bildirmiş, bu oyunların keçirilməsində də
Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva demişdir:
- Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir.
Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud
olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Su İdmanı
Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər
obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü
tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası demək olar ki,
artıq hazırdır. Biz bu ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini nəzərdə
tuturuq. Bütün idman obyektləri, orada quraşdırılan qurğular sınaqdan keçirildikdən və istismara tam hazır
olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcəkdir.
Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və
Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə
faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə
yeni standart olsun.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın
rəhbərliyi altında oyunlara hazırlıqla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirmişdir. Əlaqələndirmə
Komitəsinin ötən ilin oktyabrında keçirilən ikinci iclasından sonra bir çox işlərin görüldüyünü deyən Patrik
Hikki tarixi əhəmiyyəti ilə diqqət çəkən bu oyunların 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya
Oyunlarına lisenziya xarakterli olduğunu da diqqətə çatdırmışdır. Maliyyə və texniki məsələlərlə bağlı işlərin də
yüksək səviyyədə həyata keçirildiyini deyən Avropa Olimpiya Komitəsinin prezidenti təşviqat məsələlərinin
əhəmiyyətini vurğulamışdır.
Əlaqələndirmə Komitəsinin sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos qısa
müddətdə oyunlara hazırlıqla bağlı bir çox uğurların əldə edildiyini bildirmiş və bu münasibətlə təbriklərini
çatdırmışdır.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarından əvvəl Bakıda bir neçə
beynəlxalq yarışların keçiriləcəyini və bunun sınaq baxımından əhəmiyyətli olduğunu demişdir. Nazir idman
infrastrukturunun yaradılması və digər məsələlərlə bağlı işlərin uğurla həll olunduğunu qeyd etmişdir.
Bakı Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı direktoru Cim Şerr Azərbaycan hökumətinə
verdiyi dəstəyə görə təşəkkür etmiş, indiyə qədər görülən işlərin ilk Avropa Oyunlarının dünya səviyyəsində
keçirilməsinə imkan verdiyini bildirmişdir.
Bu oyunlarda Rio Olimpiadasına 8 idman növü üzrə lisenziyaların veriləcəyini deyən Cim Şerrin həmin
fikrini idman üzrə direktor Piyer Okalaqan da təsdiqləmişdir. O bildirmişdir ki, məhz bu amil Bakı Avropa
Oyunlarının əhəmiyyətini daha da artırır. Ötən dövrdə idmanın bir sıra növləri üzrə təhlillərin aparıldığını,
yarışların cədvəlinə müəyyən dəyişikliklərin olunduğunu deyən Piyer Okalaqan bu işlərdə yerli mütəxəssislərin
əməyindən də istifadə edildiyini demişdir.
İdman xidmətləri və əməliyyatlar üzrə direktor Ceyms Makleod isə diqqəti atletlər üçün təlim
imkanlarının yaradılmasına, arenaların idman avadanlığı ilə təchiz olunmasına yönəltmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
63
Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında Avropa Oyunları ilə bağlı təşviqat materiallarına dair
məsələ də diqqət mərkəzində olmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.
AzərTAc
3 aprel 2014-cü il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
64
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini
qəbul etmişdir
(3 aprel 2014-cü il)
Bakı, 3 aprel (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul etmişdir.
Patrik Hikki “Bakı 2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı
Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd etdi. Hazırlıq
işlərinin qrafikə uyğun şəkildə görüldüyünü vurğulayan Patrik Hikki, bu işlərin bütün sahələrdə yüksək
səviyyədə həyata keçirilməsindən razılığını bildirdi.
Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
3 aprel 2014-cü il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
65
Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 6 mindən artıq idmançı mübarizə aparacaqdır:
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir
.
Bu sözləri aprelin 4-də “Fairmont Baku” otelində 2015-ci ildə ilk dəfə Azərbaycanda təşkil olunacaq
birinci Avropa Oyunlarına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin
(AOK) vitse-prezidenti Canez Koçijanciç demişdir.
C.Koçijanciç ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirmiş, Atletlər Kəndinin
yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmış və mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə
etmişdir. Qonaq vurğulamışdır ki, Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar
qəbul olunmuşdur. Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və peşəkarlar tərəfindən aparılır.
AOK-ın vitse-prezidenti bildirmişdir ki, bu ilin iyununda Avropa Oyunlarının keçiriləcəyi idman
obyektlərində test yarışları təşkil olunacaqdır. Bu yarışları Avropa Olimpiya Komitəsinin və Avropa idman
federasiyalarının nümayəndələri də izləyəcəklər. Qonaq xüsusi vurğulamışdır ki, Azərbaycan dövlətinin idmana
göstərdiyi qayğı bizi çox sevindirir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin
prezidenti olması bu ölkədə idman siyasətinin düzgün istiqamətdə aparılmasından xəbər verir.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini
bildirən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov səkkiz idman növünün 2016-cı
ildə Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacağını diqqətə
çatdırmışdır.
Nazir bildirmişdir ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin növbəti
iclası keçirilmişdir. İclas çərçivəsində idman infrastrukturu, atletlərin məskunlaşması, nəqliyyat, rabitə, media,
tibb, dopinq və digər istiqamətlərdə müzakirələr aparılmışdır. Komitənin üzvlərinə mövcud idman obyektləri
nümayiş olunmuş, inşası davam etdirilən infrastruktur barədə ətraflı məlumat verilmişdir.
İşlərin plan üzrə davam etdiyini diqqətə çatdıran nazir birinci Avropa Oyunlarında görmə qabiliyyəti zəif
olan cüdoçular arasında yarışın da keçiriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, idman infrastrukturunun
ətrafında keçid məntəqələri və təhlükəsizlik xidmətinin hazırlanması istiqamətində də müzakirələrimiz
olmuşdur. Müzakirələrin sonunda orada təhlükəsizlik avadanlığının quraşdırılmasının vacibliyi vurğulanmışdır.
Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin üzvü Spiros Kapralos yarışın başlanmasına az vaxt
qaldığını, bu səbəbdən də hazırlığın sürətlə davam etdiyini bildirmişdir. Biletlərin qiymətinin baha olmayacağını
diqqətə çatdıran S.Kapralos Bakıda keçiriləcək birinci Avropa Oyunlarının bütün idmansevərlər üçün möhtəşəm
bayram olacağını diqqətə çatdırmışdır.
S.Kapralos qeyd etmişdir ki, Bakıya üçüncü səfərimizdə burada aparılan hazırlıq işlərinin vəziyyəti bizdə
xoş təəssürat yaratmışdır. Bizim təkbətək görüşlər, habelə idman obyektlərini ziyarət etmək üçün zəngin iş
qrafikimiz olmuş, bir sözlə, bu iki gün çox məhsuldar keçmişdir.
Tədbirdə “Bakı-2015"-ə hazırlığın gedişini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. İlk Oyunlarda 6 mindən artıq
iştirakçı idmanın 19 növü üzrə qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı), su idman
növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160
idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şose - 350), çimərlik futbolu (256),
gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96),
atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik -
464), güləş (450) və qılıncoynatma (300) növləridir.
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman
Mərkəzində təşkil olunacaqdır.
“ Xalq qəzeti”.-2014.-5 aprel.-N 67.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
66
“Bakı - 2015” Avropa Oyunları “SportAccord” konvensiyasının rəsmi mobil proqramının
tərəfdaşıdır
Xəbər verildiyi kimi, Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 3 minə yaxın idman
nümayəndəliklərinin iştirakı ilə V Beynəlxalq “SportAccordConvention” konvensiyası keçirilir.
Tədbirdə iştirak edən xarici qonaqlar “Bakı - 2015” Avropa Oyunları haqqında bütün məlumatları bu mobil proqram
vasitəsilə əldə edə bilərlər. Bu, ”Bakı - 2015” Avropa Oyunları ilə “SportAccord” konvensiyasının birgə əməkdaşlığı
sayəsində mümkün olmuşdur.
Bu proqram iştirakçıların tədbir haqqında məlumatlılığını artırmaq üçün bir sıra faydalı funksiyaları təklif edir. Proqram
vasitəsilə tədbirdə çıxış edən nümayəndələrin tərcümeyi-halı, sərgi zalının yerləşmə sxemi barədə məlumat əldə etmək
mümkün olacaqdır.
İstifadəçilər bağlantı yaratmaq və şəbəkədə ünsiyyət saxlamaqla şəxsi hesablarına daxil olaraq öz profillərini digər
iştirakçılar üçün açıq edə bilərlər. Bu, iştirakçılara tədbir çərçivəsində keçirilən sessiya və təqdimatlar, o cümlədən “Bakı -
2015” Avropa Oyunları tərəfindən təşkil olunan ziyafət barədə məlumat verəcəkdir.
Proqram, eləcə də istifadəçilərin “Twitter” hesabı vasitəsilə digər sosial şəbəkələrdəki fəaliyyətlərini nəzərdən
keçirməyə imkan yaradacaqdır. Proqram “IPhone”, “Android”, “Blackberry”, “Windows”, “Phone”, mobil telefonları və
kompyuter istifadəçiləri tərəfindən asanlıqla istifadə oluna bilər.
Bu, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə istənilən məlumatları əldə etmək üçün
əhəmiyyətli platformadır.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. Azərbaycan paytaxtı bu möhtəşəm idman
bayramında 19 idman növü üzrə yarışan 6 mindən artıq idmançını bir araya gətirəcəkdir.
Anar RZAYEV,
AzərTAc-ın müxbiri
Antalya
“Xalq qəzeti”.-2014.-8 aprel.-N 69.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
67
Antalyada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilmişdir
Xəbər verdiyimiz kimi, aprelin 6-dan 11-dək Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin
3 minə yaxın idman nümayəndəsinin iştirak etdiyi V Beynəlxalq “SportAccordConvention” konvensiyası
keçirilir.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül
Nurullayeva, “Bakı-2015" ilk Avropa Oyunlarının əməliyyat şirkətinin icraçı direktorunun müavini Cim Şerr və
başqaları iştirak edirlər.
Aprelin 8-də tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı
olmuşdur. Təqdimatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov etmişdir.
Nazir Azad Rəhimov bildirmişdir ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən
böyük fərəh hissi duyur.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan nazir idmançılarımızın qazandıqları nailiyyətlər
barədə məlumat vermişdir. Bildirilmişdir ki, Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək
“Bakı-2015" Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur
deməkdir.
Yarışları Avropa Olimpiya Komitəsinin və Avropa idman federasiyalarının nümayəndələrinin də
izləyəcəyini bildirən nazir A.Rəhimov dövlətimizin idmana göstərdiyi qayğını xüsusilə vurğulamışdır.
Dövlətimizin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olmasının ölkəmizdə idman
siyasətinin uğurla həyata keçirilməsində mühüm rol oynadığını qeyd edən Azad Rəhimov Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan Təşkilat Komitəsinin
qısa zamanda gördüyü işlər barədə məlumat vermişdir.
Nazir demişdir: “Avropa tarixində ilk dəfə qitə üzrə multiidman tədbiri keçiriləcəkdir. Bakıda sürətlə həyata
keçirilən quruculuq işləri, yeni infrastrukturun yaradılması paytaxtımızın 2015-ci ildə avropalı atletləri qəbul
etməyə tam hazır olacağının daha bir göstəricisidir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının
səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək
səviyyədə keçirilməsinə imkan verəcəkdir. Avropalı atletlər üçün bu tədbir böyük əhəmiyyət daşıyacaqdır”.
Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini bildirən
gənclər və idman naziri Azad Rəhimov səkkiz idman növünün 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay
Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacağını diqqətə çatdırmışdır. Bakıda Avropa Olimpiya
Komitəsinin İcraedici Komitəsinin iclasları barədə danışan A.Rəhimov tədbir çərçivəsində idman infrastrukturu,
atletlərin məskunlaşması, nəqliyyat, rabitə, media, tibb, dopinq və digər istiqamətlərdə məsələlərin müzakirə
olunduğunu bildirmişdir.
Nazir birinci Avropa Oyunlarında görmə qabiliyyəti zəif olan cüdoçular arasında yarışın da keçiriləcəyini
qeyd etmişdir. Bildirmişdir ki, idman infrastrukturunun ətrafında keçid məntəqələri və təhlükəsizlik xidmətinin
yaradılması istiqamətində də işlər görülür.
Birinci Avropa Oyunlarının bütün idmansevərlər üçün möhtəşəm bayram olacağını diqqətə çatdıran nazir
yarışın başlanmasına az vaxt qaldığını, bu səbəbdən də hazırlıq işlərinin sürətlə davam etdirildiyini bildirmişdir.
İşlərin plan üzrə getdiyini diqqətə çatdıran nazir infrastrukturun əksəriyyətinin 2014-cü ilin sonunadək
idmançıların ixtiyarına veriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, yalnız Olimpiya Stadionunun və Su
İdman Sarayının 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Nazir “Bakı-2015" ilk Avropa Oyunlarının loqosu barədə məlumat verərək demişdir: ”Bizim loqomuz
xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm
mərkəzi kimi mövqeyini əks etdirir".
Bildirilmişdir ki, azərbaycanlı dizayner tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu,
xalı və nar daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir
araya gətirmişdir. Açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini,
mədəniyyətini və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının
assosiasiyasını təsvir edir. Bu loqo, həmçinin İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman
köynəklərini də bəzəyəcəkdir.
A.Rəhimov daha sonra Milli Olimpiya komitələrinin nümayəndələrini maraqlandıran sualları
cavablandırmışdır.
Tədbirdə “Bakı-2015"ə hazırlığın gedişi, eləcə də ölkəmizin sürətli inkişafını əks etdirən videoçarx nümayiş
olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
68
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. İlk Oyunlarda idmanın 19 növü
üzrə 6 minədək idmançı qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri
(üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı),
boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şose - 350), çimərlik futbolu (256), gimnastika (bədii
gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə
(350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və
qılıncoynatma (300) növləridir.
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində
təşkil olunacaqdır.
Dostları ilə paylaş: |