Iv fəSİl I avropa Oyunları 2015


-Yəqin ki, triatlonun Azərbaycanda populyarlaşdırılması üçün istifadə edilən yollardan biri də sosial



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

-Yəqin ki, triatlonun Azərbaycanda populyarlaşdırılması üçün istifadə edilən yollardan biri də sosial 
şəbəkələrdi... 
 
-Bizim mətbuat xidmətimiz çox fəal işləyir. Bütün son xəbərlər isə ən qısa vaxta ilk növbədə Federasiyanın 
rəsmi saytında – triathlon.az ünvanında yerləşdirilir. Bununla yanaşı Feysbukda aktİv səhifəmiz var - Triathlon 
Azerbaijan,  onun  vasitəsilə  biz  ünsiyyət  qurur,  şərhlər  oxuyur,  müxtəlif  müraciətlər  əldə  edirik.  Digər  idman 
saytları ilə əməkdaşlıq qururuq ki, onların da oxucuları Azərbaycanda yeni idman növləri barədə məlumatlara 
xüsusi maraq göstərirlər. 
 
“Olaylar”.-2014.-6 iyun.-№ 97.-S.11. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
82 
 
Olimpiya oyunlarının gənclərin milli vətənpərvərlik tərbiyəsində rolu... 
 
İradə SARIYEVA 
 
Azərbaycan  gənclərinin  idmana  marağının  günü-gündən  artmasına  səbəb  olan  amillər  çoxdur. 
Əlbəttə, keçən yazımızın davamı olaraq burada olimpiya oyunlarının faydasını, nümunəsini önə çəkirik. 
20  ilə  yaxındır  davamlı  olaraq  Azərbaycanın  iştirak  etdiyi  olimpiya  oyunlarında  gənclərimizin  kifayət 
qədər uğurları var. Bu uğurlar da başqa gənclərin bu sahəyə ciddi maraq göstərməsinə səbəb olur. 
Azərbaycan  dövlətinin  idmana  sonsuz  qayğısı  sayəsində  gənclərin  idman  komplekslərində,  zallarında 
təmənnasız  olaraq  məşqlər  keçirməsi,  onlara  burada  şərait  yaradılması  çox  təqdirəlayiq  haldır.  Bütün  bunlar 
dövlətimizin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Azərbaycan ilk olimpiaçılarının göstərdiyi şücaət 
başqa gənclərin də timsalında yenilənir və yenilənməkdə də davam edir.  
Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  müəllimi  Tərlan  Baxışovun  bildirdiyinə 
görə,  Azərbaycan  idmanının  həyatında  günü-gündən  yeniliklər  baş  verir  və  bu  yaşananlar  konkret  ənənəyə 
söykənir.  Azərbaycanda  tarixdən  gələn  idman  ənənəsinin  olduğu  deyən  T.Baxışov  bildirdi  ki,  olimpiya 
hərəkatına qoşulmağımız bu ənənəni daha da sarsılmaz edib.      
Azərbaycanın  olimpiya  uğurlarına  toxunan  müsahibimiz  dedi  ki,  XX  əsrin  sonlarında  müstəqil  olaraq 
qazanılan ilk uğurlar XXI yüzilliyin başlanğıcında bütün uğurlara təkan verib":Azərbaycanda idman sahəsində 
görülən işlərin hamısı gəncliyin fiziki və mənəvi sağlamlığına hesablanıb. Fiziki cəhətdən sağlam olan adamın 
mənəviyyatı da, əqidəsi də sağlam olmalıdır. Bu danılmaz həqiqətdir. Olimpiya uğurları Azərbaycan gənclərinin 
bütün  dünyanın  idman  həyatında  söz  sahibi  olmasına  səbəb  oldu.  Bu,  eyni  zamanda,  dövlətimizin  də  dünya 
dövlətləri sırasında xüsusi və özəl yeri olduğunu sübut etdi. Güclü Azərbaycan dövləti, bütün sahələrdə olduğu 
kimi,  idmanda  da  böyük  nailiyyətlər  qazanan  bir  dövlətdir.  Bilirsiz  ki,  Azərbaycan  dövləti  1993-cü  ildən 
olimpiya  oyunlarına  qatılır  və  gənclərin  bu  oyunlarda  iştirakı  təmin  edilir.  Olimpiya  oyunları  dövlətimizin 
müasir  tarixində  bir  sıra  uğurlarla  müşayiət  olunur.  Bilirsiz  ki,  Azərbaycan  dövlətinin  idmançıları  2000-ci  il 
XXVII Yay Olimpiya Oyunlarına da qatılıb. Deyim ki, bu yarışa da idmançılarımız çox böyük ruh yüksəkliyi 
ilə  hazırlaşırdılar.  Bəllidir  ki,  olimpiya  oyunlarına  hazırlıq  istiqamətində  bir  çox  beynəlxalq  yarışlarda  iştirak 
böyük əhəmiyyət daşıdığı kimi, respublikadaxili yarışların da rolu olduqca böyükdür. 2000-ci il avqustun 25-də 
ümummilli  liderimizin  iştirakı  ilə  Azərbaycan  idmançılarının  Sidney  Yay  Olimpiya  Oyunlarına  yolasalma 
mərasimi  keçirildi.  Həmin  mərasimdə  Prezident  idmançılara  xeyir-duasını  verdi,  onlara  bu  yarışlarda  uğurlar 
arzuladı.  Azərbaycan  idmançıları  Sidney  Olimpiya  Oyunlarında  2  qızıl,  1  bürünc  medal  qazanaraq  199  ölkə 
arasında  34-cü  yerdə  qərar  tutdu.  Olimpiya  yığma  komandamızın  bu  möhtəşəm  yarışlarda  Avropa  ölkələri 
arasında 23-cü yeri tutması idmanımızın böyük qələbəsi idi. 
İlin yekun nəticələrinə görə, Azərbaycan idmançıları 160 medal, o cümlədən 53 qızıl, 38 gümüş, 69 bürünc 
medal  əldə  etmişdilər.  Bu  isə  Azərbaycan  gəncliyinin,  Azərbaycan  idmançılarının  yeni  əsrdə,  yeni  minillikdə 
daha  böyük  uğurlar  qazanacağından  xəbər  verirdi.  Bu  uğurlar  ilk  növbədə  dövlətimizin  gənclər  və  idman 
siyasətinin  parlaq  nəticəsi  kimi  qiymətləndirilir.    2001-ci  ildə  ölkədə  beynəlxalq  yarışların  keçirilməsi 
imkanlarını  genişləndirmək  və  yaxşılaşdırmaq  sahəsində  yeni  işlər  görüldü.    Həmin  il  idman  kadrlarının 
hazırlanmasında tarixən müstəsna rol oynamış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 
70 illik yubiley mərasimi dövlət səviyyəsində qeyd edildi. 
2001-ci  ilin  əlamətdar  sonluğu  isə  Azərbaycan  idmançılarının  rəsmi  dünya  və  Avropa  çempionatlarında 
uğurlu nəticə göstərərək, yeni uğurlar əldə etməsi oldu. Həmin il Azərbaycan atletləri idman tariximizə 54 qızıl, 
45 gümüş və 74 bürünc medal yazdılar. İdmana dövlət tərəfindən göstərilən diqqət və qayğı çərçivəsində həyata 
keçirilən  işlər son illərdə  komanda  idman  növlərində uğur  əldə  etməyin  mümkün  olduğunu  göstərdi.  İlk  dəfə 
olaraq  Bakıda  keçirilən  Avropa  Top  Komandaları  Kubokunun  final  yarışlarında  komanda  idman  növlərində 
Azərbaycanın  qadın  voleybolçuları  Avropa  miqyasında  böyük  uğur  əldə  etdilər.  Avropa  qadın  voleybol 
komandaları  arasında  Top  Komanda  Kubokunu  Bakıda  qızlar  qazandılar.  Həndbol  üzrə  qadınlardan  ibarət 
yığmamız may ayında paytaxtımızda təşkil olunmuş "Cheleng-Troffi" Kuboku uğrunda yarışlarda parlaq qələbə 
nümayiş etdirib. Həndbolçularımız ölkəmizə Avropa kubokunu qazandırıb". 
T.Baxışov  bildirdi  ki,  otüstü  xokkey  üzrə  qadınlardan  ibarət  yığma  komandamız  iyul  ayında  Litvanın 
Şaulyay  şəhərində  Avropa  çempionatının  seçmə  oyunlarının  gümüş  mükafatçısı  olub.  Onun  sözlərinə  görə, 
beynəlxalq  idman  qurumlarının  ölkəmizə  olan  inam  və  hörmətinin  əlaməti  olaraq,  2002-ci  ildə  Azərbaycan 
növbəti mötəbər beynəlxalq idman tədbirinin məkanına çevrildi. Həmin ilin mayında Bakıda sərbəst güləş üzrə 
45-ci Avropa çempionatı keçirildi. Həm qızıl, həm  gümüş, həm də bürünc  medal qazanan pəhləvanlarımız  bu 
idman  bayramını  idmansevərlərimiz  üçün  ikiqat  bayrama  çevirdilər.    12-24  may  tarixlərində  Bakı  şəhərində 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
83 
 
Yeniyetmələrin  III  Respublika  Oyunları  keçirildi.  Oyunların  final  mərhələsində  66  komandada  birləşən  5000-
dən artıq yeniyetmə iştirak etdi. Bu isə öz bəhrəsini 14-24 iyun tarixlərində Moskvada MDB, Baltikyani ölkələr 
və  Rusiya  regionları  yeniyetmələrinin  Beynəlxalq  İdman  Oyunlarında  göstərib.  Azərbaycan  idmançılarının  bu 
məsuliyyətli  yarışda  2  qızıl,  1  gümüş  və  4  bürünc  medal  qazanaraq 15  MDB  dövləti  arasında  ümumkomanda 
hesabında  7-ci  yeri  tutması  çox  fərəhli  olub  və  idman  ictimaiyyətimizi  ürəkdən  sevindirib.  İdmanın  maddi-
texniki  bazasını  inkişaf  etdirməyi  qarşısına  məqsəd  qoymuş  Milli  Olimpiya  Komitəsi  ölkənin  qədim,  mədəni, 
ictimai  və  siyasi  mərkəzlərindən  olan  Naxçıvan  şəhərində  də  idman  kompleksinin  inşasını,  Muxtar 
Respublikanın blokada şəraitində olmasına baxmayaraq, qısa müddətdə başa çatdırdı. Çox qısa zaman kəsiyində 
ölkəmizin  digər  regionlarında  -  Gəncədə,  Şəkidə,  Bərdədə,  Lənkəranda  və  Qubada  da  yeni  idman  qurğuları 
istifadəyə verildi. 
2002-ci  il  oktyabrın  11-də  Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  yaradılmasının  10-illik  yubileyi  böyük 
təntənə  ilə  qeyd  edildi.  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  2001-ci  ilin  sonunda  Milli 
Olimpiya Komitəsinin onillik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Sərəncam imzalamışdı. 
Sərəncam ölkə ictimaiyyəti tərəfindən fərəh və iftixar hissi ilə qarşılanmışdı. Bu da təsadüfi deyildi".  
Ekspert bildirdi ki, fiziki və mənəvi cəhətdən sağlam nəsil hazırlanmasında, milli-vətənpərvərlik hisslərinin 
gücləndirilməsində,  respublikamızın  beynəlxalq  miqyasda  daha  yaxşı  tanınmasında  və  nüfuzunun 
yüksəlməsində  mühüm  rol  oynayan  bir  sahənin  -  idmanın,  bədən  tərbiyəsinin  və  Olimpiya  Hərəkatının 
tərəqqisində, möhtəşəm nailiyyətlərlə zənginləşməsində Milli Olimpiya Komitəsinin rolu danılmazdır.  
Onun sözlərinə görə, idman da, Olimpiya Hərəkatı da böyük və mürəkkəb sahədir:m"Burada müxtəlif qollar, 
müxtəlif  istiqamətlər  mövcuddur  və  onların  hamısı  bir-biri  ilə  qarşılıqlı  şəkildə  əlaqəlidir.  İdmanda  inkişafın 
ahəngdar və harmonik şəkildə getməsi üçün ilk növbədə idmanla məşğul olmaq üçün şərait yaratmaq vacibdir. 
1997-ci  ilin  sonundan  başlayaraq  MOK  mövcud  idman  baza  və  qurğularının  yararlılıq  səviyyəsini 
yaxşılaşdırmaq, onları tələb olunan idman avadanlıqları ilə təchiz etmək istiqamətində işə başladı. Bütün idman 
növlərində real vəziyyət federasiyaların nümayəndələri, idman mütəxəssisləri ilə birgə müzakirə edildi, idman 
növlərinin potensialı, imkanları qiymətləndirildi. Bütün idman növlərinin inkişafı ilə bağlı əməli işlər görülürdü. 
İdman  növlərinin  maddi-texniki  imkanları  gücləndirildi,  idmançılarımızın  məşq,  eləcə  də  yarışlarda  iştirak 
etmək problemləri həll olundu". 
Onun  dediyinə  görə,  2002-ci  ilin  yekunlarını  təhlil  edərkən  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 
idmançılarının qazandıqları uğurlar əvvəlki illəri də geridə qoyub. O bildirdi ki, həmin il rəsmi qitə və dünya 
çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə qazanılan medalların sayı 175-çatıb və onlardan 53-ü qızıl, 45-
i  gümüş  və  77-si  bürünc  olub.  Ekspert  qeyd  etdi  ki,  2003-cü  ilin  əvvələrindən  başlayaraq  Azərbaycanda  bir-
birinin  ardınca  beynəlxalq  yarışların  təşkil  edilməsi  və  yüksək  səviyyədə  keçirilməsi  ölkəmizin  beynəlxalq 
idman təşkilatları tərəfindən sabit, inkişafda olan bir dövlət kimi tanınmasının parlaq təzahürü idi":Həmin ilin 
iyun  ayının  əvvəlində  paytaxtımızda  qadınlar  arasında  voleybol  üzrə  Avropa  çempionatının  seçmə  mərhələsi 
keçirilib. Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli yığma komandası bu yarışlarda I yerə yiyələnərək 
yüksək liqada oynamaq hüququ qazanıb.  
Bu yarışlardan dərhal sonra Rusiyada dünyanın ən güclü komandalarının iştirakı ilə keçirilmiş voleybol üzrə 
beynəlxalq turnirdə Azərbaycanın voleybolçu qızları III yerə çıxmışlar. 
5  iyun  2003-cü  il  tarixində  ümummilli  lider  Heydər  Əliyev  2004-cü  ildə  Afinada  keçiriləcək  XXVIII  Yay 
Olimpiya Oyunlarına səmərəli, planlı və məqsədyönlü hazırlığı təmin etmək, bu  oyunlarda Azərbaycan yığma 
komandasının  uğurlu  çıxışına  nail  olmaq  məqsədilə  müvafiq  Sərəncam  imzaladı.  2003-2004-cü  illərdə  bu 
Sərəncamdan irəli gələn vəzifə və tapşırıqlar sürətlə həyata keçirildi. 2003-cü il iyulun 5-dən-12-dək Tailandda 
keçirilmiş Dünya çempionatında boksçularmızdan Ağası Məmmədov qızıl, Tofiq Əhmədov və Ruslan Xairov 
bürünc  medallar  əldə  etmişlər.  Avqust  ayında  Bakıda  bədii  gimnastika  üzrə  Dünya  Kubokunun  mərhələsi 
keçirilib.  Yarışlarda  17  ölkənin  gimnastları  iştirak  edib.  Azərbaycan  gimnastı  Dinarə  Gimatova  bu  mötəbər 
yarışlarda  1  gümüş  və  2  bürünc  medalla  mükafatlandırılıb.  Avqust  ayında  daha  bir  beynəlxalq  yarış 
paytaxtımızda  təşkil  olunub.  Avropanın  30  ölkəsinin  yeniyetmə  cüdoçuları  tatami  üzərində  qitənin  güclüləri 
sırasına düşmək əzmi ilə mübarizə aparmışlar. Avropa birinciliyində ölkəmizin yeniyetmə cüdoçuları 3 qızıl, 3 
gümüş  və  2  bürünc  medal  əldə  etmişlər.  Azərbaycan  komandası  yarışlarda  I  yerə  çıxıb.    Respublikamızda 
kütləvi kompleks  yarışların keçirilməsi də artıq ənənəyə çevrilib. 2004-cü ildə Yeniyetmələrin IV Respublika 
Oyunları, orta ixtisas və ali təhsil məktəbləri tələbələrinin, ayrı-ayrı sahələrin əməkdaşları arasında respublika 
spartakiada  və  olimpiadaları  keçirilib.  Proqrama  daxil  olan  idman  növləri  üzrə  yarışlara  şəhər  və  rayonlardan 
300000-ə yaxın idmançı cəlb olunub". 
T.Baxışovun sözlərinə görə, 2004-cü ilin avqust ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 181 
saylı  Sərəncamı  ilə  "Azərbaycan  Respublikasında  2004-2008-ci  illər  ərzində  bədən  tərbiyəsi  və  idmanın 
inkişafının Dövlət Proqramı" təsdiq edilib".  

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
84 
 
Ekspert  bildirdi  ki,  bütün  bu  nailiyyətlər  və  ondan  sonra  qazanılan  uğurlar  gənclərin  vətənpərvərlik 
tərbiyəsinə  ciddi  təsir  göstərir.  Onun  sözlərinə  görə,  idman  sahəsində  görülən  işlərin  miqyasının  geniş  olması 
gənclərin sağlam yetişməsinə səbəb olur. 
 
Bakı Xəbər”.-2014.-11 iyun.-N 100.-S.15. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
85 
 
“2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi və bp şirkəti arasında tərəfdaşlıq  
sazişi imzalanmışdır 
 
İyunun  12-də  “Four  Seasons  Hotel  Baku”  mehmanxanasında  bp  şirkətinin  2015-ci  ildə  Bakıda 
keçiriləcək birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı qismində iştirakı ilə bağlı təqdimat olmuşdur. 
 
Əvvəlcə “Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə 
Dənizkənarı Milli Parkda keçirilən şou proqramını və atəşfəşanlığı əks etdirən videoçarx nümayiş etdirilmişdir. 
Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş 
icraçı direktoru Azad Rəhimov təqdimat mərasimində çıxış edərək bildirmişdir ki, uzun illərdir Azərbaycanda 
fəaliyyət göstərən bp şirkəti beynəlxalq idman tədbirlərinin dəstəklənməsində böyük təcrübəyə malikdir. İndi isə 
şirkəti “Bakı-2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi görməkdən məmnunluq duyduğunu bildirən nazir 
qeyd  etmişdir  ki,  bp-nin  dəstəyi  Azərbaycan  idmançılarının  yüksək  nəticələr  qazanmasına  əlavə  stimul 
olacaqdır. 
Vurğulanmışdır  ki,  bp  şirkətinin  Azərbaycanda  3250-dən  çox  əməkdaşı  işləyir.  Şirkət  Azərbaycanda 
istedadların  aşkar  edilməsinə  və  yetişdirilməsinə  kömək  etməyi  nəzərdə  tutan  Bakı  Avropa  Oyunlarının 
Əməliyyat Komitəsinin innovativ “Oyunlar Akademiyası”nın təşəbbüsü ilə tərəfdaş seçilmişdir. 
Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq qeyd etmişdir ki, bp şirkəti idman üçün də 
son  dərəcə  mühüm  olan  ehtiram,  mükəmməllik  və  birgə  komanda  işi  kimi  dəyərləri  təşviq  edir.  Bütün  bu 
dəyərlər “Bakı-2015” Avropa Oyunları üçün də vacib şərtdir. Avropa Oyunlarının yeni nəsil üçün Azərbaycanın 
beynəlxalq  idman  arenasında  ən  yüksək  nailiyyət  qazanmış  ölkələrin  siyahısına  daxil  olması  baxımından 
əlverişli  imkan  yaratdığını  və  bp-nin  Azərbaycan  idmançılarının  yetişdirilməsinə  göstərdiyi  köməyin  bunun 
bariz nümunəsi olduğunu vurğulayan S.Kleqq demişdir: Mən əminəm ki, biz ilk Avropa Oyunlarının təşkili üzrə 
hazırlığımızı davam etdirdiyimiz bir vaxtda “Bakı-2015” və bp şirkətinin birgə tərəfdaşlığı ölkə ictimaiyyətini 
cəlb edəcək və onu ruhlandıracaqdır. 
bp  şirkətinin  Azərbaycan,  Gürcüstan  və  Türkiyə  üzrə  regional  vitse-prezidenti  Yan  Saderlend  isə  öz 
növbəsində  bildirmişdir  ki,  şirkət  ilk  dəfə  keçiriləcək  Avropa  Oyunlarının  neft  və  qaz  tərəfdaşı  olacaqdır. 
Bununla bağlı əldə olunmuş razılığa əsasən şirkət Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə 
maliyyə dəstəyi göstərəcəkdir. 
Qeyd edilmişdir ki, bp şirkəti Azərbaycanda bacarıq və potensialların yaradılması istiqamətində göstərdiyi 
ümumi səylərini gücləndirməkdən və belə layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras qoyacaq 
bu təşəbbüsü dəstəkləməkdən məmnunluq duyur. 
Sonda  “Bakı-2015”  Avropa  Oyunlarının  Əməliyyat  Komitəsi  və  bp  şirkəti  arasında  tərəfdaşlıq  sazişi 
imzalanmışdır. 
 
“Xalq qəzeti”.-2015.-13 iyun.-N 124.-S.3. 
 
   
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
86 
 
Bakıda təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatında 33 ölkədən 200-dən artıq 
idmançı birincilik uğrunda mübarizə aparacaqdır 
 
Azərbaycan paytaxtı artıq üçüncü dəfədir ki, bədii gimnastika üzrə Avropa çempionatını qəbul edir. 
AzərTAc  xəbər  verir  ki,  bu  sözləri  iyunun  12-də  Milli  Gimnastika  Arenasında  təşkil  olunmuş  mətbuat 
konfransında Avropa Gimnastika İttifaqının prezidenti Georges Guelzec demişdir. 
 
Bildirilmişdir ki, bu irimiqyaslı tədbir Azərbaycanda 2007-ci və 2009-cu illərdə də yüksək səviyyədə təşkil 
olunmuşdu.  Ümid  edirəm  ki,  həmin  ənənə  bu  dəfə  də  davam  etdiriləcəkdir.  Azərbaycan  Gimnastika 
Federasiyası  bu  sahədə  çox  peşəkardır.  Çempionatın  birinci  Avropa  Oyunlarına  təsnifat  xarakteri  daşıdığını 
diqqətə  çatdıran  G.Guelzec  turnirdə  33  ölkədən  200-dən  artıq  idmançının  9  dəst  medal  uğrunda  mübarizə 
aparacağını qeyd etmişdir. 
O  vurğulamışdır  ki,  Bakıda  təşkil  olunacaq  birinci  Avropa  Oyunlarına  hazırlıq  yüksək  səviyyədədir. 
Düşünürəm ki, bütün nümayəndə heyəti yaradılan şəraitdən tam razıdır. İyunun 13-də bir daha əmin olacağıq ki, 
Azərbaycanın təkcə təşkilatçılığı deyil, gimnastlarının hazırlığı da yüksək səviyyədədir. 
Azərbaycan  Gimnastika  Federasiyasının  vitse-prezidenti  Altay  Həsənov  idmançılarımızın  turnirə  ciddi 
hazırlaşdıqlarını  bildirmiş,  çempionatın  yeni  istifadəyə  verilmiş  arenada  keçirilməsini  yüksək 
qiymətləndirmişdir. 
Qeyd  etmişdir  ki,  milli  komandamızın  baş  məşqçisi  Mariana  Vasilyeva  gözəl  heyət  formalaşdırmışdır. 
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva tərəfindən ilk gündən qarşıya idmanın bu 
növünü  tək  Bakıda  deyil,  əyalətlərdə  də  kütləviləşdirmək  məqsədi  qoyulmuşdur.  Artıq  məqsədimizə  nail 
olmuşuq.  Kürdəmir,  İsmayıllı,  Gəncə,  Sumqayıt  və  digər  bölgələrdə  gimnastika  məktəbləri  fəaliyyət  göstərir. 
Baş məşqçimiz bir nömrəni, onun əvəzləyicisini seçməkdə çətinlik çəkir. Təbii ki, bu, uğurumuzdur. Yığmaya 
düşmək üçün rəqabət güclüdür. 
Çempionatın  açılış  mərasimində  milli  komandamızın  üzvlərinin  və  məşqçilərinin  iştirak  edəcəyini  diqqətə 
çatdıran A.Həsənov tədbirin quruluşçu rejissorunun Mariana Vasilyeva olduğunu vurğulamışdır. Qeyd etmişdir 
ki, açılış mərasimində iştirakçılara bədii gimnastika ilə incəsənətin vəhdəti təqdim olunacaqdır. 
Azərbaycan  Gimnastika  Federasiyasının  baş  katibi,  Avropa  Gimnastika  İttifaqının  vitse-prezidenti  Fərid 
Qayıbov demişdir ki, qitə birinciliyinin ardınca gələn ilin martında ölkəmizdə “Bakı-2015”ə növbəti test yarışı 
təşkil  olunacaqdır.  Bu  dəfə  Avropa  Oyunlarında  yer  alacaq  6  növ  üzrə  yarışlar  keçiriləcəkdir.  Avropa 
çempionatına  qatılmış  33  ölkədən  30-nun  olan  idmançıları  məhz  Olimpiya  kəndində,  digər  3-ü  başqa  oteldə 
qalır. İdmançılar yaradılmış şəraitdən tam razıdırlar. 
Millimizin  baş  məşqçisi  Mariana  Vasilyeva  yetirmələrinin  uğurlu  çıxış  edəcəyinə  əminliyini  bildirərək 
vurğulamışdır ki, Aliyə Qarayevanın gedişindən sonra artıq gənc nəsil formalaşmış və onlar böyük potensiallar 
vəd  edirlər.  Bütün  bunlar  növbəti  illərə    hesablanmışdır.  Onların  Avropa  Oyunları,  dünya  çempionatı  və 
Olimpiya  Oyunlarında  Azərbaycanı  layiqincə  təmsil  edəcəklərinə  inanıram.  Federasiya  bizim  üçün  əla  şərait 
yaratmışdır. Artıq regionlarda çempionlar və mükafatçılar yetişir. 
Qeyd  edilmişdir  ki,  yarışda  milli  musiqimizdən  də  istifadə  olunacaqdır.  Qrup  hərəkətləri  üzrə  yığmamız 
“Sarı gəlin”in sədaları altında çıxış edəcəklər. 
Bədii  gimnastika  üzrə  Avropa  çempionatı  iyunun  13-dən  15-dək  Bakıda,  Milli  Gimnastika  Arenasında 
keçiriləcəkdir. 
 
 “Xalq qəzeti”.-2014.-13 iyun.-N 124.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
87 
 
Dənizkənarı Milli Parkda “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı maraqlı şou proqram və 
möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur 
 
 “Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə iyunun 
11-də Dənizkənarı Milli Parkda möhtəşəm tədbir  keçirilmişdir. 
Tədbir çərçivəsində xüsusi su şousu, lazer effekti və konsert proqramı olmuşdur. 
Sonda atəşfəşanlıq təşkil edilmişdir. 
Şou proqram və atəşfəşanlıq paytaxt sakinlərində və qonaqlarda xoş ovqat yaratmışdır. 
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. Bu oyunlar 19 idman 
növünü əhatə edəcəkdir. Bunlardan 16-sı Olimpiya idman növü, üçü qeyri-olimpiya idman növü olacaqdır. Altı 
mindən artıq idmançının mübarizə aparacağı “Bakı-2015”də səkkiz idman növü 2016-cı il Rio de Janeyro Yay 
Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaqdır. 
 
“Xalq qəzeti”.-2014.-13 iyun.-N 124.-S.3. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
88 
 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi nümayəndə heyətlərinin rəhbərləri üçün 
seminar keçirir 
 
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi nümayəndə heyətlərinin rəhbərləri üçün seminar 
keçirir. 
 
Əməliyyat Komitəsindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətlərinin rəhbərləri ilk Avropa Oyunları 
ilə bağlı mühüm seminarda iştirak etmək üçün ötən həftə Bakıda olmuşlar.  
Avropa  Milli  Olimpiya  komitələrinin  rəsmilərinə  oyunlara  hazırlıq  işlərinin  gedişi  barədə  məlumat 
verilmişdir.  Qonaqlar  yarışların  keçiriləcəyi  idman  qurğuları  ilə  tanış  olmuş,  ilk  Avropa  Oyunlarının 
başlanmasına bir il qalması münasibətilə keçirilmiş tədbirlərdə iştirak etmişlər. 
Azərbaycanın  gənclər  və  idman  naziri,  “Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  baş  icraçı 
direktoru Azad Rəhimov ötən həftə Avropa ölkələrindən nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərləri 
ilə bağlı demişdir: “Seminar bizə bu tarixi oyunlara hazırlıq işlərində son aylarda nail olduğumuz irəliləyişləri 
Milli  Olimpiya  komitələrinə  nümayiş  etdirmək  imkanı  yaratmışdır.  Bu,  həmçinin  nümayəndə  heyətləri  və 
idmançılar üçün yaradılmış şəraitlə tanışlıq baxımından gözəl imkan oldu”. 
Nümayəndə  heyətlərinin  rəhbərləri  Əməliyyat  Komitəsi  tərəfindən  atletlər  üçün  yaradılmış  şəraitlə  bağlı 
müzakirələr  aparmışlar.  Qonaqlar  bədii  gimnastika  üzrə  Avropa  çempionatının  keçirildiyi  müddətdə  ilk  dəfə 
tam istismar rejimində fəaliyyət göstərən Atletlər kəndi ilə tanış olmuşlar. 
Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hiki  demişdir:  “Birinci  Avropa  Oyunlarının  nümayəndə 
heyətlərinin rəhbərləri üçün seminar çox uğurlu olmuşdur. Görüşlərdə 2015-ci il ilk Avropa Oyunlarını yüksək 
səviyyədə  keçirmək  və  gələcəkdə  yüksək  standart  müəyyənləşdirmək  üçün  mühüm  məsələlər  müzakirə 
edilmişdir.  Qonaqlar  gözəl  Bakı  şəhərində  müəyyən  vaxt  keçirmişlər.  Buna  görə  Avropa  Milli  Olimpiya 
komitələri arasında belə bir inam vardır ki, “Bakı-2015” komandalar üçün mükəmməl, texniki baxımdan əla və 
misilsiz təcrübə olacaqdır”. 
“Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  atlet  xidmətləri  və  əməliyyatlar  şöbəsinin  direktoru 
Ceyms  Makleod  demişdir:  “Nümayəndə  heyətlərinin  rəhbərləri  üçün  seminar  bizə  Avropa  Milli  Olimpiya 
komitələri ilə əlaqə saxlamaq və yaratdığımız xidmət səviyyəsini izah etmək baxımından gözəl imkan olmuşdur. 
Həmin mütəxəssislərdən oyunlarla bağlı aldığımız rəylər bizi məmnun etmişdir”. 
Gələn  il  iyunun  12-dən  28-dək  keçiriləcək  “Bakı-2015”  Avropa  Oyunları  həyəcanverici  və  innovativ 
kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaqdır. 
 “Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-
Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaqdır. 
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək  Yay Olimpiya Oyunları üçün seçmə yarışlara 
imkan  yaradacaqdır.  Həmin  növlərə  oxatma,  yüngül  atletika,  çimərlik  voleybolu,  velosiped  idmanı,  atıcılıq, 
üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir. 
Birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  haqqında  qərar  2012-ci  il  dekabrın  8-də  Avropa  Olimpiya 
Komitəsinin  (AOK)  Baş  Assambleyasında  qəbul  edilmişdir.  Bakı  Avropa  Oyunları  Əməliyyat  Komitəsi 
(BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcəkdir. 
 
Xalq qəzeti”.-2014.-19 iyun.-N 128.-S.6. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
89 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin