“Azərbaycan”.-2014.-3 iyul.-N 139.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
94
“Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində
genişmiqyaslı işlər görüləcəkdir
Həyatda hər hansı bir ilkə imza atmaq həmişə çətin, lakin şərəfli iş olmuşdur. Bu iş qlobal miqyasda
baş verəndə xüsusi əhəmiyyət daşıyır və tarixi hadisəyə çevrilir.
Tarixdə ilk dəfə baş tutacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar böyük
nailiyyətdir. Bu qərarın verilməsi heç də təsadüfi deyildir. Çünki sürətlə gedən iqtisadi inkişaf həyatın bütün
sahələri ilə yanaşı, idman sahəsində də maddi-texniki bazanın güclənməsinə, eləcə də beynəlxalq yarışlarda,
dünya çempionatlarında qələbələr qazanmaqda idmançılarımız üçün stimulun yaranmasına səbəb olmuşdur.
Azərbaycanın beynəlxalq miqyasda mötəbər idman yarışlarında böyük nailiyyətlər qazanması, dünyada
nüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının
verilməsində həlledici rol oynamışdır. Şübhəsiz ki, bu, ölkə Prezidenti İlham Əliyevin praqmatik, ardıcıl və
məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan parlaq bir səhifədir.
Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərardan keçən müddətdə oyunlara hazırlıq işlərinin sürəti və
miqyası gözlənilməz səviyyədə artmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyevanın
başçılıq etdiyi təşkilat komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz önündədir. Avropa
Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi işi dünya standartlarına uyğun və
yüksək keyfiyyətlə gedir.
Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə hazırlıq işləri də sürətlənir. Xəbər verdiyimiz
kimi, bununla əlaqədar paytaxtın şimal qapısı adlandırılan Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial
layihəsinə start verilmişdir. Layihənin keçirilməsində əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə
rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park
və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə
rayon ictimaiyyətini cəlb etməkdən ibarətdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının bu günlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn
tədbirlər planı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək bu böyük tədbirdə rayonun icra strukturlarının,
habelə ictimai-siyasi təşkilatlarının və sakinlərinin üzərinə düşən öhdəliklərin geniş mənzərəsini yaradır.
Sərəncamda I Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonu ərazisində bu il iyul ayının 1-dən
mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin reallaşdırılmasına başlandığı bildirilir. Qarşıya qoyulan
vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya
yaradılmışdır. Artıq komissiya fəaliyyətə başlamış və müvafiq tədbirlər planı tərtib olunmuşdur. Görüləcək
işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə əhatəlidir. Maraqlı burasıdır ki, tədbirlər planında ənənəvi
stereotiplərdən maksimum imtina edilmiş, novatorluq və özünəməxsusluq önə çəkilmiş, habelə müasir dünyada
qəbul olunan metod və üsullara üstünlük verilmişdir. Belə tədbirlər arasında “Ən təmiz obyekt”, “Ən təmiz
uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz fərdi ev” və s. bu tipli müsabiqələr, məişət
tullantılarının çeşidlənməsi, ekoloji mühitin daha da sağlamlaşdırılması işinə töhfə olaraq yanma mexanizmləri
nasaz olan bütün növ nəqliyyat vasitələrinin rayon ərazisində hərəkətinin məhdudlaşdırılması, gənclərin
fləşmobunun keçirməsi öz orijinallığı və aktuallığı ilə diqqəti cəlb edir.
Tədbirlər planına əsasən, görülən işlər barədə əhali və təsərrüfat subyektləri məlumatlandırılmaqla yanaşı,
maraqlı aksiyaların da təşkili gündəmdədir.
Layihə çərçivəsində elan olunacaq müsabiqələr və keçiriləcək aksiyalar tədbirin kütləviləşməsində mühüm
rol oynayacaqdır.
Layihənin mahiyyəti ilə tanışlıq zamanı məlum olur ki, “Təmiz Binəqədi” sadəcə müəyyən müddət üçün
deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir.
Vaqif BAYRAMOV
“ Xalq qəzeti”.-2014.- 8 iyul.-N 142.-S.6.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
95
I Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcəkdir
Ramil NAMAZOV,
iqtisad üzrə fəlsəfə doktoru
İrqindən, dinindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların
ədalətli idman mübarizəsini təmin edən Olimpiya oyunları möhtəşəm idman tədbiridir. Bu oyunlarda
göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni
həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin
imicini formalaşdırıb yüksəltməklə yanaşı, onun imkanlarını da nümayiş etdirir.
Olimpiya oyunlarına ev sahibliyi etmək hər bir ölkənin arzusudur. Təsadüfi deyil ki, ev sahibliyi uğrunda
çox ciddi mübarizə gedir. Hər bir olimpiya oyunlarına ev sahibliyi edəcək ölkənin adı isə xeyli əvvəldən məlum
olur. Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Olimpiya Oyunları qitə tarixində birinci dəfə keçiriləcək.
Xatırladaq ki, 2015-ci ildə baş tutacaq tarixdə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş
Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin
səs çoxluğu ilə qəbul edilib.
AOK-un qərarı tarixi hadisədir və ölkəmizin böyük uğurudur. Bu qərarın qəbul edilməsində bir neçə amil öz
rolunu oynayıb. Bunlar ölkəmizin artan beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi tanınması, sosial-
iqtisadi uğurlar, infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması və sair bu kimi dünyanın
diqqətini çəkən məsələlərdir. Ümumiyyətlə, təkcə Olimpiya oyunlarına deyil, beynəlxalq səviyyəli istənilən
yarışa ev sahibliyi etmək üçün ölkələr arasında ciddi rəqabət mövcuddur. Təsadüfi deyil ki, idman sahəsində
gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının
möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə
mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Azərbaycanda müasir idman infrastrukturunun yaradılması, çoxsaylı idman tədbirlərinə ev sahibliyi etməsi,
2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin
Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya
idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb. Odur ki, ilk Avropa Oyunlarının Bakı
şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil.
I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Oyunlar 19 idman növünü əhatə edəcək.
Bunlardan 16-sı olimpiya idman növü, üçü qeyri-olimpiya idman növü olacaqdır. Altı mindən artıq idmançının
mübarizə aparacağı "Bakı-2015"də səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün
təsnifat xarakteri daşıyacaq.
I Avropa Oyunlarına artıq bir ildən də az vaxt qalır. Bakıda yeni infrastrukturun yaradılması və oyunların
təşkli üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi
Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdıracaq. Ölkəmizin dəfələrlə
beynəlxalq yarışlara ev sahibliyi etdiyini, bu oyunların keçirilməsində Avropa Olimpiya Komitəsinin
tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulayan Mehriban xanım Əliyeva deyib: "I Avropa Oyunlarının
yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya
Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu
yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək".
Dünyada keçirilən bütün beynəlxalq idman yarışlarında könüllülər önəmli rol oynayırlar. Vaxtilə ölkəmizdə
keçən "Eurovision" yarışmasında bu praktikadan istifadə olunub və öz müsbət nəticəsini göstərib. Bakı Avropa
Oyunları Əməliyyat Komitəsi (BEGOC) də I Avropa Oyunlarının başlanmasına bir il qalması münasibətilə
könüllülük proqramına başlayıb. Təbii ki, I Avropa Oyunları Azərbaycanın gənc, müasir və qonaqpərvər ölkə
olduğunu dünyaya nümayiş etdirəcək. Könüllülər Bakının zəngin mənəviyyata sahib olan insanlarını gözəl
təcəssüm etdirəcəklər. Bu mənada İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək, idman tədbirinin
uğurla həyata keçirilməsinə yardım etməklə Azərbaycan tarixinin bir hissəsinə yazılmaq yaxşı fürsətdir.
Könüllülərə oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların salamlanması, yarışlarda çalışmaq, KİV
nümayəndələrinə kömək göstərmək və s. vəzifələri icra etmək imkanı veriləcək.
İndiyədək beş yüzdən artıq könüllü Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş yeniyetmələr
arasında Avropa Olimpiya təsnifat yarışlarında və Milli Gimnastika Arenasında təşkil edilmiş bədii gimnastika
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
96
üzrə Avropa çempionatında təcrübə qazanmışlar. Könüllülərin daha çox təcrübə qazanmaları və Avropa
Oyunları müddətində komanda rəhbərlərinə çevrilmələri istiqamətində çalışmaları üçün əlavə sınaq yarışlarının
keçirilməsi nəzərdə tutulur.
İlk Avropa Oyunlarının keçirilməsi istiqamətində işlər gördükcə BEGOC təşkilat kimi böyüməkdə davam
edir. Hazırda texnologiya, tədbirlərin idarə edilməsi, nəqliyyat, dillər, yerləşdirilmə, kadrlar (insan resursları),
marketinq və layihənin idarə edilməsi kimi bir sıra sahələrdə 100-dən çox tam ştat əsasında ödənişli iş imkanı
mövcuddur. İyuldan etibarən 199 universitet məzunu təlim proqramı vasitəsilə BEGOC-a qoşulacaqdır.
Azərbaycan və Avropa universitetlərindən yeni məzun olan həmin şəxslərin potensiallarının araşdırılmasına
kömək məqsədilə xüsusi tərtib edilmiş intensiv təlim proqramı var.
I Avropa Oyunlarının Bakıda təşkili ölkəmizin idman sahəsində həyata keçirilən dövlət siyasətinin
gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer
tutmasına şərait yaradacaq. Bundan başqa, oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər
sahələrin inkişafına da böyük təkan verəcək.
“Azərbaycan”.-2014.-10 iyul.-N 145.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
97
Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı Avropa
Oyunları-2015” in təntənəli təqdimatı olmuşdur
(9 iyul 2014-cü il)
Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri davam edir. İyulun 9-da “Bakı Avropa
Oyunları-2015"in təntənəli təqdimatı olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak
etmişdir.
Kann şəhəri yenidən Azərbaycan mədəniyyət təntənələrinə ev sahibliyi edir. Fransanın bu qədim, həm də
mədəniyyət tədbirləri ilə zəngin şəhəri artıq bir neçə gün əvvəl Azərbaycanla bağlı baner və posterlərlə
bəzədilmişdir. Bununla da şəhər əhalisi və burada istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər
haqqında məlumatlandırılmışdır. Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə -
tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər.
“Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimat mərasiminin aparıcısı Azərbaycanın tarixi və
mədəniyyəti haqqında mərasim iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, zəngin mədəni dəyərlərə
malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.
Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq
dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirmişdir. Mer
demişdir ki, artıq ikinci dəfədir Kannda Azərbaycan mədəniyyəti günləri təşkil olunur. “Azərbaycan zəngin
mədəni dəyərlərə malikdir”, - deyən Kann şəhərinin meri əminliklə bildirmişdir ki, gələn il ilk Avropa Oyunları
Bakıda yüksək səviyyədə təşkil olunacaqdır.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
mərasimdə çıxış etmişdir.
Birinci xanım Mehriban Əliyevanın çıxışı
(9 iyul 2014-cü il)
– Hörmətli cənab mer!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Xanımlar və cənablar!
Yenidən Kann şəhərində sizinlə birlikdə olmaq çox xoşdur. Mən sizin hər birinizi səmimi qəlbdən
salamlayıram və bu gecə bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm.
Kann şəhərinin Fəxri vətəndaşı olmaq mənim üçün çox şərəflidir və mən bu fürsətdən istifadə edərək bu
gözəl şəhərə, onun bütün sakinlərinə öz hörmətimi çatdırıram.
Hər il olduğu kimi, bu il də biz qonaqpərvərliyi və dostluğu hiss edirik və bizim ölkəmizə göstərilən diqqətə,
hörmətə görə, tədbirlərimizdə bizə yardım göstərən hər kəsə, xüsusən də Kann şəhərinin meri cənab Lisnarda
dərin təşəkkürümü çatdırıram.
Əziz dostlar, bugünkü görüşümüz Azərbaycanın tarixində çox əlamətdar hadisəyə - 2015-ci ildə Bakıda
keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub. Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk
Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və bu qərar Azərbaycan xalqı tərəfindən
böyük məmnuniyyətlə, böyük dəstəklə qarşılanıb. Məhz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinin
bütün üzvlərinə və prezidentinə dərin minnətdarlığımı bildirirəm.
Baxmayaraq ki, Olimpiya hərəkatı Avropada meydana gəlib və sonradan Avropada bərpa olunub, bu vaxta
qədər Avropa Oyunları heç zaman keçirilməyib. Belə oyunları - tarixə ilk Avropa Oyunları kimi daxil olan
yarışları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük
məsuliyyətdir.
Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana, Olimpiya hərəkatına dəstək dövlət
siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra Olimpiya Oyunlarında
1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə etmişlər. Oyundan-oyuna
qazanılan medalların sayı artır. Son Yay Olimpiya Oyunlarında Azərbaycan atletləri on medal qazanmışlar və
Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutmuşlar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
98
Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən
çox olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır
və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır.
Ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsində də böyük təcrübə əldə edib. Bakıda idmanın
müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Ötən ay bədii gimnastika üzrə Bakıda keçirilən
Avropa çempionatı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə hazırlanmış
çempionat kimi qiymətləndirilmişdir.
Məhz bütün bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən
idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin hərtərəfli və sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya
Komitəsi bu Oyunları Azərbaycanda keçirməyə qərar vermişdir.
Avropa Oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə, ilk Oyunlar gələcək yanaşmaların
standartlarının səviyyəsini təmin edəcəkdir. Baxmayaraq ki, hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılıb,
Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi
tədbirlər həyata keçirilir və Təşkilat Komitəsi səylə çalışır. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya
Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımi
işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik
şəraitində keçiriləcəkdir.
Əziz dostlar, mən fürsətdən istifadə edərək sizi ölkəmizə dəvət etmək istəyirəm. Ümidvaram ki, birinci
Avropa Oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərq ilə Qərbi
birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz.
Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib.
Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində
rahat yaşayıb fəaliyyət göstəriblər. Bu gün də biz öz ənənələrimizi, köklərimizi və tariximizi qoruyub
saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq.
Əziz dostlar, biz birinci Avropa Oyunlarının təqdimatını Avropanın müxtəlif şəhərlərində keçirəcəyik.
Amma ilk təqdimat Fransada, Kannda keçirilir və bu da təsadüfi deyildir. Fransa Avropanın aparıcı dövlətidir,
ümumbəşəri mədəniyyət mərkəzidir. İdman sahəsində böyük nailiyyətlər əldə etmiş dövlətdir. Azərbaycan üçün
də dost dövlətdir. Mən çox şadam ki, son illər ölkələrimiz arasındakı, xüsusilə də humanitar sahədə olan
əlaqələr tamamilə yeni səviyyəyə qalxıb. Azərbaycanı daha dərindən tanıdan tədbirlər Fransanın müxtəlif
şəhərlərində keçirilir. Bir il bundan əvvəl, - yəqin ki, siz xatırlayırsınız, - Kannda çox böyük uğurla Azərbaycan
mədəniyyəti günləri keçirildi və çox böyük maraqla qarşılandı. Azərbaycanın və Fransanın şəhərləri arasında
qardaşlaşmaya dair sazişlər imzalanır və mən ümidvaram ki, gələcəkdə Kann ilə Azərbaycanın şəhərlərindən
biri arasında bu ənənə davam etdiriləcəkdir.
Əziz dostlar, sonda xatırlatmaq istərdim ki, 1896-cı ildə Fransanın görkəmli ictimai xadimi, pedaqoqu,
yazıçısı baron Pyer Kubertenin səyləri nəticəsində Olimpiya hərəkatı bərpa olunmuşdur. O vaxtdan etibarən
Olimpiya idealları, Olimpiya hərəkatının fəlsəfəsi insanları, xalqları, dövlətləri bir araya gətirir, körpülər qurur,
sülh, əmin-amanlıq və dostluq yaradır. Ümidvaram ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları bu
dəyərlərin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkdir.
Bir daha sizin hər birinizi səmimi qəlbdən salamlayıram və sizə xoş axşam arzulayıram.
Təşəkkür edirəm.
* * *
Mərasimdə “Bakı-2015 Avropa Oyunları” ilə bağlı video təqdimat olmuşdur. Təqdimatda ötən dövrdə
görülən işlər, tikilən idman obyektləri, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın
rəhbərliyi ilə keçirilən toplantılar barədə geniş məlumat verilmişdir.
Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya 2015-ci ildə ilk Avropa Oyunlarının
Azərbaycanda keçirilməsini böyük hadisə adlandırmışdır. O demişdir ki, Avropa Oyunlarına hazırlıq işləri
yüksək səviyyədə həyata keçirilir. Fransa Olimpiya və İdman Komitəsinin prezidenti tam əminliyini ifadə
etmişdir ki, Bakı Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəkdir.
Sonra “Bakı-2015 Avropa Oyunları”nın təqdimatına həsr edilən ziyafət olmuşdur. Azərbaycan incəsənət
ustaları mərasimdə konsert proqramı ilə çıxış etmişlər.
Daha sonra isə Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olmuşdur.
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir.
Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
99
Artıq ilk Avropa Oyunlarının keçirilməsinə bir ildən də az vaxt qalır. Ötən dövrdə görülmüş işlər, Avropa
Oyunları ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, 2015-ci ildə Avropa Oyunlarının Bakıda
keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür.
Bu, həm də Azərbaycanda idman sahəsində inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın
nümunəsidir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Kann
“Xalq qəzeti”.-2014.-11 iyul.-N 146.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
100
“Euronews” Kannda “Baku-2015” ilk Avropa oyunlarına həsr olunmuş qaçış haqqında süjet
Dostları ilə paylaş: |