İntiqam
“Ekspress”.-2014.-25 iyul.-№ 131.-S.20.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
108
Bakı 2015 Avropa Oyunları "McDonald’s" şirkətini özünün rəsmi tərəfdaşı elan edib
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu gün "McDonald's" şirkətini gələn il keçiriləcək tarixi
idman yarışlarının rəsmi tərəfdaşı elan edib.
Bu tərəfdaşlığa "McDonald's" şirkətinin restoranları, eləcə də Bakı şəhərində və Azərbaycanın hər yerində
ilk Avropa Oyunları haqqında məlumatların çatdırılmasına yönələn marketinq kampaniyaları daxilində brend
tərəfdaşlığı daxildir.
Bundan başqa, "McDonald's" şirkəti öz restoranlarında müştərilərə məlumat verməklə Oyunlarla bağlı
yarışlar və Bakı 2015 Avropa Oyunları üçün xüsusi olaraq tərtib olunmuş müxtəlif qidalardan ibarət menyu
vasitəsilə Azərbaycanın hər yerində Avropa Oyunları ilə bağlı təbliğat işi aparacaq.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib:
"McDonald's brendi dedikdə bütün dünyada əsas beynəlxalq idman yarışları yada düşür və mən şirkətin birinci
Avropa Oyunlarının rəsmi tərəfdaşı olması haqqında sazişə imza atdığımızdan məmnunam. Sözügedən saziş
bütün Azərbaycanda Bakı 2015 Avropa Oyunları haqqında daha çox məlumatın yayılmasına imkan yaradacaq.
Mən əminəm ki, bu imkan gələn yay Bakı şəhərində keçiriləcək tarixi və unudulmaz idman yarışlarına daha çox
maraq oyadacaq".
"McDonald's" şirkətinin Azərbaycandakı bütün restoranlarında aparılacaq marketinq kampaniyaları hər ay
minlərlə müştərini əhatə edəcək.
"McDonald's" şirkətinin Azərbaycandakı filiallarının icraçı direktoru Maqsud Mirzəyev qeyd edib:
"Azərbaycan üçün bu dərəcədə əhəmiyyətli olan yarışlara dəstək göstərmək McDonald's üçün böyük şərəfdir.
Biz restoranlarımıza gələn müştərilərimiz arasında Avropa Oyunlarını daha da unudulmaz edəcək və
məşhurlaşdıracaq yaradıcı marketinq strategiyalarının hazırlanmasına bütün səylərimizi və təcrübəmizi
qoymağa çalışacağıq".
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Vijeratna əlavə
edib: "McDonald's şirkətinin malik olduğu böyük nüfuzu nəzərə alsaq, onun Oyunlara göstərdiyi dəstəyə etibar
etmək çox gözəldir. Bu dəstək bizim Bakı 2015 brendimizə olan etibarı daha da artıracaq".
McDonald's şirkəti 1976-cı ildən etibarən hər Olimpiya və Qış Olimpiya Oyunlarının əsas sponsoru olub və
2012-ci ildə sponsorluğunu daha səkkiz il müddətinə uzadıb. Şirkət, eyni zamanda, FIFA Dünya Kuboku kimi
digər əsas beynəlxalq idman yarışlarında da təcrübə və təsdiqlənmiş bacarığa malikdir.
“İki sahil”.-2014.-1 avqust.-N 135.-S.20.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
109
I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(8 avqust 2014-cü il)
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
1.1. I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların
iştirakçılarının akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlər görsün;
1.2. akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və
akkreditasiya kartının formasını təsdiq etsin;
1.3. akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
2. Müəyyən edilsin ki:
2.1. müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan
vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların
bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı
əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər;
2.2. I Avropa Oyunlarına bilet əldə etmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər:
2.2.1. Oyunların açılışına 10 gün qalmışdan etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində
viza ala bilərlər;
2.2.2. viza üçün müraciət etdikdə I Avropa Oyunlarına bileti və ya biletin əldə olunmasını təsdiq edən
sənədi təqdim etməlidirlər;
2.3. I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək
fəaliyyətinə cəlb olunan və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi
yaşayan vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq
hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
4.1. I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının
sadələşdirilməsi barədə Avropa Olimpiya Komitəsinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
4.2. I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının
sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki
səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata
keçirən aviasiya şirkətlərinə I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza
prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
7. Bu Sərəncamın 2.1-ci bəndi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 avqust 2014-cü il.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
110
2015-ci ilin iyun ayında Avropa idmanının ürəyi Bakıda döyünəcək
Azərbaycan paytaxtında birinci Avropa Oyunları ilə qitəmizin idman hərəkatında yeni səhifə açılacaq
Gələn il iyunun 12-də starta çıxıb həmin ayın 28-də finişə çatacaq birinci Avropa Oyunlarına 300 gün
qalmış cəsarətlə deyə bilərik ki, bu yarışlardan sonra Azərbaycanın bir idman ölkəsi kimi nüfuzu hətta
qitəmizin sərhədlərini də aşaraq bütün dünyada ikiqat artacaqdır. Respublikamız ilk Avropa
Oyunlarının təşkili hüququnu qazanmaqla çox böyük uğura imza atmışdır və bu yüksək etimada heç bir
ölkə biganə qala bilməz. Azərbyacan yarışların bütün beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir
daha bütün dünyaya bəyan edəcək ki, onun imkalarına inananlar tamamilə haqlıdırlar.
Bununla əlaqədar 2013-cü il fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş
birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında Təşkilat Komitəsinin sədri Mehriban xanım
Əliyevanın öz çıxışında söylədiyi bir fikri qeyd etmək kifayətdir:
“2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I
Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin
üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə
əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. I Avropa
Oyunalarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi
hadisədir. Reginonun lider dövlətinə çevrilən Azərbaycanın surətli inkişafı, dünya birliyində tutduğu mövqe,
ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkləmiz bu mötəbər tədbirə uğurla ev
sahibliyi edə biləcəkdir. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və
dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri
nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya
Komitəsi tərəfindən verilən yüksək qiymətdir.”
Bu fikrin ən yüksək səviyyədə təsdiqi kimi Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkenin ötən il
oktayabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında dediklərini xatırlatmaq yerinə düşər:—Burada güclü və
peşəkarlardan təşkil olunmuş komanda çalışır. Dövlətin idmana göstərdiyi qayğı isə bizi daha çox sevindirir.
Azərbayacan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması burada idman siyasətinin
düzgün istiqamətdə aparılmasından xəbər verir.
Yuxarıda diqqətinizə çatdırıldığı kimi, gizli səsvermədə iştirak etmiş 48 ölkədən 38-i birinci Avropa
Oyunlarının Bakıda keçirilməsinin lehinə, 8-ci əleyhinə səs vermiş, 2 ölkə isə bitərəf qalmışdır. Əlbəttə ki, bu
çox yüksək göstərici, Azərbaycan paytaxtına göstərilən böyük etimaddır. Səsvermədə Bakının namizədliyinə
tərəfdar çıxmış 38 milli olimpiya komitəsinin rəhbərləri və üzvləri, şübhəsiz, ayrı-ayrı vaxtlarda şəhərimizdə
keçirilmiş idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, Olimpiya təsnifat turnirlərinin,
“Qran-Pri”lərin və “Qızıl dəbilqə”lərin, digər mötəbər beynəlxalq yarışların yüksək səviyyədə təşkilindən,
burada onlara göstərilən qonaqpərvərlikdən böyük zövq almışlar və öz seçimlərində bu amilləri üstün tutmuşlar.
Bakıda Avropa Oyunlarından sonra isə beynəlxalq idman dairələrinin Azərbaycanda idmana dövlətin böyük
qayğısı barədə təsəvvürləri daha da genişlənəcəkdir. Əgər onlar buna qədər paytaxtımızdakı idman bazalarından
Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı İdman
Sarayı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və bəzi başqa qurğularla tanış idilərsə, on aydan sonra Bakının
qonaqları artıq gimnastlarla yanaşı, yeniyetmələr arasında taekvondo üzrə dünya çempionatı iştirakçılarının da
sınaqdan çıxardıqları Bakı Gimnastika Arenasına, bu günlər inşası tam surətlə davam etdirilən əzəmətli
Olimpiya Stadionunun, Su İdmanı Növləri Sarayının, Atıcılıq Mərkəzinin, eləcə də yenidən qurulan, bir vaxtlar
ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan, indi isə onun adını daşıyan İdman-Konsert Kompleksinin
gözəlliyinə heyran qalacaq və təbii ki, Azərbaycan, Bakı haqqında gələcək təəssüratlarında onlara geniş yer
ayıracaqlar. Başqa cür ola da bilməz, inkişaf, tərəqqi, həyata keçirilən böyük işlər, əldə olunan uğurlar həmişə
hər yerdə rəğbətlə qarşılanır.
Elə ölkələri, şəhərləri bütün dünyaya tanıdan, məşhurlaşdıran da onların yüksək səviyyədə gördükləri işlər,
təşkilatçısı olduqarı mötəbər tədbirlərdir. Bu il avqustun əvvəlinədək Norveçin Tromsö şəhəri haqqında
məlumatımız o qədər də çox deyildi, bu şəhər az-çox futbol həvəskarlarına tanış idi, “Tromsö” klubunun UEFA-
nın bayrağı altında keçirilən yarışlarda iştirakını bilirdik. İndi isə Tromsö şahmatın sayəsində daha çox
tanınmışdır. Avqustun 2-də orada starta çıxıb iki gün əvvəl başa çatmış 41-ci Ümumdünya Şahmat Olimpiadası
sayəsində Tromsö düz iki həftə ərzində idman aləminin, o cümlədən azərbaycanlı idman həvəskarlarının diqqət
mərkəzində olmuşdur. Deməli, Olimpiadanın təşkilinə çəkilən zəhmət, xərc hədər getməmişdir. Növbəti, 42-ci
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
111
Olimpiadanın təşkili hüququnun 2016-cı ildə Bakıya həvalə olunması isə idmanımızın daha bir növbəti
qələbəsidir.
“Bakı 2015"də on altı gün ərzində bir şəhərdə idmanın 19 növü üzrə yarışlar keçirilməsi və bu turnirlərdə 49
ölkənin 6 mindən çox təmsilçisinin qitəmizin ən ali idman məclisinin medalları uğunda mübarizə aparması
tarixi bir hadisəyə çevriləcək. Bu, o deməkdir ki, iki həftədən də bir qədər çox vaxt ərzində bakılı idman
həvəskaları və şəhərimizin qonaqları hər gün bir neçə yarışın-oxatanların, su idmanı növləri nümayəndələrinin,
atletika, basketbol, boks ustalarının, kanoelərdə avarçəkənlərin, velosipedçilərin, taekvondoçuların
mübarizəsini, güləş, voleybol və daha bir neçə növ üzrə turnirlərin gedişini izləmək, onların iştirakçılarının
medallar uğrunda maraqlı və gərgin rəqabətinin həyəcanını yaşamaq imkanı qazanacaqlar. Mingəçevirdəki
“Kür” Təlim-İdman Mərkəzində keçiriləcək kanoelərdə avarçəkmə yarışlarından başqa bütün növlər üzrə
turnirlərin təkcə bir şəhərdə Bakıda təşkili Azərbaycan paytaxtının çox mötəbər bir idman bayramını ən yüksək
səviyyədə keçirmək imkanlarına ciddi baxışa çevriləcəkdir. Avropa Oyunları proqramına daxil olan növlərdən
doqquzunda 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına
lisenziyaların oynanılması isə xüsusilə diqqət mərkəzində olacaq.
Olimpiya Oyunlarından söz düşmüşkən, Bakı artıq yay Olimpiadasını keçirmək üçün təşəbbüs göstəmişdir.
Lakin elə ilk cəhdlərdə bu arzunu reallaşdrmaq hələ heç bir şəhərə müyəssər olmayıb. Bu səbəbdən də
Azərbaycan paytaxtının ilk cəhdlərini “döyüş qarşısında kəşfiyyat” kimi də qiymətləndirmək olar. Bakı öz
təşəbbüsü ilə bütün dünyaya bəyan etmişdir ki, hətta Olimpiya Oyunları kimi ən böyük yarışalrın təşklatçısı və
paytaxtı olmaq üçün hər cür imkan və bacarığa malikdir.
Deməli, bu qənaətə gələ bilərik ki, yaxın gələcəkdə dünya idmançılarının ən ali məclisinin təşkilatçısı olmaq
üçün namizədliklərini irəli sürəcək şəhərlərin rəqabətində Azərbaycan paytaxtı öz uğruna daha çox ümid
edəcək. Belə düşünməyə Bakıda Avropa Oyunlarının ən yüksək səviyyədə təşkilinə böyük ümidlərimiz əsas
verir. Oyunların unudulmaz bayrama çevrilməsi Bakının imkanlarını qiymətləndirəcək insanların, xüsusən də
Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin ölkəmizə maraq və inamını daha da artıracaq.
Ən qabaqcıl təcrübədən istifadə olunmaqla inşa edilən və təkcə Azərbaycan və Avropanın deyil, dünyanın
nadir idman qurğularından birinə çevriləcək Bakı Olimpiya Stadionunda Avropa Oyunlarının təntənəli açılış və
bağlanış mərasimləri, Milli Gimnastika Arenasında gimnastların yarışı, hələ “Eurovision-2012” mahnı
müsabiqəsi günlərində öz gözəlliyi ilə qəlbləri riqqətə gətirmiş “Krystall Hall”da voleybol, Heydər Əliyev
adına İdman-Konsert Kompleksində cüdo, güləş turnirləri və digər idman bazalarında startlar çoxlu tamaşaçı
auditoriyası toplayacaq və bütün Avropa Azərbaycanın imkanları və getdikcə daha da artan nüfuzu, qüdrəti,
onun idman işlərinin təşkilində nümunəvi bir ölkə olması haqqında məlumatlarını daha da artırmaq imkanı
qazanacaq.
Qitəmizin idman həyatında yeni bir bir səhifə açacaq və əhəmiyyətinə görə tayı-bərabəri olmayacaq birinci
Avropa Oyunlarına 300 gün qalır. Ötən hər gün bizi “Bakı 2015”ə- bütün Avropa üçün tarixi bir hadisəyə
yaxınlaşdırır.
Oqtay BAYRAMOV.
“Xalq qəzeti”.-2014.-17 avqust.-N 176.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
112
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar inşası
davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub
(28 avqust 2014-cü il)
Avqustun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə
hazırlıqla inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub.
Bu gün dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas
istiqamətlərindən biri seçən Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə ciddi hazırlaşır. Birinci
Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı
işlər yüksək səviyyədə həyata keçirilir. Dövlətimizin başçısının birbaşa tapşırığına əsasən Azərbaycanın
paytaxtı ilə yanaşı, regionlarında da ən müasir idman infrastrukturu yaradılır, yeni Olimpiya idman kompleksləri
tikilib istifadəyə verilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya
Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Orijinal layihə əsasında inşa edilən Bakı
Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva əvvəlcə Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış oldu.
Gənclər və idman naziri Azad Rəhimov layihə əsasında görülən işlər barədə ətraflı məlumat verdi.
Mehriban Əliyevaya stadionun müxtəlif görüntüləri təqdim edildi. Bildirildi ki, stadionda işlər sürətlə və
yüksək keyfiyyətlə davam etdirilir. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur.
Mükəmməlliyi ilə diqqəti cəlb edən, 70 min tamaşaçı tutumu olacaq, altımərtəbəli stadionda indiyədək layihə
çərçivəsində nəzərdə tutulan tikinti işlərinin əsas hissəsi başa çatıb. Beynəlxalq standartlara tam cavab verəcək
bu idman obyektində əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina, müxtəlif funksiyalı
tribunalar və digər infrastruktur tikilir. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulub.
Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və
irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Ərazidə avtomobillər üçün 3 min 100 yerlik park
da yaradılacaq, stadionun ətrafında əsaslı abadlıq və geniş yaşıllaşdırma işləri aparılacaq.
2012-ci ilin noyabrında tammiqyaslı inşasına başlanılan stadionda işlər layihə üzrə nəzərdə tutulduğu kimi
gələn ilin fevralında yekunlaşacaq. Beləliklə, Bakı Olimpiya Stadionu gələn il ölkəmizin ev sahibliyi edəcəyi
birinci Avropa Oyunlarınadək istifadəyə veriləcək.
Tikinti işlərinin gedişi ilə tanış olan birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verdi.
X X X
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində
görülən təmir işləri ilə tanış oldu. Məlumat verildi ki, ümumi ərazisi 46 min kvadratmetr olan kompleksin təmir
işlərinin gələn ilin yanvarında başa çatdırılması nəzərdə tutulub. Məşq korpusunun birinci və ikinci
mərtəbələrinin divar və döşəmələri keramoqranit və metlaxla örtülüb. Əsas korpusun birinci mərtəbəsinin foyesi
yeni keramik örtüklə üzlənib, tavanda son tamamlanma işləri gedir. İdman-Konsert Kompleksi yeni internet
şəbəkəsi, təhlükəsizlik və xəbərdarlıq sistemləri ilə təchiz ediləcək. Binada yeni yanğınsöndürmə və
videomüşahidə sistemləri də quraşdırılacaq.
X X X
Paytaxtın mərkəzində, Dənizkənarı Bulvarda yerləşən Bakı İdman Sarayında da əsaslı təmir işləri aparılır.
Binanın 1974-cü ildə inşa olunduğu nəzərə alınaraq burada müasir tələblərə uyğun yenidənqurma işləri görülür.
Bina yenidənqurmadan sonra Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün ən münasib idman
qurğularından biri olacaqdır. Bakı İdman Sarayında aparılan təmir işləri də birinci Avropa Oyunlarına hazırlıq
tədbirləri çərçivəsində həyata keçirilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva binada aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün
Bakı İdman Sarayına gəldi.
Məlumat verildi ki, artıq sarayın yenidənqurma işləri yekunlaşıb, struktur işləri də tamamlanmaq üzrədir.
Bildirildi ki, struktur işləri ilə paralel binanın daxili tamamlanma işləri də yerinə yetirilir. Hazırda otaqlar,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
113
arakəsmələr və tavan işləri görülür. Qeyd olundu ki, bu idman sarayında müasir havalandırma sistemi qurulur,
su və elektrik təchizatı işləri aparılır. Təmir işləri zamanı binanın seysmik dayanıqlığı da nəzərə alınıb. Bunun
üçün sarayda xeyli sayda bərkitmə işləri aparılıb. Əlavə olaraq binaya zirzəmi qatından 5 ədəd yanğın çıxışı
pilləkən qəfəsləri də qoyulub. Bununla yanaşı, birinci mərtəbədə yanğın üçün 12 təxliyyə qapısı nəzərdə tutulub.
Dördmərtəbəli binada 6 müasir lift də quraşdırılıb. Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün
nəzərdə tutulan kompleksdə oturacaqların sayı artırılaraq 1500-dən 1850-yə çatdırılıb.
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Bakı İdman Sarayının fasad işləri barədə
də məlumat verildi. Bildirildi ki, layihəyə uyğun olaraq sarayın fasadının yenidən üzlənməsi işləri həyata
keçirilir. Binada təmir işləri ilin sonunadək yekunlaşacaq.
X X X
Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli
yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı
Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsini Koreya
Respublikasının "Securo CO.LTD" şirkəti qısa müddətdə başa çatdırıb və inşaat işlərinə başlanılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış oldu.
Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı məlumat
verdi. Bildirdi ki, tikintisinə ötən ilin fevral ayında başlanılan Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi
ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam
cavab verir. Sarayda üç üzgüçülük hovuzu yaradılır. Uzunluğu 50, eni 25 metr olacaq əsas hovuz yarışlar üçün
nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Məşq hovuzunun bir hissəsində dərinliyi artırıb-
azaltmaq mümkün olacaq. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Sarayda
keçiriləcək idman yarışlarını 6 min 200 tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika
və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq. Ən vacib məqamlardan biri isə odur ki,
idman sarayının enerji tələbatının 25 faizini burada quraşdırılan günəş batareyaları təmin edəcəkdir. Bundan
başqa, sarayda fitnes zalları, SPA mərkəzi, trenajor zalları, restoran, 100 nəfərlik konfrans zalı, ofislər, digər işçi
və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik
yerüstü avtomobil dayanacağı yaradılacaq.
Bildirildi ki, xarici və yerli şirkətlərin icra etdiyi tikinti işləri cədvəl üzrə vaxtında başa çatdırılacaqdır.
“ Xalq qəzeti”.-2014.-29 avqust.-N 186.-S.4.
Dostları ilə paylaş: |