Iv fəSİl I avropa Oyunları 2015


“Qəpik evi”nin xatirə əşyaları



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

“Qəpik evi”nin xatirə əşyaları  
 
Üz  tutduğumuz  növbəti  mağaza  “Qəpik  evi”dir.  Suvenir  ustası  Vüsal  Yusifov  bizi  gülərüzlə  qarşılayaraq 
gördüyü işlə bağlı böyük həvəs və ürəkdolusu danışmağa başladı. Söhbət əsnasında müsahibim bildirdi ki, qəpik 
formalı  metallardan  suvenir  düzəltməyi  Başqırdıstanın  (Rusiya  Federasiyası)  paytaxtı  Ufa  şəhərində  öyrənib. 
2015-ci ilin ilk günlərindən isə Bakıda fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bu işlə Azərbaycanda təkcə o 
məşğul  olur:  “Artıq  6  ildir  ki,  qəpik  formalı  metallardan  müxtəlif  hədiyyələr  hazırlayıram.  Əvvəllər  Rusiyada 
fəaliyyət  göstərmişəm.  Ölkəmizə  qaydanda  artıq  öz  vətənimizin  tarixini,  mədəniyyətini  əks  etdirən  suvenirlər 
düzəltməyə qərar verdim”.  
Fərqli üsulda suvenirlərin hazırlanması qaydası haqqında ətraflı məlumat verən V.Yusifov deyir ki, əvvəlcə 
şəklini həkk edəcəyimiz obyektin rəsmini, formasını çəkib Rusiyaya göndəririk. Orada isə bu işlə məşğul olan 
zavodların  birində  göndərilən  bu  rəsmlərə  uyğun  qəliblər  hazırlanır.  Qəliblər  Bakıya  gətirilir  və  suvenirlər 
burada  insanların  gözü  önündə  düzəldilir.  İki  qəlibin  arasına  qəpik  formalı  mis,  latun  və  alüminium  kimi 
metallar qoyularaq çəkiclə zərbə endirilir, beləcə, istədiyimiz əşya hazır olur.  

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
165 
 
Bu  nümunələr  arasında  Qız  qalası,  “Alov  qüllələri”  və  İçərişəhər  kimi  Bakının  rəmzləri  ilə  yanaşı, 
Azərbaycan xəritəsi, buta, milli rəqslə məşğul olan oğlan və qız şəkilləri də var. Müsahibim deyir ki, I Avropa 
Oyunları ilə bağlı özünün ideyası ilə müxtəlif formalı rəsmlərə uyğun hazırlayıb qəlib hazırlanması üçün sifariş 
verib. Onlardan bir neçəsini bizə təqdim edən usta bildirir ki, burada  əsas məqsəd milli ornamentlərdən geniş 
istifadə  etməkdir.  İlk  olaraq  Qız  qalası  və  buta  ornamentinin  eskizi  hazırlanıb.  Bu  eskizlərin  hamısının  aşağı 
hissəsində  insan  yaşayışı  olan  5  qitənin  birliyini  əks  etdirən  5  Olimpiya  halqası  və  ingilis  dilində  “I  Avropa 
Oyunları” yazısı həkk edilib.  
I  Avropa  Oyunlarının  keçirildiyi  zaman  Azərbaycan  bütün  dünyanın  diqqətində  olacağından  ölkəmizi 
layiqincə tanıtmağa böyük fürsət yaranıb. Tanıtımın bir növü kimi də suvenirlərin böyük  əhəmiyyəti var. Onu 
da  qeyd  edək  ki,  I  Avropa  Oyunlarının  rəsmi  rəmzi  ceyran  və  nardır.  Ceyran  və  nar  Azərbaycanın  qürurlu 
tarixini və ümidverici gələcəyini özündə təcəssüm etdirir. Qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı 
təklif edəcək ceyran Oyunların mədəniyyət elçisi olacaq. Ceyran həm də təbii gözəlliyin, zərifliyin və saflığın 
rəmzidir. Nar isə birliyin və bolluğun simvolu kimi tanınır. İnanırıq ki, ölkəmizin tarixinin və mədəniyyətinin, 
həmçinin Oyunların rəsmi rəmzlərinin də əks olunduğu suvenirlərin daha geniş şəkildə satışı təmin olunacaq. 
 
Mədəniyyət”.-2015.-16 yanvar.-N 4.-S.8. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
166 
 
Birinci Avropa Oyunlarına hazırlıqla bağlı Çevik Polis Alayının qarşısında duran vəzifələr  
müzakirə olunub 
 
Yanvarın  21-də  Daxili  İşlər  Nazirliyinin  (DİN)  Çevik  Polis  Alayında  2014-cü  il  ərzində  görülmüş  işlərin 
yekunlarına  və  qarşıda  duran  vəzifələrə  həsr  olunmuş  əməliyyat  müşavirəsi  keçirilib.  DİN-in  mətbuat 
xidmətindən AzərTAc-a bildiriblər ki, əməliyyat müşavirəsini açan daxili işlər naziri, general-polkovnik Ramil 
Usubov  ulu  öndər  Heydər  Əliyevin  müəllifi  olduğu  siyasi  kursun  Azərbaycan  Prezidenti  İlham  Əliyev 
tərəfindən  uğurla  davam  və  inkişaf  etdirilməsi  nəticəsində  xalqımızın  rifah  halının,  ölkəmizin  beynəlxalq 
imicinin daha da yüksəldiyini, insan hüquq və azadlıqlarının etibarlı qorunduğunu nəzərə çatdırıb. 
Nazir bildirib ki, bütün bunlar dövlətimizin başçısının məqsədyönlü şəkildə və ardıcıllıqla həyata keçirdiyi, 
milli  maraqlarımıza  tam  cavab  verən  və  reallığa  söykənən  daxili  və  xarici  siyasətin  əyani  təzahürü  olmaqla 
daxili  işlər  orqanlarının  fəaliyyətinə  də  öz  müsbət  təsirini  göstərib.  R.Usubov  cinayətkarlığa  qarşı  mübarizə, 
ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Çevik Polis Alayının peşəkarlıq və fiziki 
hazırlıq səviyyəsinin xeyli artdığını, qarşıya qoyulmuş istənilən vəzifəni layiqincə yerinə yetirməyə qadir olan 
mobil quruma çevrildiyini, paytaxtda əmin-amanlığın, sabitliyin nümunəvi təminində böyük rol oynadığını qeyd 
edib. 
Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki 
Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, əsas diqqət vətəndaşların üzləşdikləri problemlərin operativ 
həllinə,  xidmətin  əməliyyat  şəraitinin  təhlili  əsasında  qurulmasına,  şəxsi  heyətin  peşəkarlıq  səviyyəsinin 
yüksəldilməsinə,  nizam-intizamının  gücləndirilməsinə  yönəldilib.  Həvalə  olunmuş  vəzifələrin  effektli  yerinə 
yetirilməsi  üçün  paytaxtın  küçələrində  və  digər  ictimai  yerlərdə  cinayət  və  hadisələrin  dinamikası  mütəmadi 
izlənilib, Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə vahid dislokasiya planları tərtib olunaraq icra edilib. Paytaxtda 
keçirilən kütləvi tədbirlər zamanı da asayiş nümunəvi qorunub, DİN rəhbərliyinin tapşırığına əsasən, bu sahəyə 
cəlb edilən qadın əməkdaşlar xidməti vəzifələrini layiqincə yerinə yetiriblər. 
Qeyd  olunub  ki,  2014-cü  ildə  inzibati  hüquqpozmalarla  bağlı  patrul  bölükləri  tərəfindən  25  min  816  nəfər 
saxlanılaraq  qanunauyğun  tədbirlərin  görülməsi  üçün  ərazi  polis  orqanlarına  təhvil  verilib.  Onlardan  633-ü 
müxtəlif cinayət, o cümlədən 170-i xuliqanlıq, 18-i dələduzluq, 143-ü narkotik vasitələri qanunsuz saxlayan və 
satan,  183-ü  oğurluq,  18-i  soyğunçuluq  törədən,  78-i  axtarılan  şəxslər  olub.  2013-cü  illə  müqayisədə 
aşkarlanmış  cinayətlərin  sayı  17  faiz  artıb.  Rəhbərliyin  tapşırığına  əsasən,  piyadalar  tərəfindən  yol  hərəkəti 
qaydalarının  pozulması  hallarının  qarşısının  alınması  üzrə  keçirilən  tədbirlərlə  inzibati  xətalar  törətmiş  2618 
nəfər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi təmin edilib. 
Bildirilib ki, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində 500 əməkdaş intensiv ingilis dili kurslarına cəlb 
olunub  və  yekun  imtahanlarının  nəticələri  mütəxəssislər  tərəfindən  qənaətbəxş  qiymətləndirilib.  Bütövlükdə 
şəxsi  heyətin  xidməti  hazırlığının  artırılması,  ekstremal  şəraitdə  adekvat  qərar  qəbul  etmək  bacarığına  malik 
olması, fiziki qüvvənin, xüsusi vasitələrin qanunla müəyyən edilmiş hallarda tətbiqini mükəmməl bilməsi üçün 
lazımı işlər aparılıb. 
Müşavirəyə  yekun  vuran  daxili  işlər  naziri  Çevik  Polis  Alayınınşəxsi  heyətinin  ötən  hesabat  ilindəki 
fəaliyyətinin  yekunlarını  müsbət  qiymətləndirib,  tapşırıq  və  tövsiyələrini  verib,  qarşıda  duran  vəzifələrdən, 
onların həlli yollarından danışıb. 
General-polkovnik  R.Usubov  paytaxtın ictimai  yerlərində  baş  verən cinayətlərin sayının  az  da  olsa  artması 
nəzərə  alınaraq,  qüvvə  və  vasitələrin  səmərəli idarə  olunmasının,  qeydə  alınmış  cinayətlərin təhlilinin,  hər  bir 
əməkdaşın ona təhkim olunmuş xidməti ərazinin əməliyyat şəraitini dərindən bilməsinin vacibliyini qeyd edib. 
Nazir  Alay  rəhbərliyindən  əməkdaşların  fiziki  və  döyüş  hazırlığının  yüksəldilməsi  işinin  ən  vacib 
vəzifələrdən  biri  olaraq  həyata  keçirilməsini,  xidmət  qabağı  təlimatlandırmalarda  əməkdaşların  zahiri 
görünüşünə,  geyim  formasını  daşıma  qaydalarına  riayət  etmələrinə  diqqət  yetirilməsini  tələb  edib.  Həmçinin 
xidmətdə  yeni  informasiya  texnologiyalarının  tətbiqi  ilə  bağlı  təşəbbüskarlıq  göstərilməsi,  bu  ilin  yayında 
keçiriləcək birinci Avropa Oyunları ilə bağlı qarşıya qoyulmuş tapşırıqların, o cümlədən təhlükəsizliyin təmin 
edilməsi,  obyektlərin  mühafizəsi,  nəzarət-buraxılış  işinin  həyata  keçirilməsi  funksiyalarının  yüksək  səviyyədə 
yerinə  yetirilməsi,  əməkdaşların  xarici  dil  kurslarına  göndərilməsi  üzrə  işlərin  davam  etdirilməsinə  nəzarətin 
daha da artırılması mühüm vəzifə kimi qarşıya qoyulub. 
Qeyd  olunub  ki,  əməkdaşlar  qanunla təsbit  olunmuş  vəzifə,  funksiya  və  hüquqlarını  dərindən  bilməli, eyni 
zamanda,  vətəndaşlarla  ünsiyyətdə  etik  normalara,  qanunçuluğa,  insan  hüquq  və  azadlıqlarına  ciddi  riayət 
etməlidirlər.  Xidməti  vəzifələrin  uğurla  yerinə  yetirilməsi  üçün  ölkə  rəhbərliyi  tərəfindən  hər  cür  şəraitin 
yaradıldığı, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu vurğulanıb. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
167 
 
Daxili  işlər  naziri  Azərbaycan  Prezidenti  İlham  Əliyevi  əmin  edib  ki,  Çevik  Polis  Alayının  əməkdaşları 
üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, əldə edilmiş uğurlarla kifayətlənməyərək xalqa, dövlətə 
daim ləyaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı mübarizədə daha qətiyyətli və prinsipial olacaqlar.  
 
“Azərbaycan”.-2015.-22 yanvar.-N 15.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
168 
 
Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında  
iştirak edib  
(22 yanvar 2015-ci il) 
 
 
Davos, 23 yanvar, AzərTAc 
Xüsusi  müxbirimiz  xəbər  verir  ki,  yanvarın  22-də  Davosda  “Bakı-2015”  ilk  Avropa  Oyunlarının 
təqdimatı olub. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. 
Bu il Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif 
yerlərində  oyunlara  həsr  olunan  reklam  lövhələri  vurulmuşdu.  Bu  da  Davos  İqtisadi  Forumunda  iştirak  edən 
nümayəndələrdə  ölkəmiz  və  onun  zəngin  mədəniyyəti,  idman  ənənələri  barədə  təsəvvür  yaratmağa  imkan 
verirdi. 
Heydər  Əliyev  Fondunun  təşkilatçılığı  və  dəstəyi  ilə  keçirilən  təqdimat  mərasiminə  İsveçrənin  ictimai-
siyasi  dairələrinin,  beynəlxalq  idman  ictimaiyyətinin  nümayəndələri,  Dünya  İqtisadi  Forumunda  iştirak  edən 
xarici ölkələrin təmsilçiləri qatılmışdılar. 
Qonaqlar  əvvəlcə  Azərbaycan  heykəltəraşlarının  “Bakı-2015”ə  həsr  olunmuş  bürünc  heykəllərindən 
ibarət  sərgiyə  baxdılar.  “Biz  birlikdə”  adlanan  bu  sərgidə  20-dən  çox  heykəltəraşımızın  idmanın  müxtəlif 
növlərini təsvir edən əsərləri sərgilənirdi. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa 
Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirirdi. 
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa 
Oyunlarına həsr olunan bukletləri təqdim edildi. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı  
(22 yanvar 2015-ci il) 
 
- Hörmətli xanımlar və cənablar, hörmətli dostlar. 
Əvvəlcə,  bu  axşam  bizimlə  birlikdə  olduğunuza  görə  minnətdaram.  Sizin  hamınızı  qəbulumuzda  və 
“Bakı-2015” Avropa Oyunlarının təqdimatında görməkdən çox məmnunam. 
Bakıda  ilk  Avropa  Oyunlarının  keçirilməsinə  beş  aydan  az  vaxt  qalır.  Bu  Oyunlar  əvvəllər  heç  vaxt 
keçirilməyib.  Digər  qitə  oyunlarından  fərqli  olaraq,  Avropa  Oyunları  heç  vaxt  təşkil  olunmamışdı.  Biz  bu 
Oyunları Azərbaycanda keçirmək qərarına görə Avropa Olimpiya ailəsinə olduqca minnətdarıq. 
Qərar  2012-ci  ilin  sonlarında  qəbul  olunmuşdur.  Bilirsiniz  ki,  qış  Olimpiya  Oyunlarından  daha  böyük 
olan Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtımız var idi. İyirmi idman növü üzrə yarışacaq 6 
mindən artıq atletin gəlməsini gözləyirik. Həmin idman növlərindən 16-sı Olimpiya idman növüdür. İki il yarım 
təbii ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi 
olaraq  ürəkdən  çalışırıq.  Biz  güclü  tərəfdaşlıq  qurmuşuq  və  bu  gün  Oyunları  mümkün  qədər  ən  yüksək 
səviyyədə təşkil etmək məqsədilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq komandamız var. 
Fikrimcə,  bu  Oyunların  Bakıda  keçirilməsi  haqqında  qəbul  edilmiş  qərarın  bir  səbəbi  də  atletlərimizin 
nailiyyətləri  ilə  bağlıdır.  Azərbaycan  müstəqillik  illəri  ərzində  özünü  həm  də  idman  ənənələri  ilə  seçilən  ölkə 
kimi  tanıdıb.  Sonuncu  London  Olimpiya  Oyunlarındakı  iştirakımız  ölkəmiz  üçün  çox  vacib  olub.  On  medal 
qazandıq, onlardan ikisi qızıldır. Biz dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci olduq. 
Zənnimcə,  səbəblərdən  biri  bu  idi.  Digər  səbəb  Azərbaycanın  sürətli  inkişafı  ilə  bağlıdır.  Müstəqillik 
illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal 
rəqabətlilik  reytinqinə  görə  Azərbaycanı  38-ci  yerdə  qərarlaşdırır.  İqtisadi  inkişaf  və  müasir  infrastruktur 
Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı. 
Beləliklə,  biz  qonaqları  və  turistləri  gözləyirik.  İndi  hazırlıq  işinin  son  mərhələsindəyik.  Əlbəttə  ki, 
Oyunlar  bizə  onsuz  da  həyata  keçirilməli  layihələri  daha  qısa  müddət  ərzində  reallaşdırmaq  imkanını  yaratdı. 
Müasir  idman  infrastrukturunun  yaradılması  sahəsində  çoxlu  işlər  aparılıb.  Hazırda  biz  Xəzər  dənizinin 
sahilində  Bakı  İdman  Şəhərciyini  yaradırıq.  Nəqliyyat  infrastrukturumuzu  yeniləşdiririk.  Bu,  əlbəttə,  regionda 
ən  yaxşı  şəbəkələrdən  biri  olacaq.  Bakıda  yeni  mehmanxanalar  açılır.  Eyni  zamanda,  Xəzərin  sahilində 
uzunluğu 16 kilometr olan yeni gəzinti zonası yaradılır. Bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl məkan 
olacaq. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
169 
 
Ümidvarıq  ki,  bütün  ölkələr  bu  Oyunlara  güclü  atletlərini  göndərəcəklər.  Çünki  Avropa  Oyunlarının 
standartları müəyyən dərəcədə məhz Bakıda müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması, ola bilsin 
ki,  digər  şəhərlər  üçün  də örnək  olacaq.  Ümidvaram  ki,  növbəti  Avropa  Oyunlarını  öz  ölkəsində  qəbul  etmək 
arzusunda olan bir çox namizədlər də olacaq. 
Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub. 
Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik 
və eyni zamanda, ilk dəfə olaraq, “Formula – 1” yarışmaları regionumuza gələcək. Bu yarış şəhər daxilində baş 
tutacaq.  2017-ci  ildə  isə  İslam  Həmrəyliyi  Oyunlarını  keçirəcəyik.  Bu  oyunlar  müsəlman  dünyasını  bir  araya 
gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və İslam Oyunlarını qəbul edəcək. 
Azərbaycan  bütün  dinlərin  nümayəndələrinin  sülh  və  əmin-amanlıq  şəraitində  yaşadığı  çoxmillətli  və 
çoxkonfessiyalı,  çoxmədəniyyətli  ölkədir.  Bu  yaxınlarda  Azərbaycanda  Beynəlxalq  Multikulturalizm 
Mərkəzinin  yaradılması  haqqında  qəbul  edilmiş  qərarın  tarixi  əsasları  var.  Bu,  dövlət  siyasətimizin  real 
təzahürüdür. 
İdman yer üzünün insanlarını birləşdirir. Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. 
Bir-biri  ilə  müharibə  şəraitində  olan  ölkələrin  idmançıları  yarışlar  zamanı  ədalətli  şəkildə  mübarizə  aparırlar, 
əllərini  sıxır  və  qalib  gələni  təbrik  edirlər.  Budur  idman.  Bu,  Olimpiya  hərəkatını  və  bütün  dünya  xalqlarını 
birləşdirən nadir fürsətdir. 
Beləliklə,  ümid  edirik  ki,  Avropa  Oyunları  dostluq,  tərəfdaşlıq  Oyunları  olacaq.  Qələbələr  hamımız 
tərəfindən  qeyd  ediləcək  və  mən  bu  fürsətdən  istifadə  edərək,  sizin  hamınızı  dəvət  etmək  istərdim.  Bakıda 
qonağımız  olun!  Ümidvaram  ki,  sizi  iyunun  əvvəlində  şəhərimizdə  görəcəyik  və  bu  cür  yüksək  nailiyyəti  bir 
yerdə seyr edəcəyik. 
Hörmətli dostlar, bizimlə birlikdə olduğunuza görə bir daha minnətdaram, sizə xoş axşam arzulayıram. 
 
X X X 
 
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi: 
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. 
Həmkarım, Monako Şahzadəsi Albert. Sizi burada görməkdən çox şadam. 
Baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar. 
Dünya idmanının yenilik xarakteri daşıyan təkrarolunmaz hadisəsi - Avropa Oyunları haqqında qarşınızda 
çıxış etməkdən şərəf hissi duyuram. Bu Oyunlar Avropa qitəsinin ilk çox idman növlü yarışması olacaq. Həmin 
yarışlar iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Avropanın 50 ölkəsindən 6 mindən çox 
atlet yarışlara qatılacaq. 
Bu  il  Davosda  keçirilən  toplantının  mövzusu  qlobal  səviyyəli  məsələdir.  Bu  mövzu,  həmçinin  2015-ci 
ildə  idmanla  da  bağlıdır.  Avropada  idmana  nəinki  yeni  prizmadan  baxılır,  o  cümlədən  Avropa  Oyunlarını 
keçirməklə  idman  hərəkatına  əlavə  məzmun  verilir.  Ənənəvi  dəyərlərimizin  qorunmasının  vacibliyini 
vurğulayaraq, biz eyni zamanda, həmin yeni eranı da alqışlayırıq. 
Avropa  hər  zaman  ənənəvi  Olimpiya  Oyunlarının  beşiyi  olub.  Şimali  Amerika,  Okeaniya,  Asiya  və 
Afrikanın hamısını bir yerdə götürərək, 120 il ərzində Avropada daha çox idman yarışları keçirilib. İnkişaf edən 
dünyada vəziyyət sürətlə dəyişir. Son 20 il ərzində 10 olimpiya oyunu keçirilib. Onlardan yalnız üçü Avropada 
baş tutub. Növbəti dörd olimpiya oyunundan heç biri Avropada keçirilməyəcək. Lakin bununla belə bu, qlobal 
iqtisadi  çiçəklənmənin  təzahürüdür  və  idmanın  müsbət  dəyişikliklərə  səbəb  olduğunu  nümayiş  etdirir.  Bu, 
əlbəttə ki, çox yaxşı haldır. 
Lakin  qlobal  idman  hərəkatı  baxımından  Avropa  irəliyə  doğru  addımlarını  davam  etdirməlidir.  Avropa 
Oyunlarına gəldikdə, bunlar Olimpiya Oyunlarının təkrarı olmayacaq. Bu Oyunlar çox innovativ olacaq və adi 
yarışmalarda  olmayan  müxtəlif  idman  növləri  ilə  seçiləcək.  Onların  sayəsində  atletlər  gələcək  Olimpiya 
Oyunları  üçün  nəticələri  daha  da  yaxşılaşdıracaqlar.  Sonra  onlar  2016-cı  ildə  Rioya,  2020-ci  ildə  Tokioya 
gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar. 
İdman  sahəsinə  gəldikdə,  əvvəlcə  yarışmalarda  olmayan  yeni  idman  növləri  əlavə  ediləcək.  Məsələn, 
üçlük basketbol, çimərlik voleybolu, karate və sair. 
Bakıda  olduqca  gözəl  ilk  Avropa  Oyunları  keçiriləcək.  Azərbaycan  qədim  tarixə  malik,  yüksək  templə 
inkişaf edən, zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində 
görünməmiş  tərəqqi  əldə  edib.  Avropa  Olimpiya  ailəsinin  bir  hissəsi  olmaq  bu  inkişafın  sürətləndirilməsinə 
zəmin  yaradıb.  Zati-aliləri  Prezident  İlham  Əliyevin  mövqeyi  və  uzaqgörənliyi,  xüsusən  də  onun  Azərbaycan 
Milli Olimpiya Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
170 
 
İdman  Azərbaycan  cəmiyyətində  xüsusi  yer  tutur.  “Bakı-2015”  idman  tarixində  yeni  maraqlı  səhifə 
olacaq. Prezident, həmçinin Bakıda keçiriləcək digər yarışları da qeyd etdi. Prezident İlham Əliyevin bir fikrini 
yüksək  dəyərləndirirəm.  O  deyir:  “Siz  2015-ci  ildə  Azərbaycanda  Avropa  Oyunlarını,  2017-ci  ildə  isə  İslam 
Həmrəyliyi  Oyunlarını  seyr  edə  bilərsiniz.  Bunlar  iki  il  ərzində  bir  ölkədə,  bir  şəhərdə  keçiriləcək.  Bu, 
Azərbaycanın  bugünkü  reallığını  əks  etdirir”.  Bu  sözlərlə  mən  bu  çiçəklənən  ölkəni  sizə  xatırlatmaq  istərdim. 
Bakıda  keçiriləcək  idman  tədbirlərinin  təqviminə  gəldikdə,  bunu  bacarıqlı  yerli  kadrlar  təşkil  edəcək.  “Bakı-
2015”  Azərbaycanın  yeni  nəsil  idman  mütəxəssislərini  formalaşdırmağa  yardım  edir.  Bundan  əlavə,  Oyunlar 
Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür 
böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki, “Bakı-
2015”  Oyunları  Azərbaycanın  parlaq  idman  gələcəyinə  aparan  yoldur.  Bu,  həmçinin  Avropa  üçün  dörd ildən 
sonra  növbəti  oyunlara  bələdçi  hadisədir  və  Avropa  Oyunları  konsepsiyasının  ən  gözəl  nümunəsi  ola  bilər. 
Lakin  2019-cu  ildəki  Oyunlar  Bakıda  bu  yarışmanın  tam  təkrarı  olmayacaq.  Avropa  Olimpiya  Komitəsinin 
məqsədi Avropa Oyunlarını bütün şəhərə uyğun təşkil etməkdir, əksinə yox. 
2019-cu  ildəki  Avropa  Oyunlarının  keçirilməsi  ilə  bağlı  qərar  bu  ilin  may  ayına  qədər  elan  olunacaq. 
Seçilmiş  şəhər  “Bakı-2015”  Təşkilat  Komitəsi  ilə  əhatəli  şəkildə  təcrübə  mübadiləsi  aparacaq.  Bu,  çox 
dəyərlidir,  çünki  Bakıda  ən  yaxşı  praktiki  modellər  hazırlanıb.  Adətən  Olimpiya  Oyunlarının  keçirilməsi 
məqsədilə şəhərə yeddi il müddət verilir. “Bakı-2015” yarışması üçün cəmi 30 ay vaxt verildi. Zati-aliləri cənab 
Prezidentin  mövqeyi  Azərbaycan  və  Avropa  Olimpiya  Komitəsi üçün tarixin  yazılmasında  misilsizdir.  Şübhə 
etmirəm ki, ilk Avropa Oyunları yaddaqalan tədbir olacaq. 
Diqqətinizə görə sağ olun. 
 
X X X 
 
Daha  sonra  mərasim  iştirakçıları  “Bakı-2015”-ə  həsr  olunan  filmə  baxdılar.  Filmdə  ilk  Avropa 
Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi. 
Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Bu məqsədlə yeni arenalar 
inşa  edilir,  mövcud  qurğular  yenilənərək  hazır  vəziyyətə  gətirilir.  Açılış  mərasiminin  baş  tutacağı  68  min 
nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. İlk 
Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda göstərilən maraqdan irəli gəlir. Son 
dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk 
belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan 
qaynaqlanır. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra atletlərimiz olimpiadalarda 26, 
Avropa və dünya çempionatlarında isə 2000-dək medal qazanıblar. 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək 
ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin