Iv fəSİl I avropa Oyunları 2015


AzərTAc  22 yanvar 2015-ci il



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

AzərTAc 
22 yanvar 2015-ci il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
171 
 
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz 
regionu üçün mühüm hadisədir 
 
Xətayi ƏZİZOV, 
 AzərTAc-ın xüsusi müxbiri 
 
Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti, sərbəst güləş üzrə 5 qat dünya çempionu, Olimpiya 
çempionu  Leri  Xabelov  2015-ci  ildə  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunları  ilə  bağlı  AzərTAc-a 
müsahibə verib. Müsahibəni təqdim edirik. 
 
–  Bildiyiniz  kimi,  iyunun  12-dən  28-dək  Bakıda  ilk  Avropa  Oyunları  keçiriləcək.  Siz  bu  yarışların 
Bakıda keçirilməsini necə dəyərləndirirsiniz? 
 
–  İlk  Avropa  Oyunlarının  Azərbaycanda  keçirilməsi  xəbərini  eşidəndə  həm  idman  ictimaiyyətinin 
nümayəndəsi,  həm  də  Gürcüstan  Milli  Olimpiya  Komitəsinin  (MOK)  prezidenti  kimi  çox  sevindim.  Mən 
Avropa  Olimpiya  Hərəkatında  və  Ümumdünya  Olimpiya  Hərəkatında  hansı  proseslərin  getdiyini,  dünya 
çempionatlarının və Olimpiya oyunlarının keçirilməsi ilə bağlı qərarların necə qəbul olunduğunu, bunun üçün 
hansı ciddi şərtlərin irəli sürüldüyünü çox yaxşı bilirəm. Ona görə də bu qərara çox sevindim. Bu, dost və qardaş 
Azərbaycan  üçün  çox  böyük  nailiyyətdir.  Bu,  həm  də  Azərbaycanın  çox  düzgün  inkişaf  yolu  tutduğunu sübut 
edir.  İlk  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  təkcə  Azərbaycan  deyil,  bütün  Cənubi  Qafqaz  regionu  üçün 
mühüm  hadisədir.  Bu,  Azərbaycan  üçün  həm  də  çox  böyük  bir  sınaqdır.  Azərbaycan  təkcə  Avropaya  deyil, 
bütün dünyaya nümayiş etdirəcək ki, nəyə qadirdir. 
Ona görə də hesab edirəm ki, Bakıda belə bir mötəbər yarışın keçirilməsi heç də kiçik hadisə deyil. Bu gün 
sürətlə  inkişaf  edən  Azərbaycanda  idmanın  20-dək  növü  üzrə  beynəlxalq  yarışların  təşkili  bizim  üçün  də 
qürurvericidir. Biz həm də Azərbaycanın təcrübəsini öyrənirik və özümüzdə tətbiq edirik. Bilirsiniz ki, iyulun 
sonu, avqustun əvvəllərində Tbilisidə gənclər arasında ilk Olimpiya oyunları keçiriləcək. Bu da Gürcüstan üçün 
mühüm əhəmiyyətə malikdir. Biz iki dost və qonşu ölkə dünyaya sübut etməliyik ki, biz də çox şeyə qadirik. 
Düzdür, Azərbaycanda və Gürcüstanda bir neçə çempionatlar keçirilib. Amma bu yarışlar idmanın konkret 
bir hissəsinə aid olub. Amma Olimpiya oyunlarının təşkili tam başqa bir məharət tələb edir. 
 
–  Gürcüstan  idmançıları  Avropa  Oyunlarına  necə  hazırlaşırlar,  idmançılarınız  hansı  növlər  üzrə 
Bakıda mübarizə aparacaqlar? 
 
– Avropa Oyunlarına hazırlıq çox yüksək səviyyədə aparılır. İdmançılarımız Bakıda idmanın bütün növləri 
üzrə güclərini sınayacaqlar. Onların içərisində keçmiş dünya və Olimpiya çempionları da var. Gürcüstan dövləti 
Avropa  Oyunlarında  qalib gələcək  komandalar  və  idmançılar üçün xüsusi  mükafatlar  da  nəzərdə  tutub.  Fərdi 
olaraq birinci yeri tutan idmançıya 68 min lari (təqribən 34 min dollar), ikinci yerin sahibinə 51 min lari, üçüncü 
yeri qazanan idmançıya isə 34 min lari pul mükafatı veriləcək. Eyni zamanda, birinci yeri tutan komandaya 278 
min  lari,  ikinci  yerin  sahibi  olacaq  komandaya  204  min  lari,  üçün  yerin  sahibinə  isə  136  min  lari  mükafat 
veriləcək. 
 
– Bu yarışlar ərəfəsində Azərbaycan ilə əlaqələriniz, təcrübə və ya fikir mübadiləniz olubmu? 
 
–  Bəli,  bizim  xüsusən  də  Azərbaycan  Milli  Olimpiya  Komitəsi  ilə  çox  yaxşı  münasibətlərimiz  var  və 
mütəmadi  olaraq  əlaqə  saxlayırıq.  Biz  Azərbaycanda  gedən  prosesləri  yaxından  izləyirik.  Xüsusilə  idmanın 
inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndiririk. Azərbaycan tərəfi də, biz də yaxşı başa düşürük 
ki, güclü dövlət qurmaq üçün sağlam nəsil, sağlam cəmiyyət lazımdır. Azərbaycanda bu istiqamətdə daha böyük 
işlər görülür. 
Mən  Azərbaycanda  Avropa  Oyunlarına  hazırlıq  işlərini  xüsusi  qeyd  etmək  istəyirəm.  Avropa  Oyunlarının 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər xüsusilə təqdirəlayiqdir. 
Çox  şadam  ki,  azərbaycanlı  dostlarımız  idmanın  inkişafı  ilə  bağlı  bizə  hərtərəfli  kömək  göstərirlər.  İlk 
Avropa  Oyunlarında  iştirakımıza  da  Azərbaycan  tərəfi  kömək  göstərəcəyini  bildirib.  Biz  Azərbaycana  120 
idmançı ilə gedəcəyik. Ümumilikdə isə Gürcüstandan bu yarışlarla  əlaqədar Bakıya 200-dək qonağın getməsi 
nəzərdə tutulub. 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
172 
 
– Gürcüstanda keçiriləcək gənclər arasında Olimpiya oyunlarına hazırlığın vəziyyəti necədir? 
 
– Bayaq dediyim ki, biz də Olimpiya oyunlarına ciddi hazırlaşırıq. Bu yarışlarla bağlı Baş nazirin rəhbərliyi 
ilə təşkilat komitəsi yaradılıb. Biz çalışacağıq ki, bu tədbiri yüksək səviyyədə təşkil edək. Tbilisidə keçiriləcək 
gənclər  arasında  Olimpiya  yarışları  bizim  üçün  də  ciddi  sınaqdır.  Mən  yenə  də  qeyd  edirəm.  Ümumdünya 
Olimpiya  Hərəkatı  və  digər  beynəlxalq  idman  təşkilatları  qərarları  elə-belə  qəbul  etməyiblər.  Biz  çətin  sınaq 
qarşısındayıq.  Tbilisidə  keçiriləcək  Olimpiya  oyunlarında  49  ölkədən  2600-dək  idmançı  iştirak  edəcək. 
Ümumilikdə  isə  şəhərimizə  7  minə  yaxın  qonağın  gələcəyini  gözləyirik.  Bununla  əlaqədar  Azərbaycanın 
təcrübəsini öyrənirik və bəzi sahələrdə tətbiq edirik. 
Çalışacağıq ki, bu sınaqlardan qalib çıxaq. Əminəm ki, Azərbaycan da bunun üçün səylə çalışır. Biz bütün 
dünyaya sübut edəcəyik ki, Olimpiya oyunlarını, dünya çempionatlarını keçirməyə qadirik. 
Mən bu işdə Azərbaycan dövlətinə, onun rəhbərliyinə, xalqına uğurlar arzulayıram. 
 
“Xalq qəzeti”.-2015.-23 yanvar.-N 16.-S.3. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
173 
 
 
“Bakı Kristal Hall” birinci Avropa Oyunlarına hazırlaşır 
 
Avropanın idman aləmi üçün əlamətdar hadisə hesab olunan “Bakı-2015” birinci Avropa Oyunları günbəgün 
yaxınlaşmaqdadır. Oyunların keçiriləcəyi obyektlərdə tikinti işlərinin gedişi daha da intensivləşib. 
İdmanın  bir  neçə  növü  üzrə  yarışlara  azarkeşlik  edəcəyimiz  “Bakı  Kristal  Hall”da  da  inşaat  işləri  böyük 
sürətlə davam etdirilir. Respublikanın ən möhtəşəm obyektlərindən biri sayılan, “Evrovision-2012” Beynəlxalq 
mahnı  müsabiqəsinin  keçirildiyi  bu  məkanda  boks,  voleybol,  karate,  taekvondo  və  qılıncoynatma  yarışlarının 
təşkili nəzərdə tutulur. 
Burada artıq xeyli iş görülüb. Tamaşaçılar üçün oturacaqlar quraşdırılıb, xidməti otaqlarda son tamamlama 
işləri aparılır. 
Tikinti işlərinin yerli “DDLAR Qrupu” şirkəti tərəfindən aparıldığını bildirən “Bakı Kristal Hall”-ın Avropa 
Oyunları zamanı baş meneceri Ben Emerson deyib ki, zal yarışlar zamanı 3 yerə bölünəcək. Burada voleybolçu 
və  boksçular  mübarizə  aparacaq.  “Kristal-3”  deyilən  və  Bakıda  “Evrovision-2012”  mahnı  müsabiqəsi  zamanı 
mətbuat mərkəzi kimi fəaliyyət göstərmiş zalda isə karate və qılıncoynatma yarışları nəzərdə tutulub. 
 “Biz  “Bakı  Kristal  Hall”-ın  rəhbərliyi,  xüsusilə  də  layihə  meneceri  Eldar  İmanovla  sıx  əməkdaşlıq  edirik. 
Burada  Avropa  Oyunlarının  davam  edəcəyi  17  gün  ərzində  idman  yarışları  təşkil  olunacaq.  Biz  bu  oyunlara 
böyük önəm veririk. Yarışların təşkilində bir çox gənc iştirak edir, onlar öz təcrübə və bacarıqlarını artırır”, deyə 
Ben Emerson bildirib. 
Baş menecer onu da əlavə edib ki, birinci Avropa Oyunlarından sonra Azərbaycanda “Formula-1” yarışları 
və  İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bununla yanaşı, Azərbaycanda gələcəkdə Olimpiya Oyunlarının da 
keçiriləcəyinə ümid edilir. 
Bakıda artıq bir ilə yaxındır ki fəaliyyət göstərdiyini söyləyən B. Emerson Azərbaycan kimi gözəl bir ölkədə 
işləməkdən böyük zövq aldığını vurğulayıb. 
“Birinci Avropa Oyunlarından sonra “Bakı Kristal Hall”da keçiriləcək tədbirlər də öz möhtəşəmliyi ilə yadda 
qalacaq”, - deyən B. Emerson Avropa Oyunlarına çoxlu sayda tamaşaçı gələcəyinə əminliyini ifadə edib. “Bakı 
Kristal  Hall”da  voleybol  yarışlarını  4  minə  yaxın,  boksu  2  min,  karate  və  taekvandonu  hərəsi  1500, 
qılıncoynatmanı isə 1000-ə yaxın tamaşaçı izləyəcək. 
Avropa  Oyunlarının  keçiriləcəyi  hər  bir  idman  obyektində  mətbuat  mərkəzi  və  şərhçi  mərkəzi  fəaliyyət 
göstərəcək, yarışları yaxından izləmək üçün bu mərkəzlərdə hər bir şərait yaradılacaq. 
Baş menecer qeyd edib ki, Azərbaycanda boks və voleybol çox populyar idman növləri olduğundan və bu 
idmanı sevənlərin sayını nəzərə alaraq “Bakı Kristal Hall”  ən yaxşı məkan kimi seçilib. Karate də ölkəmizdə 
sevilən  idman  növüdür.  Həmsöhbətim  karate  üzrə  yarışlarda  idmançılarımızın  Avropa  Oyunlarının  qalibi 
olacağına xüsusi ümid bəslədiyini də gizlətməyib. 
Onun sözlərinə görə idman yarışları üçün quraşdırılan avadanlıqların Azərbaycanda olmadığı halda xaricdən 
gətirilməsi  planlaşdırılır.  İdman  avadanlıqlarından  başqa,  obyektdə  qabaqcıl  texnologiyalar,  audio-video 
avadanlıqları  da  quraşdırılacaq.  Yarışların  ilk  günündə  voleybol  və  karate  yarışlarına  start  veriləcək.  Avropa 
Oyunlarının keçiriləcəyi 17 gün ərzində burada idman yarışları təşkil olunacaq. Yarışların yayınması üçün artıq 
bir  neçə  televiziya  kanalı  ilə  müqavilə  imzalanıb,  yayımın  keyfiyyətlə  həyata  keçirilməsi  üçün  burada  bütün 
lazımi şərait yaradılacaq. 
“Bakı Kristal Hall”-ın arxasında isə oyunların idarə edilməsi məqsədi ilə təqribən 30-40 otaqlı ikimərtəbəli 
ofis  binası  tikiləcək.  Şüşə  və  metal  konstruksiyalardan  inşa  olunacaq  müasir  binada  hakimlər  və  idmançılar 
yerləşəcək.  Hazırda  ərazidə  binanın  təməlinin  qoyulması  istiqamətində  işlər  aparılır.  Tikinti  işləri  aprelin 
ortalarında yekunlaşacaq. 
Bir  az  aralıda  isə,  “Bakı  Kristal  Hall”-ın  vaxtilə  mətbuat  mərkəzi  yerləşdiyi  məkanda  -  4000  kvadratmetr 
sahədə karate, taekvondo və qılıncoynatma üzrə yarışlar təşkil olunacaq. Burada həmçinin idmançıların məşq və 
isinmə hərəkətləri üçün 1000 kvadratmetr sahəyə malik geniş zal hazırlanır. 
 
“İki sahil”.-2015.-23 yanvar.-№ 13.-S.15. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
174 
 
 
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz 
regionu üçün mühüm hadisədir 
 
Xətayi Əzizov 
AzərTAc-ın xüsusi müxbiri 
Tbilisi 
 
Gürcüstan  Milli  Olimpiya  Komitəsinin  prezidenti,  sərbəst  güləş  üzrə  5  qat  dünya  çempionu,  Olimpiya 
Oyunları  çempionu  Leri  Xabelov  2015-ci  ildə  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunları  ilə  bağlı  AzərTAc-a 
müsahibə verib. Müsahibəni təqdim edirik. 
-  Bildiyiniz  kimi,  iyunun  12-dən  28-dək  Bakıda  ilk  Avropa  Oyunları  keçiriləcək.  Siz  bu  yarışların  Bakıda 
keçirilməsini necə dəyərləndirirsiniz? 
-  İlk  Avropa  Oyunlarının  Azərbaycanda  keçirilməsi  xəbərini  eşidəndə  həm  idman  ictimaiyyətinin 
nümayəndəsi,  həm  də  Gürcüstan  Milli  Olimpiya  Komitəsinin  (MOK)  prezidenti  kimi  çox  sevindim.  Mən 
Avropa  Olimpiya  Hərəkatında  və  Ümumdünya  Olimpiya  Hərəkatında  hansı  proseslərin  getdiyini,  dünya  və 
Olimpiya  çempionatlarının  keçirilməsi  ilə  bağlı  qərarların  necə  qəbul  olunduğunu,  bunun  üçün  hansı  ciddi 
şərtlərin  irəli  sürüldüyünü  çox  yaxşı  bilirəm.  Ona  görə  də  bu  qərara  çox  sevindim.  Bu,  dost  və  qardaş 
Azərbaycan  üçün  çox  böyük  nailiyyətdir.  Bu,  həm  də  Azərbaycanın  çox  düzgün  inkişaf  yolu  tutduğunu sübut 
edir.  İlk  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  təkcə  Azərbaycan  deyil,  bütün  Cənubi  Qafqaz  regionu  üçün 
mühüm  hadisədir.  Bu,  Azərbaycan  üçün  həm  də  çox  böyük  bir  sınaqdır.  Azərbaycan  təkcə  Avropaya  deyil, 
bütün dünyaya nümayiş etdirəcək ki, nəyə qadirdir. 
Ona görə də hesab edirəm ki, Bakıda belə bir mötəbər yarışın keçirilməsi heç də kiçik hadisə deyil. Bu gün 
sürətlə  inkişaf  edən  Azərbaycanda  idmanın  20-dək  növü  üzrə  beynəlxalq  yarışların  təşkili  bizim  üçün  də 
qürurvericidir. Biz həm də Azərbaycanın təcrübəsini öyrənirik və özümüzdə tətbiq edirik. Bilirsiniz ki, iyulun 
sonu,  avqustun  əvvəllərində  Tbilisidə  gənclər  arasında  ilk  Olimpiya  çempionatı  keçiriləcək.  Bu  da  Gürcüstan 
üçün  mühüm  əhəmiyyətə  malikdir.  Biz  iki  dost  və  qonşu  ölkə  dünyaya  sübut  etməliyik  ki,  biz  də  çox  şeyə 
qadirik. 
Düzdür, Azərbaycanda və Gürcüstanda bir neçə çempionatlar keçirilib. Amma bu yarışlar idmanın konkret 
bir hissəsinə aid olub. Amma Olimpiya oyunlarının təşkili tam başqa bir məharət tələb edir. 
-  Gürcüstan  idmançıları  Avropa  Oyunlarına  necə  hazırlaşırlar,  idmançılarınız  hansı  növlər  üzrə  Bakıda 
mübarizə aparacaqlar? 
-Avropa  Oyunlarına  hazırlıq  çox  yüksək  səviyyədə  aparılır.  İdmançılarımız  Bakıda  idmanın  bütün  növləri 
üzrə güclərini sınayacaqlar. Onların içərisində keçmiş dünya və Olimpiya çempionları da var. Gürcüstan dövləti 
Avropa  Oyunlarında  qalib gələcək  komandalar  və  idmançılar üçün xüsusi  mükafatlar  da  nəzərdə  tutub.  Fərdi 
olaraq birinci yeri tutan idmançıya 68 min lari (təqribən 34 min dollar), ikinci yerin sahibinə 51 min lari, üçüncü 
yeri qazanan idmançıya isə 34 min lari pul mükafatı veriləcək. Eyni zamanda, birinci yeri tutan komandaya 278 
min  lari,  ikinci  yerin  sahibi  olacaq  komandaya  204  min  lari,  üçün  yerin  sahibinə  isə  136  min  lari  mükafat 
veriləcək. 
-Bu yarışlar ərəfəsində Azərbaycan ilə əlaqələriniz, təcrübə və ya fikir mübadiləniz olubmu? 
-Bəli,  bizim  xüsusən  də  Azərbaycan  Milli  Olimpiya  Komitəsi  ilə  çox  yaxşı  münasibətlərimiz  var  və 
mütəmadi  olaraq  əlaqə  saxlayırıq.  Biz  Azərbaycanda  gedən  prosesləri  yaxından  izləyirik.  Xüsusilə  idmanın 
inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndiririk. Azərbaycan tərəfi də, biz də yaxşı başa düşürük 
ki, güclü dövlət qurmaq üçün sağlam nəsil, sağlam cəmiyyət lazımdır. Azərbaycanda bu istiqamətdə daha böyük 
işlər görülür. 
Mən  Azərbaycanda  Avropa  Oyunlarına  hazırlıq  işlərini  xüsusi  qeyd  etmək  istəyirəm.  Avropa  Oyunlarının 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər xüsusilə təqdirəlayiqdir. 
Çox  şadam  ki,  azərbaycanlı  dostlarımız  idmanın  inkişafı  ilə  bağlı  bizə  hərtərəfli  kömək  göstərirlər.  İlk 
Avropa  Oyunlarında  iştirakımıza  da  Azərbaycan  tərəfi  kömək  göstərəcəyini  bildirib.  Biz  Azərbaycana  120 
idmançı  ilə gedəcəyik. Ümumilikdə isə Gürcüstandan bu yarışlarla  əlaqədar Bakıya 200-dək qonağın getməsi 
nəzərdə tutulub. 
- Gürcüstanda keçiriləcək gənclər arasında Olimpiya oyunlarına hazırlığın vəziyyəti necədir? 
- Bayaq dediyim ki, biz də Olimpiya oyunlarına ciddi hazırlaşırıq. Bu yarışlarla bağlı Baş nazirin rəhbərliyi 
ilə təşkilat komitəsi yaradılıb. Biz çalışacağıq ki, bu tədbiri yüksək səviyyədə təşkil edək. Tbilisidə keçiriləcək 
gənclər  arasında  Olimpiya  yarışları  bizim  üçün  də  ciddi  sınaqdır.  Mən  yenə  də  qeyd  edirəm.  Ümumdünya 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
175 
 
Olimpiya  Hərəkatı  və  digər  beynəlxalq  idman  təşkilatları  qərarları  elə-belə  qəbul  etməyiblər.  Biz  çətin  sınaq 
qarşısındayıq.  Tbilisidə  keçiriləcək  Olimpiya  oyunlarında  49  ölkədən  2600-dək  idmançı  iştirak  edəcək. 
Ümumilikdə  isə  şəhərimizə  7  minə  yaxın  qonağın  gələcəyini  gözləyirik.  Bununla  əlaqədar  Azərbaycanın 
təcrübəsini öyrənirik və bəzi sahələrdə tətbiq edirik. 
Çalışacağıq ki, bu sınaqlardan qalib çıxaq. Əminəm ki, Azərbaycan da bunun üçün səylə çalışır. Biz bütün 
dünyaya sübut edəcəyik ki, Olimpiya oyunlarını, dünya çempionatlarını keçirməyə qadirik. 
Mən bu işdə Azərbaycan dövlətinə, onun rəhbərliyinə, xalqına uğurlar arzulayıram. 
 
“İki sahil”.-2015.-23 yanvar.-№ 13.-S.15. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
176 
 
 
Patrik Hikki: "Bakı-2015 Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur" 
 
“Dünya idmanının yenilik xarakteri daşıyan təkrarolunmaz hadisəsi - Avropa Oyunları haqqında qarşınızda 
çıxış etməkdən şərəf hissi duyuram. Bu Oyunlar Avropa qitəsinin ilk çox idman növlü yarışması olacaq. Həmin 
yarışlar iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Avropanın 50 ölkəsindən 6 mindən çox 
atlet yarışlara qatılacaq”.  
Bu  sözləri  Davosda  “Bakı-2015”  ilk  Avropa  Oyunlarının  təqdimatı  mərasimində  çıxışı  zamanı  Avropa 
Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. O qeyd edib ki, Avropada idmana nəinki yeni prizmadan 
baxılır,  o  cümlədən  Avropa  Oyunlarını  keçirməklə,  idman  hərəkatına  əlavə  məzmun  verilir:  “Ənənəvi 
dəyərlərimizin  qorunmasının  vacibliyini  vurğulayaraq,  biz  eyni  zamanda,  həmin  yeni  eranı  da  alqışlayırıq. 
Avropa  hər  zaman  ənənəvi  Olimpiya  Oyunlarının  beşiyi  olub.  Şimali  Amerika, Okeaniya,  Asiya  və  Afrikanın 
hamısını bir yerdə götürərək, 120 il ərzində Avropada daha çox idman yarışları keçirilib. İnkişaf edən dünyada 
vəziyyət sürətlə dəyişir. Son 20 il ərzində 10 olimpiya oyunu keçirilib. Onlardan yalnız üçü Avropada baş tutub. 
Növbəti  dörd  olimpiya  oyunundan  heç  biri  Avropada  keçirilməyəcək.  Lakin  bununla  belə  bu,  qlobal  iqtisadi 
çiçəklənmənin  təzahürüdür  və  idmanın  müsbət  dəyişikliklərə  səbəb  olduğunu  nümayiş  etdirir.  Bu,  əlbəttə  ki, 
çox  yaxşı  haldır”.  P.  Hikki  bildirib  ki,  qlobal  idman  hərəkatı  baxımından  Avropa  irəliyə  doğru  addımlarını 
davam  etdirməlidir.  Onun  sözlərinə  görə,  Avropa  Oyunları  Olimpiya  Oyunlarının  təkrarı  olmayacaq:  “Bu 
Oyunlar  çox  innovativ  olacaq  və  adi  yarışmalarda  olmayan  müxtəlif  idman  növləri  ilə  seçiləcək.  Onların 
sayəsində  atletlər  gələcək  Olimpiya  Oyunları  üçün  nəticələri  daha  da  yaxşılaşdıracaqlar.  Sonra  onlar  2016-cı 
ildə  Rioya,  2020-ci  ildə  Tokioya  gedəcəklər  və  ən  yüksək  idman  nailiyyətlərinə  daha  yaxşı  hazırlaşacaqlar. 
İdman  sahəsinə  gəldikdə,  əvvəlcə  yarışmalarda  olmayan  yeni  idman  növləri  əlavə  ediləcək.  Məsələn,  üçlük 
basketbol, çimərlik voleybolu, karate və sair”. Avropa Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, Bakıda 
olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək. “Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, 
zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş 
tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir  hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. 
Zati-aliləri  prezident  İlham  Əliyevin  mövqeyi  və  uzaqgörənliyi,  xüsusən  də  onun  Azərbaycan  Milli  Olimpiya 
Komitəsinin  rəhbəri  kimi  oynadığı  rol  sayəsində  dünyanın  bu  guşəsində  inkişaf  təmin  edilib”,  -  deyə  o 
vurğulayıb. İdmanın Azərbaycan cəmiyyətində xüsusi yer tutduğunu deyən P. Hikki qeyd edib ki, “Bakı-2015” 
idman tarixində yeni maraqlı səhifə olacaq: “Prezident həmçinin Bakıda keçiriləcək digər yarışları da qeyd etdi. 
Prezident İlham Əliyevin bir fikrini yüksək dəyərləndirirəm. O deyir: “Siz 2015-ci ildə Azərbaycanda Avropa 
Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını seyr edə bilərsiniz. Bunlar iki il ərzində bir ölkədə, bir 
şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir”. Bu sözlərlə mən bu çiçəklənən ölkəni sizə 
xatırlatmaq  istərdim.  Bakıda  keçiriləcək  idman  tədbirlərinin  təqviminə  gəldikdə,  bunu  bacarıqlı  yerli  kadrlar 
təşkil edəcək.  
“Bakı-2015” Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa  yardım edir. Bundan  əlavə, 
Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və 
bu cür böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki, 
“Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd 
ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. 
Lakin  2019-cu  ildəki  Oyunlar  Bakıda  bu  yarışmanın  tam  təkrarı  olmayacaq.  Avropa  Olimpiya  Komitəsinin 
məqsədi Avropa Oyunlarını bütün şəhərə uyğun təşkil etməkdir, əksinə yox. 2019-cu ildəki Avropa Oyunlarının 
keçirilməsi ilə bağlı qərar bu ilin may ayına qədər elan olunacaq. Seçilmiş şəhər “Bakı-2015” Təşkilat Komitəsi 
ilə  əhatəli  şəkildə  təcrübə  mübadiləsi  aparacaq.  Bu,  çox  dəyərlidir,  çünki  Bakıda  ən  yaxşı  praktiki  modellər 
hazırlanıb.  Adətən  Olimpiya  Oyunlarının  keçirilməsi  məqsədilə  şəhərə  7  il  müddət  verilir.  “Bakı-2015” 
yarışması üçün cəmi 30 ay vaxt verildi. Zati-aliləri cənab prezidentin mövqeyi Azərbaycan və Avropa Olimpiya 
Komitəsi  üçün  tarixin  yazılmasında  misilsizdir.  Şübhə  etmirəm  ki,  ilk  Avropa  Oyunları  yaddaqalan  tədbir 
olacaq”. 
 
“İki sahil”.-2015.-24 yanvar.-№ 14.-S.16. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
177 
 
İsveçrə qəzetində “Bakı-2015”in Davosda təqdimatı haqqında məqalə dərc edilib 
 
İsveçrədə  rus  dilində  nəşr  olunan  “Naşa  qazeta”da  “Bakıda  yolunuzu  gözləyirik”  sərlövhəli  məqalə 
dərc edilib. Materialda bu il iyun ayında ölkəmizin paytaxtında keçiriləcək “Bakı-2015” Birinci Avropa 
Oyunlarının  Davosda  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  iştirakı  ilə  keçirilmiş 
təqdimat mərasimindən bəhs edilir. AzərTAc həmin məqaləni oxuculara təqdim edir. 
 
“Bakıda yolunuzu gözləyirik” 
 
 “Bakı-2015”  Birinci  Avropa  Oyunlarının  cümə  axşamı  Davosda  keçirilmiş  təqdimat  mərasimində 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışını bu sözlərlə bitirib. 
Bu  qəbildən  olan  başqa  nüfuzlu  görüşlərdə  olduğu  kimi,  Davos  forumunda  da  bir  sıra  mühüm  hadisələr 
sonradan translyasiya edilmək üçün yazılan “dəyirmi masa”larda deyil, xudmani məclislərdə baş verir. Burada 
hər  gün  təxminən  10  bu  cür  məclis  keçirilir.  Giriş  yalnız  dəvətnamələr  üzrə  olan  belə  tədbirlərin  iştirakçıları 
əvvəlcə bir neçə kordondan və metalaxtaran qurğularda yoxlamadan keçməlidirlər. Davosda mühafizə xidməti 
həmişə  güclüdür,  bu  il  isə,  məlum  kədərli  hadisələrlə  əlaqədar,  təhlükəsizlik  xidmətləri  xüsusilə  sayıqdır. 
Təşkilatçılar kimin bu dəvətləri qəbul etməsini, kimin həmin dəvətlərə cavab verməməsini diqqətlə izləyir və bu 
dünyanın  güclü  simalarının  qeyri-rəsmi  şəraitdə  öz  aralarında  necə  ünsiyyət  saxlamalarını  müşahidə  edərək 
müvafiq nəticələr çıxarırlar. 
Bundan əvvəl “Bakı-2015” oyunlarına həsr edilmiş bədii sərginin açıldığı “İnterkontinental” otelində cümə 
axşamı  təşkil  edilmiş  Azərbaycan  məclisinə  gələnlərin  sayından  görünürdü  ki,  indi  bu  ölkə  çoxlarını 
maraqlandırır.  Planetin  işgüzar  dairələrinin  aparıcı  nümayəndələri  əllərində  şərab  (su  və  ya  şirə)  bakalları 
tutaraq  gəzişir,  geniş  zalın  gözəl  tərtibatını  nəzərdən  keçirir  və  hərdən,  cəlbedici  bufetə  tərəf  boylanırdılar. 
Görünür, Davos forumunun gərgin iş günü ərzinə bu adamların çoxu acmışdı. 
Qaydaya görə, ziyafətdən əvvəl rəsmi hissə oldu. Xoşbəxtlikdən tədbirin bu hissəsi uzun və yorucu olmadı 
(qeyd edək ki, bu heç də həmişə belə olmur). Rəsmi hissəni şəxsən Azərbaycan Prezidenti İlham Əliyev açdı. 
Vaxtilə  Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunu  bitirmiş  İlham  Əliyev  heç  bir  kağıza  baxmadan 
ingilis dilində gözəl danışırdı. Qeyd edək ki, Prezident idman haqqında məlumatı, necə deyərlər, ilk mənbədən 
alır - cənab Əliyev uzun illərdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir. 
İlham Əliyev vurğulayıb: “Bakının Birinci Avropa Oyunlarının paytaxtı seçilməsi bizim müəyyən layihələrə 
ciddi sərmayə qoymağımıza imkan verdi. Həmin layihələr onsuz da həyata keçiriləcəkdi, lakin belə tez yox”. 
Məsələn,  Atletlər  kəndi  və  bir  neçə  otel  tikilib,  16  kilometrlik  promenad  yaradılıb.  İlham  Əliyev  deyib: 
“Ümidvarıq ki, bütün ölkələr öz güclü atletlərini göndərəcəklər, axı, “Bakı-2015” yarışlarının səviyyəsi sonrakı 
Oyunlar üçün hədd müəyyən edəcək”. 
Azərbaycanda iri idman tədbirləri təkcə Avropa oyunları ilə məhdudlaşmayacaq. Məsələn, artıq 2016-cı ildə 
Bakıda  ilk  dəfə  “Formula-1”  yarışlarının  bir  mərhələsi  (Avropa  Qran-prisi)  və  Dünya  Şahmat  Olimpiadası 
keçiriləcək.  2017-ci  ildə  isə  Bakı  IV  İslam  Həmrəylik  Oyunlarına  ev  sahibliyi  edəcək.  İlham  Əliyev  tədbirə 
toplaşanların diqqətini bir məqama cəlb edib: “Təsəvvür edin, cəmi iki il ərzində Bakı həm Avropa Oyunlarının, 
həm də İslam Oyunlarının paytaxtı olacaq. Bu, bütün xalqların dost kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı 
ölkə olan Azərbaycanın mahiyyətini əks etdirir”. Azərbaycan Prezidenti daha sonra deyib ki, idmanın gözəlliyi, 
dəyəri  və  gücü  ondan  ibarətdir  ki,  hətta  “bir-biri  ilə  müharibə  aparan  ölkələrin  nümayəndələri  də  ləyaqətlə 
yarışır və qalibin əlini sıxırlar”. 
Sonda cənab Əliyev tədbirə toplaşanların hamısını Bakıya dəvət edib, onlar bu dəvətə yekdil alqışlarla cavab 
veriblər. 
Prezidentdən  sonra  “böyük  idman”ın  bu  tədbirdə  iştirak  edən  əsas  nümayəndəsi  -  Avropa  Olimpiya 
Komitəsinin sədri Patrik Hikki söz alıb. O, Azərbaycan hökumətinə qarşıdakı Oyunların uğurunu təmin etmək 
üçün göstərdiyi səylərə görə səmimi təşəkkürünü bildirib. 
“Bakı-2015”  oyunlarına  həsr  edilmiş  qısa,  lakin  məzmunlu  filmə  tamaşa  edəndən  sonra  qonaqlar 
Azərbaycandan məxsusi gətirilmiş,  əyinlərində milli rəmzlərlə bəzədilmiş geyimlər olan aşbazların hazırladığı 
ləziz yeməklərdən dadıblar. 
 
*   *   * 
 
Qəzetin  həmin  nömrəsində  Azərbaycan  Respublikasının  gənclər  və  idman  naziri  Azad  Rəhimovla  qısa 
müsahibə də dərc edilib. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
178 
 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin