“Xalq qəzeti”.-2014.-10 dekabr.-N 270.-S.1.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
156
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi mətbuat nümayəndələri üçün akkreditasiya
prosesini açıq elan edib
Dekabrın 12-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək ilk Avropa
Oyunları ilə əlaqədar mətbuat nümayəndələrinin akkreditasiyası prosesini açıq elan edib.
“Bakı-2015” Avropa Oyunlarında iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə mətbuat
ekstranetinə giriş üçün qeydiyyatdan keçməlidirlər.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, mətbuat nümayəndələrinin akkreditasiyadan keçməsi ilə bağlı
qoyulan tələblər bütün mətbuat üzvlərinə tətbiq edilir. Yalnız yayım hüququna malik televiziya və radio yayım
şirkətlərinin mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur.
2015-ci il martın 6 –sı müraciət üçün son müddətdir. Həmin vaxtdan sonra ediləcək heç bir müraciət qəbul
olunmayacaqdır.
Mətbuat ekstranetində akkreditasiyaya dair məlumatlardan əlavə, mətbuat nümayəndələri üçün oyunlar
müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də, şəkil və videolardan ibarət geniş media
kitabxanasına giriş barəsində mühüm məlumatlar öz əksini tapıb.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib:
“İlk Avropa Oyunları bütün dünyanın zövq alacağı möhtəşəm idman bayramı olacaq və artıq dünya mətbuatını
rəsmi olaraq bura, Bakıya dəvət etməkdən çox şadıq. Oyunları yaxından izləmək istəyən bütün mətbuat
nümayəndələrini ən qısa zamanda akkreditasiya üçün müraciət etməyə çağırıram”.
Mətbuat ekstranetinə daxil olmaq və qeydiyyatdan keçmək üçün ətraflı məlumatı aşağıdakı linkdən əldə edə
bilərsiniz: http://www.baku2015.com/az/news/press-extranet
“Azərbaycan”.-2014.-13 dekabr.-N 273.-S.6.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
157
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı 2015” Avropa Oyunlarında bir sıra texnoloji
yeniliklərin tətbiq edilməsinə dəstək verir
Samirə ƏLİYEVA
“Bakı 2015” Avropa Oyunları infrastruktur və proqram təminatı üçün gələcəkdə bütün digər mötəbər
idman tədbirlərində tətbiq oluna biləcək “Cloud” modelli texnologiyadan istifadə edən ilk çoxşaxəli
idman tədbiridir. “Bakı 2015”in bütün məkanlarını birləşdirəcək yeni fiber-optik şəbəkə Azərbaycan
xalqının uzun müddət faydalanacağı əsas yeniliklərdən biridir.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumatda deyilir ki, tədbirdə istifadə
olunacaq texnoloji yeniliklərə gəlincə, ilk Avropa Oyunlarını gerçəkləşdirmək üçün məkandaxili 1000
kilometrdən çox kabel çəkilişini təmin etməklə yanaşı, həmin məkanlar arasında əlaqə yaratmaq məqsədilə 600
kilometrdən çox fiber-optik şəbəkədən istifadə olunacaq.
Qeyd edək ki, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək ilk Avropa Oyunları ilə
əlaqədar olaraq mətbuat nümayəndələrinin akkreditasiyası prosesini artıq açıq elan edib. Təşkilat Komitəsindən
bildirilib ki, burada iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə Mətbuat Ekstranetinə giriş üçün
qeydiyyatdan keçməlidirlər: “Mətbuat nümayəndələrinin akkreditasiyadan keçməsi ilə bağlı qoyulan tələblər
bütün mətbuat üzvlərinə tətbiq edilir. Yalnız yayım hüququna malik televiziya və radio yayım şirkətlərinin
mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur. Müraciət üçün son tarix 6 mart 2015-ci ildir
və həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq”.
Mətbuat Ekstranetində akkreditasiyaya dair məlumatlardan əlavə, mətbuat nümayəndələri üçün oyunlar
müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də şəkil və videolardan ibarət geniş media
kitabxanasına giriş barəsində mühüm məlumatlar öz əksini tapıb. “Bakı 2015” Avropa Oyunları Əməliyyat
Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin sözlərinə görə, ilk Avropa Oyunları bütün
dünyanın zövq alacağı möhtəşəm idman bayramı olacaq:
“Artıq dünya mətbuatını rəsmi olaraq bura, Bakı şəhərinə dəvət etməyə çox şadıq. Oyunlarda iştirak etmək
istəyən bütün mətbuat nümayəndələrini ən qısa zamanda akkreditasiya üçün müraciət etməyə çağırmaq
istərdim”.
“Xalq qəzeti”.-2014.-17 dekabr.-N 276.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
158
“Bakı-2015” Avropa Oyunları ilk beynəlxalq idman elçilərini elan edib
Dekabrın 16-da “Bakı-2015” Avropa Oyunları gələn yay keçiriləcək Oyunlar üçün idman elçisi
seçilmiş idmançıları təqdim edib.
“Bakı-2015”dən bildiriblər ki, yüksək səviyyəli idmançılar öz idman növlərini təmsil etmək üçün seçilmiş və
birinci Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb
olunacaqlar.
Fransalı bədii gimnast Kseniya Moustafayeva və danimarkalı kanoeçı Rene Holten Poulsen, o cümlədən
serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçdən ibarət basketbol 3x3
komandası idman elçisi təyin ediliblər.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib:
“Elçi proqramının məqsədi bütövlükdə Avropadan olan yüksək səviyyəli idmançıların, o cümlədən
Azərbaycandan olan medala namizədlərin İlk Avropa Oyunlarına dəstəyini təmin etməkdir və biz onun uğurlu
olacağına inanırıq. Mən ilk beynəlxalq idman elçilərini təbrik edirəm. Biz həm onlarla, həm də “Bakı-2015”i
təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik”.
Altı nəfər idmançı Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada genişmiqyaslı
marketinq kampaniyalarında iştirak edəcəkdir.
Dünyanın ən uğurlu oyunçularından biri sayılan 29 yaşlı Domoviç Bulut deyib: “3x3 formatlı basketbol kimi
innovativ bir idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca önəmlidir. Biz azarkeşlərin bu oyunun
sürətini və imkanlarını bəyənəcəyinə əminik. “Bakı-2015”-də Avropanın digər nüfuzlu komandaları ilə
yarışmağı səbirsizliklə gözləyirik”.
19 yaşlı Kseniya Mustafayeva bildirib: “Bakı-2015-də gimnastikanı təmsil edəcəyim üçün çox
həyəcanlıyam. Gimnastikanın hər 5 bölməsinin təmsil olunduğu Avropa Oyunlarının qitənin ən yaxşı
idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminəm”.
2008-ci ildə Pekin Olimpiya Oyunlarında gümüş medal qazanmış 26 yaşlı Poulsen deyib: “Bakı 2015-də
keçiriləcək kanoe üzrə sprint yarışlarının yaddaqalan olacağı şübhəsizdir və İlk Avropa Oyunlarında bu idman
növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidir”.
“Bakı-2015” bu yaxınlarda 11 nəfər azərbaycanlı idman elçisini təqdim edib. Yaxın vaxtlarda daha çox
sayda beynəlxalq idman elçisinin elan edilməsi nəzərdə tutulub.
“Azərbaycan”.-2014.-17 dekabr.-N 276.-S.12.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
159
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda aparılan işlərin gedişi ilə tanış olub
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və “Bakı 2015” birinci Avropa
Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin
gedişi ilə tanış olublar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə
burada görülən işlər barədə ətraflı məlumat verdi.
Təməli 2011-ci ilin iyununda qoyulan stadionun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.
Stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan inşaat işlərinin əsas hissəsi başa çatıb. Tikintidə ən
müasir avadanlıqdan və inşaat materiallarından istifadə olunur.
Sonra Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun
interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verildi. Bildirildi ki, stadionun interyerində də
son tamamlama işləri aparılır. Buraya gələn qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Bu gün dünyada
idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri
seçən Azərbaycan ilk Avropa Oyunlarına sürətlə hazırlaşır. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər
yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya
Stadionunun inşasında da işlər sürətlə davam etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda inşaat prosesinin gedişi
ilə mütəmadi olaraq maraqlanır, işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq
tapşırıq və tövsiyələrini verirlər. Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 68 minə yaxın
tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq.
Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər
infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi
stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı
bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya
normativlərinə əsasən insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki,
bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilir.
Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Stadionun layihəsi iqtisadi
səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə
maksimum uyğunluğu ilə seçilir.
Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq
və tövsiyələrini verdi.
AzərTAc
26 dekabr 2014-cü il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
160
“Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin təqdimatı olub
Yanvarın 13-də Beynəlxalq Muğam Mərkəzində “Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin
təqdimetmə mərasimi keçirilib. AzərTAc xəbər verir ki,
Əvvəlcə “Bakı-2015”in ulduz elçiləri qırmızı xalı üzərindən keçərək konsert salonuna daxil olublar.
Tədbirdə çıxış edən “Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və
digərləri Oyunlara hazırlıq işlərinin yüksək səviyyədə davam etdirildiyini bildiriblər. Çıxışlarda, həmçinin ilk
Avropa Oyunlarının açılış mərasiminə 150 gün qalması xüsusilə vurğulanıb.
Qeyd edilib ki, ulduz elçilər azərbaycanlı gənclər arasında böyük həyəcan yaradacaq və daha çox insanı
Oyunlara cəlb edəcəklər. Onlar “Bakı-2015”in obyektlərinə baş çəkəcək, gerisayım tədbirlərində iştirak edəcək,
kampaniyaları dəstəkləmək və özlərinin sosial media kanallarından istifadə etməklə pərəstişkarları arasında
Avropa Oyunlarının təbliğinə kömək göstərəcəklər.
Sonra ulduz elçilərə döş nişanları təqdim olunub və onlar təmsil edəcəkləri idman növlərinin adlarını
zərflərdən seçiblər.
Sonda xatirə şəkli çəkdirilib.
“Bakı-2015”in ulduz elçiləri sırasında Rafael İsgəndərov və Coşqun Rəhimov (stolüstü tennis), Röya Ayxan
(avarçəkmə), Bəhram Bağırzadə (çimərlik futbolu), Tünzalə Ağayeva (atıcılıq), Eldar Qasımov və Nigar Camal
(hər ikisi badminton), “Dj Shock” (atletika), Miri Yusif (basketbol), Murad Dadaşov (su idman növləri), İlkin
Həsəni (velosiped idmanı), Cabir və Tahir İmanovlar (voleybol) yer alıblar.
“Bakı-2015” Avropa Oyunlarının idman elçiləri siyahısında Suğra Müqabilzadə (oxatma), Nazim Babayev
(atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə
Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol),
Rövşən Bayramov və Mariya Stadnik (güləş) təmsil olunurlar.
“Azərbaycan”.-2015.-14 yanvar.-N 9.-S.11.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
161
Niyə məhz Azərbaycan?
Dövlətin idman və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin Olimpiya
Oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq turnirlərdə yeni-yeni qələbələr
qazanmasına zəmin yaradır. Azərbaycanlı gənclərin idmanın müxtəlif növlərində əldə etdikləri möhtəşəm
uğurlar artıq adi hal almışdır.
Dövlət başçısının təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək
yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin etmişdir. Eyni
zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək
imkanlarını artırmışdır. Ölkəmizin mötəbər idman yarışlarına ev sahibliyi etməsinin arxasında da məhz
Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
İndi Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq
turnirlər, bədii gimnastika, taekvando, güləş, boks, karate və olimpiya idman növlərinə daxil olan digər
yarışların məhz Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic
qazandırmışdır. Azərbaycanın başda Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi
(AOK) kimi nüfuzlu təşkilatlar olmaqla dünyanın bütün idman qurumları ilə sıx əlaqələri var. Son illər bu
əlaqələr daha da genişlənmişdir. Bunu idman təşkilatlarının rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə
keçirilən mötəbər turnirlər də təsdiq edir.
BOK, AOK və digər beynəlxalq idman təşkilatları ilə sıx əməkşdalığın qurulması ölkəmizin dünya olimpiya
hərəkatına fəal şəkildə qoşulduğunu nümayiş etdirir. Bunu idmançılarımızın Olimpiya Oyunlarında göstərdikləri
nəticələr də təsdiq edir.
İdmançılarımız Olimpiya Oyunlarında getdikcə daha çox medal qazanaraq hər dəfə milli rekordu
təzələmişlər. Belə ki, ölkəmizin ilk dəfə müstəqil yığma komanda kimi qatıldığı Atlanta Olimpiadasında (1996)
cəmi bir medal (gümüş) qaznılmışdısa, sonrakı Olimpiya Oyunlarında - Sidneydə (2000) 3 medal (2 qızıl, 1
bürünc), Afinada (2004) 5 medal (1 qızıl, 4 bürünc), Pekində (2008) 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc),
nəhayət, Londonda (2012) 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) əldə edilmişdir.
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki
bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində
ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkan, dünyanın idman mərkəzlərindən biri
olmuşdur.
Azərbaycanın bu il tarixdə ilk dəfə olaraq təşkil olunacaq Avropa Oyunlarının Bakıda keçirmək hüququnu
əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir. Avropa Olimpiya
Komitəsinin qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə etməsi
beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün müsbət işlərə, o cümlədən idman və bədən tərbiyəsi
sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir.
“Azərbaycan”.-2015.-16 yanvar.-N 11.-S.8.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
162
Bakı Şəhər İcra Hakimiyyəti I Avropa Oyunlarının keçiriləcəyi ərazilərin ətrafında yaşayan
sakinlərə müraciət edib
Bakı Şəhər İcra Hakimiyyəti I Avropa Oyunlarının keçiriləcəyi ərazilərin ətrafında yaşayan sakinlərə
müraciət edib.
Bu barədə AzərTAc-a Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər. Müraciət I Avropa Oyunlarının
keçiriləcəyi idman komplekslərinin ətrafındakı ərazilərdə, küçə kəsişmələrində yerləşən yaşayış binalarında
yaşayan sakinlərin öz avtomobilləri ilə təyin olunmuş marşrut üzrə sərbəst hərəkətini təmin etmək məqsədi
daşıyır.
Müraciətdə bildirilir ki, sakinlər Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin fərqləndirici buraxılış
nişanlarının alınması üçün ərazi üzrə mənzil istismar sahələrinə və kooperativ yaşayış komplekslərinin
rəhbərliklərinə yanvar ayının 31-dək müraciət etməlidirlər.
Ərazilərin siyahısı.
“Xalq qəzeti”.-2015.-16 yanvar.-N 11.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
163
Avropa Oyunlarının standartı Bakıda müəyyənləşəcək
Bu il Azərbaycanın idman həyatı üçün çox əlamətdar olacaq. Son illərdə mühüm siyasi, iqtisadi və
humanitar forumlara, konfranslara, idman və musiqi yarışmalarına ev sahibliyi etməklə beynəlxalq
tədbirlər məkanına çevrilən ölkəmizdə Avropanın tarixində birinci dəfə baş tutacaq möhtəşəm idman
tədbiri - “Bakı-2015” ilk Avropa Oyunları keçiriləcək. İndi oyunlara hazırlıq məqsədilə beynəlxalq
standartlara uyğun mühüm layihələr icra olunur, infrastruktur dəyişiklikləri edilir, müasir idman
mərkəzlərinin yaradılması istiqamətində sürətlə iş aparılır.
Ümumiyyətlə, Olimpiya Oyunlarında iştirak etməklə yanaşı, bu idman tədbirinə ev sahibliyi də hər bir dövlət
üçün olduqca qürurverici haldır. Təsadüfi deyil ki, bu idman yarışına ev sahibliyi uğrunda ölkələr arasında hələ
illər öncədən ciddi mübarizə başlayır.
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa
Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı
səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib.
Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixdə “I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində
keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə Bakı şəhərində I Avropa
Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının
səviyyəsində keçirmək əzmində olduğunu vurğulayaraq deyib: “Bu oyunlar bir Avropa bayramına çevrilməlidir.
Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində
Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə
keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin.
Buna böyük ehtiyac var”.
“Azərbaycan”.-2015.-16 yanvar.-N 11.-S.8.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
164
Avropa Oyunları suvenirlərdə
Fariz Hüseynov
Paytaxtın suvenir dükanlarında möhtəşəm idman bayramının əks olunduğu xatirə əşyaları azlıq təşkil
edir
Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri davam edir. Yarışların təşkil olunacağı
arenaların inşasından idmançıların qarşılanması və yerləşdirilməsinədək bütün məsələlər yüksək
səviyyədə həllini tapır. Avropa tarixində ilk dəfə keçiriləcək Oyunlar zamanı ölkəmizə minlərlə xarici
turistin gələcəyi gözlənilir. Bunları nəzərə alaraq deyə bilərik ki, möhtəşəm beynəlxalq tədbir
Azərbaycanın mədəniyyət və turizminin daha geniş təbliğinə imkan yaradacaq.
Bakıdan xatirə
Ölkənin təbliğində tarixi-mədəni irsi özündə əks etdirən suvenirlərin də əhəmiyyəti böyükdür. Avropa
Oyunlarını izləməyə gələnlər imkan tapıb qədimliklə müasirliyin qovuşduğu şəhərimiz haqqında məlumat
almağa çalışacaq, özləri ilə xatirə əşyaları alıb aparacaqlar. Biz də bu günlərdə paytaxtımızda fəaliyyət göstərən
suvenir dükanlarına baş çəkdik. Turistlərə təklif olunan xatirə əşyaları ilə maraqlandıq, Avropa Oyunlarına aid
suvenirlərin olub-olmadığını öyrənməyə çalışdıq.
Suvenir dükanlarında Qız qalasının kiçik maketləri, milli ornamentli çarıqlar, baş örtükləri, şərflər, muğam
üçlüyünün kuklaları və müxtəlif personajlar, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş
boşqablar, breloklar, fincanlar, rəsm əsərləri, təsbehlər, cürbəcür əl işləri, milli geyimlər üstünlük təşkil edir.
Təklif olunan suvenirlər arasında Qarabağın tarixinə aid nümunələr də az deyil. Amma bilavasitə I Avropa
Oyunlarını özündə əks etdirən xatirə əşyalarına az rast gəldik.
İlk baş çəkdiyimiz məkanlardan biri Nizami küçəsində yerləşən antik əşyalar mağazası oldu. Dükan sahibi
Cəlil Rüstəmov 15 ilə yaxındır ki, bu işlə məşğuldur: “Suvenirlərə müxtəlif yöndən yanaşan insanlara tez-tez
rast gəlirik. Suvenirlərə həm yerli vətəndaşlar, həm də xarici turistlər maraq göstərir. I Avropa Oyunları ilə bağlı
suvenirlərimiz hələ ki, yoxdur. Amma mart ayının əvvəlinə qədər Oyunları əks etdirən əşyalar da satışda
olacaq”.
Bakının qədim tarixini yaşadan İçərişəhər həm də xatirə əşyaları satılan mağazaların çoxluğu ilə seçilir. Bu
məkanda istənilən suveniri tapmaq mümkündür. Buradakı dükanlardan birinin satıcısı Əhməd Həsənov deyir ki,
İçərişəhər xarici turistlərin ən çox gəldiyi yerlərdən biridir və onlar hər şeylə maraqlanır, mədəniyyətimizlə
bağlı müxtəlif xatirə əşyaları alırlar. Qeyd edək ki, Avropa Oyunları ilə bağlı suvenirlərin ən çox çeşidinə də
məhz burada rast gəldik. Satıcı dükanda olan suvenirləri həvəslə bizə göstərirdi: üzərində Bakının müasir
görünüşü və ingilis dilində “I Avropa Oyunları - 2015” yazılmış suvenirləri ölkəmizin rəmzlərini əks etdirən
müxtəlif əşyalar. Bu nümunələr arasında Avropa Oyunlarının simvollarından olan narın əks edildiyi suvenirlər
daha çoxdur.
Dostları ilə paylaş: |