X X X
Sonra çıxış edən Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə
əlaqələrinə toxunaraq ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirdi. O, 2015-ci ildə Bakıda
keçiriləcək ilk Avropa oyunlarının uğurla baş tutacağına əminliyini vurğuladı və Yunanıstanın dəstəyini ifadə
etdi.
Yunanıstan Mədəniyyət nazirinin müavini Angela Gerekoi bildirdi ki, Avropa “Bakı-2015”-i
səbirsizliklə gözləyir. “Bu bütün qitənin həyatında mühüm tədbir olacaqdır”, - deyən Angela Gerekoi qeyd etdi
ki, bu idman tədbiri Avropa xalqları arasında əlaqələri daha da gücləndirəcək.
Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu
oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü dəstək
verdiyini deyən Spirios Kapralos onu da vurğuladı ki, bütün Avropa kimi Yunanıstan da bu oyunları həvəslə
gözləyir.
Yunanıstanın Kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbali ilk Avropa Oyunlarının yeni
dostlar, yeni tanışlıqlar üçün əla fürsət olacağını dedi, bu idman tədbirində olimpiya və qeyri-olimpiya
oyunlarının bir arada təmsil olunmasının mühüm hadisə olduğunu diqqətə çatdırdı.
Çıxışlardan sonra Azərbaycan incəsənət ustaları – cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və
balaban ustası Şirzad Fətəliyev milli musiqilərimizdən ibarət maraqlı konsert proqramı təqdim etdilər.
İqbal Hacıyev
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
122
AzərTAc-ın xüsusi müxbiri
Afina
AzərTAc
28 sentyabr 2014-cü il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
123
"Bakı 2015" Avropa Oyunları Milli Olimpiya komitələrinin I kommunikasiya seminarını
təşkil edib
"Bakı 2015" Avropa Oyunları Avropanın Milli Olimpiya komitələri, kommunikasiya menecerləri və
beynəlxalq media nümayəndələri üçün birinci kommunikasiya seminarını təşkil edib.
İki günlük proqramda Avropadan 62 nümayəndə Bakı 2015-in idman obyektlərini ziyarət edəcək və Avropa
Oyunları üçün nəzərdə tutulmuş ən son yeniliklərlə bağlı seminarlarda iştirak edəcəklər.
Bakı 2015-in bir neçə şöbəsi, idman, nəqliyyat, mətbuat əməliyyatları, yayım və kommunikasiya üzrə yüksək
vəzifəli nümayəndələri daxil olmaqla iştirakçılar üçün təqdimatlar keçirəcəklər.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd
edib: “Biz ilk Avropa Oyunları ilə əlaqədə olan Avropanın Milli Olimpiya Komitələrinin kommunikasiya
komandaları və onların media nümayəndələri ilə yeni münasibətlərin əsasının qoyulmasını səbirsizliklə
gözləyirik. Seminara qatılan insanların dəstəyi və əməkdaşlığı bizim üçün bütün qitəni növbəti yay Oyunları
necə təşkil etməyimiz və Azərbaycanda gedən işlər barədə məlumatlandırmaq baxımından çox mühümdür".
Ümumilikdə, bütün qitədən 1000-dən çox jurnalistlə bərabər, hər ölkədən kommunikasiya rəsmilərinin gələn
il "Bakı 2015" Avropa Oyunlarına qatılacağı gözlənilir.
Britaniya Olimpiya Assosiasiyasının Kommunikasiya üzrə direktoru Adrian Basset söyləyib: “Bu həftəsonu
Avropa Oyunları haqqında daha çox öyrənmək və Bakı 2015-in Oyunlar zamanı necə fəaliyyət göstərəcəyini
bilmək üçün olduqca əvəzolunmaz şansdır. Bir çox millətlər Azərbaycanda ilk dəfə olaraq yarışacaqlar. Buna
görə də gələn il idmançılarımızı necə mükəmməl bir tədbirin gözləyəcəyini bilmək üçün bu ölkəni ziyarət etmək
çox vacibdir".
Gələn il 17 müsabiqə günü ərzində xəbər saytları, qəzetlər, radio və televiziya kanalları 6 min idmançının
iştirak edəcəyi Oyunları işıqlandıracaqlar.
Bakı 2015-in Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari deyib: “İlk dəfə olaraq keçiriləcək
Avropa Oyunlarında Milli Olimpiya komitələrinin yaxından iştirakına nail olmaq bizim üçün çox vacibdir və
biz İlk Avropa Oyunlarının əks-səda doğurması üçün onlarla sıx əməkdaşlıq edirik. Seminar bizim Avropa
daxilində Milli Olimpiya komitələri, idmançılar, media və azarkeşlərlə səmərəli ünsiyyət qurduğumuza əmin
olmaq baxımından mühüm şansdır".
“Səs”.-2014.-27 sentyabr.-№ 179.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
124
Rusiyanın Olimpiya əfsanəsi Bakı 2015 Avropa Oyunları ilə bağlı əldə olunan irəliləyişləri
yüksək qiymətləndirir
Buzüstü xokkey üzrə ikiqat Olimpiya çempionu, Rusiyanın əfsanəvi idmançısı Vyaçeslav Fetisov “Bakı-
2015” Avropa Oyunlarının baş ofisinə səfərindən sonra sentyabrın 29-da Oyunlar, paytaxtımızdakı müasir
idman obyektləri və hazırlıq işlərinin sürətlə aparılmasını yüksək qiymətləndirib.
“Bakı-2015”-dən AzərTAc-a bildiriblər ki, V. Fetisov deyib: “Bakı-2015” layihəsi və komandası məndə xoş
təəssürat oyatdı. Bu gün mən Oyunların möhtəşəm keçəcəyinə əmin oldum. Uğurlu çıxış etmək üçün
idmançıların hamısının yaxşı şəraitə ehtiyacları var. Müvəqqəti yaşayış yerlərindən tutmuş təlim
komplekslərinə, Oyun obyektlərinə qədər diqqət etsək görə bilərik ki, “Bakı-2015” bütün planlaşdırmalarında
idmançıların ehtiyac və rahatlığını üstün tutub. Rusiyalı idmançılardan ibarət komanda 2015-ci ilin iyununda
Bakıya gəldikdə burada xoş qarşılanacaqlarına və yarışlarda yüksək nəticə qazanmaq üçün lazım olan
mükəmməl şəraitin mövcud olacağına ümid edə bilərlər.”
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib:
“V. Fetisovu “Bakı-2015” ilə tanış etmək bizim üçün çox xoş oldu. Rusiyanın sabiq idman naziri olduğunu və
2014-cü ildə müvəffəqiyyətlə keçirilmiş Soçi Qış Olimpiya Oyunlarına cəlb edildiyini nəzərə alsaq, onun
gördüyümüz işləri yüksək qiymətləndirməsi sevindirici haldır.
Açılış mərasiminə 260 gündən az müddət qalıb və Oyunlarla bağlı həyəcan şəhərin hər yerində
nəzərəçarpacaq şəkildə artmaqdadır. Əminəm ki, “Bakı-2015” Avropa Oyunları həm Azərbaycan, həm də bütün
Avropa üçün əsl idman bayramı olacaq”.
Xatırladaq ki, 56 yaşlı V. Fetisov karyerası ərzində ölkəsinin idman komandasının kapitanı və məşqçisi,
həmçinin Amerikanın Milli Xokkey Liqasında (NHL) çıxış etmiş ilk avropalı oyunçulardan biri olub. V. Fetisov
2002-2008-ci illərdə Rusiyanın idman naziri olub və 2014-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarının
Soçidə keçirilməsində mühüm rol oynayıb. O, eyni zamanda, 1978–1990-cı illərdə yeddi dəfə dünya çempionu
olub.
“Azərbaycan”.-2014.-30 sentyabr.-№ 213.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
125
“Bakı-2015” Avropa Oyunları açılış mərasimi üçün bədii direktor təyin edib
“Bakı-2015” Avropa Oyunları oktyabrın 3-də Dimitris Papaioannounu açılış mərasiminin bədii direktoru
təyin edib, açılış və bağlanış mərasimlərinin təşkili üçün ABŞ-ın “FiveCurrents” şirkəti ilə müqavilə bağlayıb.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsindən bildiriblər ki, “Afina-2004” Olimpiya Oyunları
mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf, aktyor və yaradıcı baxışa sahib olan
D. Papaioannou bu möhtəşəm tamaşa işi üçün çox münasib hesab olunur.
“Bakı-2015”in açılış mərasimi Azərbaycan mədəniyyətini təqdim edəcək və təşkilatçı şəhərin müasir
Avropada rolunu əks etdirərək yarışan idmançılara şərəf verəcəkdir.
D. Papaioannou “Afina-2004” Olimpiya Oyunlarındakı işindən sonra Yunanıstanın Prezidenti tərəfindən
görkəmli yaradıcılıq nailiyyətlərinə görə “Qızıl xaç şərəf” ordeninə layiq görülüb.
Həmin vaxtdan o, bütün dünya üzrə həyata keçirilən və yüz minlərlə tamaşaçını birləşdirən bir sıra
təməlqoyma mərasimlərinin yaradıcı müəllifi olub.
D. Papaioannou deyib: “Bakı-2015”in açılış mərasiminin təşkili üçün təyin olunmağım mənim üçün həm
şərəfdir, həm də həlli çətindir. Lakin maraqlı vəzifədir. Mənim arzum Azərbaycanın mədəni irsinə xas olan əsas
elementlərdən istifadə edərək müasir, yeni və oynaq, lakin mədəniyyətin zənginliyinə və dərinliyinə hər zaman
hörməti əks etdirən yolla bir ümumbəşəri hekayə yaratmaqdır”.
Skot Givens və Mark Ponçer tərəfindən idarə olunan qabaqcıl şirkət “FiveCurrents” açılış və bağlanış
mərasimlərinin təşkili üçün təyin edilib.
“FiveCurrents” “Soçi-2014” Qış Olimpiya Oyunlarının mərasimlərini, “Rio-2007” və “Quadalacara-2011”
Pan Amerika Oyunlarının mərasimlərini, Sinko de Mayonun 15-ci ildönümünü və Rio de Janeyroda Reveillon
Kopakabana Yeni il şənliyini həyata keçirib.
“FiveCurrents” şirkətinin prezidenti və icraçı prodüseri Givens bildirib: “Bakı-2015” Avropa Oyunlarının
açılış və bağlanış mərasimlərinin təşkilinin bizə tapşırılması bizim üçün şərəfdir və bu, son dərəcə sevindirici
hadisədir. Bakını dünya səhnəsində nümayiş etdirmək və unudulmaz idman və dünya bayramını həyata
keçirmək üçün biz Dimitris Papaioannou kimi yaradıcı istedada malik biri ilə işləməyi səbirsizliklə gözləyirik”.
“Bakı-2015”in baş icraçı direktoru və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov
deyib: “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Bakını və Azərbaycanı
dünyaya nümayiş etdirmək üçün gözəl imkandır. Mən əminəm ki, möhtəşəm idman tədbirlərinin
Azərbaycanın fəxr edə biləcəyi səviyyədə keçirilməsi üçün mövcud komandamız bizə kömək edəcək”.
Həmçinin bu gün “Bakı-2015”in açılış və bağlanış mərasimlərində iştirak etmək üçün 6000 könüllü ifaçıya
rolların verilməsini nəzərdə tutan könüllü proqramına ərizə qəbulunu elan edir.
Seçimlər noyabrda başlayacaq və “Bakı-2015”in mərasimlər komandası yaradıcılıq həvəsi olan, təşəbbüskar,
enerjili və öz ölkəsini dünyaya təqdim etmək istəyənləri işə cəlb edəcək.
“Bakı-2015”in mərasimlər üzrə direktoru xanım Katerin Uqvu deyib: “Biz Dimitris Papaioannou və
“FiveCurrent” komandasını Bakıda salamlamaqdan çox məmnunuq. Dimitrisin bədii təxəyyülü ilə
“FiveCurrent”ın təcrübəsi açılış mərasiminin nadir və unudulmaz olmasını təmin edəcək. 6000 könüllü ifaçı
Azərbaycanda indiyədək keçirilmiş ən böyük canlı tamaşanın iştirakçısına çevrilməklə yaddaqalan
təəssüratlardan zövq alacaqlar”.
Açılış mərasimi iyunun 12-də, cümə günü yenicə tikilmiş Milli Stadionda, 68000 tamaşaçı və dünya üzrə
milyonlarla televiziya izləyicisi qarşısında keçiriləcək.
Mərasimlərin könüllü ifaçısı olmaq üçün müraciət etmək istəyənlər http://www.baku2015.com/az/join-
us/apply-now ünvanına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün yaş həddi 18-dən yuxarıdır.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı -2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri
üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı -2015” Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya,
dördü qeyri-Olimpiya idman növü olacaq. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6
mindən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
İdmanın doqquz növü 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə
yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq,
üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında
Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı -2015” Avropa Oyunları
Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
126
“İki sahil”.-2014.-4 oktyabr.-№ 181.-S.30.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
127
Soçidə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib
“Bakı Avropa Oyunları–2015”in Əməliyyat Komitəsi XVIII “Vsya Rossiya–2014” festivalı çərçivəsində
birinci Avropa Oyunlarının təqdimat mərasimini keçirib.
Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil edilmiş festival Soçi şəhərində reallaşdırılır.
Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov görüşü açaraq, 2015-ci ildə Bakıda keçiriləcək ilk
Avropa Oyunlarının uğurlu olacağına əminliyini ifadə edib.
Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov ulu öndər Heydər Əliyev haqqında xatirələrini
bölüşərək, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinə müvəffəqiyyətlər arzulayıb.
Rusiyanın tanınmış jurnalisti, “İtoqi” jurnalının siyasi icmalçısı Kirill Privalov deyib: “Bu yaxınlarda Bakıda
oldum, bu şəhərin gözəlliyi məni heyran etdi. Əminəm ki, “Bakı-2015” Avropa Oyunları müsbət mənada
yaddaqalan olacaq”.
Festivalın qonaqları – Bolqarıstan Jurnalistlər İttifaqının birinci katibi Snejana Todorova, diplomat
Aleksandr Losyukov, “Telefilm” kino şirkətinin baş direktoru Yuri Masyuk və başqaları Bakıdan və
bakılılardan danışıblar. Onlar vurğulayıblar ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri
dostluq və qarşılıqlı etimad şəraitində yaşayırlar.
“Bakı Avropa Oyunları – 2015”in Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qeyd edib ki,
artıq Fransa, Yunanıstan və başqa ölkələrdə “Bakı–2015”in təqdimat mərasimləri keçirilib.
Festivalın iştirakçılarına bu sahədə indiyə qədər görülmüş işlər, tikilməkdə olan idman obyektləri, Avropa
oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə
keçirilən iclaslar, həmçinin Azərbaycanın idman uğurları haqqında ətraflı məlumat verilib.
E. Səfərov deyib: “Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək baş tutacaq. Bakıda 2015-ci ildə
toplam olaraq 20 idman yarışı keçiriləcək. Avropanın bütün guşələrindən Bakıya 6.000-dən çox idmançı
gələcək”.
“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev, “Trend” informasiya agentliyinin baş direktorunun
müavini Arzu Nağıyev, “Novosti-Azerbaydjan” agentliyinin baş direktoru Gülnarə Məmmədzadə, “Bakinski
raboçi” qəzetinin nümayəndəsi İlqar İsmayılov, Oyunların Əməliyyat Komitəsinin təmsilçisi Pirim Pirimov,
Ümumrusiya Azərbaycanlılar Konqresinin Krasnodar vilayəti üzrə regional bölməsinin sədri Cəmil Əliyev və
başqaları qeyd ediblər ki, Avropa Oyunları idman tarixində yeni səhifə açacaq. Onlar əmin olduqlarını
bildiriblər ki, birinci Avropa yarışları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək.
Tədbirdə Bakı haqqında videofilm göstərilib. Görüşün bütün iştirakçılarına “Bakı–2015”in Təşkilat Komitəsi
adından xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, jurnalistlərin “Vsya Rossiya” festivalı nüfuzlu KİV-ləri təmsil edən qələm əhlinin, həmçinin
beynəlxalq təşkilatların nümayəndələrinin toplaşdığı peşəkar diskussiya məkanıdır.
Fəridə Abdullayeva
“Xalq qəzeti”.-2014.-9 oktyabr.-№ 218.-S.9.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
128
Berlində birinci Avropa Oyunlarının təqdimatı olub
Oktyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinin məşhur mədəniyyət mərkəzlərindən olan Bode
muzeyində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə birinci
Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədri
olduğu birinci Avropa Oyunlarının təşkilat komitəsinin fəaliyyətindən bəhs edilib.
Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Almaniyadakı səfiri Pərviz
Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun sədri Karin Ştrents, Almaniya Olimpiya
Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər.
Pərviz Şahbazov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun Almaniyadakı fəaliyyəti barədə danışıb, Fondun mədəniyyət sahəsində ikitərəfli münasibətlərə
verdiyi töhfə haqqında məlumat verib. Səfir, həmçinin ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti
və inkişafından söhbət açıb.
Çıxış edən Azad Rəhimov Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları
nailiyyətlər, ölkəmizin bir sıra yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb.
Nazir tədbir iştirakçılarına Bakda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat verib.
Mərasimdə Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun ölkə daxilində və
xaricdə mədəni irsin qorunub-saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil
alması imkanlarının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə məlumat verilib. Birinci Avropa
Oyunlarına hazırlıq prosesini əks etdirən film nümayiş etdirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Almaniyanın dövlət katibləri, Bundestaqın
deputatları, tanınmış siyasi xadimlər, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri,
Azərbaycan diasporunun fəalları və Almaniya mətbuatının təmsilçiləri iştirakı ediblər.
“İki sahil.”.-2014.-15 oktyabr.-№ 1.-S.20.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
129
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin
ofisində yaradılan şəraitlə tanış olub
(16 oktyabr 2014-cü il)
Oktyabrın 16-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan
şəraitlə tanış olub.
Mehriban Əliyevaya məlumat verən gənclər və idman naziri Azad Rəhimov və “Bakı-2015” Avropa
Oyunları Əməliyyat
Komitəsinin baş icraçı direktoru Saymon Kleq bildirdilər ki, gələn il Bakıda keçiriləcək birinci Avropa
Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Belə mötəbər tədbir Avropanın idman hərəkatının tarixində
yeni dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir. Diqqətə çatdırıldı ki, burada
işçilərin səmərəli fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb.
Azərbaycanın birinci xanımı texnologiya, media, informatika otaqlarında və digər otaqlarda iş prosesi ilə
tanış oldu, yaradılan şəraitlə maraqlandı. Məlumat verildi ki, Əməliyyat Komitəsinə dünyanın 40 ölkəsindən
mütəxəssislər cəlb olunub. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1000 nəfərə yaxın işçi
çalışır.
Sonra Mehriban Əliyevanın iştirakı ilə birinci Avropa Oyunlarına hazırlıqla bağlı görüş keçirildi. Görüşdə
Avropa Oyunları ilə əlaqədar bəzi məsələlər müzakirə olundu. Azərbaycanın birinci xanımı, Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verdi.
“Azərbaycan”.-2014.-17 oktyabr.-№ 225.-S.6.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
130
BMT Baş Məclisində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib
Yusif Babanlı
Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat
Komitəsinin baş icraçı direktoru Azad Rəhimov BMT Baş Məclisində “İnkişaf və sülh naminə idman”
mövzusunda çıxış edib.
Çıxışında “Bakı-2015” ilk Avropa Oyunları barədə danışan A. Rəhimov deyib ki, 17 gün ərzində davam
edəcək mötəbər tədbirdə Avropadan olan 6 mindən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və
birlik prinsipləri əsasında yarışacaq. Avropa Oyunlarına hazırlaşmaq üçün iki ildən bir az çox vaxt ayrılmasına
baxmayaraq, Azərbaycan bu ilk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir.
Nazir “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən danışıb, Oyunların
keçirilməsi üçün tikilən yeni idman obyektləri barədə məlumat verib.
A. Rəhimov deyib: “Orta yaşı 30,1 olan ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40 faizi
24 yaşın altındadır. Biz xalqımızı gözəl idman infrastrukturu ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq
hiss edirik. Təkcə son 10 il ərzində ölkə ərazisində dünya standartlarına cavab verən 50-dən çox idman obyekti
inşa etmişik. Vətəndaşlarımız üçün tamamilə ödənişsiz olan bu infrastruktur əhalimizin idman obyektlərindən
daha geniş istifadəsini təmin edir.
Sonra Baş Məclisin qərargahında “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Qəbulda A. Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan və
Azərbaycanın dünya idmanına verdiyi töhfələrdən danışıb: “Azərbaycan dünyada idman dövləti kimi tanınmağa
başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanıb”.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri
üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı 2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü
qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən
çox idmançı öz ölkələrini təmsil edəcək.
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə
yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq,
üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında
Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı 2015” Avropa Oyunları
Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Dostları ilə paylaş: |