Azərbaycan Olimpiya hərəkatinda yeni dövr
Azərbaycan Olimpiya hərəkatının daha da genişlənməsində MOK-un 1997-ci ilin 31 iyulunda keçirilən
növbəti Baş Məclisinin komitənin yeni idarə heyətini formalaşdırmasının böyük rolu oldu. Həmin iclasda cənab
İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bununla da Azərbaycan idmanında, Olimpiya
hərəkatında yeni və möhtəşəm mərhələnin əsası qoyuldu.
Həmin vaxtdan etibarən, mərhələ-mərhələ həyata keçirilən siyasət Azərbaycan idmanının tarixində şanlı
səhifələrin yazılmasına səbəb olub. Prezident İlham Əliyevin istər dövlət başçısı, istərsə də MOK rəhbəri kimi
gördüyü işlər Azərbaycanı, demək olar ki, Olimpiya ölkəsinə çevirib. Ötən dövrə nəzər saldıqda, Azərbaycanda
idman və Olimpiya hərəkatının inkişafında da nə qədər böyük məsafə qət edildiyinin şahidi oluruq. Belə ki,
dövlət başçısının MOK rəhbəri kimi fəaliyyət göstərdiyi ötən illər ərzində gerçəkləşdirilən çoxistiqamətli siyasət
nəticəsində ölkəmizdə fiziki və mənəvi cəhətdən sağlam nəsil, müasir idman infrastrukturu yaradılıb. Bu gün
Azərbaycanda 30-dan çox müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. İdman bazaları demək olar ki,
ölkənin bütün bölgələrini əhatə edir. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti Jaq Roqqe verərək deyib ki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün
örnək olmalıdır.
Məhz idman sahəsində həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanın müxtəlif
növlərinə böyük axın müşahidə olunur. Bu onu təsdiq edir ki, Azərbaycanda idmanın inkişafı üçün gözəl şərait
yaradılıb. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq idman
aləmində artıq öz layiqli yerini tutub və aparıcı idman ölkəsinə çevrilib. Bunu ötən dövr ərzində Olimpiya
oyunlarında qazanılan uğurlar və idmançılarımızın əldə etdiyi medalların sayının artması da təsdiqləyir.
Olimpiada miqyasında sonuncu belə uğurlardan biri kimi “İdman ili” elan olunan 2012-ci ildə keçirilən
London Yay Olimpiya Oyunlarını qeyd etmək olar. Məlum olduğu kimi, 53 lisenziya ilə 16 idman növündə
təmsil olunan idmançılarımız London Olimpiadasında ölkəmiz üçün rekord sayda - 10 medal qazanmaqla,
Azərbaycanın dünya Olimpiya hərəkatındakı mövqeyini bir qədər də möhkəmləndirdilər.
Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının
davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Təbii ki, sadalanan uğurların əsasında idmana dövlət tərəfindən
göstərilən yüksək səviyyəli qayğı durur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını
qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri, reallıqları və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
55
qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi bu istiqamətdə davamlı inkişafın əldə
olunmasını təmin edir.
Nəticə etibarilə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə
beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman
yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Məsələn, 2012-ci ilin avqust ayında Bakıda yeniyetmələr
arasında sərbəst yunan-Roma qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirildi. 16 ölkənin futbol
komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı
beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi. 2014-cü ildə isə taekvando
üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın hər bir
bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi
ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini
əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb.
Avropa Olimpiya Komitəsi də məhz bu amilləri nəzərə alaraq, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının
Bakıda keçirilməsinə qərar verib.
Bir sözlə, I Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində mühüm və əlamətdar hadisə
olacaq.
Hülya Məmmədli
“Yeni Azərbaycan”.-2014.-30 yanvar.-№ 16.-S.6.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
56
Soçidə “Bakı-2015” Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından
ziyafət verilmişdir
Fevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Bakı-2015” birinci Avropa
Oyunlarının Təşkilat Komitəsi adından ziyafət verilmişdir.
Ziyafətdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, BOK-un sabiq prezidenti Jak
Roqq, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, bir sıra ölkələrin Milli Olimpiya
komitələrinin və nümayəndə heyətlərinin rəhbərləri, digər şəxslər iştirak etmişlər.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AzərTAc-a bildirmişdir ki, Soçi
Olimpiadasında Azərbaycan nümayəndə heyətinin şef-demissionu Konül Nurullayeva tədbirə toplaşanları
salamlamışdır.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov qonaqları birinci Avropa Oyunlarının
Təşkilat Komitəsi adından salamlayaraq beynəlxalq olimpiya hərəkatının tanınmış simalarını bu tədbirdə
görməkdən məmnun olduğunu bildirmişdir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq
barədə danışaraq, Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmişdir. “Bakı-2015”in Təşkilat
Komitəsinin həm AOK, həm də beynəlxalq federasiyalarla əlaqəli işlədiyini bildirən P.Hikki demişdir ki, gələn
il təkcə Avropa deyil, ümumilikdə, bütün dünya möhtəşəm bir idman bayramına şahidlik edəcəkdir.
BOK-un prezidenti Tomas Bax isə çıxışında “Bakı-2015”in beynəlxalq Olimpiya hərəkatında yeni mərhələ
olacağına inandığını bildirmişdir. Birinci Avropa Oyunlarına hazırlıq işində, oyunların keçirilməsində Bakı
şəhərinə və Təşkilat Komitəsinə uğurlar arzulayan BOK prezidenti Azərbaycanın dünya idmanında fəal iştirak
etdiyini vurğulamışdır.
Ziyafət Azərbaycan incəsənət ustalarının maraqlı ifaları ilə davam etmişdir.
“Xalq qəzeti”.-2014.-11 fevral.-N 29.-S.3
.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
57
Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəcək
Hədəfdə isə 2024-cü il Yay Olimpiya Oyunlarıdır
Çağdaş dövrümüzdə hər bir ölkəni dünya nizamı üçün əhəmiyyətli edən meyarlardan biri məhz
beynəlxalq imicdir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar da hansısa ölkədə öz tədbirlərini
keçirərkən onun imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar.
İndiyədək Azərbaycanda çoxlu sayda beynəlxalq siyasi, iqtisadi və s. tədbirlər keçirilib. Eyni fikirləri
idman yarışları barədə də demək olar. Bu sıraya müxtəlif mövzulu beynəlxalq konfransları,
simpoziumları da aid etmək olar. Bunlar göstərir ki, bütövlükdə Azərbaycan beynəlxalq tədbirlər üçün
ideal məkandır.
Azərbaycanın uğuru
Hazırda Azərbaycan daha mötəbər bir tədbirə - I Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.
Qeyd edək ki, dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsindəki rolu, irqindən, dinindən
asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri
əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya oyunları beynəlxalq aləmin ən
möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmaq istəmir, Olimpiya oyunlarında
layiqincə təmsil olunmağa çalışır. Olimpiya oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil,
onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan
yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını da nümayiş etdirir.
Olimpiya oyunlarına ev sahibliyi etmək hər bir ölkənin arzusudur. Təsadüfi deyil ki, ev sahibliyi uğrunda
çox ciddi mübarizə gedir. Ona görə hər bir Olimpiya oyunlarına ev sahibliyi edəcək ölkənin adı xeyli əvvəldən
məlum olur. Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Olimpiya Oyunları isə Avropanın tarixində birinci dəfə
keçiriləcək. Xatırladaq ki, 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar
2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul
edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul
edilib. Ermənistan nümayəndələri səsvermədə iştirak etməkdən boyun qaçırıblar.
Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının
Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrik edib. AOK-nın qərarını tarixi hadisə
adlandıran dövlət başçısı bunu ölkəmizin böyük uğuru kimi dəyərləndirib. Əlbəttə, Birinci Avropa Olimpiya
Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynayıb. Bunlar
ölkəmizin artan beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi tanınması, sosial-iqtisadi uğurları,
infrastrukturunun müasir tələblər səviyyəsində qurulması və sair bu kimi nailiyyətlər dünyanın diqqətini çəkən
məsələlərdir. Təbrikində AOK-nın bu qərarının qəbul edilməsində əsas səbəb olan amillərə toxunan Prezident
İlham Əliyev ölkəmizin bu oyunları yüksək səviyyədə keçirəcəyini bildirib: "Azərbaycan bu oyunları yüksək
səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa
Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir".
Mötəbər idman yarışlarının keçirildiyi məkan
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ölkəmizin dünyada artan
nüfuzunun təzahürüdür. Eyni zamanda, bu hadisə Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurlarından
xəbər verir. Hələ 1997-ci ildə Milli Məclisin deputatı, ARDNŞ-nin birinci vitse-prezidenti olarkən cənab İlham
Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra bu qurumun fəaliyyətindəki
canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də
bu sahədə maddi-texniki bazanın gücləndirilməsi ilə müşahidə olundu. 2000-ci ildən indiyədək ölkəmizdə ən
müasir standartlara uyğun 40-dan artıq Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Bu ilin yanvar
ayında Göygöl rayonunda Prezident İlham Əliyevin iştirakı ilə sayca 41-ci olan Olimpiya İdman Kompleksinin
açılışı oldu. Bundan başqa, çoxlu sayda ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verildi, mövcud idman
obyektləri yenidən quruldu. İndi demək olar ki, respublikamızın bütün bölgələrində, hətta ən ucqar rayonlarda
belə, müxtəlif idman növləri ilə məşğul olmaq üçün lazımi şərait var. Bütün bunlar Azərbaycanda Olimpiya
hərəkatının inkişafına təkan verir. Çünki çoxsaylı Olimpiya və digər idman komplekslərinin mövcudluğu
Azərbaycanda Olimpiya hərəkatının inkişafına töhfə verən amillərdən biridir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
58
Ümumiyyətlə, təkcə Olimpiya oyunlarına deyil, beynəlxalq səviyyəli istənilən idman yarışlarına ev sahibliyi
etmək üçün ölkələr arasında ciddi rəqabət mövcuddur. Təsadüfi deyil ki, idman sahəsində gerçəkləşdirilən
dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş
müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman
yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Son 10 ildə Azərbaycanda
keçirilmiş bir neçə idman yarışını nəzərdən keçirmək kifayət edər ki, beynəlxalq idman arenasında Azərbaycana
olan etimadın miqyasını ifadə etmək mümkün olsun. 2004-cü ildə bədii gimnastika üzrə dünya kuboku
yarışının, 2005-ci ildə bədii gimnastika üzrə 27-ci dünya çempionatının, 2006-cı ildə hərbçilər arasında sərbəst
güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatının, 2007-ci ildə sərbəst, klassik-Roma güləşi və
qadın güləşçilərin dünya çempionatının, 2007-ci ildə görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa
çempionatının (Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış), 2009-cu ildə
ölkəmizdə bədii gimnastika üzrə 25-ci Avropa çempionatının, 2009-cu ildə pankration-qaydasız döyüş üzrə
üçüncü dünya kuboku yarışının, 2010-cu ildə qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya
çempionatının, 2010-cu ildə kişilər arasında bodibildinq üzrə 64-cü dünya çempionatının, 2010-cu ildə gənclər
arasında boks üzrə dünya çempionatının, 2011-ci ildə cüdo üzrə "World Masters" beynəlxalq turniri və cüdo
üzrə dünya kuboku yarışının, 2011-ci ildə boks üzrə dünya çempionatının, 2012-ci ildə yeniyetmələr arasında
sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatının, həmçinin ən mötəbər beynəlxalq
yarışlardan olan FIFA U-17 qadınlararası dünya çempionatının (Azərbaycanda keçirilən ilk FIFA tədbiri və
Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı idi), 2012-2013-cü illərdə "GT3 və klassik
Formula 1" yarışlarının, beynəlxalq velosiped turnirlərinin keçirilməsi təsdiq edir ki, Olimpiya hərəkatının
sözün əsl mənasında, möhtəşəm inzibati mərkəzini yaradan, idmanın maddi-texniki bazasının genişləndirilməsi
və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə edən Azərbaycanın beynəlxalq idman tədbirlərinin
keçirildiyi əsas ünvana çevrilməsi reallıqda özünü göstərən həqiqətdi.
Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə
keçirilmişdir. Bu onu göstərir ki, ölkəmiz olimpiya oyunları kimi mötəbər idman tədbirinə yüksək səviyyədə ev
sahibliyi edə bilər.
Azərbaycanda müasir idman infrastrukturunun yaradılması və onun çoxsaylı tədbirlərinə ev sahibliyi etməklə
yanaşı, 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin
Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya
idman və olimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb. Odur ki, ilk Avropa Oyunlarının Bakı
şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil.
Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək ölkəmizin yüksək nüfuzundan irəli gəlir
Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində
keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü,
UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə 2015-ci ilin iyun-iyul aylarında Bakı
şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.
"Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında,
"Eurovision-2012" mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq I Avropa Oyunlarının da ən
yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik və bütün gücümüzlə çalışacağıq ki,
göstərdiyiniz etimadı doğruldaq". Bu sözləri I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri
Mehriban xanım Əliyeva komitənin ötən ilin fevralında keçirilən ilk iclasında söyləyib.
2012-ci ildə Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkili bütün
Avropada etiraf olundu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində
hazırlıq işləri bir ildən də az vaxt ərzində həyata keçirildi, mahnı yarışması ən yüksək səviyyədə təşkil edildi.
Yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanmışdı və həm şounun təşkili, həm də
müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə aparıldı. Avropa Yayımları Birliyinin mütəxəssisləri də görülən işləri
yüksək qiymətləndirdilər. Mahnı yarışmasının yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycanın beynəlxalq
miqyasda nüfuzunun daha da yüksəlməsinə təkan verdi. Azərbaycan 2012-ci ildə bu müsabiqəyə yüksək
səviyyədə ev sahibliyi etməklə bütün Avropaya ideal təşkilatçılıq və yüksək qonaqpərvərlik örnəyi oldu.
İndi isə qarşıdan I Avropa Oyunları gəlir. Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkli üzrə
digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
59
Komitəsi hazırlıq işlərini göstərilən vaxtda başa çatdıracaq. Çünki 2013-cü ildə bu işlərin böyük bir hissəsi
yerinə yetirilib.
Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının
üzərinə qoyulması Azərbaycan üçün böyük önəm daşıyır. Əlbəttə, hazırkı mərhələdə qarşıda duran ən vacib
vəzifə hazırlıq işlərinin vaxtında başa çatdırılması və yarışların ən yüksək səviyyədə keçirilməsidir. I Avropa
Oyunları Azərbaycanın gələcəkdə də mötəbər və daha böyük idman yarışlarına ev sahibliyi etmək imkanlarını
yüksəldəcək. Belə ki, Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm
yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası, Azərbaycanın Yay
Olimpiya Oyunlarına təşkilatçılıq etmək şansları yüksələcək. Məlum olduğu kimi, Yay Olimpiya Oyunlarının
Azərbaycanda keçirilməsi üçün iki dəfə Bakının namizədliyi irəli sürülüb. Bu mənada I Avropa Oyunlarının
Azərbaycana həvalə olunması gələcəkdə Yay Olimpiya Oyunlarının da Bakıda təşkili üçün gözəl zəmin yaradır.
Beynəlxalq idman təşkilatlarının Azərbaycanla bağlı indiyədək yeganə narahatlığı ölkəmizdə kompleks yarış
təcrübəsinin olmamasına dair idi. I Avropa Oyunlarından, o cümlədən Azərbaycanın 2017-ci ildə IV İslam
Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsindən sonra narahatlıq tamamilə aradan qalxacaq və hər iki mötəbər
idman tədbiri 2024-cü ildə Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə ölkəmizin verdiyi
sifarişin qalib gəlməsi üçün tramplin olacaq. Bu oyunlar Azərbaycana zəngin təcrübə qazandıracaq. Nəticədə
Azərbaycan Yay Olimpiya Oyunlarının keçirilməsi üçün əminliklə sifariş verəcək.
Yay Olimpiya Oyunları üçün 6-7 il vaxt verilsə də, Azərbaycanın Avropa oyunlarına hazırlıq üçün cəmi iki il
vaxtı vardı. Bundan başqa, Yay Olimpiya Oyunlarının keçirilməsində artıq böyük təcrübə mövcuddur. Mövcud
təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir
təlimat və təcrübə yoxdur. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması
Azərbaycanın üzərinə düşür. Beləliklə, Avropa Oyunlarının keçirilməsi ilə bağlı standartları Azərbaycan ortaya
qoyacaq. Əminlik var ki, növbəti belə yarışlarda Azərbaycanın nümunəsi əsas götürüləcək.
Rəşad CƏFƏRLİ.
“ Azərbaycan”.-2014.-23 fevral.-N 40.-S.1.; 25 fevral.-N 41.-S.1.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
60
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə
tanış olmuşdur
(28 fevtal 2014-cü il)
Bakı, 28 fevral (AzərTAc). Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı
Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycan dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları kimi mötəbər idman
tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bunun daha bir əyani göstəricisidir. Əlbəttə,
belə bir qərarın qəbulunda ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitlik, sürətli iqtisadi inkişaf proseslərinin
getməsi, Azərbaycanın dünyada nüfuzunun durmadan artması, respublikamızın müxtəlif mötəbər beynəlxalq
idman tədbirlərinə ev sahibliyi etməsi və bu sahədə zəngin təcrübəyə malik olması mühüm rol oynamışdır.
İdmanın inkişaf etdirilməsinə prioritet sahələrdən biri kimi böyük önəm verən dövlətimizin başçısının birbaşa
göstərişi ilə paytaxtda və regionlarda ən müasir idman infrastrukturunun yaradılması istiqamətində ardıcıl işlər
həyata keçirilir. Ölkəmizin bütün regionlarında Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilir.
İdmançılara diqqət və qayğı artırılır. Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında bir-birinin
ardınca parlaq qələbələr əldə edirlər. Dünya çempionatlarında və Beynəlxalq Olimpiya yarışlarında qızıl medal
qazanmış idmançılarımızın sayı ildən-ilə artır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ilk dəfə
olaraq Azərbaycanda keçirilməsi məhz ölkəmizə beynəlxalq aləmdə inamın sübutudur.
Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxtın qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər
tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Respublikamızın paytaxtında da Su İdmanı
Növləri Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və digər belə mükəmməl infrastruktur
obyektlərinin inşası davam etdirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya
Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Orijinal layihə əsasında inşa edilən Bakı
Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına
ötən müddətdə layihə əsasında görülən işlər barədə ətraflı məlumat verdi.
Azərbaycan Prezidentinə stadionun müxtəlif görüntüləri təqdim edildi. Bildirildi ki, tikintidə ən müasir
avadanlıq və inşaat materiallarından istifadə olunur.
Qeyd edildi ki, Bakı Olimpiya Stadionunun loqosu da mükəmməlliyi ilə diqqəti cəlb edir. Stadionun
inşasında bu sahədə dünyada mövcud olan ən qabaqcıl təcrübədən istifadə edilir.
Diqqətə çatdırıldı ki, stadionun yerləşdiyi ərazi inşaat işləri üçün Azərbaycan Dövlət Neft Şirkətinin
tikinti təşkilatları tərəfindən hazırlanmışdır. Layihənin icrasına 2012-ci ilin noyabrından başlanmışdır.
2011-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan və 70 min tamaşaçı tutumu olacaq Bakı
Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan
işlərin bir çox hissəsi həyata keçirilmişdir. Burada əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina
inşa olunur. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulmuşdur. Stadionun layihəsi
iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki
şərtlərə maksimum uyğunluğu ilə seçilir. Beynəlxalq Olimpiya normativlərinə əsasən tamaşaçıların stadiona
daha çox ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri nəzərdə tutulur.
Məlumat verildi ki, ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaqdır. Stadionun
ətrafında əsaslı abadlıq və geniş həcmdə yaşıllaşdırma işləri aparılacaqdır.
Tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Dostları ilə paylaş: |