X X X
Sonda xatirə şəkli çəkdirildi.
“Xalq qəzeti”.-2013.- 3 fevral.-№ 25.-S. 1-3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
32
2015-ə aparan yol
Avropa Yay Olimpiya Oyunlarınadək bir sıra nəhəng nəqliyyat layihələri reallaşdırılacaq
Birinci Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinə ciddi hazırlıq gedir. Bir neçə gün əvvəl
prezident İlham Əliyevin iştirakı ilə tədbirə hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirildi. Toplantıda
hazırlıqla bağlı bir sıra tapşırıqlar verildi, tədbirlər planlaşdırıldı. Prezidentin toxunduğu ən ciddi məsələlərdən
biri nəqliyyat probleminin həlli oldu. “Nəqliyyatla bağlı məsələlər çox vacibdir” - deyən ölkə başçısı 2000-ci
ildən bu yana, demək olar ki, bütün Yay Olimpiya Oyunlarında iştirak etdiyini bildirib: “Özüm bilirəm ki,
qonaqlar üçün ən böyük problem yaradan məsələ məhz nəqliyyat məsələləridir. 2000-ci ildə mən Milli Olimpiya
Komitəsinin prezidenti kimi, 2004-cü ildə artıq ölkə prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə
bilərəm ki, nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur.
Necə ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkə başçısı kimi müxtəlif şəhərlərdə tıxaclarda qalmaq
məcburiyyətində olmuşam. Bu, onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən
inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır. Adi vətəndaşları, dövlət
başçılarını ən çox narahat edən məhz nəqliyyat məsələlərinin düzgün səviyyədə həll olunmamasıdır”. İ.Əliyev
qeyd edib ki, gələn qonaqlar otel, qalma yeri, gəzmək kimi məsələləri əvvəlcədən həll edə bilsələr də, nəqliyyat
məsələlərində bu, alınmır: “Ona görə baxmayaraq ki, son illər ərzində Bakı şəhərində nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi üçün çox böyük işlər görülüb, yenə də əlavə tədbirlər görülməlidir.
İdmançıların və qonaqların rahatlığı üçün xüsusi bir proqram tərtib edilməlidir”. Ölkə başçısı bu məsələyə
kompleks yanaşmanın vacibliyinə diqqət çəkib: “Əlbəttə, nəqliyyat parkı yeniləşdirilməlidir. Yeni avtobuslar,
taksi maşınları gətirilməlidir. Bu məsələyə biz ayrıca baxacağıq. Oyunların keçirilməsinə qədər yeni yol
qovşaqları istifadəyə veriləcək. Deyə bilərəm ki, bu layihələr bəribaşdan planlaşdırılıb. Biz bu layihələri
xüsusilə oyunların keçirilməsi üçün nəzərdə tutmuruq. Ancaq əlbəttə ki, tədbirlərin keçiriləcəyi yerlərə rahat
gəlib-getmək üçün xüsusi tədbirlər görülməlidir”.
Hansı problemlər aradan qaldırılacaq?
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, konkret təkliflər müzakirə edilir və kompleks tədbirlər
planı hazırlanır. İlkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və
gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu
Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər
Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə
qədərini əhatə edəcək. Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Nəqliyyat naziri
Ziya Məmmədov bildirib ki, rəsmi heyətlərə ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin ediləcək: “Olimpiada
vaxtı bu şəxsləri, həmçinin idmançıları və onları müşayiət edənləri olimpiya şəhərciyindən olimpiya stadionuna
və idman oyunlarının keçiriləcəyi digər obyektlərə daşınması həyata keçiriləcək. Hazırlıq dövründə bir sıra
məlumatların dəqiqləşdirilməsi bu xidmətlərin daha dolğun təşkilini təmin edəcək. Belə ki, gözlənilən rəsmi
heyətlərin və qonaqların, idmançıların, həmçinin turistlərin təxmini sayı, oyunların keçiriləcəyi əsas idman
arenalarının dislokasiyası, rəsmi heyətlərin, qonaqların və turistlərin yerləşəcəyi otellər və digər yaşayış yerləri
müəyyənləşdiriləcək. Qeyd olunan nəqliyyat xidmətlərinin təşkili məqsədilə tərəfimizdən Bakı şəhərində
nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair tədbirlər planının layihəsi hazırlanır
və fevral ayının sonunadək təşkilat komitəsinə təqdim ediləcək”.
Namiq Həsənov: “Tədbirlər planı üç hissədən ibarət olacaq”
Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, tədbirlər planının üç əsas
hissədən ibarət olması nəzərdə tutulur. Birincisi, nəqliyyat vasitələri, avtobuslar, minik və taksi avtomobilləri,
metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat
xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi: “İkincisi, Bakı şəhərində nəqliyyat
infrastrukturunun dəqiqləşdirilməsidir. Bura aiddir gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün
mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna
və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və
qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi,
bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
33
Üçüncüsü isə nəqliyyat xidmətlərinin idarə olunması və təşkili istiqamətidir. Bu istiqamətdə, Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzinin bazasında olimpiya oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin və
onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək qərargahın
yaradılması, nəqliyyat xidməti göstərən sürücü və digər kateqoriyadan olan işçilərin hazırlanması, onlar üçün
xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili və bu kontingent üzrə məlumat bazasının
yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması, ictimai nəqliyyatın hərəkətinin təşkili üçün
xüsusi zolaqların, hərəkət marşrutlarının və parklanma yerlərinin təşkili, görülən işlər barədə kütləvi
informasiya vasitələrinə məlumat verilməsi və internet səhifələrində yerləşdirilməsi nəzərdə tutulur”.
Nazirlik sözçüsü bildirdi ki, əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən
yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir. Hazırda Ziya Bünyadov prospektinin yenidən
qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və bu işlər 2014-cü ilin əvvəllərində
yekunlaşacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan
Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə yaxın
günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaq: “Həmçinin, Buzovna-Mərdəkan-Qala, Qala-
Zığ şosesi bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşacaq. “Şəfa” stadionunun qarşısındakı tunel və
yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcək. Sadalanan bu
yollar olimpiya oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa, şəhərin digər mövcud
yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaq”. Nazirlikdən bildirilir ki, qonaqların gəliş-gedişinin
təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı dəmir yolu vağzalında yenidənqurma
işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaq. Bütün bunlardan başqa, paytaxtda ictimai nəqliyyatın
fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin
ediləcək. Mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcək. N.Həsənovun sözlərinə görə,
Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac var: “Bu və digər məsələlərin
həlli üçün bütün lazımı tədbirlər görüləcək”.
Həbibə ABDULLA
“Kaspi”.-2013.-6 fevral.-№22.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
34
Birinci Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar
İşçi Qrupun iclası keçirilmişdir
2015-ci ildə I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı yol-nəqliyyat
kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış İşçi Qrupun iclası keçirilmişdir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, İşçi Qrupun rəhbəri nazir müavini
Musa Pənahovun sədrliyi ilə keçirilən iclasda Oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə
müddətində nazirlik üzrə müəyyən edilmiş "Tədbirlər Planı"ndan irəli gələn vəzifə və funksiyaların həyata
keçirilməsi istiqamətində struktur bölmələri və tabeli qurumlar tərəfindən zəruri tədbirlərin görülməli olduğu
diqqətə çatdırılmışdır.
İşçi Qrupun iclasında "Tədbirlər Planı"nın ilkin variantı müzakirə edilmiş, 2013-2015-ci illərdə görüləcək
işlərin istiqamətləri müəyyənləşdirilmişdir. Avtomobil yolları, avtomobil nəqliyyatı, dəmiryolu, Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi ilə bağlı konkret təkliflər verilməsi və martın sonunadək həmin təkliflərin
yenidən müzakirəyə çıxarılması qərara alınmışdır.
Avropa Olimpiya Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin
təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi
məqsədilə Nəqliyyat Nazirliyində İşçi Qrup yaradılmışdır. İşçi Qrupa Nəqliyyat Nazirliyi Aparatının struktur
bölmələrinin, həmçinin nazirliyin tabeli qurumları olan "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azəryolservis"
ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərləri daxildir.
“Azərbaycan”.-2013.-14 mart.-N 57.-N S.6.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
35
Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək
Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul etmişdir
(29 aprel 2013-cü il)
Bakı, 29 aprel (AzərTAc). Aprelin 29-da Azərbaycan Respublikasının Prezident İlham Əliyev 2015-ci
ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul etmişdir.
Komitənin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz!
Cənab Prezident! Əziz dostlar və qonaqlar! Sizi Azərbaycanda görməkdən çox şadam. Xoş gəlmisiniz!
Ümid edirəm ki, ölkəmizdə olmağınızdan məmnun qalacaqsınız. Bu, Koordinasiya Komitəsinin ilk görüşüdür.
Sözsüz ki, siz artıq başlanılmış hazırlıq işlərinin şahidi olacaqsınız. Bu, böyük məsuliyyətdir. Çünki bu, birinci
Avropa Oyunlarıdır, bu, böyük sınaqdır. Ümidvaram ki, birgə səylər nəticəsində Olimpiya Hərəkatı tarixində ən
yaxşı oyunlardan birini təşkil etmək hədəfinə nail ola biləcəyik. Bu, bizim məqsədimizdir. Biz indi çox fəal
şəkildə çalışırıq, sözsüz ki, bu gün və sabah təqdimatlar keçiriləcəkdir. Əlbəttə ki, sizin tövsiyələriniz yüksək
qiymətləndiriləcəkdir. Çünki bildiyiniz kimi, Olimpiya Oyunları kimi böyük tədbirin təşkilində bizim
təcrübəmiz yoxdur. Baxmayaraq ki, keçmişdə biz dünya və Avropa çempionatlarına ev sahibliyi etmişik,
Avropa Oyunları fərqli səviyyəli və sözsüz ki, xüsusi diqqət tələb edən oyunlardır. Bir daha xoş gəlmisiniz və
Bakıda xoş günlər keçirməyinizi arzu edirəm.
X X X
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi:
-Cənab Prezident, çox təşəkkür edirəm. Həmkarlarım adından qeyd etmək istəyirəm ki, burada
olmaqdan son dərəcə məmnunuq. Mən 2001-ci ildə Sizin Milli Olimpiya Komitəsinə çox fəal rəhbərlik etdiyiniz
bir dövrdə ilk dəfə Azərbaycana səfərimi yaxşı xatırlayıram. Biz fəxr edirik ki, Siz indi də Azərbaycan Milli
Olimpiya Komitəsinə rəhbərlik edirsiniz. Həmin vaxt Jak Roqq Avropa Olimpiya Komitəsinin prezidenti, mən
isə vitse-prezidenti idim. Siz həmin vaxt İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi etdiniz. Biz o zaman
Bakıda çox xoş günlər keçirdik. Bu gün biz yenidən Bakıdayıq.
Cənab Prezident, tam əminliklə deyirəm ki, biz burada tarix yazırıq. Bu, çox nadir bir hadisədir.
Əminəm ki, Sizin və bütün azərbaycanlı həmkarlarımın səyləri nəticəsində ilk Avropa Oyunları ölkənizdə sözün
əsl mənasında uğur qazanacaqdır. Biz isə öz növbəmizdə mümkün olan bütün vasitələrlə bu işə köməyimizi
göstərməyə hazırıq. Avropada bu oyunlara böyük maraq vardır. Düşünürəm ki, hər iki tərəfin birgə əməkdaşlığı
nəticəsində böyük uğurlar qazanacağıq. Fürsətdən istifadə edərək Koordinasiya Komitəsinin Yunanıstandan
olan sədri Spiros Kapralosu təqdim etmək istərdim. O, burada iştirak edənlərdən yeganə şəxsdir ki, Olimpiya
Oyunlarında qalib gəlib.
X X X
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros KAPRALOS Prezident İlham Əliyevə ilk Avropa
Oyunlarına ev sahibliyi etməyə qərar verdiyinə görə təşəkkür etdi. “Bu, Sizin ölkəniz üçün çox əlamətdar hadisə
olacaqdır”, - deyən Spiros Kapralos birinci Avropa Oyunlarına ev sahibliyi etməyin əhəmiyyətinə toxunaraq
bildirdi:
-Bu, çox məsuliyyətli tədbirdir. Çoxnövlü idman oyunlarına ev sahibliyi etmək çox çətindir. Hazırlıq
işləri üçün vaxtımız olduqca məhduddur. Oyunları yüksək səviyyədə təşkil etmək bizim ümumi məqsədimizdir.
Çünki prezident Hikkinin də söylədiyi kimi, bu, tarixdə qalacaqdır. Biz, bu masa ətrafında əyləşən bütün
ekspertlər Azərbaycan tərəfinə bu möhtəşəm oyunları təşkil etmək işində öz köməklərini əsirgəməyəcəklər.
X X X
Avropa Olimpiya ailəsinə bu beynəlxalq idman tədbirinin Bakıda keçirilməsi barədə verdikləri qərara
görə minnətdarlığını bildirən, bunun çox əhəmiyyətli və rəmzi qərar olduğunu vurğulayan Prezident İlham
ƏLİYEV dedi:
-Biz bunu Azərbaycan tərəfinə göstərilən yüksək etimad kimi qiymətləndiririk. Düşünürük ki,
Azərbaycan bu cür yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etmək iqtidarındadır. Siz düzgün olaraq qeyd
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
36
etdiniz ki, bizim vaxtımız çox məhduddur. Yay Olimpiya Oyunlarına hazırlıq işləri 6-7 il çəkirsə, bizim cəmi iki
ilimiz vardır. Lakin biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində təşkil etmək əzmindəyik. Biz bu
oyunları yüksək səviyyədə təşkil etməyə çalışacağıq və sözsüz ki, bu, Avropa Olimpiya ailəsi tarixində ilk
oyunlar kimi yadda qalacaqdır. Bu, gələcək oyunlar üçün müəyyən meyarlar formalaşdıracaqdır. Ümid edirəm
ki, birgə səylərimiz nəticəsində məqsədimizə çatacağıq.
X X X
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ:
-Cənab Prezident! Bu oyunlara göstərdiyiniz diqqətə və davamlı dəstəyinizə görə bir daha təşəkkür
edirəm. Bilirəm ki, siz Olimpiya hərəkatında çox böyük təcrübəyə malik olan insansınız, bütün işlərin
qaydasında olmasına daim nəzarət edirsiniz.
X X X
Daha sonra Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Aleksandr KOZLOVSKİ çıxış edərək dedi:
-Cənab Prezident! Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı məmnunluğumu ifadə etmək
istərdim. Qeyd edim ki, Bakı son illər ərzində inanılmaz dərəcədə dəyişib. Bu gün Bakı Avropanın, eləcə də
dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Buraya gələrkən yolda biz hər yerdə böyük tikinti işlərinin
aparıldığının şahidi olduq. Əminəm ki, bir neçə ildən sonra Bakının daha da inkişaf etməsinin şahidi olacağıq.
X X X
Aleksandr Kozlovski Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına sambo idman növünün daxil
edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etdi. Dövlətimizin başçısı qeyd etdi ki, sambo
Azərbaycanda da çox populyardır və bu növdə ölkəmizin bir neçə qat dünya çempionları vardır. Prezident İlham
Əliyev bu məsələnin nəzərdən keçiriləcəyini diqqətə çatdırdı. Daha sonra dövlətimizin başçısı dedi ki,
Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan
verəcəkdir. Bildirdi ki, bu prosesə bir neçə il əvvəl başlanıb və artıq Gimnastika Mərkəzi, Su İdman Növləri
Mərkəzi, Olimpiya Stadionunun tikintisinin aparılması, əvvəldən inşa olunmuş komplekslərin hazırda yenidən
qurulması yarışların keçirilməsində heç bir çətinliyin olmayacağından xəbər verir.
Avropa Oyunlarının şəhərimizə gələn hər bir qonağın xatirəsində əbədi qalacağına əminliyini bildirən
Prezident İlham ƏLİYEV dedi:
-Avropa Oyunlarının Bakıda keçirilməsi Avropa irsinin burada əsrlər boyu mövcudluğunu göstərir.
Eyni zamanda, onu göstərir ki, nəinki “Eurovision” mahnı müsabiqəsi, eləcə də Avropa Oyunları Azərbaycanda
keçirilə bilər. Bizim əsas məqsədlərimizdən biri şəhərdə elə bir atmosfer yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif
buyuran istər idmançı, istər qonaq, istərsə də turist özünü evindəki kimi rahat, təhlükəsiz hiss etsin və bu
möhtəşəm beynəlxalq tədbirdən zövq alsın.
X X X
Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti
Janez KOCİJANÇİÇ çıxış edərək ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarının əhəmiyyətini qeyd etdi və
bu oyunların yüksək səviyyədə təşkilində Azərbaycan tərəfinə uğurlar arzuladı.
X X X
Patrik HİKKİ: Cənab Prezident! Biz fəxr edirik ki, Sizin həyat yoldaşınız, Birinci Xanım təşkilat
komitəsinə rəhbərlik edir. Bu, bizim üçün çox əhəmiyyətlidir.
X X X
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Onun “Eurovision” mahnı müsabiqəsinin təşkilat
komitəsinə sədrliyi uğurlu olub. Avropa Yayım Birliyi, eləcə də bu cür tədbirlərin təşkilatçılarının fikirlərinə
görə müsabiqə çox uğurlu şəkildə təşkil edilib, bu son illərdə ən yaxşı müsabiqələrdən biri olub. Onun yaxşı
təcrübəsi vardır. O da, həmçinin Olimpiya ailəsinin üzvüdür. On ildən artıqdır o, Azərbaycan Milli Gimnastika
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
37
Federasiyasının prezidentidir. O, Milli Olimpiya Komitəsinin üzvüdür. Fəxr edirəm ki, ölkənin Prezidenti
olmamışdan 6 il əvvəl, 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, onu göstərir ki, mən
prezident kimi öz vəzifəmdən istifadə edərək Olimpiya Komitəsinin rəhbəri olmamışam. Mən Olimpiya
ailəsindən bu vəzifəyə gəlmişəm. Açığını desəm, çox şadam ki, mən hələ də bu vəzifədəyəm, çünki bu, necə
deyərlər, ümumiyyətlə, bizim siyasətin istiqamətini göstərir və həmçinin müəyyən mənada idmançılarda əlavə
inam yaradır. Onlar görürlər ki, ölkənin Prezidenti, eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəridir. Eyni
zamanda, mən Avropa Olimpiya Komitəsinin Prezidenti ilə şəxsi dostluq münasibətlərimizi yüksək
qiymətləndirirəm. Biz bir-birimizi 10 ildən artıqdır tanıyırıq. Mən, həmçinin Koordinasiya Komitəsinin bu cür
geniş tərkibdə təşkilindən məmnunluq duyuram. Bu, bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir və praktik
nöqteyi-nəzərdən düşünürəm ki, bu əhəmiyyətli beynəlxalq tədbirin təşkilində önəmli rol oynayacaqdır. Bir
daha xoş gəlmisiniz!
X X X
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
29 aprel 2013-cü il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
38
Bakda təşkil olunacaq birinci Avropa Oyunlarında 19 idman növü üzrə
6 min 351 atlet qalib adı uğrunda mübarizə aparacaqdır
Xəbər verildiyi kimi, Bakı 2015-ci ildə təşkil olunacaq birinci Avropa Oyunlarına ev sahibliyi
edəcəkdir.
Avropa Oyunlarına hazırlıqla bağlı aprelin 30-da “Hilton Baku” mehmanxanasında mətbuat konfransı
keçirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından
danışmış və idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirmişdir.
Bildirmişdir ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) Koordinasiya Komitəsinin
iclası keçirilmişdir. İclas çərçivəsində bir neçə təqdimat mərasimləri təşkil olunmuşdur. Həmçinin, idman
infrastrukturu, Olimpiya kəndi, atletlərin məskunlaşması istiqamətində müzakirələr aparılmışdır. Komissiyanın
üzvlərinə mövcud idman obyektləri nümayiş olunmuş, inşası davam edən infrastruktur barədə ətraflı məlumat
verilmişdir.
Qonaqların Olimpiya kəndində olduğunu diqqətə çatdıran A.Rəhimov burada bir binanın idmançıları qəbul
etməyə hazır olduğunu bildirmiş və komissiya üzvlərinin yaradılan şəraiti yüksək qiymətləndirdiyini ifadə
etmişdir. Vurğulamışdır ki, müzakirələr zamanı mötəbər yarışın loqosunun, rəsmi internet səhifəsinin
hazırlanması, Oyunların açılış və bağlanış, medalların təqdimat mərasimlərinin keçirilməsi istiqamətində müasir
və maraqlı təkliflər irəli sürülmüşdür.
Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə başçısı İlham Əliyevin AOK Koordinasiya Komitəsinin
üzvlərini qəbul etdiyini bildirən nazir qonaqların respublikamızda idmana göstərilən dövlət qayğısından
məmnunluqlarını ifadə etmişdir. Nazir birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın Koordinasiya Komitəsinin iclasında iştirak etdiyini və görülən işlər barədə məlumat verdiyini
diqqətə çatdırmışdır.
Nazir bildirmişdir ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək olan tarixdə keçiriləcəkdir.
İlk Oyunlarda 19 növ üzrə 6 min 351 idmançı qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı),
su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3,
160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256),
gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96),
atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik -
464), güləş (450) və qılıncoynatma (300) növləridir.
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində
təşkil olunacaqdır. Komissiya üzvləri həmin idman qurğusu ilə tanış olmuş və burdakı şəraiti yüksək
qiymətləndirmişlər.
A.Rəhimov qeyd etmişdir ki, idman növlərindən çimərlik futbolu, 3X3 və karate qeyri-olimpiya, qalanları isə
olimpiya təmayüllüdürlər. Bir neçə federasiya yarışların lisenziya xarakteri daşıyacağını bildirmişdir. Avropa
Oyunlarına təsnifat yarışları isə sonradan müəyyənləşdiriləcəkdir. Hər hansı ölkənin təsnifatdan keçmiş
idmançıları olmasa, onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcəkdir. Ev sahibliyi edən dövlət
isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir.
Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması istiqamətində möhtəşəm işlər görüldüyünü
diqqətə çatdıran Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu mötəbər yarışın Azərbaycanda təşkil
olunmasını bir uğur kimi qiymətləndirmişdir. Vurğulamışdır ki, burada güclü və peşəkarlardan təşkil olunmuş
komanda çalışır. Dövlətin idmana göstərdiyi qayğı isə bizi çox sevindirir. Ölkə başçısı İlham Əliyevin Milli
Olimpiya Komitəsinin Prezidenti olması burada idman siyasətinin düzgün istiqamətdə olmasından xəbər verir.
Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işlər məni yaxşı mənada təəccübləndirdi.
AOK-un prezidenti görüləcək işlərə dair çox yaxşı debatların təşkil olunduğunu diqqətə çatdırmışdır. Qeyd
etmişdir ki, Avropa Oyunlarına qalan iki il əslində çox az müddətdir. Hazırlıq üçün 7 il lazımdır. Amma biz
peşəkarları cəlb etməklə qısa vaxt ərzində məqsədlərimizə nail olacağıq. Avropa Oyunlarına öz yanaşmamız
olacaqdır. Bakının bu mötəbər yarışa təşkilatçılıq etməsi bir bəxtəvərlikdir. Bu irəliləyişi görəndən sonra digər
ölkələr 2019-cu il Avropa Oyunlarına namizədliyini vermək istəyirlər. 49 ölkənin hamısından idmançıların
birinci Avropa Oyunlarda iştirak edəcəklərini gözləyirəm.
P.Hikki Bakının Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyi halda Yay Olimpiya Oyunlarını da
keçirməyə qadir olacağını bildirmişdir. Qeyd etmişdir ki, Bakı 2 dəfə Yay Olimpiya Oyunlarına namizəd
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
39
olmuşdur. Realist olsaq, Olimpiada təşkil etmək üçün fürsət qazanmaq lazımdır. Əgər Avropa Oyunları uğurla
keçirilsə, bu, sizin üçün böyük şans olacaqdır. Hər kəsə sübut edəcəksiniz ki, belə nüfuzlu oyunları keçirməyə
qadirsiniz.
AOK-un prezidenti 2001-ci ildən etibarən Azərbaycana 5-ci dəfə gəldiyini və hər səfərində ölkəmizə məftun
olduğunu demişdir. Vurğulamışdır ki, Bakıda çox əsrarəngiz inkişaf vardır. Azərbaycan Prezidenti İlham Əliyev
ilə görüşdük və əmin olduq ki, həqiqətən də belə bir komanda ilə işləmək bizim üçün şərəflidir və çox
yaddaqalandır. Eyni zamanda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə görüşdük. Bizim çox
gözəl komandamız, ekspertlərimiz var. Əlimizdən gələni ortaya qoyaraq, işi yüksək səviyyədə görəcəyik.
Tədbir zamanı Azərbaycanın turizm imkanlarından bəhs edə videoçarx nümayiş olunmuşdur.
Dostları ilə paylaş: |