Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
4 mart 2015-ci il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
244
“Bakı-2015” birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub
“Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalır. Bununla bağlı martın 4-də
“Fairmont Baku” hotelində təşkil edilən tədbirdə birinci Avropa Oyunlarının medalları ictimaiyyətə
təqdim olunub.
Avropa Oyunlarının idman və ulduz elçilərinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan idmançılarının
Olimpiya Oyunlarındakı çıxışından bəhs edən videoçarx nümayiş etdirilib.
“Bakı-2015” Avropa Oyunlarının əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq mötəbər yarışa
hazırlığın yüksək səviyyədə aparıldığını bildirib. Qeyd edib ki, Avropa Oyunlarının biletləri aprelin əvvəlində
satışa çıxarılacaq. “Bakı-2015”in açılış mərasimi üçün biletlər 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat
olacaq. Heydər Əliyev adına İdman Arenasına və Milli Gimnastika Arenasına biletlərin qiyməti 2 manat təşkil
edəcək. Digər idman obyektlərində təşkil olunacaq yarışların seçim mərhələsi üçün biletlər 2-3, final mərhələsi
üçün isə 5 manata satılacaq.
On altı yaşdan aşağı uşaqların Avropa Oyunlarına pulsuz izləyəcəyini bildirən Saymon Kleq, “Bakı-2015”ə
biletlərin şəxsiyyət vəsiqəsi ilə satılacağını diqqətə çatdırıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva ölkəmizdə
Olimpiya hərəkatının inkişafından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb.
Bildirib ki, Azərbaycanı Avropa Oyunlarında 500 nəfərlik heyət təmsil edəcək. Bunlardan 295-i idmançı, 155-i
isə texniki heyətdir. İdmançılardan 166-sı kişi, 129-u isə qadındır.
Avropa Oyunlarının önəmindən danışan K.Nurullayeva yerli idmançılarımızın “Bakı-2015”ə ciddi
hazırlaşdıqlarını vurğulayıb.
Sonra Avropa Oyunlarının medalları nümayiş olunub. “Bakı-2015” brendinə uyğun şəkildə hazırlanmış və
üzərində dekorativ təsvirlər əks olunan medallar 380 qramlıqdır. Medallarn tərtibatı “Soçi-2014” Qış Olimpiya
və Paralimpiya Oyunlarının medallarını hazırlamış məşhur zərgərlik brendi “Adamas” ilə azərbaycanlı rəssam
Nərgiz Hüseynovaya məxsusdur. Medallar “Azərsuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.
Könüllülərin Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə hazırladıqları fləşmob
nümayiş etdirildikdən sonra jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, bu il iyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının
proqramına 20 idman növü daxil olunub. Avropadan 6 mindən çox idmançı 17 gün ərzində yarışların
mükafatları uğrunda mübarizə aparacaq.
“Xalq qəzeti”.-2015.-5 mart.-N 51.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
245
Əli Həsənov: Bəzi dairələr l Avropa Oyunlarını Azərbaycana qarşı aparılan “qara piar”ın baş
mövzusuna çevirməyə çalışırlar
Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul
etdikdən sonra ötən dövr ərzində Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək
səviyyədə təşkili üçün mühüm işlər görüb.
Yeni idman qurğularının tikintisi, mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat
infrastrukturunun dünyadakı qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi,
təhlükəsizlik və digər bu kimi məsələlər uğurla həll olunur və artıq başa çatmaq üzrədir. Avropa Olimpiya
Komitəsi öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirib. Bütün bunlar əminliklə deməyə əsas verir ki,
Azərbaycanda keçiriləcək l Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident
Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AZƏRTAC-a müsahibəsində bildirib.
Əli Həsənov deyib: “Təəssüf ki, Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə
etdiyi uğurları davamlı şəkildə gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən
vermək istəmir və l Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş
mövzusuna çevirməyə çalışırlar. “Amnesty International” təşkilatının l Avropa Oyunlarını boykot çağırışı,
oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici
KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz
nümunələridir”.
Prezidentin köməkçisinin sözlərinə görə, təsadüfi deyil ki, “Azadlıq” radiosu başda olmaqla bəzi maraqlı
qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını
əks etdirən video yayır və paylaşırlar: “Halbuki həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini
təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları
ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat
törətməyə çalışırlar.
Biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də rastlaşmışıq.
Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil
siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil. Əminik
ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək
və nə qədər gec deyil, həmin qüvvələri məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik”.
“Xalq qəzeti”.-2015.-5 mart.-N 51.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
246
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak edib
(9 mart 2015-ci il)
Bakı, 9 mart, AZƏRTAC.
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində Bakı Atıcılıq
Mərkəzinin açılışında iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına Mərkəz haqqında məlumat
verdi. Bildirildi ki, bu Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi
üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb.
Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır.
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən ərazidə inşa edilən bina və qurğuların
hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Bu idman obyektinin ərazisi
genişləndirilərək 19,6 hektara çatdırılıb. Burada geniş quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, ətraf
abadlaşdırılıb. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir. Binada müxtəlif funksional sahələr, o
cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-
xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var. Güllə atıcılığı sahəsində 10,
25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək. Güllə atıcılığı zallarında atış nəticələrini
avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor”
markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb. On metrlik məsafəyə qapalı atış tirində
80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə
yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik
məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz
metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar
var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və
50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Güllə atıcılığı binasında
Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara,
hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının
nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar yaradılıb.
Stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər
keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda
səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5
qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. İtaliyanın “Mattarelli” markalı hədəftullayıcıları Beynəlxalq Atıcılıq
Federasiyasının tələblərinə cavab verən avadanlıqlardır.
Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün mehmanxana binası da inşa
edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb. Binada,
həmçinin inzibati otaqlar da fəaliyyət göstərir.
Müasir idman infrastrukturuna malik Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək
təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakı
Atıcılıq Mərkəzinin istifadəyə verilməsi də görülən tədbirlərin mühüm tərkib hissəsidir. Onu da deyək ki, bu
mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir. Mərkəzdə 495 avtomobil yerlik yerüstü, həmçinin
26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib. Burada içməli və yanğına qarşı su anbarları, qazanxana və
nasosxana, transformator və generator məntəqələri var. Bu idman obyekti ayrıca qaz, su, kanalizasiya, elektrik,
rabitə, yüksəksürətli internet xətləri ilə təchiz edilib. Obyektdə havalandırma, yanğın xəbərverici və
yanğınsöndürmə, işıqlandırma sistemləri, təhlükəsizlik kameraları quraşdırılıb.
Beləliklə, belə müasir idman kompleksinin istifadəyə verilməsi “Bakı-2015” ilk Avropa Oyunları zamanı
bu idman növləri üzrə də yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq. Belə müasir idman
qurğularının istifadəyə verilməsi, mövcud komplekslərin ən yüksək səviyyədə yenidən qurulması və yeni idman
obyektlərinin inşası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılan
bütün layihələr uğurla, həm də vaxtında icra olunur. Müasir idman qurğularının yalnız Bakıda deyil, eləcə də
regionlarda inşası isə ölkəmizdə gənclərin idmana marağının artırılması və idmanın kütləviliyinin təmin
edilməsi istiqamətində atılan addımların ardıcıl xarakter aldığını nümayiş etdirir. Bu cür layihələrin
reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm
rol oynayır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
247
AZƏRTAC
9 mart 2015-ci il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
248
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Prezidentinin köməkçisi,
Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüşü olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” ilk Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın martın 9-da Rusiya Federasiyası Prezidentinin
köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin ilə görüşü olub.
Görüşdə bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib.
Qonaq Azərbaycanın belə bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirib.
Rusiya idmançılarının birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını qeyd edən İqor Levitin ölkəsinin bu
tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci Avropa Oyunlarına hazırlıq istiqamətində qısa
müddət ərzində böyük işlər görüldüyünü, paytaxtımızın belə möhtəşəm idman bayramına ev sahibliyi
etməsindən məmnunluğunu bildirib.
Son illər Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən, idmançılarımızın Avropa və dünya
çempionatlarında qazandıqları nailiyyətlərdən söz açan Mehriban Əliyeva qarşıdakı birinci Avropa Oyunlarında
iştirak edəcək hər bir kəsə uğurlar arzulayıb. Bu ərəfədə Avropanın bir sıra şəhərlərində “Bakı-2015”in
təqdimatlarının keçirildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti hamının Azərbaycanın paytaxtında
təşkil olunacaq yarışlardan böyük zövq alacağına əminliyini ifadə edib.
“Azərbaycan”.-2015.-11 mart.-N 55.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
249
Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Güləş Federasiyası arasında
anlaşma memorandumu imzalanıb
Martın 10-da “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) ilə Azərbaycan Güləş
Federasiyası (AGF) arasında anlaşma memorandumu imzalanıb.
BEGOC-un ofisində təşkil olunan tədbirdə əvvəlcə idmançılarımızın beynəlxalq yarışlarda çıxışından bəhs
edən videoçarx nümayiş olunub.
AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev memorandumun aprelin 16-19-da Heydər Əliyev adına
İdman Arenasında təşkil olunacaq yeniyetmələr və gənclər arasında federasiya kubokunun keçirilməsi üçün
imzalandığını diqqətə çatdırıb. Bildirib ki, Avropa Oyunlarına test xarakteri daşıyacaq yarışda 450-dən artıq
güləşçinin birincilik uğrunda mübarizə aparması nəzərdə tutulub.
Vitse-prezident qeyd edib ki, turnir Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və yarışda
beynəlxalq qurum tərəfindən döşəklərə edilən rəng dəyişikliyi tətbiq olunacaq. Həmçinin yarışın
mükafatlandırma mərasimi “Bakı-2015”də olduğu kimi təşkil olunacaq.
Namiq Əliyev deyib: “Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsi təkcə qitənin deyil, bütün
dünyanın diqqətini ölkəmizə cəlb edəcək. Avropanın ən güclü idmançılarının mübarizə aparacağı “Bakı-2015”
özündən sonra dünya idman tarixində yeni iz buraxacaq”.
Test yarışlarının keçirilməsinin əhəmiyyətindən danışan BEGOC-un korporativ direktoru Elçin Səfərov
güləş üzrə hazırlıq turnirinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Elçin Səfərov vurğulayıb ki,
“Bakı-2015” zamanı güləş yarışlarına ev sahibliyi edəcək Heydər Əliyev adına İdman Arenası yenidənqurma
işlərindən sonra istifadəyə verilib. Əminəm ki, beynəlxalq standartlara cavab verən bu idman obyektində
yarışlar yüksək səviyyədə təşkil olunacaq.
Sonra anlaşma memorandumu imzalanıb, jurnalistlərin sualları cavablandırılıb.
“Azərbaycan”.-2015.-11 mart.-N 54.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
250
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi AzTV ilə saziş imzalayıb
Martın 11-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziya və Radio
Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım sazişi imzalanıb.
Sazişə əsasən “Bakı-2015” yarışları 17 gün boyunca həm AzTV, həm də AzTV Sport (İdman Azərbaycan)
kanallarında nümayiş olunacaq. O cümlədən, mümkün qədər çox canlı yarışlar, möhtəşəm açılış və bağlanış
mərasimləri və ölkə boyunca məşəlin ötürülməsi turu nümayiş etdiriləcək.
Tədbirdə çıxış edən gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov ilk Avropa
Oyunlarının Azərbaycanın tarixində mühüm məqam olacağını söyləyib. AzTV-nin Azərbaycan xalqı üçün milli
televiziya və radio kanalı olduğunu qeyd edən nazir bildirib ki, bütün ölkəmizin bu tədbirin keçirilməsini və
idmançılarımızı dəstəkləyəcəyi çox sevindirici məqamdır.
“Xalq qəzeti”.-2015.-12 mart.-N 56.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
251
Birinci Avropa Oyunlarında Fransanı 250 idmançı təmsil edəcək
Fransa idmançıları Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Bu mötəbər yarışda
Fransanı 250 idmançı təmsil edəcək. Onların 12-si güləşçidir.
Bu barədə Fransa Güləş Federasiyasının texniki məsələlər üzrə direktoru Mişel Lafon AZƏRTAC-ın xüsusi
müxbirinə müsahibəsində məlumat verib.
M.Lafon deyib: “Komandamızın heyətində artıq çempion tituluna layiq görülmüş idmançımız Avropa
Oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq. 2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş
dünya çempionatının qalibi Melonin Numonviyə böyük ümid bəsləyirik”.
M.Lafon vurğulayıb ki, “Bakı-2015” ilk Avropa Oyunlarının Şərqlə Qərb arasında körpü rolunu oynayan
Azərbaycan kimi inkişaf edən bir ölkədə keçirilməsi mühüm hadisədir. Ümumiyyətlə, Avropa Oyunları kimi
yarışlar ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Əsgər ƏLİYEV,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
“Azərbaycan”.-2015.-13 mart.-N 57.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
252
Avropa Oyunları həm humanitar, həm də infrastruktur baxımından Azərbaycanda
böyük irs qoyacaq
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
Bir neçə aydan sonra Azərbaycan daha bir mötəbər tədbirə-I Avropa Oyunlarına ev sahibliyi edəcək.
Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesini
yüksək səviyyəyə çatdırıb.
Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacağı I Avropa
Oyunlarının Budapeşt və Roma şəhərlərində keçirilən təqdimat mərasimlərində iştirak edən diplomatik
korpusun nümayəndələri, dövlət məmurları, parlament üzvləri və dünyanın aparıcı kütləvi informasiya
vasitələrinin nümayəndələri hazırlıq işlərinin gedişindən məmnunluqla danışmış və bu mühüm əhəmiyyətli
tədbirin də uğurla başa çatacağına əminliklərini ifadə etmişlər. Təqdimat mərasimlərində ölkəmizin
mədəniyyətini, qədim tarixini, adət-ənənələrini, I Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işləri
özündə əks etdirən videoçarxların nümayiş etdirilməsi Azərbaycan haqqında daha geniş təəssürat yaratmışdır.
Mərasim iştirakçıları eyni zamanda, Azərbaycanın müxtəlif sahələrini əks etdirən sərgi ilə tanış olmuş,
qonaqlara milli mətbəximizdən yeməklər təqdim edilmişdir. Sərgi çərçivəsində qonaqlara I Avropa Oyunları ilə
bağlı bukletlər, suvenirlər və jurnallar da paylanılmışdır. Bütün bunlar Avropa Oyunları Təşkilat Komitəsinin
yüksək qiymətə layiq olan tədbirlər silsiləsidir.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir. Çünki Avropa Oyunları birinci dəfədir ki,
keçirilir. Olimpiya Oyunlarının Avropa qitəsində yaranmasına baxmayaraq, hələ bu günə qədər Avropa
Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi, təbii ki, böyük nailiyyətdir və bu da Avropanın,
eləcə də beynəlxalq birliyin ölkəmizə olan inam və etimadının nəticəsidir.
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə tarixi qərarın qəbul edilməsi təsadüfi deyildir. Belə
bir əhəmiyyətli qərarın qəbul edilməsində, ilk növbədə, ölkəmizin dünya birliyindəki nüfuzu, getdikcə artan
reytinqi və əlaqələrinin genişlənməsi həlledici rol oynamışdır. Son illər ərzində Azərbaycan dünya miqyasında
sürətlə inkişaf edən, demokratik prinsiplərə xüsusi önəm verən, insan hüquq və azadlıqlarının müdafiəsini daim
diqqət mərkəzində saxlayan, müasir, güclü ölkə kimi özünü təqdim edə bilmişdir. Müstəqilliyimizin cəmi 24 il
tarixi olsa da, postsovet ölkələri və Avropanın bir sıra dövlətləri ilə müqayisədə xeyli irəliyə getmişik.
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Respublikamızın beynəlxalq
nüfuzunun yüksək səviyyədə olmasını BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz, bu quruma iki dəfə,
həmçinin, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyimiz, eləcə də, dünyanın nüfuzlu beynəlxalq
qurumlarının öz tədbirlərini Azərbaycanda keçirmələri də təsdiqləyir.
Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin ildən-ilə möhkəmlənməsi və təsir imkanlarımızın
genişləndirilməsi ölkəmizin gələcək maraqlarının daha dolğun şəkildə təmin olunmasına zəmin yaradır. Bu da
Azərbaycanın inkişafını gözü götürməyən antimilli qüvvələri və onlarla əməkdaşlıq edən satqın radikal
müxalifət nümayəndələrini ciddi təşvişə salıb. Belə bədxahlar I Avropa Oyunları ərəfəsində min hiylə və məkrə
əl ataraq ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Biz “Eurovision” mahnı müsabiqəsinin
Bakıda keçirildiyi dönəmdə də bunun şahidi olduq. O zaman həmin xəyanətkarlar heç bir səbəb olmadan gah
aclıq aksiyası keçirir, gah da müxtəlif şayiələr yayırdılar. Bütün bunlara baxmayaraq, digər mötəbər tədbirlər
kimi, Avropanın mahnı yarışması da müvəffəqiyyətlə başa çatdı.
Ölkəmizin uğurlarını gözü götürməyən düşmən qüvvələr son vaxtlar yenidən fəallaşmağa başlayıblar. Onlara
“tutarlı faktlar” verən radikal müxalifət nümayəndələri, xüsusilə də AXCP sədri Əli Kərimli, onun əlaltıları I
Avropa Oyunları ərəfəsində müxtəlif antimilli hərəkətlər edərək ölkəmizə qarşı piara başlamışdır. Görünür,
Ə.Kərimli hələ də dərk edə bilmir ki, idman sağlamlıqdır, dostluqdur, həmrəylikdir, xalqları bir-birinə daha da
yaxınlaşdırır. Mənəvi cəhətdən xəstə olan bir şəxsin belə şeyləri dərk etməməsini təbii hesab edirəm. Mən
Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui- Marın dediklərini bir
daha AXCP sədrinin diqqətinə çatdırmaq istərdim: “Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində idman
Azərbaycanın milli missiyasına çevrilib. Bakıda keçiriləcək ilk Avropa Oyunları Azərbaycanı qitənin idman
xəritəsinə bir daha təqdim etmək üçün olduqca gözəl fürsətdir”.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
253
Fikir verin, dünyanın tanınmış ictimai-siyasi xadimləri, diplomatları belə fürsətdən yetərincə istifadə etmək
üçün əlverişli məqamın yarandığını bildirdikləri halda, Əli Kərimli ölkədə qarşıdurma yaratmaqla tədbir
iştirakçılarının diqqətini özünün məkrli oyunlarına cəlb etmək istəyir.
Beynəlxalq miqyaslı tədbirlərin birində ölkəmizdə gedən uğurlu demokratik proseslərdən, azad, ədalətli,
şəffaf seçkilərin keçirilməsindən, Prezidentin əfv sərəncamlarından razılıq edilən bir zamanda AXCP sədri Əli
Kərimlinin Azərbaycanda insan haqlarının pozulması, vətəndaşların öz fikirlərinı sərbəst ifadə etmələrinin
qarşısının alınması, “siyasi məhbuslar” və digər yalanlarla dolu müraciətinin yayıldığı bildirildi. Moldovadan
olan deputat həmkarım demişdi ki, mən öz ölkəmdə müxalifət nümayəndəsiyəm. Ancaq beynəlxalq tədbirlərdə
ölkəmizin milli maraqlarını, nüfuzunu bütün vasitələrlə qoruyuram. Respublikamıza qayıtdıqdan sonra yenə də
müxalifət olaraq qalacağam.Vətənimin mənafeyi mənim üçün hər şeydən üstündür. Ancaq sizin müxalifət
nümayəndəniz beynəlxalq aləmdə ölkənizi nüfuzdan salmağa çalışır. Bu necə müxalifətçilikdir? Hesab edirəm
ki, bu müxalifətçilik yox, öz Vətəninə düşmənçilikdir.
Mən onunla tamamilə razıyam. Xatırladım ki, AXCP sədri Əli Kərimli Azərbaycan Parlament nümayəndə
heyəti Avropa Şurası Parlament Assambleyasının ilk iclasına gedən zaman da AŞPA-nın rəhbərliyinə bizim
nümayəndə heyətinin mandatını təsdiq etməmək barədə müraciət etmişdi. O vaxt da Moldovadan olan həmin
müxalifət nümayəndəsi bu müraciəti ikrah hissi ilə qarşılamışdı. O demişdi ki, belə müxalifətçilik olmaz.
Son illərin təhlili göstərir ki, AXCP sədrinin fəaliyyəti heç zaman xalqın ümumi maraqları üzərində
qurulmayıb. Hakimiyyətdən şəffaflıq, qanun, demokratiya və düzgünlük tələb edən Ə.Kərimlinin özü, görəsən,
bu tələblərə niyə əməl etmir? 20 ildən artıqdır ki, partiyanın sədrlik postunu zəbt edən bu xəyanətkar
gənclərimizin mənəviyyatını korlamaqla, onların antivətən ruhunda yetişdirilməsi üçün min oyundan çıxır.
Hamımıza yaxşı məlumdur ki, gənclərimizin belə pis ruhda yetişmələrinin sifarişi ermənipərəst qüvvələrdən
gəlir. Bu çirkin sifarişin icraçısı isə Ə. Kərimlidir. Xatirinizdədirsə o bir gənci aldadıb ermənilərlə danışığa,
Azərbaycanda hakimiyyəti silahlı yolla devirmək üçün düşmənlərimizdən maliyyə dəstəyi almağa göndərmişdi.
Son anda həmin gənc ifşa olundu, sonra da səhvini başa düşdü və əfv olunmaq üçün dövlət başçısına müraciət
etdi. Ötən il ölkədə partlayışlar yolu ilə təxribatlar törətmək istəyən bir qrup gənc zərərsizləşdirildi və həbs
olundu. Aparılan araşdırmalar zamanı məlum oldu ki, həmin gəncləri də AXCP sədri Əli Kərimli
təlimatlandırıbmış. Onların da bir neçəsi səhv yolda olduqlarını, AXCP sədrinin yalan vədlərinə inandıqlarını
etiraf etmiş və əfv olunmaq üçün ölkə Prezidentinə müraciət ünvanlamışdılar. Azərbaycan Prezidenti yüksək
humanistlik nümayiş etdirərək həmin gəncləri əfv etmiş və gələcək həyatlarını düzgün müəyyənləşdirmək üçün
onlara bir daha imkan yaratmışdır.
Son günlər Ə. Kərimli mitinq keçirmək və gənclərin beynini yenidən zəhərləmək, onları müxtəlif yollarla
aldadaraq dövlətçiliyə qarşı mübarizəyə təhrik etmək sevdasına düşüb. Təbii ki, gənclərimiz onun təxribatçı və
antimilli çağrışlarına səs verməyəcək. Çünki bundan əvvəl AXCP sədrinin gənclərin başına açdığı oyunlar
hamının gözü qarşısındadır. Artıq gənclərimiz çox yaxşı bilir və hiss edirlər ki, Azərbaycan dövləti kifayət
qədər güclüdür və bütün sahələrdə inkişaf müşahidə olunur. Gənc mütəxəssislərə, peşəkarlara böyük ehtiyac
var. Bir vaxtlar iş axtarmaq üçün xarici ölkələrə üz tutan gənclərimiz artıq Vətənə qayıdırlar. Gənclərimizin
beynəlxalq aləmə inteqrasiyası, biliklərini, dünyagörüşlərini genişləndirmək üçün bütün imkanlardan istifadə
olunur. Axı, gələcəyinə qiymət verən xalq vətənpərvər və müasir təfəkkürlü gənc nəslin formalaşmasına böyük
diqqət göstərməlidir. Təbii ki, bütün bunlar dövlət başçısının diqqət mərkəzində saxladığı prioritet
sahələrdəndir. Ölkə gəncləri isə onlar üçün yaradılmış şəraitdən istifadə edərək, gənclik illərini faydalı əməyə
həsr etməli, dövlətin, xalqın, Vətənin mənafeyini uca tutmalıdırlar. Gənclərimiz ayıq-sayıq olmalı, antimilli
mövqeyindən hələ də əl çəkməyən, ermənipərəst dairələrin çirkli pulları hesabına əsas fəaliyyətini ölkəmizin
nüfuzuna xələl gətirməyə istiqamətləndirən AXCP sədri Əli Kərimlinin yalan vədlərinə inanmamalıdırlar. Biz
də inanırıq ki, onlar dövlətçilik əleyhinə yönəlmiş mitinqlərə “yox” deyəcək, xarici düşmənlərimizin sifarişlərini
yerinə yetirən Əli Kərimli kimi xəyanətkarların çağırışına qoşulmayacaqlar.
Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində qara piar kampaniyasına başlayan ermənipərəst dairələrin,
onlara donosbazlıq edən AXCP sədri Əli Kərimli və o əqidədə olan milli xəyanətkarların, satqınların bütün
cəhdləri yenə də iflasa uğrayacaq. Onları qıcıqlandıran budur ki, beynəlxalq birlik Azərbaycana böyük etimad
göstərir və birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsinə razılıq verib.
Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım
Əliyevanın dedikləri qara piar kampaniyası aparan bədxahlara tutarlı cavabdır: “ Avropa Olimpiya Oyunlarını
ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir. Azərbaycan yaxşı
anlayır ki, həm də Oyunların gələcək standartlarını müəyyənləşdirəcək. Azərbaycan bu oyunları ən yüksək
səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. İlk Avropa Oyunları ədalət, sağlam
rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm
idman bayramına çevriləcək”.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
254
Dostları ilə paylaş: |