Odlar Yurdunda Avropa məşəli
Azərbaycan Avropa Oyunlarına tam hazırdır
Səxavət HƏMİD.
Cəmi iki aydan sonra Azərbaycan paytaxtı növbəti dəfə möhtəşəm beynəlxalq tədbirin keçirilmə
məkanı olacaq. Söhbət, təbii ki, iyunun 12-28-də paytaxtımızda baş tutacaq Birinci Avropa Oyunlarından
gedir. Bu, əlbəttə, böyük tarixi hadisədir. Çünki tarixdə ilk dəfədir ki, Avropa Oyunları keçirilir.
Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıb və ondan sonra Avropa qitəsində də bərpa
edilib, ancaq bu günədək Avropa Oyunları keçirilməyib. İlk Avropa oyunlarının Bakıda keçirilməsi,
əlbəttə, böyük nailiyyət və uğurumuzdur. Sözsüz ki, bu tarixi qərarın qəbul edilməsində ölkəmizin
beynəlxalq nüfuzu həlledici rol oynayıb.
Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən, müasir güclü ölkə kimi təqdim
edə bilib. Baxmayaraq ki, 24 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox
etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Avropa idman ailəsinin Azərbaycana göstərdiyi etimadın
təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynayıb. Çünki Azərbaycan bu gün dünyada
və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında,
həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10
medal qazanıb və Avropa ölkələri arasında 15-ci yerə layiq görülüb. Əlbəttə, idmançıların uğurlu çıxışları bu
oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərib. Digər tərəfdən, bu oyunlar Qarabağ həqiqətlərinin və
ölkəmizin təbliğatı üçün geniş imkanlar yaradacaq.
Avropa Oyunlarının xronikası
Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində Romada baş tutmuş
Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildən bir
keçirilməsi planlaşdırılır, növbəti oyunlar 2019-cu ildə baş tutacaq. Baş Assambleya iştirakçıları arasında
keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının
Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidentinin
sərəncamı ilə qurulub. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə
Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı
2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılıb.
BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri Azad Rəhimov, baş əməliyyat direktoru Saymon
Kleqdir.
Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 6 min nəfərədək
idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının təxminən 2 min olması gözlənilir.
Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri
nümayəndələrinin gəlişi gözlənilir. Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin
razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 olimpiya idman növündən minimum 18-nin və 2 qeyri-
olimpiya idman növünün daxil edilməsi gözlənilir. Beləliklə, yarışlar idmanın 20 növü üzrə keçiriləcək. Bura
güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cü-do, taekvon-do, badminton, qılıncoynatma,
atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7 və digər idman
növləri daxildir. Bu yarışlardan 11-i 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına
lisenziya xarakterlidir. Yarışlar 253 komplekt medal uğrunda keçiriləcək.
49 ölkədən 6 mindən çox idmançı
Artıq qeyd etdiyimiz kimi, Birinci Avropa Oyunları bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk
Avropa oyunlarıdır. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya
Təşkilatı tərəfindən keçirilir. Oyunlarda 49 ölkədən 6000-dən çox idmançının yarışacağı gözlənilir.
I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyənləşdirilib. Yarışların
Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal
Hall", "Sərhədçi" İdman Olimpiya Kompleksi, Əl Oyunları Sarayı, 8-ci kilometr stadionu, Güllə Atıcılığı Stendi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
277
və Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulur. Artıq Bakı Olimpiya Stadionunun inşası başa çatıb və
açılış mərasimi keçirilib. Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının yaxın vaxtlarda
bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaq. I Avropa
Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min
yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.
Məşəl apreldə yandırılacaq
Gənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirakı
zamanı İlk Avropa Oyunlarının məşəlinin aprelin 26-da yandırılacağını deyib. Nazir qeyd edib ki, məşəl
yandırıldıqdan sonra onun Azərbaycanın bütün regionlarına, şəhərlərinə məşhur insanlar, idmançılar ilə birgə
səfəri başlayacaq. A.Rəhimov bildirib ki, oyunların keçirilməsinə bir gün qalmış məşəlin Bakı şəhərində -
Olimpiya stadionunda yandırılması nəzərdə tutulur.
A.Rəhimov həmçinin aprel ayı ərzində Bakıda bütün idman qurğularının istifadə veriləcəyini söyləyib: "Biz
aprelin 10-a qədər Su İdman Mərkəzinin təhvil veriləcəyini gözləyirik. Ondan sonra Avropa Parkı, Heydər
Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları növbəti
ay ərzində olmalıdır. Bundan sonra biz deyə bilərik ki, Bakı şəhəri böyük və möhtəşəm yarışları qəbul etməyə
tam şəkildə hazır olacaq".
30 mindən artıq könüllü qeydiyyatdan keçib
"Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsi "Alovqoruyanlar" könüllülər proqramının iştirakçısı
olmaq istəyənlər üçün son müraciət tarixinin aprelin 3-ü olduğunu elan edib. Minlərlə gənc, eyni zamanda, yerli
və xarici namizədlər bu fürsətdən istifadə edərək "Bakı-2015"də müxtəlif sahələrdə könüllü kimi fəaliyyət
göstərə biləcəklər.
"Bakı-2015" "Alovqoruyanlar" könüllülər proqramına rəsmi olaraq ötən il iyunun 12-də start verilib. Bu
müddətdə iştirak üçün 30 mindən çox müraciət daxil olub. Hər həftə işə qəbul mərkəzində müraciət edən
yüzlərlə namizədlə müsahibələr aparılır. Könüllü olmaq istəyənlərlə müsahibələr aprelin sonunadək davam
etdiriləcək. Lakin namizəd olmaq istəyənlər aprelin 3-dək müraciət formalarını göndərməlidirlər.
Oyunlar ərzində "Alovqoruyanlar" əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə köməklik
göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və yaxud media nümayəndələrinə yardım edəcəklər.
Gənclər və idman naziri Azad Rəhimov bu barədə deyib ki, Avropa Oyunlarının könüllü proqramı gənclərin
"Bakı-2015"ə qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün gözəl imkan yaradır. Bütün
"Alovqoruyanlar"ımız Azərbaycanda çoxnövlü idman yarışı çərçivəsində daimi irs qoyan proqram sayəsində
ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeraları üçün çox mühüm təcrübə qazanacaqlar.
Türkiyə Bakıya 153 idmançı göndərir
Türkiyə Milli Olimpiya Komitəsi (TMOK) "Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil olan
bütün - idmanın 20 növü üzrə təmsil ediləcək. TMOK-un saytında yerləşdirilən xəbərə görə, Türkiyə Bakıda
keçiriləcək yarışa 153 idmançı göndərəcək. Onlardan 90-ı kişi, 63-ü isə qadındır.
Türkiyə "Bakı-2015"də atıcılıqda 4, atletikada 1, bədii gimnastikada 4, basketbol 3X3 üzrə 8 (bir kişi və bir
qadın komandası), velosiped idmanında 6, boksda 13 (4 qadın və 9 kişi), qılıncoynatmada 3, güləşdə 24, cüdoda
2, kanoedə 6, karatedə 11 (5 kişi və 6 qadın), stolüstü tennisdə 2, kamandan oxatmada 2, çimərlik voleybolunda
4 (2 kişi komandası), samboda 1, sinxron üzgüçülükdə 10, su polosunda 13 (kişi komandası), triatlonda 3,
voleybolda 24 (1 kişi və 1 qadın komandası), üzgüçülükdə 12 idmançı ilə mübarizə aparacaq.
İtaliyanı "Bakı-2015"də 300 idmançı təmsil edəcək
İtaliyanı isə "Bakı-2015" ilk Avropa Oyunlarında təxminən 300 idmançı təmsil edəcək. Bu barədə İtaliya
Milli Olimpiya Komitəsinin (İMOK) mətbuat idarəsinin rəhbəri Danilo di Tommaso bildirib.
D.Tommaso İtaliyanı ilk Avropa Oyunlarında təmsil edəcək idmançıların yarışlara böyük həyəcanla
hazırlaşdıqlarını bildirib: "Təmsilçilərimiz atletika, aerobika gimnastikası və sambodan başqa bütün idman
növləri üzrə mübarizə aparacaqlar".
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
278
İMOK-un mətbuat idarəsinin rəhbəri onu da əlavə edib ki, "Bakı-2015" ilk Avropa Oyunları çərçivəsində
"Casa İtalia" adlı sərgi təşkil olunacaq. İtaliyanın əsasən Olimpiya oyunlarında təşkil etdiyi və "Milli
qonaqpərvərlik evi" adlanan bu sərgi yarışlar boyu davam edəcək. Sərgidə İtaliyanın idman aləmi, mədəni
dəyərləri, mətbəxi və bu ölkəyə xas olan digər maraqlı məqamlar nümayiş olunacaq.
D.Tommaso belə bir sərginin təşkilinin İtaliyanın "Bakı-2015" yarışlarına Olimpiya Oyunları səviyyəsində
yanaşmasından irəli gəldiyini xüsusi qeyd edib.
Latviyadan 70 idmançı gələcək
Avropa qitəsinin ən maraqlı idman yarışlarında Latviyanı təqribən 70 idmançı təmsil edəcək. Avropa
oyunlarında iştirak etmək üçün idmanın bir çox növləri üzrə təsnifat yarışları artıq başa çatsa da, idmançıların
seçimi aprel ayına qədər davam edəcək.
Latviya Olimpiya Komitəsinin (LOK) prezidenti Aldons Vrublevskis bildirib ki, Latviya komandasının
büdcəsi təqribən 210 000 avroya bərabərdir. O deyib ki, Milli İdman Şurası Latviyanın komandasına əlavə
vəsaitin ayrılması barədə razılığa gəlib. Bu isə o deməkdir ki, mövcud 50 min avroya 158 400 avro əlavə edilə
bilər. Vəsait komandanın dolanışığı üçün nəzərdə tutulub.
LOK-nin prezidenti bildirib ki, Avropa oyunları iştirakçılarının dəqiq siyahısı idmanın bütün növləri üzrə
seçim yarışları başa çatandan sonra - yazın sonunda və ya yayın əvvəlində təqdim olunacaq.
"Bakı-2015" ilk Avropa Oyunları dünyanın 55 ölkəsində nümayiş olunacaq
Onu da qeyd edək ki, İlk Avropa Oyunları Beynəlxalq İdman Teleyayımı Şirkəti (International
Broadcasting, ISB) tərəfindən yayımlayacaq. Avropa Oyunları zamanı Beynəlxalq İdman Teleyayımı yüksək
dəqiqliklə gözlənilən 1,200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək, bura bütün yarımfinal və
finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. ISB açılış və bağlanış
mərasimlərini və Azadlıq Meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq.
Bu günlərdə isə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi yarışların Hindistanda yayımlanması
üçün "NEO Sports" şəbəkəsi ilə saziş imzalayıb. Sazişə əsasən "Bakı-2015" Avropa Oyunları "NEO Sports" və
"NEO Prime" kanalları vasitəsilə Hindistanın bütün ərazisində yayımlanacaq. Bu sazişin bağlanması ilə Avropa
Oyunları ABŞ, Çin və ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacaq.
“Gündəlik Teleqraf”.-2015.-2 aprel.-N 55.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
279
Avropa oyunlarını ən yüksək səviyyədə keçirməliyik
Mikayil Nuri
Biz bu yarışda iştirak etməklə ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini, malik olduğu təbii
imkanları dünyaya çatdırmalıyıq
Azərbaycanın tarixində bu il bir ilk yaşanacaq. Artıq həmin tarixi ana saylı günlər qalır. Qafqazın ən qüdrətli
ölkəsi olan Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanıb və bu
tendensiya davam edir. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi özünün möhtəşəmliyi və
genişmiqyaslı olması ilə bütün dünyanın diqqət mərkəzindədir.
İlk tarixini yaşayacaq Oyunların ölkəmizdə keçirilməsinə maraq böyükdür. Avropa Oyunlarının yüksək
səviyyədə keçirilməsi və ölkəmizə gələn qonaqlara göstərilən xidmətin lazımi səviyyədə olması əsas
məsələlərdən biridir. Bu işlərin uğurla getməsi və yekunlaşması üçün çox böyük işçi qüvvəsinin köməyinə
ehtiyac duyulacaq. Bu da dünya təcrübəsində geniş istifadə olunan könüllülərdir.
Minlərlə səmimi, mehriban könüllülərin iştirakı olmadan Avropa Oyunlarında uğur qazanmaq və bu yarışları
lazımı səviyyədə təşkil etmək çətindir. Könüllülər Oyunların güzgüsü olaraq Bakı şəhərinə gələn qonaqlar üçün
nadir bir mühitin yaradılmasına kömək edəcəklər. Onlar miqyasına görə böyük olan yarışların, tədbirlərin
keçirilməsində aparıcı rol oynayırlar. Könüllülər qarşılıqsız və təmənnasız, öz istəklərinə uyğun olaraq fəaliyyət
göstərirlər. Bu, həm onların özləri üçün lazımdır, həm də İlk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi
dövlətimizin beynəlxalq nüfuzu üçün böyük əhəmiyyət kəsb edir. Bu kimi böyük ölçülü və irihəcmli bir tədbirin
həyata keçirilməsi zamanı, qonaqların qəbul olunmasında, idman sahəsində görülən işlərə kömək edilməsində,
media təmsilçilərinə və fəxri qonaqlara kömək göstərilməsində 10000-dən çox müxtəlif təyinatlı könüllülərin
imkanlarından istifadə olunacaq.
Onlar könüllü olaraq nə qazanacaqlar?
1. Gələcəkdə bütün həyatınız üçün vacib və unudulmaz təcrübə yığmaq imkanı əldə etmək.
2. Yeni dostlar qazanmaq və güclü bir komandanın üzvü olmaq.
3. Azərbaycanda ilk dəfə keçirilən və çoxsaylı idman növləri ilə əhatə olunan ən böyük tədbirə töhfə vermək
.
4. Peşəkar mütəxəssislərin təlim kurslarında iştirak etmək və onlarla birlikdə işləmək.
5. Xüsusi mükafatlandırma tədbirlərinə qatılmaq və yarışın sonunda könüllü iştirakçılara sertifikat və eləcə
də bir sıra digər xatirə hədiyyələrinin verilməsi.
Yarışın davam etdiyi müddətdə könüllü kimi iştirak edən gənclərin bütün imtiyazları dövlət tərəfindən təmin
ediləcək. Xüsusilə demək olar ki, könüllülərin hamısı gənclərdən təşkil olunduğundan onların əksəriyyəti bu
işdə fəallıq göstərirlər. Oyunlar 17 gün ərzində keçirildiyindən könüllülərin də fəaliyyəti bu müddət ərzində baş
tutacaq. Oyunlarda müxtəlif idman növlərini təmsil edən 6000 idmançı yarışacaq. Bununla yanaşı turist və
qonaqların da sayını nəzərə alsaq, bu rəqəm daha da böyük olacaq. Qısa müddət ərzində bütün işləri lazımi
səviyyədə yerinə yetirmək üçün təcrübəli olmaq vacib məsələdir.
Biz bunun mahiyyətini və məsuliyyətini düzgün dərk etməliyik. Çünki bu imkanlardan yararlanmaq çox
vacibdir. Biz bu yarışda iştirak etməklə ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini, malik olduğu
təbii imkanları dünyaya çatdırmalıyıq. Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələcək qonaqların dünyanın
müxtəlif ölkələrindən olduğunu nəzərə alsaq bu işi elə təşkil etməliyik ki, onlara qısa müddət ərzində ölkəmizi
yaxşı mənada sevdirə bilək. Bu Oyunların təşkili və yüksək səviyyədə keçirilməsi Azərbaycanı idman ölkəsi
kimi dünyaya tanıtmaqla yanaşı, həm də dünyada siyasi və iqtisadi güc mərkəzi kimi göstərmək baxımından
böyük əhəmiyyət daşıyır. Amma Oyunların keçirilməsinə az vaxt qaldıqca ölkəmizə qarşı bəzi bədxah qüvvələr
tərəfindən böhtan və qarayaxma kampaniyası da genişlənir. Azərbaycanın iqtisadi, sosial, siyasi, və digər
sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi xarici dairələr bu fürsəti əldən vermək istəmirlər .
Onlar öz mənfur niyyətlərini reallaşdırmaq üçün Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar”
kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar.
Bir çox təşkilatların Avropa Oyunlarını boykot etmək çağırışı, oyunların həyata keçirilməsi ilə bağlı həyata
keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən
qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu qurumların iç üzünü bir daha göstərir. Bu təşkilatların
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
280
məqsədi Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və beynəlxalq idman tədbirinə mane
olmağa hesablanıb.
Bu cür təxribatlar hələ 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də baş vermişdi. Ancaq bütün
bu kimi cəhdlər faydasız oldu və Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə mane olmaq istəyən
qüvvələrin qurduqları məkrli və çirkin oyundan başqa bir şey olmadı. Ümid edirik ki, bu qüvvələr öz
siyasətlərindən əl çəkəcəklər və Azərbaycanın reallıqlarını qəbul edəcəklər. Biz çalışmalıyıq ki, İlk Avropa
Oyunlarının keçirilməsinə hər birimiz öz töhfəmizi ən layiqli şəkildə verək.
“İki sahil”.-2015.-2 aprel.-№ 56.-S.14.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
281
Birinci Avropa Oyunlarına hazırlıq tədbirləri davam edir
Mirbağır Yaqubzadə
Dünən Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin birgə təşkilatçılığı ilə “Birinci
Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda
rayon müşavirəsi keçirildi.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə
Hallar Komissiyasının sədri Şahmar İbadov Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları,
eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verərək Birinci
Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlər üzrə Nərimanov rayonu
ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırdı. Qeyd
olundu ki, ötən müddətdə yenicə inşa edilən Olimpiya stadionunun ətrafında, xüsusilə Ziya Bünyadov prospekti
boyu ərazilərdə, eləcə də rayonda yerləşən müəssisələrin ətrafında geniş abadlıq və quruculuq işləri aparılmış,
yaşıllıqlar salınmışdır. Bununla yanaşı, aidiyyəti qurumlarla birgə rayonun magistral prospekt və küçələrinin
asfalt örtüyünün bərpası, binaların fasad hissələrinin koloristik həlli, park və xiyabanlarda səliqə-sahman
yaradılması, oturacaqların təmir olunması, fəvvarələrin işlək vəziyyətdə olması üçün zəruri tədbirlərin
görülməsi, habelə rayon ərazisində fiziki və hüquqi şəxslər tərəfindən müvafiq sənədlər əsasında həyata
keçirilən əsaslı tikinti işləri zamanı inşaat meydançasının hasarla əhatə olunmasının təmin edilməsi, texniki
kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işlərinin məhdudlaşdırılması və digər sahələrdə
mühüm tədbirlər həyata keçirilmişdir.
Natiq, həmçinin hazırda “Bakı-2015" I Avropa Oyunlarına daxil olan idman növlərinin rayonun idman
ictimaiyyəti, tələbə və şagirdlər arasında təbliğ edilməsi, rayondan seçilmiş könüllülərlə işin qurulması, onlarla
sıx əməkdaşlığın aparılması yönündə müvafiq tədbirlərin həyata keçirildiyini və Avropa Oyunları ərəfəsində,
eləcə də yarış müddətində oyunlara vəsiqə qazanmış idmançılarla görüşlərin keçirilməsi, ölkəmizə gələn
idmançılar və turistlər üçün mədəniyyət və istirahət parklarında mədəni-kütləvi tədbirlərin təşkilinin nəzərdə
tutulduğunu diqqətə çatdırdı.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev nümayiş olunan
videogörüntülər əsasında “Bakı-2015" Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı
məlumat verərək bütün məsul təşkilatların üzərinə düşən vəzifələrin mükəmməl yerinə yetirilməsi üçün
məsuliyyətin daha da artırılmasının zəruriliyini qeyd etdi. Daha sonra Bakı Avropa Oyunları Əməliyyat
Komitəsi Təhlükəsizlik Departamentinin direktoru Peter Aşvin Avropa oyunlarına hazırlıq və keçirilməsi
dövründə idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində aparılacaq əməliyyatlar
barədə ətraflı məlumat verdi.
Tədbirdə Nərimanov Rayon Fövqəladə Hallar Komissiyasının yerli özünüidarəetmə orqanlarının, mülki
müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının yarışların keçiriləcəyi ərazilərin və əhalinin fövqəladə
hadisələrdən mühafizəsini təmin etmək üçün mülki müdafiə işinin tədrisi, təşkili, baş verə biləcək fövqəladə
hadisələrinin qarşısının alınması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və nazirliyin yerli orqanı olan Nərimanov
Rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi ilə daim qarşılıqlı surətdə fəaliyyət göstərməyin vacibliyi
vurğulandı.
“Xalq qəzeti”.-2015.-3 aprel.-N 68.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
282
Dostları ilə paylaş: |