“Xalq qəzeti”.-2015.-17 mart.-N 60.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
261
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi UNICEF ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
UNICEF və “Bakı-2015” Avropa Oyunları bütün uşaqlar üçün idmanın gücünü artırmaq məqsədilə martın
16-da “Fairmont Baku” mehmanxanasında tərəfdaşlıq müqaviləsi imzalayıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə
“Bakı-2015”ə hazırlıqla bağlı videoçarx nümayiş olunub.
Azərbaycanda əhalinin 60 faizdən çoxunu gənclərin təşkil etdiyini bildirən gənclər və idman naziri Azad
Rəhimov ölkəmizdə bu təbəqənin inkişafı istiqamətində görülən mühüm işlər barədə danışıb. Nazir bildirib ki,
ölkəmizdə gənclər əzmkar və uzaqgörən ideyalara sahibdirlər. İdman maarifləndirmə işində mühüm rol oynayır,
ölkəmiz də bu tipli irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bundan əlavə, gələn il
Azərbaycanda “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci
ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu keçiriləcək.
Avropa Oyunlarının böyük potensiala malik olduğunu diqqətə çatdıran Azad Rəhimov “Bakı-2015”dən
sonra bu potensialdan xalqın mənafeyinə uyğun istifadə ediləcəyini vurğulayıb. Bildirib ki, tərəfdaşlıq
müqaviləsinə Azərbaycanın 21 rayonunda keçiriləcək onlayn məsləhətləşmələr daxildir. Bu məsləhətləşmələr
Avropa Oyunlarından iki gün əvvəl Bakıda keçiriləcək təhlükəsizlik və hərtərəfli idman üzrə milli gənclər
müşavirəsinin bir hissəsidir. Məsləhətləşmələr, həmçinin gəncləri öz icmalarında idmana və ölkədə çoxsaylı
idman infrastrukturundan tam istifadə etməyə həvəsləndirəcək.
Dünyada idmanın güclü tanıtım vasitəsi olduğunu bildirən UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə
regional direktoru xanım Marie-Pierre Poirier Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsini
yüksək qiymətləndirib. Qeyd edib ki, bəzən ölkələr irimiqyaslı yarışlara ev sahibliyi etməklə böyük uğura imza
atırlar. Bu cür tədbirlər zamanı dünyanın bütün diqqəti həmin ölkəyə yönəlir. Son illərdə Braziliya, Çin, Cənubi
Afrika Respublikası kimi ölkələr məhz bu tipli idman tədbirlərinə görə diqqət mərkəzinə çevrilib. Avropa
Oyunları Azərbaycanın müasirliyini və dinamik inkişafını bütün dünyaya nümayiş etdirəcək.
Avropa Oyunlarının özündə dostluğu və hörməti ehtiva etdiyini bildirən Marie-Pierre Poirier irimiqyaslı
idman tədbirlərində uşaqların iştirakının vacibliyini bildirib. Vurğulayıb ki, “Barselona” klubu, tanınmış
futbolçular Devid Bekham, Leonel Messi, tennisçi Serena Uilyams UNICEF-in layihələrində yaxından iştirak
edir və uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayırlar.
Sonra Azad Rəhimov və Marie-Pierre Poirier müqaviləni imzalayıblar.
Müqavilə gənclərə idmanın onların həyatına necə təhlükəsiz və hərtərəfli dəyər gətirdiyini əks etdirir,
həmçinin oyunların sosial irsinin inkişafında gənclərin rolunu gücləndirir.
“Azərbaycan”.-2015.-17 mart.-N 60.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
262
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun açılışında iştirak edib
(18 mart 2015-ci il)
Bakı, 18 mart, AZƏRTAC.
Martın 18-də Bakı Olimpiya Stadionunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Bakı Olimpiya Stadionunun təməli 2011-ci il iyunun 6-da qoyulub. Mərasimdə Prezident İlham Əliyev,
FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli
nümayəndələri, federasiya rəhbərləri və futbol veteranları iştirak etmişdilər. Ətrafında ümumilikdə 82 min
kvadratmetrlik yaşıllıq sahəsinin salındığı Bakı Olimpiya Stadionu yüksək keyfiyyətlə inşa olunub və artıq
istifadəyə hazırdır.
Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Qeyd edildi ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir.
Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya
normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün
də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.
Sonra Prezident İlham Əliyevə və xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən
işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, burada işlər artıq başa çatdırılıb. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından
istifadə olunub. Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə dəfələrlə tanış olan, tikintinin keyfiyyətlə
həyata keçirilməsini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq
olaraq bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə aparılan
quruculuq işlərinə bir töhfədir. İlk Avropa Oyunlarına hazırlıq, o cümlədən Bakı Olimpiya Stadionunda inşaat
işlərinin gedişi ilə bağlı birinci Avropa Oyunları Təşkilat Komitəsi fəal iş aparır. Komitə tərəfindən təşkilati
işlər yüksək səviyyədə həyata keçirilir. İlk Avropa Oyunlarına hazırlıqla bağlı işlərin beynəlxalq standartlara
uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Avropa Oyunlarının
Koordinasiya Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları hazırlıq işlərinin yüksək səviyyədə
aparılmasında xüsusi önəm daşıyır. İlk Avropa Oyunlarının xaricdə təbliğ olunması işinə də böyük əhəmiyyət
verilir. Bununla bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra
ölkələrində keçirilən təntənəli tanıtım mərasimlərinin əhəmiyyəti xüsusi önəm daşıyır.
Diqqətə çatdırıldı ki, beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar,
qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət
olan stadionda əlil tamaşaçılar, VVIP, VİP, CIP və media bölmələri inşa olunub. Burada qonaqların rahatlığı
üçün hər cür şərait yaradılıb. Bu stadionda yaradılan şərait təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan,
idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür
infrastruktur layihələrinin icrası ölkəmizin gücünü göstərir. İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi
olan Bakı Olimpiya Stadionunun inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş
tutacağına əminlik yaradır.
Sonra xatirə şəkli çəkdirildi.
2015-ci ildə Odlar Yurdu Azərbaycandan start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub. Ölkəmizin
namizədliyi 38 dövlət tərəfindən dəstəklənib. Bu Oyunların Bakıda keçirilməsinə qərar verilməsi təbii ki,
ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən qaynaqlanır. Birinci Avropa
Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, Azərbaycanda bu mötəbər tədbirə hazırlıqla bağlı
işlər yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı
Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Çox qısa müddətdə görülən işlər bir
daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən
dəyərin təzahürüdür. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq
miqyasda göstərilən marağın nümunəsidir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan
Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin
son illərdə idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, 22 illik müstəqilliyi dövründə
Azərbaycan atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2 minə qədər medal qazanıblar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
263
2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında isə 49 ölkədən 6 mindən artıq atlet idmanın
20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. İlk Avropa Oyunlarının
açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionunda yaradılan şərait isə bir daha bu idman
tədbirinin yüksək səviyyədə təşkil olunacağına təminat verir
AZƏRTAC.
18 mart 2015-ci il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
264
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat
infrastrukturunun tikintisi ilə tanış olub
(18 mart 2015-ci il)
Bakı, 18 mart, AZƏRTAC.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında
inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Həsən Əliyev küçəsi-Ziya
Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam
etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən ikinci yolun ümumi uzunluğu 1 kilometrdir
və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 3 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci
körpünün uzunluğu 176 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 143 metrdir.
Bundan başqa, uzunluğu 900 metrə yaxın olan piyada keçidi də inşa edilib, iki tunel tikilib.
Azərbaycan Prezidentinə Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil
yolunun ikinci hissəsində görülən işlərlə də bağlı məlumat verildi.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın yol çəkilib. Bu yol
boyunca da bir körpü və iki tunel tikilib. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya
şəhərciyini birləşdirib.
Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verdi.
AZƏRTAC.
18 mart 2015-ci il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
265
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat
infrastrukturunun tikintisi ilə tanış olub
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında
inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Həsən Əliyev küçəsi-Ziya
Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam
etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən ikinci yolun ümumi uzunluğu 1 kilometrdir
və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 3 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci
körpünün uzunluğu 176 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 143 metrdir.
Bundan başqa, uzunluğu 900 metrə yaxın olan piyada keçidi də inşa edilib, iki tunel tikilib.
Azərbaycan Prezidentinə Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil
yolunun ikinci hissəsində görülən işlərlə də bağlı məlumat verildi.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın yol çəkilib. Bu yol boyunca da
bir körpü və iki tunel tikilib. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirib.
Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verdi.
“Xalq qəzeti”.-2015.-19 mart.-N 62.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
266
“Bakı-2015” Avropa Oyunları Milli Olimpiya Komitələrinin ikinci kommunikasiya seminarına
ev sahibliyi edib
“Bakı-2015” Avropa Oyunları Milli Olimpiya Komitələrinin mətbuat attaşeləri və beynəlxalq media
nümayəndələri üçün nəzərdə tutulan ikinci və yekun kommunikasiya seminarına ev sahibliyi edib.
İki günlük proqram müddətində Avropadan 54 nümayəndə “Bakı-2015”in obyektləri ilə tanış olub və
Avropa Oyunlarına hazırlıq işlərini, yarışlar zamanı media nümayəndələri üçün təşkil olunacaq şəraiti əhatə
edən plenar sessiyada iştirak edib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib
ki, Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların ilk Avropa Oyunlarını işıqlandıracaq
media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi bizim üçün çox vacibdir. Bütövlükdə Avropanı qitənin
idman təqvimində yer alan bu genişmiqyaslı tədbirlə yaxından tanış etmək və Azərbaycanda görülən işlər
haqqında ictimaiyyəti məlumatlandırmaq üçün Milli Olimpiya Komitələrinin dəstək və əməkdaşlığı böyük
əhəmiyyət daşıyır.
S.Kleq bildirib ki, Milli Olimpiya Komitələrinin kommunikasiya əməkdaşları ilə yanaşı, mindən çox
avropalı jurnalistin “Bakı-2015” Avropa Oyunlarına qatılması nəzərdə tutulub. Mətbuatın böyük maraq
göstərməsi səbəbi ilə jurnalistlərin akkreditasiyası üçün son müraciət tarixi aprelin 3-dək uzadılıb.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Mətbuat əməliyyatları şöbəsinin direktoru xanım
Ceyn Pirs qeyd edib ki, bu, Avropa Milli Olimpiya Komitələrini və mətbuatı Avropa Oyunları haqqında
məlumatlandırmaq, Oyunlar zamanı “Bakı-2015”in necə işləyəcəyini onlara tam şəkildə izah etmək üçün əla
fürsətdir. Biz, həmçinin Avropa Oyunları zamanı “I-Zona”nın işləmə prinsiplərini nümayiş etdirmək imkanı da
əldə etdik. Bu, Oyunlar zamanı Media “Mix” Zonasını və Media Konfrans Otağını əvəzləyəcək yeni
konsepsiyadır.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari
deyib: “Milli Olimpiya Komitələrinin “Bakı-2015” Avropa Oyunları ilə bağlı hazırlıq işlərinə tam şəkildə cəlb
olunması bizim üçün çox əhəmiyyətlidir və biz ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsinə yardım
edəcək bütün müvafiq yenilik və xəbərlərin çatdırılması üçün onlarla sıx əməkdaşlıq edirik”.
Tədbir zamanı Mətbuat Əməliyyatları, Protokol, Yayım və Kommunikasiya şöbələrinin rəhbərləri seminar
iştirakçıları qarşısında təqdimatla çıxış ediblər.
“Azərbaycan”.-2015.-19 mart.-N 62.-S.16.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
267
Avropa Oyunları: 39000 manatlıq yalan və 3900 manatlıq həqiqət
Bir neçə aydır ki, mətbuat səhifələrində Bakıda keçiriləcək I Avropa Oyunları ətrafında qara piar aparılır. Bu
oyunların Azərbaycana lazım olmadığına, onunla bağlı xərclərin lüzumsuz xərclər olduğuna insanları
inandırmağa çalışan qüvvələr bu mövzuda yanlış informasiyaları mətbuat səhifələrində yaymaqla məşğuldurlar.
Bu kateqoriyaya aid olan müəlliflər apardıqları təbliğatın istənilən nəticə vermədiyini gördükdə “şok effekti”
yaradacaq informasiyalar yaymağa başladılar. İstinad nöqtəsi olmayan məlumatlar yayan bu adamlar Avropa
Oyunlarında iştirak edəcək hər bir əcnəbi idmançıya görə Azərbaycan hökumətinin 39 min manat, köməkçi
heyət üzvlərinin isə hər birinə 16 min manat xərc çəkəcəyi barədə uydurmanı tirajlamaq yolunu tutdular.
Xatırlayırısınızsa, martın əvvəlində bu rəqəmlərin heç bir ciddi əsasa söykənmədiyini göstərən təhlillə çıxış
etmişdik. “Avropa Oyunları indiki vaxtda Azərbaycana lazımdırmı” başlığı altında təqdim etdiyimiz həmin
təhlil xarakterli yazıda bir əcnəbi idmançıya 39 min manat xərc “hesablayan” müəlliflərə suallar ünvanladıq.
Haradan götürmüsünüz bu rəqəmləri? Onları necə hesablamısınız? Təbii ki, suallarımız cavabsız qaldı. Bir nəfər
ortaya çıxıb bir kəlmə də olsun demədi ki, bu nə rəqəmlərdi, onları necə hesablayıblar və ya ümumiyyətlə
haradan götürüblər? Susdular və üstəlik də həmin rəqəmləri bir daha səsləndirmədilər. Bilirsinizmi niyə? Çünki
suallarımıza cavab tapa bilmədilər. Bu, siyasi motivlərə söykənən və “obıvatel”ə hesablanmış bir hay-küy idi,
“bəlkə keçər” prinsipi ilə ortaya atılmışdı. Əvvəlcə bu hay-küyü yaratdılar, sonra görəndə ki onu cəmiyyətə
sırımaq o qədər də asan olmayacaq, yenə qayıtdılar köhnə bayatılara, heç bir ciddi arqumentə söykənməyən
ümumiləşdirilmiş ittihamlara.
Hakimiyyətə siyasi müxalifətdə dayanmaq tamamilə normal haldır. Ancaq dövlətin maraqlarına qarşı
çıxmaq, onun nüfuzunu düşünməmək, “Avropa dəyərlərinə xidmət” adı altında öz ölkəsinə, xalqına qarşı az
qala xəyanət yolunu tutmaq heç bir halda normal qarşılana bilməz. Bir idmançıya görə çəkiləcək xərci 10 dəfə
şişirdərək cəmiyyətə təqdim etmək müxalifətçilik deyil, yalançılıqdır. Bax, əslində bu YALANlara son qoymaq
lazımdır!
Gəlin yenə də real rəqəmlərin və faktların dili ilə danışaq. Çünki əlahəzrət fakt həmişə öz sözünü deməyi
bacarır. Ötən yazımızda qeyd etmişdik. Bir daha təkrar edirik ki, bir idmançının Avropanın ən ucqar ölkəsindən
Azərbaycana gəlib getməsinin nəqliyyat xərcı ən çoxu 1500 manatdan, bir idmançının 15 günlük yemək xərci
isə maksimum 2000 manatdan artıq ola bilməz. Gələn idmançıların Olimpiya kəndində pulsuz yaşayacaqları,
nəqliyyat xidmətini isə özəl bir nəqliyyat təşkilatının göstərəcəyi halda bir idmançıya çəkilən xərclərin 39 min
manat olacağını deyən adamlar hansı hesablamalara söykənir? Bir idmançıya Azərbaycan hökumətinin çəkəcəyi
xərcin 3500-3900 manat olduğunu bilə-bilə bu xərcləri cəmiyyətə 10 dəfə şişirdilmiş formada təqdim etmək
qərəzdən xəbər verimirmi?
39 minlik iddianı ortaya atmış, bu rəqəmi əlində bayraq etmiş qəhrəmanlar aylardan bəri ilk dəfə bu ilin mart
ayının 15-də keçirdikləri mitinqdə nədən bu rəqəmləri səsləndirmədilər? Görünür, özləri də dərk edirlər ki, bu
böyüklükdə yalan olmaz! Bir idmançının xərcı maksimum 3900 manat olsa belə (nəzərə alaq ki, yarışları
uduzan idmançı həmən öz vətəninə qayıdır, ancaq biz 3900 manat xərci hər bir idmançının yarışların sonunadək
qalması şərti ilə hesablamışıq) 6 min idmançıya Azərbaycan hökumətinin çəkəcəyi xərc 23,4 milyon manat edir.
İndi götürün bunu 21 milyard manatdan çox olan Azərbaycan büdcəsinin xərcləri ilə müqayisə edin! Bu, 0,1%-
dən bir qədər artıqdır!
Azərbaycanın Avropa Oyunlarından əldə edəcəyi dividentləri nəzərə almayanlar dövlət büdcəsindən bu
oyunlarla bağlı xərclərin 1,3 milyard manat təsdiq edilməsi faktını görməzdən gəlib infrastruktur layihələrinə,
idman qurğularının tikintisinə ayrılan vəsaitləri də oyunların təşkilinə çəkiləcək xərc kimi göstərirlər. Görəsən
bu adamlar xərclərin gah 8 milyard, gah da 4 milyard manat olacağını deyəndə heç məsuliyyət hiss etmirlərmi?
Bakıda keçiriləcək I Avropa Oyunlarını 1 milyarda qədər insan izləyə biləcək. Deməli, bu qədər insan iki
həftə ərzində Azərbaycanı daha yaxından tanıya biləcək. Bu oyunları 1500 –dən artıq jurnalist işıqlandıracaq.
Məgər bütün bunlar Azərbaycanın dünyaya daha yaxından tanıdılması, onun son 10 ildə əldə etdiyi uğurların
dünyaya göstərilməsi imkanı deyilmi? Ölkəyə xarici investisiyaları daha geniş şəkildə cəlb etmək, turizmin
inkişafına təkan vermək, yerli istehsal şirkətlərini tanıtdırmaq üçün yaranmış fürsətdən niyə istifadə
olunmamalıdır?
O ki qaldı idman qurğularının tikintisinə və bərpasına çəkilən xərclərə, bu tikintilər Azərbaycana qalacaq,
bura gələn idmançılar onları söküb özlərı ilə aparmayacaqlar.
“525-ci qəzet”.-2015.-19 mart.-№ 51.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
268
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki: “Bakıda keçiriləcək I Avropa Oyunları
böyük hadisədir”
“2018-ci ildə daha az idmançı ilə təşkil olunacaq tədbir Avropa Oyunlarından tamamilə fərqli
təşəbbüsdür”
“Avropa Olimpiya Komitəsinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa
atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin 2018-ci ildə
keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq tədbir Avropa Oyunlarından tamamilə fərqli
təşəbbüsdür”.
APA - nın insidethegames.biz saytına istinadən xəbərinə görə, bu sözləri Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikki 2018-ci ildə Berlin və Qlazqo şəhərlərində keçiriləcək oyunlarla bağlı deyib.
P. Hikki bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına qitənin ən yaxşı atletlərinin cəlb olunacağını bildirib.
P. Hikki “Bakı 2015" I Avropa Oyunlarını böyük hadisə adlandırıb: ”Fikrimcə, bu, Avropa Oyunlarını qitə
idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı
nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. Bakı 2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman
növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi
istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir".
Qeyd edək ki, bir neçə gün əvvəl 2018-ci ildə Qlazqoda velosiped, avarçəkmə və triatlon yarışları, Berlində
isə yüngül atletikaya aid olan idman növləri üzrə təşkil olunacaq yarışların guya “Əsl Avropa Oyunları” olacağı
ilə bağlı bəzi KİV-lərdə qərəzli və yanlış xəbər yayılıb.
Dostları ilə paylaş: |