“Xalq qəzeti”.-2015.-13 mart.-N 57.-S.9.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
255
Bakı-2015: Olimpiya Stadionu açılışı gözləyir
“Bakı Olimpiya Stadionu inşasının sürəti və istifadəyə verilmə tezliyinə görə “Ginnesin rekordlar kitabı”na
düşməlidi.
Stadiondakı hansısa çökmə ilə bağlı şayiələr isə yalnız şayiədi. Əgər çökmə olsaydı, elektrik xətləri də
çəkilməzdi. Bu xəbəri yayanların məqsədi Avropa Oyunlarının imicinə zərbə vurmaqdı”. Bu sözləri bir gün
öncə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
"Apasport"un əməkdaşı bu gün arenada olarkən, stadionun çökməsi ilə bağlı yayılan xəbərlərin şayiə
olduğunun bir daha şahidi olduq. Hazırda Avropa Oyunlarının keçiriləcəyi obyektlər kimi Bakı Olimpiya
Stadionunda işlər tamamlanmaq üzrədi. Daha doğrusu, arenada tikinti işləri tam başa çatıb və abadlıq işləri
görülür. Hətta stadionun ətrafına əkiləcək ağac və kollar da gətirilib. İşlərin sürətinə isə söz ola bilməz. Havanın
küləkli olmasına baxmayaraq, hamı ürəklə çalışır və Avropa Oyunlarının əsas mərasimlərinin keçiriləcəyi
obyektdə bütün güclərini səfərbər edirlər.
Stadionun içərisində hər şey hazırdı. Tikintisinə 2012-ci ilin dekabrında başlanılmış arenanın istismara
hazırlığı ilə bağlı Akt imzalanıb və arena Gənclər və İdman Nazirliyinə təhvil verilib.
Təxminən 50 ha ərazidə inşa olunan, 62 metr hündürlükdə və 6 mərtəbədən ibarət olan obyekt müasir tikinti
üslubu ilə fərqlənir. Beynəlxalq standartlara tam cavab verən Bakı Olimpiya Stadionunun sahəsinə 4, tribunlara
26 qapıdan giriş nəzərdə tutulub. Təməli 2011-ci il iyunun 6-da Azərbaycan prezidenti İlham Əliyev, FİFA
prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə
qoyulan stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolaqları və digər infrastrukturlar yaradılıb. Ən müasir
avadanlıqlardan və inşaat materiallarından istifadə olunan stadion 68 min 195 tamaşaçı tutumuna malikdi.
Burada əlil azarkeşlər də nəzərə alınıb. Stadionun daxili sahəsi 120,830 kvadrat metrdi. Arenada, həmçinin
VVİP, VİP, CİP, media, hovuz və digər sektorlar da mövcüddu. Oturacaqlar açılıb-bağlanan olması ilə yanaşı,
rəngləri ilə də diqqəti cəlb edir. Əsas meydandan başqa, əlavə stadion da inşa edilib ki, burada da oturacaqlar
quraşdırılıb, bütün işlər tamamlanıb.
Tikilinin 4-cü mərtəbəsi ali qonaqlara xidmət edəcək. Buraya kreslo, televizor, kofe stolu ilə yanaşı, hansısa
görüşlər keçirmək üçün dəyirmi masa da qoyulub.
Stadionun baş meneceri Ron Kameron da işlərin gedişindən razıdı. O bildirib ki, Bakı-2015 Avropa Oyunları
Əməliyyatlar Komitəsi Bakı Olimpiya Stadionunda artıq yeni mərhələyə qədəm qoyub: “Ümumi olaraq, tikinti
işləri tam bitib. Yəni, Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsi ilə bağlı hansısa iş qalmayıb. Sadəcə,
abadlıq işləri aparılır. Biz açılış mərhələsinin hazırlıq mərhələsinə keçirik. Bu, iyunun 12-dək davam edəcək”.
Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınması nəzərdə tutulub. Lakin bu
işlər açılış mərəsimi üçün startı verilən treninqlərə mane olmayacaq: “Hazırlıq mərhələsinin bir hissəsi olaraq,
6000-dək könüllü treninq keçirlər. Bu treninqlər açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub”.
Stadionda açılış və bağlanış mərasimləri ilə yanaşı, atletika yarışları da təşkil olunacaq. Komandalararası
mübarizə iyunun 21-22-də baş tutacaq və 1 dəst medal öz sahibini tapacaq.
Baş menecer açılışı Avropa Oyunlarının açılışına təsadüf edəcək stadionda iyunun 12-dək test yarışının
olacağını da açıqlayıb: “Oyunların startına kimi burada atletika üzrə yarışlar da təşkil edəcəyik. Test olaraq, 1
turnir nəzərdə tutmuşuq. Bu, ictimaiyyət üçün açıq olmayacaq. Daxili bir yarış təşkil ediləcək”.
Kameron müəyyən müddət öncə səpilən ot toxumunun cücərdiyini və yarış meydanında da hansısa işin
qalmadığını deyib: “Bizim üçün gərgin bir mərhələdi. Artıq həm açılış mərasiminə, həm də test yarışına hazırlıq
getməlidi”.
Beləliklə, stadiondan xoş təəssüratlarla ayrılırıq. Çünki məhz bu arena Avropa Oyunlarının ardınca 2017-ci
ildə İslam Həmrəyliyi Oyunlarını və 3 il sonra futbol üzrə Avropa çempionatının oyunlarını da qəbul edəcək.
Futbol yığmamızın da “Tekfen İnşaat və Təsisat A.Ş” tərəfindən inşa edilən arenadan qələbə qazanacağına ümid
edirik.
“525-ci qəzet”.-2015.-13 mart.-№ 47.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
256
İlk Avropa Oyunları qarşısında
Bu möhtəşəm idman tədbiri dünya və qitə üçün yaddaqalan olacaq
Aydın ABBASOV,
Milli Məclisin üzvü, Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti
Azərbaycanın ev sahibliyi edəcəyi İlk Avropa Oyunlarının (12-28 iyun, 2015-ci il) başlanmasına cəmi 3
ay qalır. Hər ötən gün isə bizi Bakıda keçiriləcək birinci qitə yarışmasına yaxınlaşdırır, xalqımız, eləcə də
idman ictimaiyyəti bu möhtəşəm tədbiri səbirsizliklə gözləyir.
Demək olar ki, tədbirin baş tutacağı bütün idman obyektlərində son hazırlıq işləri aparılır. Xüsusi
vurğulamaq olar ki, müstəqil respublikamızda ilk dəfə keçiriləcək ilk Avropa Oyunları Avropa idman
hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır.
Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin 2012-ci il dekabrın 8-də Romada keçirilmiş 41-ci Baş
Assambleyasında ilk Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda təşkili haqqında böyük səs çoxluğu ilə
qərar qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamı ilə 2013-cü il yanvarın 17-də ilk Avropa Oyunlarının Təşkilat Komitəsi yaradılmış və Heydər Əliyev
Fondunun prezidenti, Milli Gimnastika Federasiyasının prezidenti, millət vəkili Mehriban Əliyeva təşkilata sədr
seçilmişdir. Həmin vaxtdan keçən müddət ərzində Təşkilat Komitəsinin ardıcıl olaraq bir çox iclasları
keçirilmiş, müxtəlif istiqamətli idman obyektlərində işlərin gedişi və hazırlığın səviyyəsi müzakirə olunmuşdur.
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışlarının birində demişdir: “Bu gün Azərbaycan idman ölkəsi
kimi tanınır və bizim ölkəmizdə mötəbər yarışların keçirilməsi bir ənənə halını almışdır. Azərbaycanda
mütəmadi olaraq Avropa və dünya çempionatları keçirilir. Həm bizim qonaqlar, həm də mütəxəssislər bu
tədbirlərin yüksək səviyyədə keçirildiyini təsdiqləyirlər”.
Qeyd edək ki, respublikamız son illərdə çoxsaylı siyasi, iqtisadi, mədəni, idman və digər səpkili beynəlxalq
tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmişdir. Ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi bir
tərəfdən respublikamızın sosial-iqtisadi inkişafını şərtləndirir, digər tərəfdən Azərbaycana daha çox turistin cəlb
edilməsinə böyük təsir göstərir.
Cari ilin iyun ayında keçiriləcək ilk Avropa Oyunları həm də öz möhtəşəmliyi ilə fərqlənəcək. Bu yarışma
sadəcə idman tədbiri deyil, eyni zamanda burada iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla, onun
füsunkar gözəlliyi ilə tanış olacaq, respublikamızın inkişaf modelini görəcəklər.
Dünya ölkələrinin xalqlarının bir çox nümayəndələrinin bir araya gələcəyi, bütün Avropanın yaxından
izləyəcəyi bu idman yarışmasına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da
artmasına mühüm töhfələr verəcək.
Vurğulayaq ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Çünki bu tədbirin baş
tutması üçün əvvəlcədən möhkəm baza yaradılıb. Belə ki, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə
rəhbərliyi müddətində respublikada nəhəng idman infrastrukturu yaradılmış, bu proses təkcə paytaxtımızı deyil,
bütün regionları əhatə etmişdir. Bədən tərbiyəsi və idmanın geniş vüsət alması nəticəsində Azərbaycan
beynəlxalq olimpiya hərəkatına qoşulmuş, bu sahədə böyük layihələr reallaşdırılmışdır.
Azərbaycan ölkəmizdə möhtəşəm idman yarışmalarına ev sahibliyi etməklə yanaşı, həm də xarici ölkələrdə
idmanda böyük uğurlar qazanmışdır. Respublika idmançıları 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında ilk
böyük uğur - 2 qızıl və 1 bürünc, 2004-cü ildə Afinada 1-i qızıl olmaqla 5, 2008-ci ildə Pekində 1-i qızıl
olmaqla 7, 2012-ci ildə Londonda 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medal əldə etmişlər.
Nəticələrdən də göründüyü kimi, həm də bu sahədə uğur yüksələn xətlə inkişaf etmişdir. Ötən ilin yekun idman
göstəricisi də deyilənləri bir daha təsdiq edir. 2014-cü ildə olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi
beynəlxalq yarışlarda - dünya və Avropa çempionatlarında, kubok yarışlarında 805 medal (275 qızıl, 255 gümüş
və 275 bürünc) qazanılıb.
Onu da nəzərə çatdıraq ki, dünya təcrübəsində bir qayda olaraq Olimpiya Oyunları kimi məsuliyyətli və
çoxsahəli idman tədbirinə hazırlıq üçün 5-7 il vaxt tələb olunur. Buna baxmayaraq, dövlət başçısı, MOK
prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həm Beynəlxalq Olimpiya, həm də Avropa Olimpiya
Komitəsinə zəmanət verildi ki, 2 il yarımda Azərbaycan bu oyunların keçirilməsinə tam hazır olacaq və
oyunların başlanmasına qədər bütün idman qurğuları, olimpiya şəhərciyi, digər infrastruktur dünya standartları
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
257
səviyyəsinə çatdırılacaq. İşlərin gedişatı onu göstərir ki, verilən vəd yerinə yetirilir. Quruculuq işlərinin vüsəti,
iqtisadi potensialın ildən-ilə yüksəlməsi beynəlxalq aləmdə ölkəmizə olan inamı daha da artırır. Azərbaycanın
bu gün idmanda ən yaxşı tərəfdaş kimi tanınması, yarış təşkilatçılığında dövlətin verdiyi vədlərə əməl etməsi
məhz ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi baxımından mühüm önəm daşıyır.
Bu gün tam əminliklə demək olar ki, ilk Avropa Oyunlarına hazırlıq işləri əvvəlcədən tərtib olunmuş qrafikə
uyğun həyata keçirilir. İstər maddi, texniki, istərsə idman obyektlərinin və olimpiya şəhərciyinin tikintisi və
təmiri, qonaqların yerləşdirilməsi üçün yerlər və digər bu kimi məsələlər yüksək səviyyədə həll olunmaqdadır.
Olimpiya hərəkatı Avropada yaransa da, ilk Avropa Oyunlarının bir müsəlman ölkəsində yüksək səviyyədə
keçiriləcəyinə böyük əminlik yaradılıb. Prezident İlham Əliyevin səyləri və Heydər Əliyev Fondunun
prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gündəlik diqqət və qayğısı
nəticəsində görülən işlərin səmərəsi göz qabağındadır. Bir sözlə, ilk Avropa Oyunlarının standartı məhz bu
yarışda Bakıda müəyyənləşəcək.
İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün bütün obyektlər — Atletlər Kəndi və Milli Gimnastika
Arenası tam olaraq hazırdır. Azərbaycan həmçinin keçən ilin iyun ayında keçirilmiş bədii gimnastika üzrə
Avropa çempionatına ev sahibliyi edib. Bundan başqa, 2014-cü il may ayının sonunda T.Bəhramov adına
Respublika Stadionunda yeniyetmələr arasında Avropa Olimpiya Təsnifat Turniri keçirilmişdir. Eyni zamanda
Bakı Expo Mərkəsi, Billur Sarayı genişləndirilərək, oturacaqların sayı 32 minə çatdırılan Respublika Stadionu
və “Sərhədçi” İdman Kompleksi yarışların bir neçə növünə ev sahibliyi edəcək. Mart-aprel aylarından
başlayaraq həmin idman mərkəzlərində test yarışlarına start veriləcək. Demək olar ki, Olimpiya Stadionu artıq
açılış mərasiminə hazırlaşır, Su İdman Sarayında, heyrətamiz Atıcılıq Kompleksinin dəhlizlərində hər şey
qaydasındadır. Çimərlik idman növləri üzrə yarışların keçiriləcəyi kompleksdə metal konstruksiyalar
quraşdırılıb. Yenilənmiş Heydər Əliyev adına Arena, Əl Oyunları İdman Sarayı isə tamaşaçıları və atletləri
qəbul etməyə tam hazırdır.
Mingəçevir şəhərində avarçəkmə yarışları üçün uyğunlaşdırma işlərinin aparılması, Velodromda və Stend
Atıcılığı Mərkəzində yenidənqurma işləri başa çatmaq üzrədir.
Bakıda 12-28 iyun tarixində keçiriləcək yarışlarda idmançılar 20 idman növündə qüvvələrini sınayacaq ki,
bunların da 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya idman növüdür. İdmançıların sayı 50 ölkədən olmaqla 6300
nəfərə yaxındır. Məşqçi, hakim, texniki heyət 3 min nəfərdən çox, media nümayəndələri isə 1000 nəfərə yaxın
olacaqdır.
Bir məsələni də nəzərə çatdıraq ki, Azərbaycan ilk Avropa Oyunlarında ev sahibi olduğu üçün bütün idman
növlərində təmsil olunmaq hüququna malikdir. O da məlumdur ki, ölkəmizdə ənənəvi və ənənəvi olmayan
idman növləri var. Ənənəvi olmayanlardan sinxron üzgüçülük, suya tullanma, stolüstü tenis, badminton,
kamandan oxatma, çimərlik futbolu və çimərlik voleyboludur ki, bu növlərdə də təmsilçilərimiz olacaq. Əlbəttə,
bütün idman növlərində birincilik əldə etmək mümkün deyil. Amma ölkəmizdə ənənəvi olan idman növləri var
ki, bədii gimnastika, taekvondo, güləş, cüdo, boks və sair - onlardan yüksək nailiyyətlər gözlənilir.
Azərbaycan idmanının şöhrətinin ildən-ilə artmasında, ümumilikdə idmançıların uğurlarında güləşçilərimizin
xüsusi yeri var. 2000-ci ildən başlayaraq 4 Yay Olimpiya Oyunlarında əldə olunan nəticələr bunu bir daha
təsdiq edir. Bu yaxınlarda isə, güləşçilərimiz yeni bir uğura imza atdılar. Belə ki, fevralın 19-da Tehranda
yunan-Roma güləşi üzrə böyüklər arasında keçirilən yarışda Azərbaycan millisi ilk dəfə Dünya Kubokuna sahib
oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev fevralın 23-də Dünya Kubokuna sahib olmuş milli
komandamızın üzvlərini qəbul etmişdir. Həmin görüşdə çıxışında dövlət başçımız demişdir: “Bizim
güləşçilərimiz müxtəlif beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər, London Olimpiya Oyunlarında 2
qızıl medalı da güləşçilərimiz qazanmışlar və ümumiyyətlə, dünya miqyasında Azərbaycan güləşi bu gün ən
yüksək zirvədədir. Bu qələbə onu göstərir ki, Güləş Federasiyasında işlər çox yaxşı gedir, düzgün
qurulmuşdur...
Güləş Federasiyası olimpiya oyunlarında, dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qazanılan
medallara və yüksək nəticələrə görə Azərbaycanda liderdir. Bu, belədir və mən bunu yüksək qiymətləndirirəm.
Çünki güləş Azərbaycanda ən sevilən, ən populyar idman növüdür və bizim milli idman növümüzdür”.
Əminik ki, ilk Avropa Oyunlarında həm fərdi, həm də komanda şəklində Azərbaycan idmançılarının əldə
edəcəkləri nəticələr sevindirici olacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Nazirlər Kabinetinin 2014-
cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində
bildirib ki, “Bu oyunlar bir Avropa bayramına çeviriləcəkdir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini
göstərir. Çünki ilk Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər
belə oyunlar keçirilməmişdir”.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
258
Hesab edirik ki, ilk Avropa Oyunları dünya və qitə üçün yaddaqalan olacaq. Həmçinin Azərbaycan öz
həqiqətlərini dünyada tanıdacaq, qonaqpərvərliyini bir daha nümayiş etdirəcəkdir.
“Respublika”.-2015.-15 mart.-N 59.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
259
I Avropa Oyunları: reallığı təhrif edənlərin bəd niyyətləri iflasa məhkumdur
Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities” analitik
təhlil qrupunun üzvü
Olimpiya Oyunlarının vətəni hesab olunan Avropa qitəsində birinci dəfədir ki, baş tutacaq Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi böyük tarixi hadisə, ölkəmizin imza atdığı beynəlxalq miqyaslı
uğurlardan biridir. Təbii ki, bu nailiyyətin əldə olunmasına təsir edən başlıca amil Azərbaycanın xarici
arenada qazandığı uğurlar, tutduğu önəmli yerlə bağlıdır. Müstəqillik əldə etdikdən sonra səmərəli və
məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf
etdirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının artması ilə nəticələnmişdir.
Nəzərə almaq lazımdır ki, buna qədər respublikamız bir neçə dəfə beynəlxalq diqqəti öz üzərinə toplaya
bilmişdir. 2011-ci ildə BMT-nin qeyri-daimi üzvü kimi start götürən 2 illik səmərəli fəaliyyət, 2012-ci ildə
“Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi, FİFA U-17 Qadınlar arası dünya çempionatı, 2013-cü
ildə milli peykə malik azsaylı dövlətlər siyahısına daxil olması, həmçinin BEİD Dırmanma üzrə Dünya Kuboku
və “F2 Bakı Qran-Pri” tədbirləri, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi və s. bu
kimi addımlar Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirmişdir. Müasir Azərbaycan bir çox beynəlxalq
tədbirlərə, konfranslara, dünya və Avropa çempionatlarına ev sahibliyi etməklə çoxşaxəli inkişafını sübut
etmişdir. Bir-birini əvəzləyən idman yarışları Bakının daha böyük yarışlara ev sahibliyi etmək imkanlarını,
həmçinin bizə olan beynəlxalq etimadı artırdı.
İdman tarixən xalqımızın həyatında mühüm yer tutmuşdur. İstər SSRİ tərkibində, istərsə də müstəqillik
dövründə idmançılarımızın uğurlu çıxışları Azərbaycan idmanını dünyaya tanıtmışdır. Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunmuş və Azərbaycan idmanı üçün bir sıra
əlamətdar hadisələrlə yadda qalmışdır. London Olimpiadasında idmançılarımızın uğurlu çıxışları Azərbaycan
idmanının şöhrətini daha da artırdı.
Bu gün Azərbaycanda çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu mövcuddur. İdman uğurla,
sürətlə inkişaf edir, kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Dünya
çempionatlarında, Olimpiya Oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə
idmançılarımızın uğurları, medalların sayı artır. Bu da bilavasitə ölkəmizin idman şöhrətinin yüksəlməsinə,
Azərbaycanın dünyada və Avropada idman dövləti kimi tanınmasına imkan yaradır. Təsadüfi deyildir ki, bu
uğurlar Avropada baş tutacaq ilk oyunların Azərbaycanda keçirilməsi üçün məntiqi zəmin hazırladı. Avropa
Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi məqsədilə Prezidentin Sərəncamı ilə yaradılan
Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti isə göz önündədir.
İdman oyunlarından “siyasi oyun” kimi istifadə edənlər ...
Azərbaycan bu gün beynəlxalq arenada uğurlar qazanmış, sürətli iqtisadi-siyasi inkişafı ilə dünyanın
diqqətini cəlb etməyi bacarmışdır. Azərbaycana qarşı olan maraq birtərəfli deyildir. Məlumdur ki, bu ölkənin
uğurları digər dövlətləri heç də həmişə yaxşı mənada “maraqlandırmır”. Bəzən uğurlar qısqanc münasibətlə
qarşılanır. İnkişafa mane olmağa çalışan qüvvələr daha da aktivləşir, istər daxili, istərsə də xarici təbliğat
aparatı işə qoşulur.
Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra keçən dövr ərzində
yeni yaradılan və mövcud olan idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi deməyə imkan
verir ki, hazırlıq işləri vaxtında tamamlanacaq. Lakin, təəssüf ki, ölkəmizin bu nailiyyəti bir qisim daxili və
xarici qüvvələr tərəfindən təhrif olunur. Yerli və xarici KİV-də reallığa uyğun olmayan, qeyri-obyektiv
məlumatlar Azərbaycanın imicinə kölgə salmağa yönəlmişdir.
Öncə “sapı özümüzdən olan baltalar”a, daim “milli birlik” çağırışı altında şəxsi maraq və mənafe naminə
çalışan daxili qüvvələrə toxunaq. Avropa oyunları ərəfəsində ölkə daxilində çaxnaşma yaratmaq, dünya
ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmək məqsədilə bu qüvvələr tərəfindən müxtəlif səpkili “şou”lar
hazırlanır. Qeyri-şəffaf, qərəzli məlumatlar, videolar yerli internet portallarında, sosial şəbəkələrdə paylaşılır.
Sual olunur: budurmu vətənpərvərlik?! Dövlət haqqında təhrif olunmuş məlumatlar yaymağın arxasında
dayanan motiv nədir? Dövlətinə, millətinə bağlı olan hər bir vətəndaş siyasi mənsubiyyətindən asılı olmayaraq
ölkəsinin uğurlarını daha da artırmağa çalışmalıdır, qabartmalıdır. Milli iftixar və sevgi hissi ilə yanaşmalıdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
260
Avropa oyunları nəinki Avropa, eləcə də dünya tarixinə Azərbaycan adını həkk edəcəkdir. Heç bir əsası
olmayan, yanlış məlumatlarla bu oyunları ləkələmək deyil, Azərbaycanın bu oyunları layiqincə keçirməsi,
ölkəmizin daha real tanınması üçün çalışmaq lazımdır. Ölkədaxili çaxnaşma yaratmaq üçün xarici qüvvələrin
dəstəyinə “ehtiyac hiss edən” daxili qüvvələr vaxtaşırı xarici KİV-lərə qərəzli məlumatlar ötürür. Maraqlı
burasıdır ki, bu qüvvələr xalqın haqq səsinə səs vermir, Qarabağ həqiqətlərinin dünyada yayılmasına yardımçı
olmur, ancaq milli rifahdan dəm vururlar. Pafoslu çıxışlarla diqqət cəlb etməyə çalışanların fəaliyyəti, əslində,
satqınlıq və riyakarlıqdır! Bununla Azərbaycanı istəməyən bir qrup kənar qüvvələrin də “canfəşanlığı” üçün
imkan yaradırlar.
Böyük Britaniyanın “Amnesty International” təşkilatının l Avropa Oyunlarını boykot çağırışı, oyunlara
hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də
sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir.
Bütün bunlar ölkəmizə qarşı qərəzli münasibət sərgiləyən xarici qüvvələrin fəaliyyətidir. Avropanın bir sıra
dövlətlərində, xüsusilə, Almaniya, Fransa kimi inkişaf etmiş dövlətlərdə Avropa Oyunları ilə bağlı qara piar
genişlənməkdədir. Rəsmi dövlət mövqeyi olmasa da Avropa oyunlarının boykot edilməsi istiqamətində
“canfəşanlıqla” çalışan qüvvələr mövcuddur. Qərbin qərəzli mövqeyi anlaşılandır. Çünki bu gün dünyada
erməni lobbisi deyilən və faktiki olaraq Qərb və ABŞ-da ictimai rəyə öz möhürünü vuran bir təxribatçı dəstə
mövcuddur. Erməni lobbisinin böyük təsirə malik olduğu Fransada bəzi dairələr bu bədnam kampaniyaya fəal
dəstək verir. Təəssüf ki, insanların bərabərliyindən, hər cür ayrı-seçkiliyin ləğvindən danışan Qərb dünyası
xristian amilini öz siyasətindən kənarlaşdıra bilmir. Ölkəmizin başçısının da daim vurğuladığı kimi, ikili
standartlar bu gün Qərb dünyasının siyasətində qabarıq nəzərə çarpır. “Humanizm carçısı” olan Qərb
milyonlarla qaçqının öz doğma el-obalarına qaytarılması üçün illərdir ki, qətiyyətli bir addım atmır, insanlığa
sığmayan erməni cinayətləri hələ də cəzasız qalır. Amma Qərbin bəzi dairələri Avropa oyunlarına hazırlıq
prosesinə riyakarcasına kölgə salmağa çalışır, milyonlarla azərbaycanlının fəryadını eşitmək istəmir. Əksinə,
onlar Azərbaycanda daxili sabitliyi pozmaqda daha çox maraqlıdır. Misirdə, Liviyada, Suriyada, İraqda biz
Qərb demokratiyasının bəhrəsini bu gün daha aydın görürük.
İdman oyunlarına qərəzli yanaşan, bədniyyətli siyasi məqsədlər güdən istər yerli, istərsə xarici qüvvələrin
bütün cəhdləri iflasa məhkumdur. 2012-ci il də ölkəmiz üçün əhəmiyyətli bir tədbirlə yadda qalmışdı:
“Eurovision mahnı müsabiqəsi”. Bu tədbir ərəfəsində də ölkəmizin imicini zədələməyə yönəlmiş cəhdlər oldu.
Lakin arzuları gözlərində qaldı. Nəticə göz qabağındadır: Azərbaycan mötəbər tədbirə çox yüksək səviyyədə ev
sahibliyi etdi, mentalitetimizə xas olan qonaqpərvərlik “Eurovision” tarixinə əbədi həkk olundu. Səmərəli
fəaliyyət, əmək, zəhmət öz nəticəsini verəcək və Bakıda I Avropa Oyunları qitə tarixində yeni səhifə açacaq.
24 illik müstəqillik tariximizə baxmayaraq nailiyyətlərimiz çoxillik tarixi olan əksər dövlətlərin
nailiyyətlərindən daha çoxdur.
Bakı Avropa Oyunlarında Avropanın 49 ölkəsindən 6000-dən çox idmançı 20 idman növündə mübarizə
aparacaq. Tədbir:
- Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə;
- ölkəmizin turizm potensialının nümayiş olunmasına;
- Azərbaycanın artan iqtisadi-siyasi inkişafının təbliğinə;
- milli-mənəvi dəyərlərimizin (qədim və zəngin mədəniyyətimizin, milli mətbəximizin, qonaqpərvərlik kimi
özünəməxsus ali keyfiyyətlərimizin və s.) Avropa cəmiyyətinə təqdim olunmasına;
- multikulturalizmin, tolerant mühitin hakim olduğu Azərbaycanın tanıdılmasına;
- Şərq və Qərbin beşiyi, sivilizasiyalararası dialoq məkanı olan respublikamızın obyektiv şəkildə
dəyərləndirilməsinə imkan verəcək.
Həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, I Avropa Oyunları istər təşkilati, istər
struktur, istərsə də regional baxımdan yaddaqalan olacaq. Azərbaycan bu etimadı doğruldacaqdır. Avropa
Oyunlarının uğurlu təşkili, belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək.
Dostları ilə paylaş: |