“Xalq qəzeti”.-2015.-20 fevral.-N 40.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
228
“Bakı-2015” ilk Avropa Oyunları ABŞ-ın idman televiziya şəbəkəsi ilə yayım sazişi imzalayıb
“Bakı-2015” ilk Avropa Oyunları bu mötəbər idman yarışının ABŞ-da yayımlanmasını təmin etmək
məqsədilə “Universal Sports Network” ilə saziş imzalayıb.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, “Universal Sports Network” iyunun 12-dən 28-dək öz kanalında
və “UniversalSports.com” internet səhifəsində möhtəşəm açılış və bağlanış mərasimləri də daxil olmaqla
Avropa Oyunları haqqında gündəlik proqram yayımlayacaq. “Universal Sports Network”, həmçinin Avropa
Oyunlarının Kanadada yayımlanması hüququnu da əldə edir.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib:
“Universal Sports Network” ilə bu sazişin imzalanması “Bakı-2015” üçün mühüm təkandır və Oyunların
dünyanın ən böyük tamaşaçı auditoriyasına nümayiş etdirilməsini təmin edir. Bu saziş birinci Avropa
Oyunlarına bütün dünyada ciddi marağın olduğunu bir daha sübut edir. Əminəm ki, ABŞ-da yaşayan idman
həvəskarları bu yay təşkil ediləcək yarışları izləməkdən zövq alacaqlar”.
“Bakı-2015” Avropa Oyunları bu saziş ilə yarışların dünyanın 50 ölkəsində yayımlanacağını elan edib.
“Universal Sports Network” bütövlükdə ABŞ ərazisində “Time Warner Cable”, “Cox Communications”,
“Bright House Networks”, “Verizon FioS”, həmçinin “DIRECTV” və “DISH” kimi peyk yayımları və ölkədə
fəaliyyət göstərən bir sıra regional kabel və IPTV operatorları vasitəsilə yayımlanır.
“Universal Sports Network” şirkətinin məzmun və kommunikasiya üzrə birinci vitse-prezidenti Robert
Ceyms deyib: “İlk Avropa Oyunlarının nümayişi şirkətimizin beynəlxalq Olimpiya yarışlarına dair öhdəliyini
əks etdirir. Oyunlarda təmsil olunacaq Avropa ölkələri və iştirak edəcək atletlər ABŞ-dakı idman
həvəskarlarının maraqlı və həyəcan verici yarışlar izləyəcəyini vəd edirlər”.
“Universal Sports Network” ABŞ-da Olimpiya, güc və ekstremal idman növləri haqqında proqramların
başlıca ünvanıdır. Hər il 1200 saatdan çox orijinal proqram yayımlayan “Universal Sports Network” 25-dən çox
dünya çempionatını eksklüziv yayımlama hüququna malikdir. Qurum ildə idmanın 40-dan çox növü üzrə
yarışan ən uğurlu idmançıların çıxışlarını tamaşaçılarına təqdim edir.
“Azərbaycan”.-2015.-21 fevral.-N 41.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
229
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Macarıstanda “Bakı-2015” birinci Avropa
Oyunlarının təqdimatı keçirilib
İqbal HACIYEV,
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt
Macarıstanın paytaxtı Budapeşt şəhərində, Dunay çayının sahilində yerləşən tarixi “Viqado” konsert
sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə
“Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Tədbirdə Macarıstanın İnsan Resursları naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov,
deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, bu ölkənin idman veteranları və birinci
Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda işləyən və yaşayan azərbaycanlılar iştirak ediblər.
Mərasimdən əvvəl Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət
Quliyev, Macarıstanın Olimpiya Komitəsinin idman məsələləri üzrə direktoru Laszlo Fabian birgə mətbuat
konfransı keçiriblər. “Bakı-2015” Avropa Oyunlarının qısa təqdimatından sonra jurnalistlərin sualları
cavablandırılıb. Suallar əsasən Avropa Oyunlarına hazırlıq, bu Oyunlara ayrılan büdcə, idmançılar və
jurnalistlər üçün yaradılan şərait barədə verilib.
Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib. O, Bakıdan yeni
qayıtdığını və hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib.
Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb, onları Bakıya dəvət edib. Nazir bir çox televiziya
kanallarına müsahibələr verib.
Sonra tədbirin rəsmi hissəsi başlayıb.
Mərasimin aparıcısı Azərbaycan və Macarıstan arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və onun
prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası
dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata
keçirdiyi işlər barədə məlumat verib.
Azad Rəhimov çıxışında Azərbaycanın növbəti illərdə ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman
yarışları barədə danışıb. Birinci Avropa Oyunları haqqında ətraflı məlumat verən nazir bu idman yarışının
ölkəmiz üçün əhəmiyyətindən, eləcə də onun bütün Avropa idman həyatına verəcəyi töhfələrdən bəhs edib.
A.Rəhimov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu “Bakı-2015” ilk Avropa Oyunları
Təşkilat Komitəsinin fəaliyyətindən də söhbət açıb.
Macarıstanın idman, turizm və digər sahələri özündə birləşdirən insan resursları naziri Zoltan Baloq
yarışların yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini xüsusi
vurğulayıb. Nazir Azərbaycanla Macarıstanı tarixi dostluq əlaqələrinin birləşdirdiyini deyib. O, Azərbaycan və
macar idmançılarının həmişə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiklərini diqqətə çatdırıb.
Azərbaycanı bu mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə təbrik edən nazir “Bakı-2015” Avropa
Oyunlarına hazırlaşan macar idmançılarının uğurlu nəticələr göstərəcəklərinə və medallarla geri dönəcəklərinə
ümid etdiyini bildirib.
Sonra tədbir iştirakçıları Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən filmə baxıblar.
Daha sonra ziyafət verilib. Ziyafət zamanı Azərbaycanın lirik mahnıları səslənib, Bakının görüntülərini əks
etdirən videoçarx göstərilib.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Azərbaycanın milli mənəvi dəyərlərini,
zəngin tarixini özündə əks etdirən kitablar və incəsənət xadimlərinin əsərlərindən ibarət sərgi də nümayiş
etdirilib. Sərgi ilə yaxından tanış olan Macarıstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət
xadimləri müstəqilliyinin 24-cü ildönümünü qeyd edən Azərbaycanın öz milli-mənəvi dəyərlərinə sahib
çıxmasını yüksək qiymətləndiriblər.
“Xalq qəzeti”.-2015.-22 fevral.-N 42.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
230
Prezident İlham Əliyev Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub
(24 fevral 2015-ci il)
Mingəçevir, 24 fevral, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına birinci Avropa Oyunlarına hazırlıqla
bağlı burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq yenidənqurma
tədbirləri son mərhələyə daxil olub və bu qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib.
Qeyd edək ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın
iştirakı ilə açılan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri
olmayan avarçəkmə bazasıdır. Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının bəzi yarışları
bu mərkəzdə təşkil olunacaq.
Xatırladaq ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən
artıq idmançı 20 idman növündə mübarizə aparacaq.
AzərTAc
24 fevral 2015-ci il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
231
İlk Avropa Oyunlarının könüllüləri və texniki işçilərinin uniformaları ictimaiyyətə
təqdim olunub
Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının könüllüləri – “Alov qoruyanlar” və texniki işçilərin
geyəcəyi uniformalar fevralın 24-də ictimaiyyətə təqdim olunub.
AzərTAc xəbər verir ki, Heydər Əliyev adına Arenada təşkil olunan tədbirdə əvvəlcə Avropa Oyunları
haqqında videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının tarixi, mötəbər yarışa hazırlığın gedişi barədə
məlumat verib. Könüllülərin işini yüksək qiymətləndirən Azad Rəhimov fevralın sonu - martın əvvəlində bütün
idman obyektlərinin yarışa hazır olacağını və arenalarda test yarışların təşkil olunacağını diqqətə çatdırıb.
“Bakı-2015”i televiziya vasitəsilə Avropada 150 milyondan artıq tamaşaçının izləyəcəyini diqqətə çatdıran
nazir Avropa Oyunlarının Bakının simasını daha da gözəlləşdirdiyini vurğulayıb.
Sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarının brendi və maskotları barədə məlumat verilib.
“Bakı-2015”in idman və ulduz elçilərinin qatıldığı tədbirdə üzərində Avropa Oyunlarının elementləri həkk
olunan uniformalar geyən konüllülər və texniki işçilər tamaşaçıların sürəkli alqışları altında səhnəyə qalxıblar.
“Alov qoruyanlar”ın fəaliyyətindən bəhs olunan videoçarxın nümayişindən sonra könüllülərin fləşmobu
təqdim olunub.
Tədbir “Bakı-2015”in ulduz elçilərinin konsert proqramı ilə davam edib.
“Azərbaycan”.-2015.-25 fevral.-N 44.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
232
“Bakı-2015” İrlandiyanın “Setanta Sports” kanalı ilə yayım sazişi imzalayıb
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi İrlandiyanın “Setanta Sports” idman kanalı ilə
yayım sazişi imzalayıb.
Sazişə əsasən, İrlandiyanın idman yarışlarını yayımlayan nüfuzlu “Setanta Sports” şəbəkəsi Avropa
Oyunlarını hər gün səkkiz saat, o cümlədən gündəlik əsas məqamları təqdim edəcək. Kanal möhtəşəm açılış və
bağlanış mərasimlərini də tamaşaçılar üçün yayımlayacaq.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq
Oyunların İrlandiyada yayımlanmasını təmin edəcək sazişin bağlanmasından məmnunluğunu bildirib.
Məqsədimiz birinci Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçı auditoriyasına təqdim etməkdir. Bu
məqsədə nail olmaq üçün bundan sonra da səylə işləməyə davam edəcəyik.
“Setanta Sports” şirkətinin təsisçisi və baş icraçı direktoru Maykl Orurk bildirib ki, birinci Avropa Oyunları
beynəlxalq idman təqvimində yeni və əsas yarışdır. Bağladığımız saziş İrlandiyanın idman azarkeşlərinə
Oyunlarda iştirak edəcək atletlərin çıxışlarını izləməyə imkan yaradacaq.
İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki qeyd edib ki, Avropa Oyunlarında ölkəmizi güclü
idmançılar təmsil edəcək. Oyunlarda iştirak edəcək idmançılarımız bağlanmış saziş sayəsində öz ölkələrindəki
azarkeşlərin dəstəklərinə arxalana biləcəklər. Bu, həm də İrlandiya idmanı üçün yaxşı xəbər olacaq. Ona görə ki,
birinci Avropa Oyunları gənclərimizin və geniş ictimaiyyətin baxmaqdan zövq alacağı ruhlandırıcı yarışlardır.
Bu sazişin bağlanması ilə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yarışın dünyanın 51 ölkəsində
yayımlanmasına nail olub.
“Azərbaycan”.-2015.-27 fevral.-N 46.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
233
Avropa Oyunlarına ev sahibliyi Azərbaycana gələcəkdə mötəbər idman yarışlarını keçirməyə
imkan verəcək
Nəzakət Ələddinqızı
Artıq "Bakı-2015" ilk Avropa Oyunlarının keçirilməsi tarixinə az zaman qalır. Oyunların yüksək səviyyədə
keçirilməsi üçün hazırlıq işləri sürətlənib. Görülən işlər bir daha təsdiq edir ki, beynəlxalq idman tədbirinə ev
sahibliyi edəcək Bakı olduqca nümunəvi tərzdə keçiriləcəyi gözlənilən ilk Avropa Oyunlarının təşkilində tarixə
imza atacaq.
Qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii sərvətləri olan ölkəmiz beynəlxalq tədbirlər
üçün əlverişli məkanadır. Təbii ki, Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə
böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Ölkə başçısı Cənab İlham Əliyevin ardıcıl olaraq
həyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları
Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Böyük
Britaniyanın nüfuzlu "Economia" jurnalında bu il iyunun 12-dən 28-dək keçiriləcək "Bakı-2015" birinci Avropa
Oyunları ilə bağlı dərc olunan məqalədə Avropa Oyunlarının Azərbaycan üçün böyük məsuliyyət olması, eyni
zamanda, ölkəmizi təqdim etmək baxımından əhəmiyyətli olması diqqətə çatdırılır. Azərbaycan Prezidenti
Cənab İlham Əliyevin səyi ilə Azərbaycanın bu oyunları ən yüksək səviyyədə təşkil edəcəyi vurğulanan
məqalədə ölkəmizdə idmana dövlət səviyyəsində ayrılan diqqəti də önə çəkilir. Artıq neçə ildir dünyanın idman
ailəsinə daxil olan ölkəmiz beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkan
funksiyasını yerinə yetirir.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərarı beynəlxalq idman
ictimaiyyətinin ölkəmizin olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə
verilən önəmin təzahürüdür. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa
çempionatlarında idmançılarımızın qazandığı medallar ölkəmizin beynəlxalq idman təşkilatlarında da
mövqeyinin xeyli güclənməsinə səbəb olub. Məhz bu səbəbdən də beynəlxalq idman ictimaiyyəti, idman
federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir. Məqalədə birinci Avropa Oyunlarının Bakıda
keçirilməsi barədə qərarın Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul olunduğu
diqqətə çəkilir. Müəllif qeyd edir ki, AOK-un layihəsi olan "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat
Komitəsinin təşkilatçılığı ilə keçiriləcək. Yarışlarda idmanın 20 növü (onlardan 16-sı olimpiya, dördü isə qeyri-
olimpiya idman növüdür) üzrə 6 mindən çox idmançının iştirakı gözlənilir. "Bakı-2015"-də ənənəvi idman
növləri olan atletika, gimnastika ilə yanaşı, basketbol (3x3), çimərlik futbolu və karate kimi yeni idman növləri
də yer alacaq.
Müəllif məqalədə qeyd edir ki, Azərbaycanın 2012-ci ildə ev sahibliyi etdiyi "Eurovision" Mahnı
Müsabiqəsi kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübə qazanıb. Sözsüz ki, bu
təcrübədən yararlanılacaq. Avropa Oyunları ərəfəsində Bakıda sürətli tikinti, abadlıq-quruculuq işləri aparılır,
nəqliyyat infrastrukturu yenilənir. Paytaxtda yeni aerovağzal kompleksi istifadəyə verilib.
Məqalədə "Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru
Uilyam Lui-Marinin fikirlərinə də yer verilir. Uilyam Lui-Mariyə istinadla bildirilir ki, Azərbaycan getdikcə
daha çox maraq cəlb edir, bu ölkəyə gələn turistlərin sayı sürətlə artır. Bakı çox gözəl şəhərdir. Bu şəhərdə yeni
otellər, dağ-xizək turizm kompleksləri tikilir. Azərbaycan xarici qonaqlar üçün çox maraqlı bir ölkədir.
Jurnal yazır ki, Avropa Oyunlarına ev sahibliyi Azərbaycana gələcəkdə mötəbər idman yarışlarını keçirməyə
imkan verəcək. Gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadası və "Formula-1" üzrə Avropa Qran-pri yarışları,
2017-ci ildə təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunları, "Avro-2020"-nin final mərhələsinin bir neçə
qarşılaşması məhz bu yarışlardandır. Məqalədə "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinə
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi xatırlanır. Avropa Oyunlarının Əməliyyat
Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqə istinadla qeyd edilir ki, Mehriban Əliyeva oyunların
uğurla keçirilməsi işinə xüsusi diqqət yetirir.
Yazıda Avropa Oyunları kimi mühüm bir tədbirin keçirilməsi ilə bağlı qərarın qəbul edildiyi 2012-ci ildən
2015-ci ilə qədərki zamanın qısa olmasına baxmayaraq, bu oyunlara yüksək səviyyədə hazırlığın getdiyi diqqətə
çatdırılır. Bildirilir ki, həmin qərarın qəbul edildiyi ilk vaxtlarda oyunlara hazırlıq üçün cəmi iki il yarım vaxtın
olması ilə əlaqədar müəyyən narahatlıqlar yarana bilərdi, amma görülən işlər, həyata keçirilən layihələr
yarışların uğurla keçiriləcəyini deməyə əsas verir. Oyunları izləmək üçün dünyanın müxtəlif ölkələrindən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
234
Bakıya gələcək təkcə idman ictimaiyyətini deyil, siyasi, iqtisadi, mədəni dairələri də təmsil edən çoxsaylı
insanlar bunun şahidi olacaqlar.
Həqiqətən də məqalədə vurğulandığı kimi, idmanın Azərbaycan cəmiyyətində xüsusi yer tutduğundan "Bakı-
2015" idman tarixində mühüm yer tutacaq. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti Avropa
Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər.
“Səs”.-2015.-27 fevral.-№ 38.-S.6.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
235
Avropa Olimpiya Komitəsi və “Bakı-2015” Təşkilat Komitəsi birgə açıqlama yayıb
Avropa Olimpiya Komitəsi (AOK) və “Bakı-2015” Təşkilat Komitəsi birgə Azərbaycan tərəfinin
Oyunlarda iştirak edəcək Milli Olimpiya Komitələrinin maliyyələşdirməsinə dair yayılan xəbərlərlə bağlı
açıqlama verib.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, Yay və Qış Olimpiya Oyunlarında və bu kimi digər irimiqyaslı
qlobal yarışlarda verilən oxşar dəstək (qrantlar), eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq keçirilməsi
nəzərdə tutulan birinci Avropa Oyunları ilə bağlı aparılan danışıqların ilkin mərhələsində əhəmiyyətli
hissələrdən birini təşkil etmişdi. Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən “Bakı-
2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olub.
İştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən
50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir.
Qeyd edək ki, Avropa Oyunlarından sonra AOK rəhbər qurum olaraq Oyunların gəlirlərindən əldə edilən 2,5
milyon avro məbləğində vəsaiti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) kimi eyni qaydada Oyunların
proqramına daxil edilən bütün idman növləri üzrə Avropa Milli Olimpiya Komitələri və Avropa Federasiyaları
arasında bölüşdürəcək.
İdmançılar istənilən böyük idman yarışının əsasını təşkil edirlər. Bu məqsədlə yarışlarda iştirak edən
idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin
edilməsi qanunidir və məqsədəuyğundur.
“Azərbaycan”.-2015.-28 fevral.-N 47.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
236
Birinci Avropa Oyunlarında yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün bütün
zəruri işlər həyata keçirilir
Birinci Avropa Oyunlarının respublikamızda keçirilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN)
Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə
Mingəçevir şəhərində “Mehmanxana və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda
seminar keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Mehmanxanaların və ictimai iaşə müəssisələrinin yanğın
təhlükəsizliyinin təmin olunmasında başlıca vəzifələr”, “Yanğından mühafizə və yanğınların söndürülməsi
zamanı obyektlərin üzərinə düşən vəzifələr” mövzusunda mühazirələr dinlənilib, mədəniyyət və turizm
obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında
aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi işlər barədə məlumat verilib.
Qeyd olunub ki, qarşıdan gələn böyük idman tədbirində yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin
olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Seminarda “Mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları” adlı slayd nümayiş etdirilib, yanğın
təhlükəsizliyi qaydalarını təbliğ edən buklet və “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası
paylanılıb.
“Azərbaycan”.-2015.-28 fevral.-N 47.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
237
Bakı Olimpiya Stadionu və Atletlər kəndi ilə tanışlıq
Dostları ilə paylaş: |